Tahirilər
Tahirilər sülaləsi— 821-873-cü illərdə hökmdarlıq etmiş sülalədir.
== Tarixi ==
Tahirilərin babası Razik pəhlivan Rüstəmin soyundan idi. VII əsrin sonunda islamı qəbul etmiş, ərəb Xuzaa qəbiləsinə qoşulmuşdu. Razikin oğlu Musabdır, onun oğlu da Hüseyndir.(814-cü ildə ölüb). Hüseynin törəmələri Herat əyalətinin Buşəng şəhərini idarə etmişdilər.
Xəlifə Harun-ər Rəşid öldükdən sonra Xilafətdə dövləti idarə sisteminə Tahirilər nəsli daxil oldu. Tahir ibn Hüseyn adlı birisi Xorasanın varlı əyanlarından idi. O, əslən Herat əyalətindən idi. Tahir Harun ər-Rəşidin oğlu Məmunun xilafətə hakimiyyətə gəlməsinə kömək etmişdi. Ona görə də 813-cü ildə Məmun xilafətin başında olduqda Tahir yüksəldi.