Yaponiyada şahinlik
Takaqari (鷹狩) – ənənəvi yapon şahinçiliyi. Yaponiyada saray əyanlarının və döyüşçülərin idman növü olmuşdur. Tokuqava İeyasu kimi hərbi xadimlər və daymyolar takaqari ilə siyasi məqsədlərlə məşğul olmuşdurlar.
== Tarixi ==
Yaponiyada şahinçilik idmanı V–VI əsrlərdə ortaya çıxmışdır. Həmin dövrə aid kofunlarda gildən hazırlanmış şahinçi fiqurları tapılmışdır. 720-ci ilə aid "Nihon Şoki" əsərində şahinçilik ilə bağlı bacarıqlar və təchizatların Koreyadan idxal olunduğu göstərilir. Əsərdə göstərilir ki, İmperator Nintoku qırqovul ovunda istifadə olunacaq şahinlərə təlim keçmək üçün Koreyada yerləşən Pekçe krallığından adam gətizdirmişdir. Heyan dövründə takaqari saray əyanlarının məşğuliyyəti olsa da, Kamakura dövründə (1185–1333) döyüşçülər də şahinçilik ilə məşğul olmağa başlamışdırlar.
XVI əsrdə takaqari həm saray əyanlarının, həm daymyoların məşğuliyyəti olmuşdur. Daymyolar üçün şahinçiliklə məşğul olmaq sahib olduğu əraziləri gəzmək və bu ərazilərin ona aid olduğunu göstərmək mənasını daşıyırdı.