Lavrenti Beriya
Lavrenti Pavloviç Beriya (gürc. ლავრენტი პავლეს ძე ბერია; 17 (29) mart 1899, Merxeuli[d], Kutaisi quberniyası – 23 dekabr 1953 və ya güm. 26 iyun 1953, Moskva) — dövlət və siyasi xadimi, Baş Dövlət Təhlükəsizliyi Komissarı (1941), Sovet İttifaqı Marşalı (1945), Sosialist Əməyi Qəhrəmanı (1943).
== Fəaliyyəti ==
SSRİ Nazirlər Soveti Sədrinin müavini (1946–1953), SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini (1953). SSRİ Dövət Müdafiə Komitəsinin üzvü (1941–1944), SSRİ Dövət Müdafiə Komitəsi sədrinin müavini (1944–1945). VII çağırış SSRİ Mərkəzi İcraiyyə Komitəsinin üzvü, I–III çağırış SSRİ Ali Sovetinin deputatı. ÜİK(b)P MK üzvü (1934–1953), MK Siyasi Bürosu üzvlüyünə namizəd (1939–1946), Siyasi Büro üzvü (1946–1953). İosif Stalinə yaxın insanlardan biri olub. Stalinin tapşırığı ilə bir sıra vacib sahələrə, o cümlədən nüvə silahının yaradılmasına rəhbərlik edib.
Stalinin vəfatından bir qədər sonra şpionajlıqda və hakimiyyəti ələ keçirməkdə ittiham edilərək həbs edilib.