Sabir sözü azərbaycan dilində

Sabir

Yazılış

  • Sabir • 99.3101%
  • SABİR • 0.5420%
  • sabir • 0.1355%
  • Sabİr • 0.0123%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Həbibov — Sabir Məmmədli — Sabir Rüstəmxanlı — Azərbaycanın xalq şairi Sabir Adilov — Sabir Adnayev — Sabir Axmedov — Sabir Həmidov — Sabir Hüseynov Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidi Sabir Mirzəyev Sabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi. Sabir Mirzəyev (professor) — fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1976). Sabir Məmmədov Sabir Məmmədov (polis) — Sabir Məmmədov (aktyor) — Azərbaycanın xalq artisti, aktyor.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin qurucularından biri, Türkdilli Dövlətlər İqtisadçıları İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru. Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Sabir (Şamaxı)
Sabir — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Şamaxı rayonunun Sabir inzibati ərazi vahidində qəsəbə. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Әhalisi 3702 (2009) nəfərdir, 546 təsərrüfatı var. 11 illik məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Yaşayış məntəqəsi 1960 ildə Qocamanbəyovların nəslinə mənsub yerdə üzümçülük sovxozunun təşkil edilməsi ilə əlaqədar orada çalışan fəhlələr üçün salınmış, sovxozun əhalisi əsasən Quşçu kəndindən gəlmiş ailələr hesabına artmışdır. Qəsəbə Azərbaycan şairi Mirzə Ələkbər Sabirin şərəfınə adlandırılmışdır.
Sabir Abbasov
Sabir Abdin
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdinli
Sabir Abdin (Sabir Məzlumağa oğlu Abdinov; 16 yanvar 1962) — Azərbaycan şairi, AYB-nin üzvü. 1962-ci il, yanvar ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Yardımlı rayonunda orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. İxtisasca hüquqşünasdır. Uzun illərdir ki, prokurorluq orqanlarında çalışır. Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Füzuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifələrində işləyib. Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsində çalışır. Baş ədliyyə müşaviridir. Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli sərancamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur.
Sabir Abdulla
Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim. Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb. Bir çox mükafatlara layiq görülüb, o cümlədən V.Tsıbin mükafatının laureatı olub. Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
Sabir Abdullayev
Sabir Abdullayev (15 aprel 1957, Zəngişalı, Ağdam rayonu) — Azərbaycan xanəndəsi. Sabir Abdullayev 1957-ci ildə Ağdam rayonunun Zəngişalı-Məhrızlı kəndində anadan olmuşdur. Qarabağ muğam məktəbinin tanınmış davamçılarındandır. Öz repertuarına bütün mövcud muğamları daxil etmişdir. "Zabul segahı", "Mirzə Hüseyn segahı"nı xüsusi zövqlə ifa edir. Bu muğamların lent yazıları Azərbaycan Dövlət Radio və Televiziyasının qızıl fonduna daxil edilib. S. Abdullayev muğam dəstgahlarını Qarabağ musiqi məktəbinin klassik ənənələrinə sadiq şəkildə ifa edir. Gözəl vokal qabiliyyətli və musiqisevər bir ailədə böyümüşdür. Onun evindəki qrammofon yazılarından ustad sənətkarların — Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin səsləri eşidilərdi. Sabir Abdullayev gənc yaşlarından oxumağa başlamış, peşəkar musiqi təhsilini Asəf Zeynallı adına musiqi məktəbində almışdır.
Sabir Adil
Sabir Adil (Sabir Xasay oğlu Əhmədov; 10 may 1950, Bəydövül, Göyçay rayonu – 7 fevral 2005) — Azərbaycan Yazıçılar İttifaqının üzvü, Teatr Xadimləri İttifaqının üzvü, Kinematoqraflar ittifaqının üzvü. Sabir Xasay oğlu Əhmədov 1950-ci il may ayının 10-da Azərbaycanın Göyçay rayonunun Bəydövül kəndində anadan olmuşdur. Atası Xasay şair çox kiçik yaşlarında olarkən vəfat edib. Sabir Adil anası Nadilə və dayısı Bahadurun köməyilə böyüdülmüşdür. Göyçay rayonunda orta məktəbə daxil olub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır (1969-1974). Sonra C.Cabbarlı adına kinostudiyada senarist, H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri, Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, həmçinin müxtəlif mətbuat orqanlarında işləmişdir. Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. Onun ssenarisi əsasında "Papaq" ("Evlənmək istəyirəm") bədii fılmi çəkilmişdir. Şerləri və digər yazıları "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında, "Ədəbiyyat" qəzetində və digər mətbuat orqanlarında çap olunmuşdur.
Sabir Adilov
Sabir Rahimoviç Adilov (özb. Sobir Rahimovich Odilov; 1 mart 1932, Daşkənd – 18 iyul 2002, Daşkənd) — Özbəkistan memarı, SSRİ xalq memarı (1981). O, Daşkəndin baş memarı (1970–1986) və onun memarlıq mərkəzinin müəlliflərindən biri (1966–1974) olmuşdur. Adilov 1975-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Özbəkistan SSR əməkdar inşaatçısı (1967). SSRİ xalq memarı (1981). SSRİ Dövlət mükafatı (1975) – Daşkənd mərkəzinin memarlıq-planlaşdırma həllinə görə. "Xalqlar dostluğu" ordeni.
Sabir Adnayev
Adnayev Sabir Adnayeviç (Rusiya Sovet Federativ Sosialist Respublikası) — 1949-cu il noyabrın 7-də SSRİ-nın Murom şəhərində (hazırkı Rusiya Federasiyasında) anadan olmuşdur, Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının əməkdar həkimi, fəlsəfə doktorudur. Azərbaycanda ilk özəl tibbi servis şirkəti "MediClub" MMM-nin, Sığorta şirkəti "A-Group" Açıq Səhmdar Cəmiyyətinin təsisçisi və sahibi, Milli İdman Tibb və Reabilitasiya İnstitutunun (MİTRİ) sabiq direktoru, Gürcüstanda isə "MediClubGeorgia"-nın təsisçisi və həmsahibidir. Sabir Adnayev hərbi qulluqçu ailəsində anadan olub. Ailənin yeganə övladıdır. Atası – Adnayev Adna Bayramqulu oğlu – Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) polkovniki, əməkdar çekist. Anası – Adnayeva Lyudmila Mixaylovna – əməkdar müəllim, fizika və riyaziyyət pedaqoqu. 1957-ci ildə ailə Bakıya köçüb. Sabir Adnayev Bakıda 160 saylı orta məktəbi bitirib. 1966–1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb. 1983–1987-ci illərdə Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "İctimai gigiyena və səhiyyənin təşkili" ixtisası üzrə qiyabı aspirantura keçib.
Sabir Axmedov
Sabir Axmedov, Sabir Canli (1980) — Müğənni. 12 Avqust 1980-ci ildə Bakı şəhərində Əhmədov Natiq Muxtar oğlu və Əhmədova Elvira Sabir qızının ailəsində anadan olmuşdur. Fortepiano, dirijorluq və akademik vokal üzrə musiqi məktəbini bitirib. İlk musiqi təhsili aldıqdan sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Birtəhər konservatoriyada olarkən Rusiyanın, Moskvanın böyük imkanlara malik böyük bir şəhər olduğunu eşidir və bu sözlər qəlbində əbədi olaraq qalır və bir növ həyatda o dövrdə işləyən həmyerlisi ilə görüşərək Moskvaya getməyi qərara alır bazar, ona kömək istəməyi qərara alır, çünki şəhərin qərib olduğunu başa düşür və bir yerə başlamaq lazımdır, imtina etmir və ertəsi gün Çeremuşkinski bazarına (Moskva şəhəri) çatır və bazarda satışda kömək etməyə başlayır! Eyni zamanda, o, zirvələri fəth etmək üçün gəldiyini, lakin hər şeyin vaxtının olması ilə özünü təsəlli verdiyini yaxşı başa düşür! Beləliklə, 2 il keçdi, sonra Sabir, Vocal sinifindəki Gneseny Qardaşları Moskva Konservatoriyasında dinləmələrə getməyi qərara aldı, burada kollecə getmək və oxumaq təklif edildi, Sabir kollecə getdi və bir müddət sonra Estrada Caz məzunlarının imtahanına girmək çox təsirləndi növbəti semestr Variety Jazz Fakültəsinə köçürülməsini istədi, orada müəllimləri Raisa Vladimirovna var idi, o, böyük potensialı və səs gücünü gördü və imkanlarını inkişaf etdirməyə və uzatmağa başladı. vokal ki, Sabir hər şeyi oxusun və səsini heç kim kimi asanlıqla idarə etsin! İllər keçdikcə Sabir bazarda işləyirdisə, axşamlar kollecə getdi, eyni zamanda işləməyi və oxumağı bacararaq Moskva Dövlət Universitetinin qiyabi fakültəsinə daxil oldu! Həyatının hansı dövrünü, 5 il evliliyindən əvvəl tanış olduğu, bir qızı (Samira) olan ilk arvadı ilə Moskvada görüşdü!
Sabir Axundov
Sabir Axundov (diktor) — Azərbaycan Radio və Televiziyasının diktoru.
Sabir Azəri
Sabir Əli oğlu Azəri — nasir, tərcüməçi, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964). 1938-ci il martın 22-də Azərbaycanın Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1956-1961). Sonra "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbi işçi (1961-1962), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor (1962-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında publisistika şöbəsinin müdiri (1967-1968), "Ulduz" jurnalında nəsr şöbəsinin müdiri (1968-1973), məsul katib (1973-1976), "Ulduz" jurnalında baş redaktor müavini vəzifələrində işləmişdir (1976-1993). Tələbəlik illərindən ədəbi fəaliyyətə başlamışdır. "Duman çəkilir" pyesi tamaşaya qoyulmuş, onun əsasında "Köhnə bərə" fılmi çəkilmişdir. "Dalanda" romanı Moskvada "Sovetski pisatel" jurnalında və onun əlavəsi "Roman-qazeta"da (1990, N 22) kütləvi tirajla buraxılmışdır. Bu romanın rus dilində 3 milyon 500 min nüsxə ayrıca kitab halında nəşri onun yaradıcılığına ciddi maraq oyatmış, "Molodaya qvardiya" və "Sovetski pisatel" nəşriyyatları povest və hekayələrini dönə-dönə kütləvi tirajla buraxmışlar. "Qorxu" povesti "Karvan" jurnalında (1990, N7), "Sonsuzluq" romanı "Azərbaycan" jurnalında (1990, Nll-12) dərc olunmuşdur. Yazıçı otuza yaxın kitabın müəllifidir.
Sabir Ağabəyov
Sabir Ağabəyov (tam adı: Sabir Məmməd oğlu Ağabəyov) — Azərbaycan diplomatı. Sabir Ağabəyov Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2007-ci il tarixli Sərəncamı ilə iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasında, 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Mavritaniya İslam Respublikasında, 4 iyun 2007-ci il tarixli Sərəncamı ilə Seneqal Respublikasında, 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Mali Respublikasında, 10 iyul 2008-ci il tarixli Sərəncamı ilə Qambiya Respublikasında, 19 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir. Həmin vəzifələrdə qalmaqla Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2011-ci il tarixli Sərəncamı ilə eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) daimi nümayəndəsi təyin edilmiş və 25 sentyabr 2012-ci il tarixində bu vəzifəsindən geri çağırılmışdır. Sabir Ağabəyov Azərbaycan Respublikasının Mərakeş Krallığında, Tunis Respublikasında, Mavritaniya İslam Respublikasında, Seneqal Respublikasında, Mali Respublikasında, Qambiya Respublikasında və Portuqaliya Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifələrindən Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Sərəncamı ilə geri çağırılmış və eyni gün imzalanmış digər Sərəncamla Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.
Sabir Buqrin
Sabir Buqrin (10 iyul 1996) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi klubunun belçika doğumlu mərakeşli yarımmüdafiəçisi. Sabir futbolçu karyerasına 2009-cu ildə Belçikanın Antverpen əyalətinin Lyir şəhərində fransalı keçmiş futbolçu Jan-Mark Qilyo tərəfindən açılmış akademiyada başlamış, karyerasına daha sonra şəhərin eyni adlı təmsilçisi Lyir klubunda davam etmişdir. Onun Belçika çempionatındakı ilk peşəkar oyunu 25 may 2015-ci ildə Lommel klubuna 1–3 hesabı ilə məğlub olduqları qarşılaşma oldu. Ən yaxşı oyunçulardan biri olduğu Lyirdə üç uğurlu mövsüm keçirdikdən sonra Buqrin klubun maliyyə çətinliyi səbəbindən klubu tərk etdi. 30 yanvar 2018-ci ildə Buqrin Fransanın 2-ci liqa təmsilçisi Paris futbol klubu ilə müqavilə imzaladı. 1 il klubun əsas və köməkçi komandalarında çıxış etdikdən sonra 2019-cu ildə Lüksemburqun Düdelanj klubuna transfer oldu. UEFA Avropa Liqasının 2019/2020 mövsümündə Düdelanjın heyətində təsnifat mərhələsində uğurla çıxış etmiş, bu uğurun davamı olaraq Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışlar. Qrup oyunlarının 5-də meydana çıxan Sabir, təmsilçimiz Qarabağla oyunların hər ikisində də iştirak etmiş və 2-ci qarşılaşmada komandasının yeganə qolunu vurmuşdu (hesab 1–1). 18 iyul 2020-ci ildə Azərbaycan Premyer Liqasında çıxış edən Bakının Neftçi klubu ilə 2 illik müqavilə imzalamışdır.
Sabir Bəşirov
Sabir Bəşirov (20 noyabr 1956-cı ildə Yardımlı r., Peştəsər k. – 21 sentyabr 2018 Yardımlı, Peştəsər) — görkəmli ziyalı, ədəbiyyatşünas, tənqidçi-esseist,filologiya üzrə fəlsəfə doktoru, Yazıçılar Birliyinin üzvü. Sabir Bəşirov 20 noyabr 1956-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Orta məktəbi 1973-cü ildə bitirib. 1978-ci ildə BDU-nun filologiya fakültəsini, sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Sabir Bəşirov 40 ilə yaхındır ki pedaqoji fəaliyyətlə məşğuldur. 1978-ci ildən Peştəsər kənd ümumi orta məktəbində müəllim işləyir. Sabir Bəşirov içərisində şəhid Şahlar Nəzərova, habelə yazıçı Anar və b. həsr edilmiş 15-dən çox kitabın, 100-ə qədər elmi məqalənin, çağdaş ədəbiyyatımızın nümayəndələri haqqında onlarla ədəbi-tənqidi məqalənin müəllifidir.
Sabir Gəncəli
Sabir Gəncəli (tam adı: Məmmədov Sabir Süleyman oğlu; 1930, Gəncə) — tarix elmləri doktoru, yazıçı, jurnalist. Sabir Gəncəli 1930-cu ildə Gəncədə anadan olmuşdur. M. Ə. Sabir adına orta və ibtidai rəssamlıq məktəbini bitirmişdir. 1952–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil almışdır. 1958–1963-cü illərdə Bakı qəzetində, 1963–1967-ci illərdə "Azərbaycan qadını (jurnal)" jurnalı redaksiyasında ədəbi işçi, 1967–1975-ci illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləmişdir. 1976–2010-cu illərdə "Azərbaycan qadını (jurnal)" jurnalının məsul katib vəzifəsində çalışmışdır. 1990–1996-cı illərdə yeni yaranan bir çox qəzet və jurnalların — "Fermer" və "Vəfa" jurnalı, "Cik-Cik" qəzeti, "Səhnə", "Dəli Kür" qəzetlərinin nəşrlərində fəal iştirak etmiş, onların işıq üzü görməsində köməklik götərmişdir. 2000–2014-cü illərdə Azərbaycanın İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli "Azərbaycan mətbuat tarixi" və "Jurnalistika sənətkarlığı" fənnindən dərs demişdir. Sabir Gəncəli ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə və təbliğinə həsr etmişdir. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin, qadın azadlığı hərəkatının, qadın təhsilinin inkişafında böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından, nəcib xidmətlərindən bəhs edən 1000-dən çox məqalə, tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir.
Sabir Hacıyev
Sabir Hacıyev (fizik) — professor (1975) Sabir Hacıyev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı. Sabir Hacıyev (jurnalist) — Azərbaycanın "Əməkdar jurnalisti" (1989), Azərbaycan Yazıçılar (2001) və Jurnalistlər (1970) Birliklərinin üzvü.
Sabir Heydərov
Sabir Ceyhun oğlu Heydərov (27 iyun 1998, Şərədil, Şamaxı rayonu – 3 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Sabir Heydərov 1998-ci il iyunun 27-də Şamaxı rayonunun Şərədil kəndində anadan olub. 2004-2015-ci illərdə Şamaxı şəhərində E. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Evli idi. Sabir Heydərov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Sabir Heydərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sabir Heydərov oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Heydərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sabir Hüseynov
Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) (d. 14.12.1999) — Vətən müharibəsi şəhidi.
Sabir Həbibov
Sabir Həbibov (1955, Kəlbəcər) — tibb elmləri doktoru, professor, "Rusiya Federasiyasının əməkdar həkimi" (2009), Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının və Ümumrusiya Endoskopiya Cərrahları Cəmiyyətinin həqiqi üzvü, Moskva şəhəri səhiyyə departamentinin 79 nömrəli şəhər klinik xəstəxanası dövlət müəssisəsinin rekonstruktiv, plastik və endoskopik cərrahiyyə şöbəsinin müdiri.
Sabir Həmidov
Sabir Həmidov — Fizika-riyaziyyat elmləri namizədi, dosent Sabir Həmidov 1954-ci ildə Ermənistan Respublikasında anadan olub. Orta məktəbi Naxçıvan şəhərində bitirib. 1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakultəsini bitirib. Sabir Həmidov AMEA-nın Kibernetika İnstitutunda (1976-1980), Sankt-Peterburq Dövlət Universitetində (1981-1982 ixtisasartırma), "Kaskad" Xüsusi Konstruktor Bürosu (1983-1990) və "Savalan" Kişik Müəssisəsində (1991-2000) çalışmışdır. 1986-cı ildə "Bəzi sinif qeyri-hamar funksiyaların xassələrinin tədqiqi və minimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədidir. 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışır. O, bakalavr pilləsi üzrə - diskret riyaziyyat kursu, riyazi məntiq və diskret riyaziyyat modelləri kursu, iqtisadi kibernetika kursu Magistratura pilləsi üzrə isə - diskret minimaks məsələləri, qeyri-hamar analizin bəzi məsələləri, iqtisadi sistemlərdə diskret proqpamlaşdırma üsulları dərslərini tələbələrə tədris edir. Onun tədqiqat sahəsinə - Qeyri-hamar optimizasiya məsələləri və İqtisadi dinamika modellərinin tədqiqi aiddir.
Sabir Həsənli
Həsənli Sabir Hüseyn oğlu (12 oktyabr 1945, Mahmudkənd, Noraşen rayonu) — Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) Hacı Sabir Həsənli 1945-ci il oktyabrın 12-də Naxçıvanın indiki Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuşdur. 1968-ci ildə ADU-nun şərqşünaslıq fakutəsini, 1982-ci ildə Daşkənd İslam Universitetini bitirmişdir. 1966-1967-ci illərdə Yəmən Ərəb Respublikasında tərcüməçi işləmişdir. Azərbaycanda ilk dəfə olaraq ilahiyyat elmləri üzrə alimlik dərəcəsi almışdır. 2015 ci ilin yanvar ayından Heydər Məscidinin sədridir. Din tarixi və İslam fəlsəfəsinə dair "İman və elm", "Adəmdən Xatəmə", "Haqqa doğru", "İslam mədəniyyətində elm" kitablarının və elmi məqalələrin müəllifidir. Bakı İslam Univeristetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinidir. "Simurğ" Beynəlxalq Mədəniyyət assosiyasının vitse-presidentidir. Evlidir, 2 övladı var. Sabir Həsənli Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Tərcümeyi-hal / Hacı Sabir Həsənli.
Sabir Həşimov
Sabir Həşimov (doğum 1939, Hacıqabul, Azərbaycan SSR - ölüm 2013) Azərbaycanlı hərbçi olmuşdur. Sabir Hacıbala oğlu Həşimov 1939-cu ildə Hacıqabul rayonunun Rəncbər kəndində anadan olmuşdur. Orta təhsilini Hacıqabulda (o vaxtkı Qazıməmməd) 15 nömrəli orta məktəbdə almışdır.1957-1990-cı illərdə keçmiş SSRİ-də xidmət etmiş, həmin illərdə Tbilisi Hərbi Artilleriya Məktəbini (1962) on il sonra isə Leninqrad Hərbi Artilleriya Akademiyasını bitirib və raket-artilleriya silahları üzrə hərbi mühəndis ixtisasına yiyələnmişdir. 1975-1980-ci illərdə Macarıstanda məxfi hərbi hissədə Nüvə silahı üzrə mühəndis kimi fəaliyyət göstərmiş, 1992-1999-cu illər arası Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişdir. Həşimov Sabir 2013-cü il yanvar ayının 21-də vəfat etmişdir. İki oğlu və bir qızı var. Oğulları onun yolunu davam etdirir. Oğullarından biri polkovnik, digəri polkovnik-leytenantdır. Azərbaycan Müdafiə Nazirliyinin, Milli Ordunun yaradılmasında rolu olmuşdur. Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləmişdir.Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasında xidmət göstərmişdir.
Azadkənd (Sabirabad)
Azadkənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Azadkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Kür çayının sağ sahilində, Muğan düzündədir. Kür çayının daşması nəticəsində torpaqlar Şorlaşdığından Həşimxanlı kəndinin əhalisi indiki kəndin ərazisinə köçmüş, kənd 1938-ci ildən belə adlandırılmışdır. Oykonim azad (kicik, xırda; müstəqil) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "kicik kənd; müstəqil kənd" deməkdir. 1933-cu ildə Lerik və Kürdəmir rayonlarında da Azadkənd yaşayış məntəqələri qeydə alınmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Balakənd (Sabirabad)
Balakənd — Azərbaycan Respublikasının Sabirabad rayonunun Qalaqayın inzibati ərazi vahidində kənd. Balakənd kəndi Muğan düzündədir. Oykonim bala və kənd komponentlərindən düzəlib, "kiçik yaşayış məntəqəsi" deməkdir.
Beşdəli (Sabirabad)
Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Etnotoponimdir.
Bulaqlı (Sabirabad)
Bulaqlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Sabirabad rayonunun faktiki mövcud olan "Tinglik sovxozu" yaşayış məntəqəsi Kürkəndi kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına Bulaqlı kəndi adı ilə daxil edilmişdir. Kənddə Bulaqlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulduq (Sabirabad)
Bulduq — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 1797 nəfərdir (2009). Kənddə Bulduq kənd məscidi dini icması fəaliyyət göstərir.
Bünyadlı (Sabirabad)
Bünyadlı— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Cavad (Sabirabad)
Cavad — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi Şirvanşahlar və Səfəvilər dövlətinin şəhəri, sonradan 18-ci əsrdə mövcud olmuş eyni adlı Cavad xanlığının və 1868-ci ilin fevralında yaradılan Cavad qəzasının (1916-cı ilədək) mərkəzi. Cavad tarixi şəhər olmuş və mənbələrdə adı XVI əsrdən çəkilir. Kür və Araz çaylarının qovşağında yerləşən Cavad kəndi Şirvan bəylərinin əsas şəhərlərindən birinə çevrilmiş, burada sənətkarlıq və ticarət daha çox inkişaf etmişdir. Səfəvi-Osmanlı müharibələri dövründə Cavad Osmanlılar tərəfindən işğal edilmişdir. 1606–1607-ci illərdə Osmanlılar Səfəvilərin Şirvana daxil olmalarının qarşısını almaq məqsədi ilə Cavad bərəsini dağıtmışlar. Cavad XVIII əsrin ortalarından Cavad xanlığının mərkəzi idi. Azərbaycanın və İranın bir sıra şəhərləri ilə ticarət əlaqələri saxlayırdı. Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı. Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər.
Cəngan (Sabirabad)
Cəngan — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir. Yerə adını verən tarixi fakt Elxani hökmdarı Abaqa xanın Qızıl Orda ordusunu gözlədiyi cəngə əlverişli yer mənasını daşıyır.(bax.
Eldar Sabiroğlu
Eldar Sabir oğlu Səfərov (4 yanvar 1957, Zəhmət, Zəngibasar rayonu) — Azərbaycanın dövlət,hərbi siyasi və ictimai xadimi, Azərbaycan Milli Məclisinin I çağırış deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri (1994–2000), 1998-ci ildə prezident seçkilərində prezidentliyə namizəd Heydər Əliyevin mətbuat katibi, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi (2007–2013). Eldar Səfərov 1957-ci il yanvarın 4-də Zəngibasar rayonunun Zəhmət qəsəbəsində anadan olub. Zəhmət qəsəbəsindəki orta məktəbi bitirmişdir. Ardınca Ermənistan Dövlət Pedaqoji İnstitutunda filologiya üzrə, Ali Partiya Məktəbində politologiya üzrə, Bakı Dövlət Universitetində isə hüquq üzrə ali təhsil almışdır. 1979–1980-ci illərdə Sovet Ordusunun həqiqi hərbi xidmətdə olmuşdur. Rus, erməni, türk dillərini bilir. 2 övladı var. Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur (1994-?). 1983-cü ildə SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Füzuli Sabiroğlu
Füzuli Sabiroğlu (tam adı: Elyazov Füzuli Sabir oğlu; 20 noyabr 1964, Kiçik Məzrə, Basarkeçər rayonu) — Azərbaycan yazıçısı, şair, ssenari müəllifi, rejissor, baş redaktor. Füzuli Sabiroğlu 20 noyabr 1964-cü ildə Göyçə mahalının Basarkeçər (indiki Vardenis) rayonunun Kiçik Məzrə kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. Ədəbi yaradıcılığa XX əsrin 80-ci illərində başlayıb. Respublika mətbuatında ilk çıxışı 1988-ci ildə "Gənclik" jurnalında olub. O vaxtdan müntəzəm olaraq şeir, hekayə və publisistik yazıları respublika mətbuatında dərc olunur. 1993–1994-cü illərdə Azərbaycan Milli Ordusunun zabiti kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 2003-cü ildə "Sahilsiz Dəniz" jurnalının redaktoru işləyib. 2004-cü ildən 2008-ci ilə qədər "Lider" televiziyasının "Azərbaycan" sənədli filmlər redaksiyasında redaktor işləyib. 2008-ci ildən həmin redaksiyanın baş redaktorudur.
Gomuşçu (Sabirabad)
Gomuşçu— Azərbaycan Respublikasınin Sabirabad rayonunun rəsmi 75 ci kəndi. Gomuşçu kəndi 5 oktyabir 2023 ildən etibarən Yolçubəyli kəndinin vahidliyinən cixaraq Gomuşçu kəndi elan olunmuşdur.
Hikmət Sabiroğlu
Zeynalov Hikmət Sabir oğlu (Hikmət Sabiroğlu) — jurnalist. Hikmət Sabiroğlu 1966-cı il yanvarın 1-də Şuşa şəhərində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azadlıq" qəzetində (müxbir, şöbə müdiri, redaktor müavini), "Press-fakt" qəzetində (müxbir), "Avropa" qəzetində (baş redaktor müavini), "III Sektor" jurnalında (redaktor), Mediaforum.az saytında (baş redaktor müavini) çalışıb, Transparency.az/cnews səhifəsinin redaktoru olub. Novator.az saytının baş redaktor müavinidir. 2007-ci ildə çapdan çıxmış "Qarabağ söhbətləri" kitabının müəllifidir. Hikmət Sabiroğlu "Qarabağ söhbətləri"ndə Qarabağın azad və abad günlərindəki yaşantılarını, uşaqlıq və yeniyetməlik çağlarının xatirələrini, Qarabağ müharibəsi, 1980-1990-cı illərdə - milli azadlıq hərəkatı dönəmində şahidi olduğu hadisələri qələmə alıb. Ailəlidir, 1 oğlu var.
Həsənli (Sabirabad)
Həsənli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
M.Ə.Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoymuşdu. M. Ə. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı: Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
M.Ə.Sabir adına şəhər kütləvi kitabxana
Mirzə Ələkbər Sabir
Mirzə Ələkbər Sabir (doğum adı: Ələkbər Zeynalabdin oğlu Tahirzadə; 30 may 1862, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 12 (25) iyul 1911, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası) — Azərbaycan şairi, inqilabçı-satirik, mütəfəkkir, ictimai xadim və müəllim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik sahibkar idi və oğlu səkkiz yaşına çatanda çobanlıq etməsin deyə onu mollaxanaya qoymuşdu. M. Ə. Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra isə 1874-cü ildə Bakı quberniya məclisinin Şamaxıdakı ruhani məktəbində – maarifpərvər şair Seyid Əzim Şirvaninin yeni üsullu məktəbində oxumuşdur. Müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Mirzə Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı: Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə, Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş, hətta bir dəfə şeir dəftərini də cırıbmış.
Mirzə Ələkbər Sabir Fondu
Mirzə Ələkbər Sabir Fondu — Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə M.Ə.Sabirin anadan olmasının 155 illiyi ərəfəsində şairin ailəsi tərəfindən yaradılmışdır. M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, onun irsinin tədqiqi, proqressiv ideyalarının təbliğinin davam etdirilməsi, eyni zamanda şairin həm şəxsini, həm də yaradıcılığını beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaqdır. Şairin maarifçilik, milli mənəvi dəyərlərə sədaqət, proqressiv novatorluq ideyalarından irəli gələn vəzifələrlə fond bir sıra layihəni həyata keçirmişdir. M.Ə.Sabir fondu müasir qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi yönündə dövlətin fəaliyyətinə dəstək olaraq “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi”, gənclərin özünü tanıtmaq potensialını səfərbər etmək və bu istiqamətdə təlimatlandırmaq, cəmiyyətin gələcək inkişafını təmin edəcək fərdlərin, liderlərin, mütəxəssislərin hazırlanmasına yardımçı olmaq üçün “Gənclər üçün fərdi inkişaf təlimləri” keçirir, davamlı olaraq “Milli geyimlərimizin təbliği” layihəsi çərçivəsində müxtəlif tədbirlər, gəzintilər, yürüşlər təşkil edir. Mirzə Ələkbər Sabir Fondu 2017-ci ildə şairin bu zamana qədər müxtəlif mənbələrdə - kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə, internet resurslarında yer alan çoxsaylı video, audio, foto, eləcə də verbal materialları vahid bazada sistemləşdirərək “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni yaratmışdır. Şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin övladı Məmmədsəlimin sağlığında ikən xatirələri əsasında hazırlatdırdığı maketi və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü və muzeyin maket əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar “virtual muzey”də yer alıb. 2018-ci ildən virtual muzey ingilis və rus dillərində də istifadəyə verilmişdir. Mirzə Ələkbər Sabir fonduna şairin nəvəsi Sevda Tahirli rəhbərlik edir.
Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası
Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası — Bakıda yerləşən kitabxana. 1918-ci ilin axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi.
Mirzə Ələkbər Sabirin ev-muzeyi
Mirzə Ələkbər Sabirin ev-muzeyi — Azərbaycanın satirik şairi, ictimai xadimi, filosofu və müəllimi, Mirzə Ələkbər Sabirə həsr olunmuş xatirə muzeyi. Muzeyin binası Şamaxıda, M. Ə. Sabirin yaşadığı evdə (qədim Şıxminas məhəlləsində) yerləşir. Muzey Azərbaycanın görkəmli şairi M. Ə. Sabir irsinin dərindən öyrənilməsini həyata keçirən, aidiyyatı materialları toplayan, qoruyan, elmi cəhətdən araşdırılmasını təşkil edən mədəniyyət, elmi-tədqiqat müəssisəsidir. Muzey 1962-ci ildə şairin doğumunun 100 illiyi ilə münasibətilə yaradılmışdır. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin köhnə binası bir mərtəbədən və 2 ekspozisiya zalıdan ibarət olmaqla yararsız vəziyyətdə idi. Bu bina 1978-ci ildə sökülərək yenidən qurulmuşdur. Yenidənqurma və bərpa işlərindən sonra muzey 1979-cu ildə yenidən ictimaiyyət üçün açılmışdır. Muzey 2017-ci ilin sentyabr ayında divarının uçması nəticəsində bağlanıb və restavrasiyası məqsədi üçün sökülüb. Muzeyin ümumi sahəsi 293 m2-dir.
Mirzə Ələkbər Sabirin heykəli
Mirzə Ələkbər Sabirin heykəli — İçərişəhər divarlarının yaxınlığında, şair Mirzə Ələkbər Sabirin xatirəsinə ucaldılmış heykəl. Heykəltəraşı Cəlal Qaryağdı, memarı Ə. İsmayılov və Q. Əlizadədir. Heykəl 1958-ci ildə yaradılmışdır. Şair əsərdə əlində kitab, oturmuş halda təsvir olunmuşdur.
Moranlı (Sabirabad)
Moranlı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Moranlı kəndi Sabirabad rayonunun cənub şərqində yerləşir. Rayonla yol məsafəsi 50 km-dir. Kəndin inzibati ərazi dairəsinə Moranlı, Sarxanbəyli, Bala-Həşimxanlı kəndləri daxildir. 3800 nəfər əhalisi var. Kənddə demək olar təsərrüfatın bütün sahələri inkişaf etməkdədir. Burada daha çox dənli bitkilər, pambıqçılıq, heyvandarlıq, bostan bitkiləri və soğan becərilir. Moranlı kəndində əvvələr "İşıqlı Yol" kolxozu (sonralar "Azərbaycan Kommunist Partiyası adına 60 illik kolxoz") fəaliyyət göstərmişdir. Kənddə 2017-ci ildə istifadəyə verilən Moranlı Pambıq Qəbulu məntəqəsi Moranlı inzibati dairəsində becərilən xam pambığın qəbuluna, həmçinin 30-a yaxın yerli sakinin işlə təmin olunmasına şərait yaradır. Kənddə 2016-cı ildə yeni istifadəyə verilən 432 şagird yerlik tam orta məktəb, mədəniyyət evi, 3 məscid, tibb məntəqəsi, poçt şöbəsi var.
Muradbəyli (Sabirabad)
Muradbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mürsəlli (Sabirabad)
Mürsəlli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Məmişlər (Sabirabad)
Məmişlər (əvvəlki adı: Şaumyanovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Sabirabad rayonunun Şaumyanovka kəndi Məmişlər kəndi adlandırılmışdır.
Nadir Hüseynov (Sabir oğlu)
Nadir Sabir oğlu Hüseynov (d. 11 sentyabr 1960, Gəncə) — Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, diplomat. 1960-cı il sentyabrın 11-də Gəncə şəhərində anadan olmuşdur. 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir. 1988–1991-ci illərdə Kiyev Dövlət Universitetinin aspirantı olmuşdur. 1991-ci noyabrın 6-da Kiyev Dövlət Universiteti tarix elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1983–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş, şöbə müdiri vəzifələrində işləmişdir. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998–2010-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur. 2002-ci il yanvarın 12-də ona Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir. 2010-cu noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 46.81 dəfə / 1 mln.
2002 ••••••••••••• 44.54
2003 •••••••••••••• 48.82
2004 •••••••• 25.60
2005 •••••••••• 33.06
2006 •••••••••••• 43.02
2007 •••••••••••• 40.81
2008 •••••••••••••• 50.67
2009 •••••••••••••••••••• 72.15
2010 •••••••••••••••••••• 72.44
2011 ••••••••••••••••••• 65.97
2012 ••••••••••••••••••• 67.12
2013 •••••••••••• 41.28
2014 ••••••••• 29.17
2015 ••••••• 24.33
2016 •••••• 21.00
2017 •••••••• 27.31
2018 •••••• 19.33
2019 ••••••••• 30.32
2020 ••••••••••••••• 53.71

sabir sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) səbr edən; 2) zəhmətə, çətinliyə qatlaşan; dözümlü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

səbirli, dözümlü, səbir edən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sabir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sabir nədir? #sabir sözünün mənası #sabir nə deməkdir? #sabir sözünün izahı #sabir sözünün yazılışı #sabir necə yazılır? #sabir sözünün düzgün yazılışı #sabir leksik mənası #sabir sözünün sinonimi #sabir sözünün yaxın mənalı sözlər #sabir sözünün əks mənası #sabir sözünün etimologiyası #sabir sözünün orfoqrafiyası #sabir rusca #sabir inglisça #sabir fransızca #sabir sözünün istifadəsi #sözlük