Baltalimanı sazişləri (1838-1846)
Baltalimanı sazişləri (1838-1846) - Baltalimanında (İstanbul) Avropa dövlətləri ilə Osmanlı imperiyası arasında imzalanan tisari sazişlərin ümumi adı.
1838-ci il 16 avqustda İngiltərə, 25 noyabrda Fransa, 1839-cu il 18 mayda Hanza şəhərləri, 2 sentyabrda Sardiniya krallığı, 1840-cı il 31 yanvarda İsveç və Norveç, 2 martda İspaniya, 15 martda Hollandiya, 30 apreldə Belçika, 1841-ci il 1 mayda Danimarka, 1843-cü il 20 martda Portuqaliya ilə bağlanmışdı. Baltalimanı sazişləri Avropa dövlətləri üçün əlverişli olsa da, Osmanlı imperiyasının iqtisadiyyatına mənfi təsir göstərmişdi. 1846-cı il 30 apreldə Rusiya ilə bağlanan saziş Osmanlı dövlətinin iqtisadi vəziyyətini nisbətən yüngülləşdirdi. Bu sazişin şərtlərinə görə, rus tacirlərinin Osmanlı torpaqlarında ticari birliklərinin yaradılması qadağan olunmuş, həmçinin bir sıra malların (içki, tütün, duz, barıt və s.) satışına məhdudiyyətlər və qadağalar qoyulmuşdu.
== Mənbə ==
Azərbaycan Milli Ensiklopediyası, III cild, 2011, səh.142.