İordaniya Kral Şahinləri
İordaniya Kral Şahinləri (ərəb. لصقور الملكية الأردني) İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Komanda 1976-cı il 7 noyabr tarixində yaradılmışdır. Hal-hazırda uçuşlar üçün Extra-330 LX təyyarələri istifadə olunur.
== Tarixi ==
1976-cı ildə yaradılan komanda 2 ədəd Pitts Special-S2A təyyarəsi istifadə edirdi. Daha sonra komandaya 3-cü təyyarə əlavə olundu. 1976-cı ildən komanda dünyanın bir çox ölkəsində, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, ABŞ, Birləşmiş Krallıq, Fransa, İtaliya, İsveçrə, Almaniya, Belçika, İspaniya, Norveç, Avstriya, Lüksemburq və Hollandiyada çıxış edib. 1982-ci ildə 4 ədəd Pitts Special-S2S təyyarəsi komandanın ixtiyarına verildi. 1992-ci ilə qədər uçuşlar zamanı bu təyyarələr istifadə olundu. 1992-ci ildən bu təyyarələr 5 ədəd Extra-300 təyyarəsi ilə əvəz olundu.