Sabirlər
Sabirlər (sabarlar, savirlər, suarlar) — qədim Türk xalqı.
== Tarixi ==
Sabirlərin adı ilk dəfə Klavdi Ptolemeyin (100-175) əsərində "Savar" kimi (Ptolomey, VI,V,10), Bizans mənbələrində isə "Sabir" kimi qeyd olunmuşdur. Bəzi tədqiqatçılara görə( V.V.Bartold və b.) Suvar (əsli Savar) Bolqarların bir hissəsinin adı idi.Mənbələrdə Suvarların III əsrdən başlayaraq Cənubi Qafqaza basqınları barədə məlumatlar var.515-ci ilə aid Bizans mənbəsində Suvarlar Don-Volqa çayları arasında qeyd olunurlar. Oradan onlar Kuban çölləri və Şimali Qafqaza keçmiş və orada kiçik bir xaqanlıq yaratmışlar, daha sonra isə onlardan bir qismi Anadoluya qədər yayılmışlar.Sibir əvvəllər Ob çayının orta və aşağı hissəsinə deyilmişsə, sonradan Sabirlərin İrtış çayı və Baykal gölünə doğru yayılmaları nəticəsində nəhayət Kamçatkaya qədər uzanan bütün Quzey Asiyaya "Sibir" deyilmişdir. Ərəbdilli mənbələrdə bu ölkənin adı "Sibir" və ya "İbir", Çin mənbələrində "Si-bi-rh" və "Bissibur" kimi qeyd edilmiş, rus mənbələrində də "Sibir" kimi göstərilmişdir.
== Sabirlər və Azərbaycan ==
Şəmkir şəhərinin taleyi VI yüzildə türk tayfası savirlərlə bağlıdır. Azərbaycanda savir (ermənilər onları sevordik, ərəblər isə siyəvərdiyyə adlandırırlar) tayfasının izinə IV yüzildə, daha dəqiqi 350-ci ildə rastlanır. Arxasından 600-cü ildə İdil bulqarları arasında bir suvar boyu görünür. Daha sonra 1300-cü ildə isə Qərbi Sibirdə bir sibir boyuna ürcah olunur. Bu boyların bir kökdən gəldiyini alimlər sübut ediblər.