Sevda Tahirli
Sevda Tahirli (tam adı: Tahirli Sevda Məmmədsəlim qızı) — bioloq, biologiya üzrə fəlsəfə doktoru, dosent. Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidentidir.
== Təhsili və elmi fəaliyyəti ==
1984-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1984–1987-ci illərdə botanika inistutunda doktorantura təhsili almışdır. 1987–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunda çalışmışdır.
1989-cu ildən Bakı Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında işləyir. Əsas tədqiqat sahəsi stress faktoru kimi ozonun bitkinin morfo-fizioloji göstəricilərinə təsiri ilə əlaqədardır. 4 kitabın (həmçinin ali məktəb dərslikləri), 1 monoqrafiya, metodik vəsait və dərs proqramları, onlarla elmi məqalələrin, publisistik yazıların müəllifidir. Beynəlxalq simpozium və konfransların iştirakçısıdır. Sevda Tahirli Mirzə Ələkbər Sabirin nəvəsidir, 2 övladı var.