Sami sözü azərbaycan dilində

Sami

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sami • 98.0938%
  • sami • 1.2463%
  • SAMİ • 0.6598%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mohamed Sami
Sami Hazinses
Sami Hazinses (əsl adı: Samuel Akop Uluçyan) — aktyor, Türkiyə ermənisi. Sami Hazinses 1925-ci ildə Diyarbəkir şəhərində anadan olub. O, 2002-ci il avqustun 23-də vəfat edib. 1953-cü ildə çəkilən "Qara Davud" filmi ilə diqqəti cəlb edən aktyor 140 filmdə yer alıb. Daha çox komik rolları ifa edən Sami Hazines bundan əlavə bəstəkarlıqla da məşğul olurdu. Onun "Bir dilbərə mübtəladır dəli könlüm" adlı mahnısı Türkiyənin ən məşhur müğənnilərindən olan Zəki Müren tərəfindən ifa edilmişdi. Bundan əlavə Müslüm Gursəs və İbrahim Tatlısəsdə Sami Hazinsesin bəstələdiyi mahnılara öz repertuarında yer veriblər.
Sami Hondə
Sami Naseri
Sami Naseri (fr. Samy Naceri ərəb. سعيد ناصري‎; doğ. 2 iyun 1961, Paris) — bərbər əsilli Fransa aktyoru. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi. 1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin S. Naseri 15 iyun 2013 tarixində azərbaycanlı müğənni və əməkdar artist Röya Ayxanın "Günahsız Günahım" adlı klipində də çəkilmişdir.
Sami Xedira
Sami Xedira (alm. Sami Khedira‎, ərəb. سامي خضيرة‎ 4 aprel 1987) —Tunisli alman futbolçusu. Sami Xedira Yuventus FK və Almaniya milli futbol komandasının oyunçusudur.
Sami Yusif
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Sami Yusuf
Sami Yusif (21 iyul 1980, Tehran) — Azərbaycan əsilli britaniyalı müğənni, bəstəkar, əsasən islami mahnılar müəllifi və ifaçısı. Sami Yusuf, Azərbaycan əsilli İngilis müğənni-söz yazıçısı, bəstəkar, prodüser və müvəffəqiyyətli bir musiqiçilər. Doğuşdan musiqilə güclü bir bağa malikdir; imtiyazlı bir musiqi mənşəyinə əlavə olaraq Dünyanın ən prestijli musiqi institutlarında biri olan Londondakı The Royal Academy of Music də daxil olmaq üzrə bir çox tanınmış bəstəkarlar musiqi təhsili almışdır. "Musiqi onun taleyi" sözü sürpriz olmayan, inamla reallaşacaq bir öngörüydü. Sami, çox kiçik yaşda piano, skripka, tar, Tombak, santur, dəf, tabaq və ud daxil olmaq üzrə bir çox musiqi aləti çalmağı öyrəndi. Musiqi sahəsində bir iz buraxmaq üçün dərin bir tutku bəsləmişdi ki, bunu özün bəstələdiyi, nəşr etdiyi və söylədiyi, ilk albomu Al-Muallim'i çıxararaq reallaşdırmış oldu. İngilis-müsəlman bir gənc birdən Misir və Türkiyə kimi ölkələrin şəhərlərində danışılacaq vəziyyətə qədər gəldi. Albom yalnız 3 milyonun üzərində satılmaqla qalmadı ayrıca ona Orta Şərq, Şimali Afrika və Cənub-Şərqi Asiya millətlərindən böyük bir takipçi kütləsi qazandırdı. Pərəstişkarları arasındakı gənclər, gözəl və xoşuna gələn ədəbiylə təsirləndikləri Saminin gördükləriylə ona bir lider kimi qibtə edirlər. Pərəstişkarları Saminin musiqisinin onların həyatlarını daha yaxşıya doğru dəyişdiyini söyləməkdən də çəkinməməktələr.
Sami dilləri
Sami dil ailəsi — Afro-Asiya dilləri (köhnə adı "Hami-Sami dilləri") ailələsinin alt qrupuna aiddir. Bu dil ailəsinə ərəb, ivrit, uqarit, arami, süryani, aysor və ölü dil sayılan akkad dili daxildir. Sami dilləri ailəsindən günümüzə qədər sağ qalan, müasir dillər aşağıda təqdim olunubdur: ərəb dili amhar dili ivrit dili tiqriniya dili müasir şərq arami ləhçələri malta dili Sami dil ailəsinə mənsub olan dillər adətən öz coğrafi məkanlarına görə 3 hissəyə bölünürlər. Bunlar (şimal-)şərqi Sami, şimal-qərbi Sami, cənub-qərbi Sami dilləridir. Şimal-şərq Sami dilləri vəya Akkad iki ləhcədən ibarətdir. Bunlar qədimdə Mesopotamya ərazisində istifadə edilmiş Asur və Babil ləhcələridir. Şimal-qərb Sami budağına mənsub olan dillər qədim zamanlarda Suriya-Fələstin ərazisində istifadə olunub. Bu qol Amorit, Uqarit , Kənanlı, Moavit, İvrit və Arami dilləri daxil olur. Kənanlı dilinin bir qolu Kənanlı köçkünlərin Şimali Afrikaya gətirdiyi Punik dilidir, Arami isə Kənan dilini Suriyanın danışıq dili və Akkad dilini Mesopotamiyanın danışıq dili kimi dəyişmişdir. Cənub-qərbi Sami dilləri isə Cənubi ərəb dilləri,Ərəb dili, və Efiyopiya dilləridir.
Kəmaləddin Sami Gökçən
Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop – 15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi. İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşü və Sakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi.
Qədim sami dini
Qədim sami dini — qədim Yaxın Şərq və Afrika buynuzunda yaşayan sami xalqlarının, o cümlədən akkadlılar, arameylər, kənanlılar və başqalarının çoxtanrılı inancları və kultlarının ümumi adı. Sami ənənəsi və onların panteonları regional kateqoriyalara bölünür. Levantdakı Kənan dini, Mesopotamiyadakı Assur-Babil dini ilə əlaqəli Şumer mifologiyası, İsrail övladlarının qədim yəhudi dini və ərəb mifologiyası. Donald A. Mackenzie, Myths of Babylonia and Assyria (1915). Moscati, Sabatino (1968), The World of the Phoenicians (Phoenix Giant) Ribichini, Sergio «Beliefs and Religious Life» in Moscati Sabatino (1988), The Phoenicians (by L.B. Tauris in 2001) Thophilus G. Pinches, The Religion of Babylonia and Assyria, The World Wide School, Seattle (2000) van der Toorn, Karel (1995). Dictionary of Deities and Demons in the Bible. New York: E. J. Brill. ISBN 0-8028-2491-9.
Sami Paşazadə Səzai
Sami Paşazadə Səzai (türk. Sami Paşazade Sezai, osman. سامی پاشازاده سزائی, d. 1859, İstanbul, Osmanlı İmperiyası — ö. 26 aprel 1936, İstanbul, Türkiyə) — türk realist yazıçı. Türk ədəbiyyatının ilk realist romanlarından biri olmasıyla, türk ədəbiyyat tarixində əhəmiyyətli bir əsər olan Sərgüzəşt adlı romanın müəllifidir. 1891-ci ildə yazdığı "Kiçik şeylər" əsəriylə, türk ədəbiyyatında ilk müasir qısa hekayə müəllifidir. 1859-cu ildə İstanbulda anadan olub. O, Tənzimat dövrünün görkəmli simalarından biri, Osmanlı İmperiyasının ilk maarif naziri Əbdürrəhman Sami Paşa ilə Paşanın ikinci arvadı olan gürcü əsilli Dilarayiş xanımın oğludur. Sultan III Əhmədin dövründə Osmanlı ordusu ilə Mora yarmadasına gedən və orada Tripolisdə təkkə qurmuş ailədəndir.
Sami Sabit Qaraman
Sami Sabit Qaraman (türk. Sami Sabit Karaman) (d. 1877 Dəməşq, – ö. 04.09.1957, İstanbul) — Türk əsgəri. 1895-cı ildə hərbi məktəbə daxil olmuş və 1899-cu ildə oranı bitirmişdir. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin aprel ayında Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədə göstərdiyi şücaətlərə görə Qırmızı lentli "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə mükafatlandırıldı. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı. 1957-ci ildə vəfat etdi.
Sami dil ailəsi
Sami dil ailəsi — Afro-Asiya dilləri (köhnə adı "Hami-Sami dilləri") ailələsinin alt qrupuna aiddir. Bu dil ailəsinə ərəb, ivrit, uqarit, arami, süryani, aysor və ölü dil sayılan akkad dili daxildir. Sami dilləri ailəsindən günümüzə qədər sağ qalan, müasir dillər aşağıda təqdim olunubdur: ərəb dili amhar dili ivrit dili tiqriniya dili müasir şərq arami ləhçələri malta dili Sami dil ailəsinə mənsub olan dillər adətən öz coğrafi məkanlarına görə 3 hissəyə bölünürlər. Bunlar (şimal-)şərqi Sami, şimal-qərbi Sami, cənub-qərbi Sami dilləridir. Şimal-şərq Sami dilləri vəya Akkad iki ləhcədən ibarətdir. Bunlar qədimdə Mesopotamya ərazisində istifadə edilmiş Asur və Babil ləhcələridir. Şimal-qərb Sami budağına mənsub olan dillər qədim zamanlarda Suriya-Fələstin ərazisində istifadə olunub. Bu qol Amorit, Uqarit , Kənanlı, Moavit, İvrit və Arami dilləri daxil olur. Kənanlı dilinin bir qolu Kənanlı köçkünlərin Şimali Afrikaya gətirdiyi Punik dilidir, Arami isə Kənan dilini Suriyanın danışıq dili və Akkad dilini Mesopotamiyanın danışıq dili kimi dəyişmişdir. Cənub-qərbi Sami dilləri isə Cənubi ərəb dilləri,Ərəb dili, və Efiyopiya dilləridir.
Sarı Gəlin (Sami Yusifin mahnısı)
Sarı gəlin — 2014-cü il Sami Yusuf qrupunun The Centre albomundan olan mahnı. Mahnının ingiliscə sözləri Vill Noksa, musiqisi Sami Yusifə aiddir. Klipin rejissoru Ömər Həbibdir.
Adnan Sami
Adnan Sami (urdu عدنان سمیع‎); (doğ.15 avqust 1973) — Pakistan müğənnisi. == Həyatı == Adnan Sami 15 avqust 1973-cü ildə London şəhərində doğulub.
Şəmsəddin Sami
Şəmsəddin Sami (1 iyun 1850 – 18 iyun 1904, Konstantinopol və ya Konstantinopol) — Alban əsilli Türk yazarı və tədqiqatçısı, ensiklopedist şəxsiyyət, dilçi və filosof. Avropayönəmli ilk türk romanı nümunəsi hesab olunan "Təəşşüqi-Tələt və Fitnət"in (1872), ilk Türk ensiklopediyası "Qamusul-Elam"ın (1889–1898) və ilk Türk sözlüyü olan "Qamusi-Türki"nin (1901) yazarı; fransızca "Qamusi-Fransavi", ərəbcə isə "Qamusi-Arabi" adlı sözlükləri qələmə almışdır. 1897-ci ildə böyük qardaşı Fraşıri Abdül Beylə birlikdə Latın və Yunan hərflərindən istifadə etməklə ilk Alban əlifbasını inkişaf etdirmiş və Alban dilində qrammatika kitabı yazmışdı. Qardaşı Naim Fraşıri Alban milli şeirinin yaradıcısı hesab olunur. 1850-ci il, 1 iyun tarixində Fraşerdə — Albaniyanın cənubundakı Gjirokastër qəsəbəsindəki bir kənddə anadan olmuşdur. Fraşeri ailəsindən Xalid Bəyin 5 oğlundan 3-cüsü idi. Digər iki oğlu — Naim və Abdülün Alban tarixinin inkişafında böyük rolu olmuşdur. İlk təhsilini Bektaşi təriqətindən olan Fraşıri Nasıbi Tahir Baba Təkkəsində almış. Orta təhsilini İoannina şəhərində məşhur yunan gimnaziyası "Zosimea" liseyində bitirmişdir. Burada o, Qərb fəlsəfəsi ilə tanış olmaqla əvvəlcə yunan, fransız, italyan, daha sonralar isə müəllim köməyi ilə ərəb, fars, eləcədə türk dillərini öyrənmişdi.
Töhfeyi-Sami
Töhfeyi-Sami - Şah İsmayılın oğlu Sam Mirzə Səfəvi tərəfindən qələmə alınan şairlərin həyat və yaradıclığından bəhs edən təzkirə. Bu təzkirə Azərbaycan ədəbiyyatında ilk təzkirə hesab edilir. Fars dilində qələmə alınmışdır. Türk şairlərə və onların yaradıcılığına ayrı bir fəsilin həsr edildiyi ilk təzkirədir. Sam Mirzədən sonra yaşayıb yaratmış Əli Qulu Xan və Rıza Qulu Xan Hidayət kimi təzkirəçilər “Töhfeyi-Sami”dən təsirləniblər. Əbül Nəsir Sam Mirzə Səfəvi dövlətinin qurucusu I Şah İsmayılın oğludur. 1517-ci ilin sonlarında Şah İsmayıl qışlaq üçün Naxçıvana yollandı. Şah İsmayıl Naxçıvana doğru hərəkət edərkən bir həftənin ərzində üç oğlan övladı dünyaya gəldi və mənbələrdə olan məlumatlara görə, Şah İsmayıl bu övladlarının doğulmasını çox böyük sevinc və şadyanalıqla qarşıladı. Bu üç övladdan birincisi Şah İsmayıl Marağada olarkən, 1517-ci il sentyabr ayının 8-də dünyaya gəldi və onun adını Sam Mirzə qoydular. Şah İsmayıl, Sam Mirzənin anadan olmasına görə böyük miqdarda nəzir-niyaz payladı və Durmuş xan onun lələsi təyin edildi.
Bəkir Sami Kunduh
Bəkir Sami Kunduh və ya Kunduk (Osetiya: Къуындыхаты Муссæйы фырт Бечыр; 1865, Saniba[d], Priqorodnı rayonu – 16 yanvar 1933, İstanbul) — TBMM-nin hökumətinin ilk xarici işlər naziri və bu mənada Türkiyənin siyasətçisi və diplomatıdır. == Tərcümeyi-hal == 1865-ci ildə Şimali Qafqazın Osetiya Bölgəsində anadan olan Bəkir həmin il Anadoluya köçən Musa Kunduh Paşanın oğlu idi. Qalatasaray Liseyini bitirdikdən sonra siyasi təhsilini Parisdə bitirdi. Peterburq səfirliyi katib olaraq, Amasya, Van, Trabzon , Bursa, Beyrut və Hələb Qubernatorluğu ilə davam etdi. Atəşkəs qarşısında son vəzifəsi Beyrut Valiliyidir. Mustafa Kamal Paşa və Rauf bəyin çağırışı ilə Anadoluya getdi və Sivas konqresindən bəri Milli Mübarizədə iştirak etdi. Ərzurum konqresi zamanı Sivasda olmasına baxmayaraq , Nümayəndə Komitəsinin üzvü seçildi. Sivas Konqresi tərəfindən Nümayəndə Komitəsinin üzvü seçildi. Sivas və Amasya Çərkəzləri üzərində geniş təsiri olan Bəkir Sami bəy, İstanbul Hökuməti ilə Anadolu Nümayəndələri arasında ilk rəsmi görüşdə Rauf Orbay ilə birlikdə hazır olmuşdur. Nümayəndəlik Komitəsinin Ankaraya köçürülməsindən sonra Amasya Millət vəkili olaraq Osmanlı Parlamentinin son iclasına qatıldı və bu Parlamentin İngilislər tərəfindən sıxışdırılmasından sonra Ankaraya döndü və Türkiyə Böyük Millət Məclisinə qatıldı.
Sıddık Sami Onar
Sıddık Sami Onar (türk. Sıddık Sami Onar 1898, Konstantinopol – 9 avqust 1972, İstanbul) — Türkiyə hüquqşünası, inzibati hüquq üzrə mütəxəssis. Müasir Türkiyə inzibati hüququnun qurucusu, İstanbul Universitetinin ilk seçilən rektoru və universitetdə ilk inzibati muxtariyyətin müdafiəçilərindən biri idi. 1946–1963-cü illərdə İstanbul Universitetinin rektoru və müxtəlif vaxtlarda hüquq fakültəsinin dekanı vəzifəsini daşımışdır. Sıddık Sami Onar 11 noyabr 1897-ci ildə İstanbulda Melepker və Abdulla Saminin ailəsində anadan olmuşdur. İlk təhsilini istnbulda almışdır. Sonradan Vefa liseyində təhsilinə davam etmişdir. Onar İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət sonra Paris Unuversitetində Hüquq Fakültəsindən məzun olmuşdur. Sıddık Sami Onar 1925-ci ildən İstanbul Ticarət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlamışdır.
Sərvət Sami Dədəcay
Sərvət Sami Dədəcay(türk. Servet Sami Dedeçay) — Kipr türkü, akademik və pedaqoq. O, 1976, 1981 və 1985-ci illərdə Şimali Kiprdə keçirilən prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edib. İbtidai və orta təhsilini Larnakadakı Amerika Akademiyasında bitirmişdir. 1960-1968-ci illərdə Paris Universitetinin Hüquq fakültəsində Kriminologiya və Penologiya şöbəsində doktorluq dərəcəsi almışdır. Kipr Cümhuriyyətinin Konstitusiya dövründə Türk komissiyasının rəhbəri Nihat Erimin şəxsi katibi olarkən qərəzsiz İsveçrə Komissiyasında tərcüməçi işləyib. 1968-72-ci illərdə Atatürk Universitetində mütəxəssis vəzifəsində çalışıb. Kiprə qayıtdıqdan sonra öz vəsaiti ilə Lefkoşa Özəl Türk Universitetini qurur. O, Kipr mədəniyyətinə dair iyirmidən çox kitab yazmışdır. Kipr türk qadınları və ümumilikdə Kipr coğrafiyası üzərində işləmişdir.
Xəlil Sami bəy
Xəlil Sami bəy (türk. Halil Sami Bey; 1866 – 1925) — Osmanlı hərbçisi. O, Birinci Dünya müharibəsi illərində Osmanlı ordusunun polkovniki olmuşdur. Xəlil Sami bəy 1866-cı ildə anadan olmuşdur. O, Balkan müharibələri zamanı İzmir Könüllü Alayına komandanlıq etmiş, daha sonra 31-ci Osmanlı diviziyasının komandir müavini olmuşdur. Saral, Ismail Tosun. "Col. Halil Sami Bey in Gallipoli". Ankara: axishistory.com. 2006.
Əhməd Sami Elaydi
Əhməd Sami Elaydi (1979, Qahirə) (Ərəbcə: أحمد سامي العايدي) — Misir türkoloqu, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycanşünas alim, diplomat, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, filologiya üzrə elmlər doktoru, professor Əhməd Sami Elaydi 6 aprel 1979-cu ildə Misir Ərəb Respublikasının Qahirə şəhərində anadan olmuşdur. 2006-cı ildə Qahirədəki Eyn əş Şəms Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölümünü bitirmişdir. Görkəmli Misir türkoloqu professor Safsafi Əhməd Qaturinin rəhbərliyi altında "Qaçaq Nəbi" dastanı və XIX əsrin ikinci yarısında Rusiya-Azərbaycan çəkişməsi" mövzusunda magistr dissertasiyası müdafiə etmişdir. Bir müddət təhsil aldığı universitetdə müəllim işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının doktoranturasını bitirmişdir. 2010-cu ildə Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor Vaqif Sultanlının elmi rəhbərliyi ilə "Müstəqillik dövrü Azərbaycan romanı: mövzu, problematika və sənətkarlıq məsələləri (1991–2005)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət attaşesi, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəsiznin direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Qahirədəki Eyn əş Şəms Universitetinin Türk dili və ədəbiyyatı bölümündə Azərbaycan dilinin tədrisi Əhməd Sami Elaydinin adı ilə bağlıdır. 2021-ci ildən həmin universitetdə professor vəzifəsində çalışır.
Əli Sami Yen
Əli Sami Bəy (sonradan "Yen" adını aldı, 20 may 1886, Konstantinopol – 29 iyul 1951, İstanbul) — Alban əsilli türk futbolçu, məşqçi və idman meneceri. Yazıçı Şəmsəddin Saminin ikinci oğludur. "Qalatasaray FK"-nın qurucularındandır. Əli Sami Bəy 20 may 1886-cı ildə İstanbulun Şamlı səmtində anadan olub. Atası məşhur ədəbiyyatçı Şəmsəddin Sami idi. Qalatasaray Litseyində oxuyub və futbol oynayıb. 1905-ci ildə Qalatasaray Litseyi onunla birgə oxuyan yoldaşları ilə birlikdə Qalatasaray idman klubunu yaratmaq qərarına gəlib və klubun bir nömrəli qurucu üzvü olub. Əli Sami Yen ayrıca Türk futbolunun qabaqda gələn təşkilatçılarından da biri oldu. Yen, 1923-cü ildə qurulan Türkiyə İdman Cəmiyyətləri İttifaqının qurucuları arasında iştirak etdi və başçılığını etdi. 1924 Paris Olimpiadasına qatılan Türk karvanının başçılığını etdi.
Əli Sami Yen İdman Kompleksi
Ali Sami Yen İdman Kompleksi yada sponsorluq adı ilə Rams Park — Rams Park İstanbulun Sarıyer rayonunda yerləşən çox məqsədli stadion, Qalatasaray PFKın daxili sahədəki futbol oyunlarına ev sahibliyi etməkdədir. Rams Park, Yüzüncü İl Atatürk Stadionu və Beşiktaş Park stadionlarına struktur olaraq ilham qaynağı olmaqla birlikdə Türkiyədəki C90 görüş bucağına sahib ilk stadionu xüsusiyyətini daşımaqdadır. Toplam 52.652 kreslo tutumuna sahib olan stadion, Atatürk Olimpiada Stadionunda sonra tamaşaçı tutumu baxımından Türkiyənin ən böyük ikinci stadionudur. İlk olaraq 1996-ci ildə gündəmə gələn ancaq müxtəlif problemlər səbəbiylə də tapılmayan və sonrasında yeri dəyişdirilən layihənin təməli 13 dekabr 2007 tarixində atıldı. O dövr Şişli'de bağlı olan indiki vaxtda isə Sarıyer sərhədlərində olan bir-birinin ardınca düzülmüş üç təpədən Şişli Bələdiyyəsin adı Aslantepe olaraq dəyişdirilən 120 dönüşlük təpəyə tikilən Türk Telekom Arena adı ilə 15 yanvar 2011-ci ildə açıldı. Türk Telekom, 2010-11 mövsümünün ikinci yarısından etibarən 10 illiyinə stadiona ad sponsoru olmuşdur. Rams Park cəmdə 198 loja və 4500'den çox VIP kreslosuna malikdir. Qalatasaray ilə Fənərbaxça arasında 18 Mart 2011 tarixində liqada oynanan və 52.695 tamaşaçının izlədiyi qarşılaşma stadion tarixinin ən yüksək azərkeşli matçı oldu. Stadion, Qalatasarayın ev oyunlarının yanında bəzi təşkilata da ev sahibliyi etdi. 2013 FIFA 20 Yaş Altı Dünya Kuboku təşkilatının qrup və ikinci tur matçlarının yanında, turnirin final müsabiqəsi bu stadionda oynandı.
Mata Hari (Samirə Əfəndi mahnısı)
Mata Hari — Azərbaycanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Samirə Əfəndi 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil etdi. 11 mart 2021-ci il tarixində mahnının tizeri yayımlanmışdır, müsabiqə mahnısının adı isə 13 mart 2021-ci il tarixində açıqlanmışdır. 15 mart 2021-ci il tarixində isə mahnının rəsmi təqdimatı Avroviziya Mahnı Müsabiqəsinin yutub səhifəsində edilmişdir.
Mata Hari (Samirə Əfəndiyeva mahnısı)
Mata Hari — Azərbaycanın 2021 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Samirə Əfəndi 2021 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil etdi. 11 mart 2021-ci il tarixində mahnının tizeri yayımlanmışdır, müsabiqə mahnısının adı isə 13 mart 2021-ci il tarixində açıqlanmışdır. 15 mart 2021-ci il tarixində isə mahnının rəsmi təqdimatı Avroviziya Mahnı Müsabiqəsinin yutub səhifəsində edilmişdir.
Məhəmməd bin Sani Al Samir
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني‎; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر‎ Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu. Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır: Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi.
Samid İmanov
Samid Gülağa oğlu İmanov (14 oktyabr 1981, Həsənabad, Neftçala rayonu – 4 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Aprel döyüşləri şəhidi və Azərbaycanın Milli Qəhrəmanı. Samid Gülağa oğlu İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində Gülağa və Xuraman İmanovların ailəsində anadan olmuşdur. Samid İmanov ailənin birinci oğul övladı idi. Onun özündən böyük Aybəniz və Gülbəniz (d. 1978) adında iki bacısı, Sadiq adında isə bir qardaşı var idi. Samid İmanov 1988-ci ildə Neftçala rayonu 1 nömrəli tam orta məktəbinin birinci sinfinə getmiş, 1998-ci ildə isə həmin məktəbi bitirmişdir. Ardınca təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirən İmanov 2003-cü ildə həmin hərbi məktəbi fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən mükafata layiq görülmüşdür. Samid İmanov 2013-cü ilin iyununda dayısı qızı Badam xanım ilə ailə həyatı qurdu. Şəhidin 2014-cü il təvəllüdlü Fidan adlı qızı və 2016-cı il təvəllüdlü Turan adlı oğlu yadigar qalıb. Samid İmanov 2004-cü ilin iyun ayından müxtəlif illərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində qrup komandiri müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.
Samid Əsgərov
Samih Yalnızgil
Samih Rifat bəy və ya Samih Yalnızgil, (1875, İstanbul — 4 dekabr 1932) — türk şairi, dilçisi və siyasətçisi. Rüşdiyə məzunudur. Xüsusi təhsil almışdır. İstanbul məhkəmə katibliyi, Mərcan Liseyi Ədəbiyyat müəllimliyi, Konya, Trabzon Qubernatorluğu, Daxili İşlər Müşaviri, Təhsil Nazirliyi Müəllif Hüquqları və Tərcümə İdarəsi, Tarix Cəmiyyətinin üzvü, Təhsil Nazirliyinin müşavirliyi, III və IV dövr Çanakkale Millət vəkili, III və IV dövr kitabxana əncüməni rəisliyi kimi fəaliyyət göstərirdi. Ailəlidir, üç övladı var. Türk Dili Cəmiyyətinin ilk prezidentidir. Mehmet Akif Ərsoy ilə birlikdə "Divanü Lüğat-it-Türk"ü türk dilinə tərcümə etmişdir. Şair, dramaturq və roman yazıçısı Oktay Rifatın atasıdır. Qızı, keçmiş Ədliyyə Nazirlərindən olan Həsən Səfyəddin Menemencioğlu ilə evlənmişdir.
Samilər
Samilər — İkiçayarasında, Mesopotomiyada yaşayan qədim xalq. İkiçayarası əraziləri ən qədim insan məskənlərindən olub, insan sivilizasiyasının mərkəzi sayılır. Ərazinin cənub hissəsi bataqlıqlardan ibarət olmuş, neolit dövründə — bataqlıqlar quruduqdan sonra əhali bu yerlərə köçmüşdür. Şimal ərazilərdə məskunlaşma daha əvvəllər baş vermişdir. İkiçayarasına şərqdən və şimal-şərqdən şumerlər gəlib, qərbdən və şimal-qərbdən samilər gəlib. Qədimdə şərqdə və şimal-şərqdə türklər yaşayıb, qərbdə və şimal-qərbdə samilər. Bu vəziyyət olduğu kimi indi də davam etməkdədir. Lakin qədim akkadların samilər olduğunu hamı qəbul edir, qədim şumerlərin türk olduğuna şübhə edirlər. Samilər Sami dil ailəsinə mənsub idilər.
Samin
Samin — İranın Həmədan ostanının Məlayer şəhristanının Samen bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,025 nəfər və 1,207 ailədən ibarət idi.
Samin Baghtcheban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Samin Bağçəban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Saminu (Soyuqbulaq)
Saminu (fars. سمينو‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (22 ailə).

sami sözünün leksik mənası və izahı

sami sözünün rus dilinə tərcüməsi

  • 1 1. семит, семиты; 2. семитский;

    Azərbaycanca-rusca lüğət / sami
  • 2 I сущ. семит, семитка. Samilər семиты (группа народов, населяющих или населявших часть Передней Азии, Северной и Восточной Африки, к которым относятся древние вавилоняне, ассирийцы, финикийцы, иудеи и другие, а также современные народы: арабы, евреи, эфиопы и др.) II прил. семитский. Sami dilləri семитские языки

    Azərbaycanca-rusca lüğət / sami

"sami" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sami nədir? #sami sözünün mənası #sami nə deməkdir? #sami sözünün izahı #sami sözünün yazılışı #sami necə yazılır? #sami sözünün düzgün yazılışı #sami leksik mənası #sami sözünün sinonimi #sami sözünün yaxın mənalı sözlər #sami sözünün əks mənası #sami sözünün etimologiyası #sami sözünün orfoqrafiyası #sami rusca #sami inglisça #sami fransızca #sami sözünün istifadəsi #sözlük