təsiri sözü azərbaycan dilində

təsiri

Yazılış

  • təsiri • 99.7545%
  • Təsiri • 0.1800%
  • TƏSİRİ • 0.0546%
  • təsirİ • 0.0109%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan təsiri
Azərbaycan təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan mədəniyyətinin və elminin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol. XIX əsrin sonu — XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bakı mərkəzli Azərbaycan ziyalıları yaratdıqları "mədəniyyət məhsulları"nın Mərkəzi Asiya çöllərindən İstanbula, tatarların vətəni Mərkəzi Volqadan İrana qədər yayılması potensialını görürdülər. Azərbaycanlılar aktiv şəkildə Rusiya imperiyası, İran və Osmanlıda baş verən inqilabları və daha sonra baş verən islahatları izləyir, şərh edir və bu inqilab və islahatlarda aktiv iştirak edirdilər. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. == Arxa plan == === Regionda erkən türk-İslam təsiri === Səlcuq sultanı II Qılınc Arslan Taksara (Aksaray) şəhərində yenidənqurma edərkən Azərbaycandan alim, sənətkar və tacirləri çağırmış və onları burada qalmağa məcbur etmişdir. Xüsusilə Səlcuq türkləri Qafqazı işğal etdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.
Şüanın genetik təsiri
Radiasiya mutagenezi – orqanizmlərin şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) meydana çıxması. Şüanın genetik təsiri radiasiya genetikası ilə tədqiq olunan ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. İonlaşdırıcı şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi şüalar virus və bakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, eləcə də bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. Radiasiya seleksiyasında təsərrüfat əhəmiyyətli mutantların alınmasında şüanın genetik təsirinin təcrübi əhəmiyyəti var. Bu üsulla bir neçə sort yaradılmışdır. Şüadan mühafizə- İonlaşdırıcı şüalanmanın orqanizmə təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu materiallar şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” şüalanma mənbəyi ilə i şləyənlər fərdi mühafizə vasitələrindən (kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, əlcəklər və s.) istifadə etməlidir.
Azərbaycan mədəni təsiri
Azərbaycan təsiri — Azərbaycan linqvistik və mədəni mühitinin təsir dairəsinin inkişaf tarixi, Azərbaycan mədəniyyətinin və elminin müxtəlif bölgələrdə və xalqlarda oynadığı rol. XIX əsrin sonu — XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. Bakı mərkəzli Azərbaycan ziyalıları yaratdıqları "mədəniyyət məhsulları"nın Mərkəzi Asiya çöllərindən İstanbula, tatarların vətəni Mərkəzi Volqadan İrana qədər yayılması potensialını görürdülər. Azərbaycanlılar aktiv şəkildə Rusiya imperiyası, İran və Osmanlıda baş verən inqilabları və daha sonra baş verən islahatları izləyir, şərh edir və bu inqilab və islahatlarda aktiv iştirak edirdilər. Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. == Arxa plan == === Regionda erkən türk-İslam təsiri === Səlcuq sultanı II Qılınc Arslan Taksara (Aksaray) şəhərində yenidənqurma edərkən Azərbaycandan alim, sənətkar və tacirləri çağırmış və onları burada qalmağa məcbur etmişdir. Xüsusilə Səlcuq türkləri Qafqazı işğal etdikdən sonra İslam təsiri Gürcüstanda və Ermənistandakı xristianların mədəniyyət və adətlərinə nüfuz etmişdir. Xaçın knyazı Həsən Cəlalın hakimiyyətini göstərmə üsulları İslam adətləri və titulları ilə edilirdi. Bu, xüsusilə, onun tikdirdiyi əsas abidə olan Gəncəsər monastırında ortaya çıxır. Gəncəsərin günbəzindəki Həsən Cəlal təsvirinin ayaqlarının çarpaz şəkildə təsvir edilməsi Səlcuq sarayında gücün təsvir edilməsinin əsas vasitəsi idi.
Günəş şüalarının orqanizmə təsiri
Günəş şüalarının orqanizmə təsiri — Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir. Günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var. D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhval-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var. Əvvəllər yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir.
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri
Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına təsiri — Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami Gəncəvinin Azərbaycan şair və yazıçılarının yaradıcılıqlarına təsiri nəzərdə tutulur. Nizami Gəncəvi, nəinki Azərbaycan ədəbiyyatı tarixində, hətta bütün Şərqdə belə yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Nizamidən sonra yaşamış görkəmli Şərq şairləri əsrlərcə böyük sənətkarın əsərlərindən ilham almış, ondan sənətkarlıq öyrənmiş, onun irəli sürdüyü mütərəqqi fikirlərini tərənnüm edib, şairi böyük ustad kimi xatırlamışlar. Nizami Gəncəvi şöhrəti və farsdilli ədəbiyyata töhfəsinə görə, türk və fars mədəni "tellər"inin daxili əlaqəsinin və Azərbaycanın türk-fars mədəniyyətində yerinin nümunəsi sayılır. Nizami Gəncəvidən sonra yazıb-yaradan böyük sənətkarların hamısı Nizamini özlərinə müəllim, ustad kimi qəbul etmiş, onun yaradıcılığından bəhrələnmiş və dərs almışlar. Nizami dövründə yaşayıb-yaratmaq və hətta ondan da əvvəlki dövrdə yaşayan şairlərdən Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Gəncəvi və Xaqani Şirvani kimi dövrünün tanınmış və görkəmli sənətkarları nəinki Nizaminin səviyyəsinə çatmamış, bəlkə də Nizami istedadı qarşısında lazımınca yüksələ bilməmişlər. Nizamişünas rus alimi, akademik Bertels Nizamiyə belə qiymət vermişdir: "Nizami, bəşəriyyətin min illərlə düşünüb arzuladığı azadlıq, bərabərlik, sülh, demokratiya, humanizm, qadın azadlığı, əmək vasitəsiylə yüksəliş, doğru-düzgünlük haqqında hamıdan əvvəl və müfəssəl məlumat vermişdir. Biz daha ondan nə istəyə bilərik?". Avropanın ən nəhəng filosof şairlərindən biri sayılan Hote, Nizamini poeziyanın allahı adlandırmışdır. Nizami yalnız şair deyildi, o, dövrünün bütün elmlərini şeirə gətirmiş, ədalət və bəşəri hissləri tərənnüm etmiş, ən əsası insana hörmət və humanizm ideyalarını öz ölməz "Xəmsə" poemalarında açıb göstərməyə nail olmuşdur.
Oroqrafiyanın siklon və antisiklonlara təsiri
İlk dəfə dağların təzyiqin lokal dəyişməsinə təsirini Kibel vermişdir. Daha sonra bu sahəd Petrenkonun araşdırmaları olmuşdur. Oroqrafik siklogenezə tez-tez cəbhə xəttinin dağ yamacında deformasiyasını misal gətirirlər. Dağların siklonların yaranmasına təsiri ilə yanaşı siklogenez üçün əlverişli tarmobarik sahə olmalıdır. Oroqrafik sikonlar: Skaqerraks siklonu Genua siklonu Karpat siklonu Qara dəniz siklonu Oroqrafik siklonlar Orta və Mərkəzi Asiya, Sibir və Uzaq Şərq üçün xarakterikdir. Oroqrafiyanın təsiri ilə siklonlarda seqmentləşmə müşahidə olunur. Burda 2 variant mümkündür: I variant – siklon yamaca perpendikulyar istiqamətdə hərəkət edir. Küləkdöyən yamacda yeni siklonik mərkəz yaranır. Bu zaman köhnə siklon mərkəz əks yamacda saxlanır. Küləkdöyən yamacda təzyiq qalxır və siklon zamanla dolur.
Turş yağışların ətraf mühitə təsiri
Turşulu yağış atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsidir. Belə ki, turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükürd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0-14 arasını əhatə edir. Həmçinin, turşuluğu pH 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması qəbul edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid tərəfindən törədilir, qalan üçdə birinə isə azot oksidi səbəb olur. Bu oksidlər parnik effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi dumanın) tərkibinə daxil olur. Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln.
Neft Laylarına İstilik Üsullarının Təsiri (1977)
Bitkilərin böyümə və inkişafına endogen amillərin təsiri
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir. Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur. Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır. == Əsas vəzifələri == Bitki morfologiyasının əsas vəzifələri — bitki orqanlarının, məsələn, yarpaqların, budaqların, çiçək hissələrinin düzülüşlərindəki qanunauyğunluqları aydınlaşdırmaq, habelə onların bu və ya başqa hissələrinin mənşəyini təmin etməkdir. Bitki morfologiyası bitkilərin hər hansı hissələrinin həqiqi təbiətini, mənşəyini öyrəndikdə makroskopik metodla birlikdə ayrı-ayrı hallarda fizioloji və biokimyəvi üsullardan da istifadə edir. Çoxalma orqanlarının istər makroskopik, istərsə mikroskopik öyrənilməsi morfologiya elminə aiddir. Mikroskopik tədqiqatda məqsəd həmin orqanların inkişafını öyrənməkdir ki, bununla müxtəlif bitkiləri müqaisə edərək, onların mənşəyini, təbiətini və təkamülündəki dəyişiklikləri aydınlaşdırmaq mümkün olur. Vegetativ orqanların daxili mikroskopik quruluşlarını öyrənməkdə məqsəd bitkinin həyatını anlamaq, onların fizioloji vəzifələrini izah etməkdir ki, bu da anatomiyaya aiddir.
Neft laylarına istilik üsullarının təsiri (film, 1977)
Azərbaycanda sahibkarlığın formalaşması və inkişafına vergi sisteminin təsiri
Təbii faktorlar təsirinin birliyi qanunu
Ətraf mühitə təsirin qiymətləndirilməsi
Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ, EIA, (ing. environmental impact assessment) — Təsirin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAIA, International Association for Impact Assessment) termini. Planlaşdırılmış iqtisadi fəaliyyətin hər hansı növünün ətraf mühitin vəziyyətinə və əhalinin sağlamlığına təsirinin xarakterini, intensivliyini və təhlükə dərəcəsini müəyyən etmək üçün nəzərdə tutulmuşdur. ƏMTQ proqram qiymətləndirməsinin ümumi “çətir brendinə” malik olan sahəyə aiddir. Ətraf mühitlə bağlı planlaşdırılan təsərrüfat və digər fəaliyyətlərin ƏMTQ mümkün mənfi təsirləri müəyyən etməklə, ətraf mühitin nəticələrini qiymətləndirməklə, ictimai rəyi nəzərə almaqla, azaldılması və azaldılması üçün tədbirlər hazırlamaqla planlaşdırılan təsərrüfat və digər fəaliyyətlərin həyata keçirilməsi üzrə ekoloji cəhətdən əsaslandırılmış idarəetmə təsirlərin qarşısını almaq və qərarlarının qəbul edilməsinə kömək edir. == ƏMTQ iştirakçıları == ƏMTQ proseduru müştəri, təsirin qiymətləndirilməsi işinin icraçısı və ictimaiyyəti əhatə edir. Sifarişçi — ətraf mühitin qiymətləndirilməsi üçün bu fəaliyyət növü üçün normativ tələblərə uyğun olaraq planlaşdırılan fəaliyyət üçün sənədlərin hazırlanmasına cavabdeh olan hüquqi və ya fiziki şəxsdir. Ətraf mühitə təsirin qiymətləndirilməsi işinin icraçısı ətraf mühitə təsirin qiymətləndirilməsini həyata keçirən, sifarişçinin ətraf mühitə təsirin qiymətləndirilməsi işini aparmaq hüququ verdiyi fiziki və ya hüquqi şəxsdir. Podratçı qiymətləndirmələrin tamlığına və etibarlılığına, onların ekoloji qaydalara və standartlara uyğunluğuna görə məsuliyyət daşıyır. ƏMTQ üçün yerinə yetirilməsi prosesində podratçı layihə alternativlərini, fəaliyyət məqsədlərini, onlara nail olmaq üsullarını və s.

"təsiri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təsiri nədir? #təsiri sözünün mənası #təsiri nə deməkdir? #təsiri sözünün izahı #təsiri sözünün yazılışı #təsiri necə yazılır? #təsiri sözünün düzgün yazılışı #təsiri leksik mənası #təsiri sözünün sinonimi #təsiri sözünün yaxın mənalı sözlər #təsiri sözünün əks mənası #təsiri sözünün etimologiyası #təsiri sözünün orfoqrafiyası #təsiri rusca #təsiri inglisça #təsiri fransızca #təsiri sözünün istifadəsi #sözlük