Sari sözü azərbaycan dilində

Sari

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sari • 86.2857%
  • sari • 12.0000%
  • SARİ • 1.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sari (Mazandaran)
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sari Furuya
Sari Furuya (25 may 1990) — Yaponiyalı biatlonçu. Sari Furuya Yaponiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Sari Furuya birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Furuya 23:21.5 saniyəlik nəticəsi ilə 87 atlet arasında 49-cu yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Sari Pul
Səri-Pul vilayəti, Sər-i-pul və ya Səripul (fars. سرپل‎, puşt. سرپل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 15.999 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata görə əhalisi 505.4 min nəfər, inzibati mərkəzi Səri-Pul şəhəridir. Əhalisinin etnik tərkibi əsasən özbəklərdən, puştunlardan və həzaralardan, həmçinin az sayda ərəblərdən və taciklərdən ibarətdir. Özbəklər vilayətin ən böyük etnik qrupu olub bütün rayonlarda məskunlaşıblar. Vilayət əhalisinin 56%-i daricə, 19%-i (149 kəndin əhalisi) özbəkcə danışır. Vilayət inzibati cəhətdən Balxab, Kohistanat, Səngçaraq, Sazma Qala, Sər-i Pul və Səyyad rayonlarına ayrılır.
Sari ocaq
Sarı Ocaq — İranın Şimali Xorasan ostanının kəndlərindən biri. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndinin əhalisi 800 nəfər və 100 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Xorasan türklərindən ibarətdir.
Sari şəhristanı
Sari şəhristanı - İranın Mazandaran ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sari şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 436,968 nəfər və 118,695 ailədən ibarət idi.
Con Saris
Con Saris (ing. John Saris; 1580 – 1643) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı. == Karyerası == Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi. O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür. Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi. 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür. Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişdirlər. Onlar Sarisə Uraqa limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir.Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır. Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir. Hirado limanı hollandların monopoliyası altında olduğu üçün ingilislər onların kölgəsində qalmış, Hiradodakı ticarət postu 1623-cü ildə bağlanmışdır.
Grevillea sarissa
Grevillea sarissa (lat. Grevillea sarissa) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
H-110 Sarir
H-110 "Sarir" (fa: سریر, mənası "Taxt") PUA-ları İİKK tərəfindən verilən sifarişlə 2011-ci ildə hazırlanmağa başlayıb və 2013-cü ilin aprelində keçirilən təntənəli mərasimlə silahlanmaya qəbul edilib. Elektro-optik və infraqırmızı sensorlardan istifadə edən "Sarir" kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirmək üçün optimallaşdırılıb. İran KİV-lərinin məlumatına görə PUA "hava-hava" tipli raket silahları daşıya bilir.Bu cihaz İran silahlı qüvvələrində geniş yayılıb. H-110 "Sarir" pilotsuz vasitəsi ərazinin kəşfiyyatı, potensial düşmənin gizli hərəkətini aşkar etmək, ölkənin hava sərhədlərinə nəzarət etmək və hava hədəflərinə hücum üçün fəal istifadə olunur. İran təyyarə istehsalçılarının H-110 "Sarir" pilotsuz uçuş aparatının dizaynına kifayət qədər ixtisaslı yanaşması sayəsində iki ildən az müddətdə planlaşdırılan layihəni başa çatdırmaq mümkün oldu. Dəyəri çox da yüksək olmayan PUA çox sayda hərbi hissəni bu vasitələrlə təchiz etməyə imkan verdi. Bundan əlavə, 2015-ci ildə digər ölkələr, o cümlədən Venesuela və Kolumbiya da İrandan H-110 "Sarir" dronlarının alınmasına maraq göstərdilər. İranın H-110 "Sarir" pilotsuz uçuş aparatı üç növ kamera, o cümlədən elektro-optik gündüz kamerası ilə təchiz edilir. Əlverişsiz və ya qeyri-kafi görünmə şəraitində ərazini izləmək üçün infraqırmızı kameradan istifadə edilir. Ətraf mühitin temperaturundan fərqlənən obyektlərin axtarışını təmin etmək üçün isə termal kamera tətbiq edilir.
Matsumoto sarin hücümü
Saribanqulu (Şəbüstər)
Saribanqulu (fars. ساربانقلي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,340 nəfər yaşayır (338 ailə).
Sarievlərin binası (Rostov-na-Donu)
Sarievlərin gəlirli binası — Rostov vilsyəti Rostov-na-Donu şəhərinin ərazisində yerləşən tarixi bina. Tikili gəlirli bina olaraq inşa edilmişdir. Bina modern stilinə sahibdir. Rostov-na-Donu şəhəri, Bolşoy Sadovnaya küçəsi ev 94 ünvanında yerləşir. Binanın inşasına 1902-ci ildı başlanılmışsır elə həmin ildəcə tikinti işləri bitir. Tikilinin layihə müəllifi А. F. Nidermeyer olmuşdur. Bina olqa və Yelena Sarievna bacılsrıns məxsus olmuşdur. Hal-hazırda bina qəzalı vəziyyətdədir. Binanın digər adı Emeltanovun gəlirli binası kimi tanınır. == Tarixi == Bina XX əsrin əvvəllərində inşa tarixi tikili.
Sarina (Mortal Kombat)
Sarina (ing. Sareena) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. == Xarakteristika == Kuan Çiyə xidmət edən üç qatildən biridir. Kuan Çi Sab-Zironu öldürmək üçün Sarinanı ardınca göndərir. Sab-Ziro ilə rastlaşan zaman onunla döyüşür və məğlub olur. Lakin Sab-ziro onu öldürmür və Sarina onunla dost olur. Bir müddətdən sonra peyda olan Şinnok Sarina öldürür və ruhunu yeraltı dünyaya göndərir. Sarina ruhu buradan azad olduqdan sonra Sab-Ziro-kiçik qardaşa qoşulur və Şao Kannın döyüşçülərinə qarşı vuruşur. Bleyz üzərində qələbədən sonra Sarina "Buz gücü"nü əldə edir. Kuan Çi ilə qarşılaşan zaman onu buza döndərir və Sab-Ziro ilə birlikdə Lin Kueyin qərargahında gizlədir.
Sarisa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sarissa
Sarisa (yunan. cida, nizə, mizraq) — e.ə IV-III əsrlərdə Yunanıstanda, Makedoniyada və başqa qədim dövlətlərdə falanqanı təşkil edən sarisoforların əsas silahı. İlkin vaxtlarda uzunluğu 3 metr idi və sapan(atıcı) və deşici-dəlici silah kimi istifadə olunurdu, sonralar uzunluğu 6-7 metrəyə qədər uzadıldı və o ancaq dəlici-deşici silah kimi istifadə olunmağa başladı. == Mənbə == Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T 7 səh.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. == Həyatı və karyerası == Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmişdi. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. 15 yaşında ikən o, "Hadera gəncləri" adlı qrupun tərkibində musiqi yarışlarında iştirak edir.
Sariya Lakoba
Sariya Əhmədovna Lakoba (anadan olanda Cihoğlu; 1904, Batumi, Batum vilayəti, Rusiya imperiyası – 16 may 1939, Tbilisi, SSRİ) — NKVD həbsxanasında dözümlülüyü, mərdliyi ilə seçilən ərinə qarşı ifadəyə məcbur edilsə də, bunu etməyən Sovet Abxaziyasının dövlət xadimi "xalq düşməni" Nestor Lakobanın həyat yoldaşı. == Bioqrafiya == Sariya Əhmədovna Cihoğlu Batumi şəhərində varlı acar ailəsində anadan olmuşdur . Atası Əhməd-Məmməd Cihoğlu bir çörək, bir neçə kiçik dükan, habelə çimərlik sahilində icarəyə verilən üç evə sahib idi. Anası Mələk Patladze, əslən Oçamçiradan olan müsəlman gürcülərdən idi. O, Əhməd Cihoğlu ilə 7 övlad böyüdürdü. 1920-ci ildə Nestor Lakoba İngilis işğalçılarından onun valideynlərinin evində gizlənirdi. 1921-ci ildə onlar nigaha daxil oldular. Onlar ailə quranda Sariya hələ məktəbi bitirməmişdi, bu səbəbdən Nestor Lakoba Suxumda onun üçün repititor tutmuşdu. Sariya ekstern şəkildə imtahan verdikdən sonra yetkinlik atestatı aldı, sonra isə "özünü təhsili ilə məşğul oldu, çoxlu mütaliə etdi" - Adilə Abbas oğlu xatirələrində yazırdı . "Saria çoxlu mütaliə edir və nadir kitablar toplayırdı" - Abbas oğlu danışırdı.
Sariya Mirjanova
Sariya Fazullovna Mirjanova (başq. Сәриә Фазула ҡыҙы Мирйәнова, rus. Сария Фазулловна Миржанова; 24 dekabr 1924, Tal Kuskarı, Başqırd MSSR – 25 noyabr 2000, Ufa) — məşhur başqırd dilşunası, türkoloq, filologiya elmləri doktoru (1985), BMSSR-nin əməkdar mədəniyyət işçisi (1985). == Həyatı == Sariya Fazullovna Mirjanova 24 dekabr 1924-cü ildə BMSSR-nin Tamyan-Katay kantonunun Kuskarovo kəndində anadan olmuşdur (indiki Başqırdıstan Respublikasının Əbyəli rayonunun eyniadlı kəndi). Temyasov Başqırd Pedaqoji Məktəbini bitirdikdən sonra Əsgərov adına orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1948-ci ildən Maqnitoqorsk Müəllimlər İnstitutunu bitirdikdən sonra 1955-ci ilə qədər Sibay şəhərinin orta məktəbi və Xabarovsk şəhəri 14 nömrəli məktəbində rus dili və ədəbiyyat müəllimi işləmişdir. 1955-ci ildən SSRİ Elmlər Akademiyasının Başqırd filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda baş laborant işləmiş, eyni zamanda 1956-cı ildə K.A.Timiryazev adına Başqırdıstan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Sariya Mirjanova "Kubair" folklor ansamblının solisti, bir çox həvəskar sənət müsabiqələri və nümayişlərinin iştirakçısı və qalibi olmuşdur. 1970-80-ci illərdə Melodiya qrammofon yazılma şirkəti Sariya Mirjanovanın ifasında başqırd xalq mahnıları olan qrammofon plastinkasını buraxdı. Sariya Fazullovna Mirjanova uzun sürən xəstəlikdən sonra 25 noyabr 2000-ci ildə Ufada vəfat etdi.
Sima Sarikaya
Temir Sariyev
Temir Sarıyev (Qırğızca: Темир Сариев) (d. 1963) — 2015-ci ildən etibarən Qırğızıstan Baş Naziri olan qırğız türkü siyasətçi. 157,005 (6,74%) səs toplayaraq 2009-cu il seçkilərində prezident namizədi olmuşdu.
İbrahim Sarim Paşa
İbrahim Sarim Paşa (1801, Konstantinopol – 30 avqust 1854, Konstantinopol) — Sultan Əbdülməcid səltənətində 3 ay 13 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Mənbə == Ahmed Rifat, Verdü’l-hadâik, Freiburg 1970, s. 40–41, 43. Mehmed Süreyyâ, Nuhbetü’l-vekāyi‘, İstanbul 1290, tür.yer. Lutfî, Târih, II, 403, 426; III, 649; IV, 819; V, 910, 914, 937–938; VI, 1023; VII, 1065, 1100, 1113, 1139, 1156; VIII, 1200, 1215, 1240, 1257, 1259. Mehmet Zeki Pakalın, Tanzimat Maliye Nazırları, İstanbul, ts. (Kanaat Kitabevi), I, 80–94. Faik Reşit Unat, Osmanlı Sefirleri ve Sefâretnâmeleri (Ankara 1968), Ankara 1992, s. 237. Mahmut Goloğlu, Trabzon Tarihi: Fetihten Kurtuluşa Kadar, Ankara 1975, s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.61 dəfə / 1 mln.
2003 •••••• 0.39
2004 ••••• 0.34
2006 ••••••• 0.45
2007 •••••• 0.42
2008 •••• 0.24
2009 •••••••••••••••••••• 1.44
2010 •••••••••••• 0.82
2011 ••••••••• 0.60
2012 •••••••• 0.52
2013 ••••• 0.29
2014 •••••••••••• 0.86
2015 •••••••••••• 0.85
2016 ••••• 0.35
2017 •••••••••••• 0.81
2018 ••••••• 0.45
2019 •••••••••••••• 0.97
2020 •••• 0.27

sari sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

SARİ1 ə. gedən, hərəkət edən. SARİ2 ə. bax sariyə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"sari" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sari nədir? #sari sözünün mənası #sari nə deməkdir? #sari sözünün izahı #sari sözünün yazılışı #sari necə yazılır? #sari sözünün düzgün yazılışı #sari leksik mənası #sari sözünün sinonimi #sari sözünün yaxın mənalı sözlər #sari sözünün əks mənası #sari sözünün etimologiyası #sari sözünün orfoqrafiyası #sari rusca #sari inglisça #sari fransızca #sari sözünün istifadəsi #sözlük