Məhəmməd bin Sani Al Samir
Şeyx Məhəmməd bin Sani Al Samir (ərəb. محمد بن ثاني; tam adı: ərəb. محمد بن ثاني بن محمد آل ثامر Məhəmməd bin Sani bin Məhəmməd Al Samir; 1788, Füveyrit, Qətər — 18.5.1878, Doha, Qətər) — Qətər əmiri. Al Sani sülaləsinin banisi Sani bin Məhəmməd Al Samirin oğlu.
Şeyx Məhəmməd bin Sani, 1788-ci ildə Qətərin Füveyrit şəhərində anadan olmuşdu. O, XIX əsrdə Osmanlı ordusuna qarşı vuruşmuş, Qətər əmirliyinin yaradıcısı Şeyx Casim bin Məhəmməd Al Saninin atası olduğuna görə çox məşhurdur. Şeyx Məhəmməd bin Saninin digər dörd qardaşı və bacıları da eyni şəhərdə doğulub. Onun digər qardaşıları bunlardır:
Şeyx Samir bin Sani bin Məhəmməd Al Samir
Şeyx Eyd bin Sani bin Məhəmməd Al Samir
Şeyx Əli bin Sani bin Məhəmməd Al Samir
Şeyx Əhməd bin Sani bin Məhhəmməd Al Samir
Uzun müddət Fuvayritdə yaşadıqdan sonra Al Sani ailəsi, Qətərin əmirliyinin paytaxtı Doha şəhərinə köçür. Şəhər, 1847-ci ildə Şeyx Məhəmmədin hakimiyyəti altına keçir. O, hakimiyyətini bütün Qətər yarımadasına yaya bilmişdi.