* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••••••••••••••• | 0.79 |
2006 | •••••••••••••••••• | 0.68 |
2007 | •••••• | 0.21 |
2008 | ••••••••••••• | 0.49 |
2009 | ••••••••••••••••• | 0.64 |
2010 | ••••••••••••••••••• | 0.73 |
2011 | ••••• | 0.17 |
2012 | •••••••••••••••• | 0.60 |
2013 | ••••••••••••••••••• | 0.73 |
2014 | ••••••••• | 0.34 |
2015 | ••••••••• | 0.34 |
2016 | ••••• | 0.17 |
2018 | •••• | 0.15 |
2019 | •••••••• | 0.28 |
2020 | •••• | 0.13 |
1 is. [fars.] Hasar, divar, sədd. Uca barı. Barıdan aşmaq. Barı çəkmək. Daş barı. – [Cahangir bəy:] Mən haman Cahangir deyiləmmi bir top bez atdım barıdan, səni dustaqxanadan çəkdim divar üstə?! N.Vəzirov. Muzdur platforma kənarlarındakı alçaq barılardan birisinə söykənib dayandı. S.M.Qənizadə. [Yaşar:] Kəndimizin qabağından çay axır. Onu barı içərisinə almaq və elektrik stansiyası üçün istifadə etmək lazımdır. C.Cabbarlı.
Azərbaycan dilinin izahlı lüğəti / barı2 əd. [fars.] Heç olmasa. O ha billəm gəlməz görməyə məni; Barı gendən tamaşaya gələydi. M.P.Vaqif. [Qurban:] Barı bu kasıblığıma görə arvadım göyçək olaydı; yenə dərd yarı idi. Ə.Haqverdiyev. Barı gedərkən bizə dəyəydin! M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / barı1 Farscadır, barudur, “qala divarı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / barı2 I BARI [Kərbəlayı:] Barı gecə olanda xarabaya tez qayıtsın (Çəmənzəminli); HEÇ OLMASA Qafar: Gəl heç olmasa meşənin içərisində bir az gəzək, sonra geri dönərik (H.Abbaszadə). II barı bax hasar
Azərbaycan dilinin sinonimlər lüğəti / barı1 BARI I is. [ fars. ] Hasar, divar, sədd. Onu barı içərisinə almaq və elektrik stansiyası üçün istifadə etmək lazımdır (C.Cabbarlı). BARI II ədat [ fars. ] Arzu; heç olmazsa mənasında. Barı, gedərkən bizə dəyəydin (M.Rzaquluzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / barı3 1 сущ. забор, ограда, барьер. Kərpic barı кирпичная ограда; barı çəkmək огородить забором; barı qaldırmaq поднять забор 2 част. хотя бы, хоть. Barı məktub yaz хотя бы (на)пиши письмо
Azərbaycanca-rusca lüğət / barı1 I. i. fence (made of clay); ~ çəkmək to fence with clay II. əd. I wish; Barı o tez gələydi I wish he would come soon
Azərbaycanca-ingiliscə lüğət / barı1 I is. barrière f ; palissade f ; enceinte f ; clôture f ; kərpic ~ enceinte de brique II əd. au moins ; du moins ; sinon ; ~ məktub yaz au moins écris une lettre
Azərbaycanca-fransızca lüğət / barı(Ağstafa, Gəncə, Göyçay, Qazax, Oğuz, Şuşa) 1. divar (Ağstafa, Oğuz). – Əhməd, bizim barının başı uçuf, bir gəlif onu düzəlt (Ağstafa); – Çox yerrər olur ki, divar diyir, biz barı diyrix’ (Oğuz) 2. hasar. – Uşaxlar barıdan aşıf armudu yoluflar (Şuşa); – Olların barısı alçaxdı, hopbanıf keşməy olar (Gəncə); – Barı çəkirix’ həyətin döyrəsinə (Göyçay)
Azərbaycan dilinin dialektoloji lüğəti.(Şəki) bax barı (1-ci məna)
Azərbaycan dilinin dialektoloji lüğəti.