sahili sözü azərbaycan dilində

sahili

Yazılış

  • sahili • 85.0913%
  • Sahili • 14.7908%
  • SAHİLİ • 0.1179%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kemp sahili
Kemp sahili (ing. Kemp Coast) — Antarktidanın şərqində, Enderbi Torpağıında, 56°25' və 59°34' şərq uzunluqları arasında yerləşir. Kemp sahilini Birlik dənizinin suları yuyur. Sahilin böyük qismini materik buzlağı örtmüşdür. Burada iri buzlaq sıldırımları əmələ gətirmişdir. Sahil ilk dəfə 1833-cü ildə ingilis dəniz zabiti, «Maqnet» gəmisinin kapitanı Piter Kemp tərəfindən kəşf edilmişdir. Bir müddət sonra onun şərəfinə adlandırılmışdır.
Kerd sahili
Kerda sahili (ing. Caird Coast) — Qərbi Avstraliyada, Kots Torpağı ərazisində, 20°00' və 27°54' qərb uzunluğunda yerləşən ərazi. Kerda sahili 1915-ci ildə Britaniya Antarktida ekspedisiyasının rəhbəri Ernest Şeklton tərəfindən kəşf edilmişdir. Sahil ekspedisiyanı maliyyələşdirən Ceyms Kerdin şərəfinə adlandırilmişdir.
Klari sahili
Klari sahili (ing. Clarie Coast) — Antarktidanın şərqində, 130°10' və 136°11' şərq uzunluğunda yerləşən ərazi. Sahikin uzunluğu 350 km təşkil edir. Materik kənarında yerləşən buzlaq bir silsilə şəklində sahil boyunca uzanır. Materiiin daxilinə doğru buzlaq qalınlaşır. 60 km məsafədə qalınlıq 1000 metr təşkil edir. Sahil ilk dəfə 1840-cı ildə Fransa antarktik ekspedisiyasının rəhbəri Dyuman Dürvil tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən «Zele» gəmisinin kapitanı Jakinonun şərəfinə adlandırılmışdır.
Kozuay sahili
Kozvey-Kost (irl. Causeway Coast) və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş. == Haqqında == Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50–60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km²-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır. Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.
Lassiter sahili
Lassiter sahili (ing. Lassiter Coast) — Qərbi Antarktida ərazisində, Antarktik yarımadasının qərb sahillərində yerləşir. Bölgə şimaldan Makintoş burnu və Filhner şelf buzlağı ilə isə cənubdan əhatələnir. Sahilin uzunluğu 240 km təşkil edir. Sahənin böyük hissəsi şelf və materik buzlağı ilə örtülüdür. Bəzi hissələrdə nunataklar səthə çıxır. Bəzən onların hündürlüyü 1800 netr təşkil edir. Lassiter sahili il boyu Ueddell dənizinin dreyf edən buzlaqları ilə örtükü olur. Sahil ilk dəfə ABŞ antarktik ekspedisiyası zamanı akşarlanmış və tətqiq edilmişdir (1940 və 1947). Sahilin adı 1947-ci ildə təyyarəçi Ceyms Lassiterin şərəfinə adlandırılmışdır.
Loubye sahili
Loubye sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan şimal-şərqdə, Bourqeois burnundan cənub-qərbdə yerləşmişdir. Sahillə burnular arasında 158 km məsafə vardır. Sahil 1905-ci ilin yanvarında Jan-Batist Şarkonun rəhbərliyi altında Fransa Antarktika Ekspedisiyası tərəfindən ərazinin tədqiqi zamanı Fransanın prezidenti olmuş Emile Loubetin adını daşıyır. == Yerləşməsi == Loubye sahili 67°00′ c. e. 66°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Luitpold sahili
Luitpold sahili (ing. Luitpold Coast, alm. Prinzregent-Luitpold-Land‎) — Qərbi Antarktidanın Kots Torpağında, Heys buzlağı ilə Filhner şelf buzlağı arasında yerləşir. Sahil ilk dəfə 1912-ci ildə Almaniya imperiyasının antarktik ekspedisiyasının rəhbəri Vilhelm Filhner tərəfindən kəşf edilmiş və Bavariya şahzadə-qəyyumu Luitpoldun şərəfinə adlandırılmışdır (1821—1912).
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Ninqalu sahili
Ninqalo sahili — Avstraliyanın qərb tərəflərində mərcan qayalıqlardan ibarət sahil. == Haqqında == Ninqalo sahilləri balina köpəkbalıqlarının dövri bəslənmə sahəsi olaraq tanınan saçaqlı mərcan qayalıqlarıdır. (Fringing Coral Reef). Avstraliyanın qərb sahillərində yerləşir və Pert şəhərinin təxminən 1200 km şimalındadır. Qayalıqlar 260 km uzunluğunda olub Avstraliyanın ən böyük saçaqlı mərcan qayalığıdır və dünyada bu böyüklükdə olan materikə ən yaxın mərcan qayalıqdır. Ninqalo Mərcan Qayalığına qonşu olan əhəngdaşından ibarət Keyp Reync, 500-dən çox mağara və digər karst formaları ilə dünya səviyyəsində önə çıxan bir quruluşdur.
Noks sahili
Noks sahili (ing. Knox Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində yerləşən ərazi. Mouson dənizi sahillərini yuyur. Hoks sahilinin demək olar ki, hamısı buzla örtülüdür. Bircə Banger vahəsi istisnadır. Buz qatı sahildən uzaqlaşdıqca qalınlaşır və 1500 netrə çatır. Qərb hissədə dənizə Şeklton şelf buzlağı olaraq daxil olur. Sahil ilk dəfə 1840-cı ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak etmiş gəmilərdən birinin kapitanı Semyuel Noksın şərəfinə adlandırılmışdır. SSRİ tərəfindən bölgədə Oazis qütb stansiyası işə salınmışdır. Sonradan stansiya Polşaya dövr edilmişdir.
Qreyam sahili
Qreyam sahili — Antarktidanın Qreyam Torpağından qərbdə yerləşən sahildir. Sahil Belluye burnundan cənub-qərbdə, Renard burnundan şimal-şərqdə yerləşmişdir. Sahillə burnular arasında 172 km məsafə vardır. Sahil Con Bisko tərəfindən ekspedisiyaya daxil edilən, Admirallığın Birinci Lordu adını daşıyan Ser Ceyms Qreyamın adını daşıyır. == Yerləşməsi == Qreyam sahili 65°45′ c. e. 64°00′ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Qərb sahili
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sabrina sahili
Sabrina sahili (ing. Sabrina Coast) — Şərqi Antarktidanın Uilks Torpağında yerləşən sahili. Sautard burnu (122°05' ş. u.) və Uoldron burnu (115°33' ş. u.) arasında yerləşir. Sabrina sahilinin uzunluğu 300 km məsafədə uzanır. Ərazisinin böyük qismi Moskva Universiteti şellf buzlağı sahəsinə daxildir. Bu bölgə ilk dəfə ingilis ekspedisiyasının rəhbəri Con Balleni tərəfindən kəşf edilmişdir. Ərazinin kəşf tarixi 1839-cu ilin martına təsadüf edir. 1931-ci ildə Duqlas Mouson Balleninin təşkil etdiyi ekspedisiyasının əsas gəmisi olan "Sabrinanın" şərəfinə adlandırılmışdır.
Saunders Sahili
Saunders Sahili (ing. Saunders Coast) — Kolbek burnu və Brinnan nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Meri Berd Torpağında yerləşən hissəsidir. Qərbində Şireys sahili, şərqində Rapirst sahili var.
Skott sahili
Skott sahili (ing. Scott Coast) — Şərqi Antarktidanın qərb sahillərini əhatə edir. Ross dənizinin suları ilə yuyulur. Sahilin uzunluğu 400 km təşkil edir. Ərazisinin böyük hissəsini Şahzadə-Albert dağları tutur. Sahilləri ön dağlığı formasında olan buzlaqlarla sərhədlənir. Burada quru vadilər vardır. Onlar vahələr əmələ gətirir. Bu vahələrdə olan göllərin alt təbəqələrində sular 20—25 °С təşkil edir. Bu vahələrdən birində Yeni Zelandiyaya məxsus olan Vanda stansiyası fəaliyyət göstərir.
Vulkan sahili
Vulkan sahili (rus. берег вулканический, ing. volcanic coast) — vulkan adaları və yaxud dənizə çıxan vulk. konusları və lava axınları ilə qovuşan sahil.
Lars-Kristensen sahili
Lars-Kristensen sahili (ing. Lars Christensen Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağında yerləşir. Qərbdən Mouson sahili və şərqdən isə Eymer şelf buzlağı ilə əhatələnir. Lars-Kristensen sahili materik buzlağının kənarını təşkil edir. Birlik dənizinin sahil zolağını təşkil edir. Bu bölgə ilk dəfə 1930-1931-ci illərdə Norveç balina ovçusu Lars Kristensen tərəfindən aşkarlanmışdır.
V Georq sahili
V Georq sahili (ing. George V Coast) — Şərqi Antarktida ərazisində Viktoriya Torpağı ərazisində, 142°02' və 153°45' şərq uzunluğunda yerləşən ərazi. V Georq sahili şelf buzlağı ilə materik buzlağının birləşməsi zonasında qərarlaşır. Buzlaqlar dəniz qaxilinə irəliləyir. Sahil ilk dəfə Avstraliya Antarktik ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Sahil İngiltərə kralının şərəfinə adlandırılmışdır.
Xatirələr Sahili (1972)
Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi. == Məzmun == Filmdə İkinci Dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır. Filmdə "müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib?" kimi məsələlərdən söhbət açılır. == Film haqqında == Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir. Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir. Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir. Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür. Filmin əsas musiqisi ilə yanaşı Xəyyam Mirzəzadənin bəstələdiyi və 1970-ci ildə lentə alınan "Toyda görüş" musiqili filmində ifa olunmuş "Bir səhər" şərqisindən də istifadə olunmuşdur.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Banzare sahili
Banzare sahili (ing. Banzare Coast) — Şərqi Antarktidanın Uilks Torpağında, 122°05' və 130°10' şərq uzunluğinda qəralaşır. Buzlaq enişində bir sıra hündür buzlaq dağlar vardır. Materikin daxilinə doğru buzlaq Voeykov şelf buzlağı ilə birləşir. Şimal-şərq hissədə iri aysberqlər mövcuddur. Sahil ilk dəfə 1931-cü ildə Britaniya-avstraliya-yenizelandiya antarktik aeaşdlrmacı ekspedisiyası tərəfindən kəşf edilmişdir. Sahikin adı ekspedisiyanın baş əriflərindən götülülmüşdür ing. British-Australian-New Zealand Antarctic Research Expedition).
Eyts Sahili
Eyts Sahili, (ing. Eights Coast) Keyp burnu və Froqnır nöqtəsi arasındakı Qərbi Antarktida sahillərinin Elsuort Torpağında yterləşən bir hissəsidir. Qərbində Meri Berd Torpağında Valqrin Sahili, şərqində Brayn Sahili var. Eyts Sahili Tarston Adası, Abbot Buz sahəsi və içindəki Şermen, Karpentr, Dastin, Conson, McNamara, Farell və Dendtlr adaları ilə həmsərhəddir. Eyts Sahili, qərbindəki böyük bölgə Meri Berd Torpağı kimi, hər hansı bir ölkə tərəfindən haqq iddia edilən bir yer deyil. Eyts Sahilinin 450 km şimalında, Piter I Adası isə Norveç tərəfindən haqq iddia edilən bir bölgədir. Eyts Sahilinin uzunluğu təxminən 500 kilometrdir. Sahil fevral 1940-cı ildə ABŞ Antarktida Proqramı üzvləri tərəfindən "USS Bear" gəmisindən edilən uçuşlarda görülmüşdür. Bu araşdırmalardan və ABŞ Dəniz Qüvvələri hava fotoşəkillərindən 1960-1966-ci illərdə ABŞ Geoloji Araşdırmalar Təşkilatı tərəfindən Eyts Sahili ətraflı olaraq xəritəyə alınmışdır. Eyts Sahili adı Antarktik Adları Məsləhət Komitəsi tərəfindən 1830-cu il Kəşf yürüşünün bir üzvü olan amerikalı geoloq Ceyms Eytsə istinadən verilmişdir.
Xatirələr sahili
Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi. == Məzmun == Filmdə İkinci Dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır. Filmdə "müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib?" kimi məsələlərdən söhbət açılır. == Film haqqında == Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir. Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir. Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir. Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür. Filmin əsas musiqisi ilə yanaşı Xəyyam Mirzəzadənin bəstələdiyi və 1970-ci ildə lentə alınan "Toyda görüş" musiqili filmində ifa olunmuş "Bir səhər" şərqisindən də istifadə olunmuşdur.
Çexov sahili (Taqanroq)
Çexov sahili (rus. Чеховская набережная) — Taqanroq şəhərində yerləşən sahil. Küçə 2010-cu ildə salınmışdır. Sahilin uzunluğu 1030 metr təşkil edir. == Coğrafiya == Sahil Taqanroq körfəzinin kənarında, Andreev buxtası ilə Taqanroq metallurgiya zavodu arasına qərarlaşır. Bu isə Babuşkina küçəsinə çıxır. Sahildə "Topol" profilaktoriyası ilə "Priazove" mehmanxanası arasından Bolşaya Çerepaxa çayı axaraq körfəzə tökülür. == Tarixi == Çexov sahili 2010-cu ildə Taqanroq metallurgiya zavodunun vəsaiti hesabına inşa edilmişdir. I Pyotrun hakimiyyəti illərində Bolşaya Çerepaxa çayının mənsəbinə yaxın ərazidə beş bürclü Çerepaxa qalası inşa edilmişdir. XX əsrdə Çerepaxa qalası yaxınlığında yerləşən ərazidə Taqanroq metallurgiya zavodu inşa edilmişdir.
Şahzadə Astrid sahili
Şahzadə Astrid sahili (ing. Princess Astrid Coast) — Şərqi Antarktidanın Kraliça Mod Torpağı sahilini təşkil edir. Sahil ərazisi 5° və 20° şərq uzunluqları arasında qərarlaşır . Sahil demək olarr ki, şelf buzlağı üzərində yerləşmişdir. Buzlaqlar hündür sıldırımlı qayalar əmələ gətirir. Mərkəzi hissəsində Şirmaher vahəsi yerləşir. 1961-ci ildən burada SSRİ-nin "Novolazarevskaya" stansiyası yerləşir. Hazırda bu stansiya Rusiyaya məxsusdur. 1959-1961-ci illər ərzində bu regionda Lazarev stansiyası fəaliyyət göstərmişdir. Şahzadə Astrid sahili 1931-ci ildə Norveç balina ovunu təşkil edən gəmilər tərəfindən kəşf edilmiş və 1932-ci ildə norveçli şahzadə Astridin şərəfinə adlandırılmışdır.
Leopold və Astrid sahili
Leopold və Astrid sahili (ing. Leopold and Astrid Coast) — Şərqi Antarktidanın Şahzadə Elizabet Torpağı ərazisində, 81° və 87,5° şərq uzunluqları arasında yerləşən sahil ərazisi. Leopold və Astrid sahili əsasən Qərbi şelf buzlağında ilə örtülmüş bölgələri əhatə edir. Sahil ilk dəfə 1934-cü ildə Norveç ekspedisiyasının rəhbəri Lars Kristensen tərəfindən kəşf edilmiş və III Leopold və kraliça Astridin şərəfinə adlandırılmışdır.
Marna sahilindəki vuruşma
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
Mavi Dənizin Sahilində (1936)
Mavi dənizin sahilində (film, 1935)
Mavi dənizin sahilində (rus. У самого синего моря) — 1935-ci ildə çəkilmiş sovet filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir. == Məzmun == Film iki dost-Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) başına gələn əhvalatlardan söhbət açır. Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq sovxozunda cərəyan edir. Günlərin birində dostlar balıqçıların köməyinə gələrkən, Xəzər dənizində tufana düşür, onların qayığını şahə qalxmış dalğalar bir an içərisində çevirir. Yaxınlıqdakı kolxozun balıqçıları hər iki dostu xilas edirlər. Dostlar fəhlə qəsəbəsində qalıb işləyir, balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) vurulurlar. Bundan sonra onların arasında anlaşılmazlıqlar yaranır, hətta bir-birilərinə rəqib olurlar. Nəticədə məlum olur ki, Maşa şimalda xidmət edən həmyerlisini sevir və onun yolunu gözləyir.
Rio-Pyedranın sahilində oturdum və ağladım
"Rio-Pyedranın sahilində oturdum və ağladım" — Paulo Koelyo tərəfindən yazılmış roman. Roman, yazıçının ən məşhur əsərlərindən biridir. Bu roman, "Veronika ölməyə qərar verir" və "Şeytan və senyorita Prim" romanları ilə birlikdə yazıçının "Və yeddinci gün" trilogiyasına daxildir. == Məzmun == Romanın kişi və qadın qəhrəmanı uşaqlıqlarını birlikdə keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə məktub göndərməyə başlayır. Bu vaxt qadın qəhrəmanımız (Pilar) yaşadığı şəhərdə instituta daxil olur, uğur qazanmaq üçün çalışır, xoşbəxt evlilik xəyalları qurur, ideal ər ümidilə nişanlanır, amma bir müddət sonra ondan ayrılır. Yəni hər günü eyni olan, eyni insanlarla, eyni şəhərdə keçən, həyəcansız, məqsədsiz, eşqsiz bir ömür sürür. Bu arada kişi qəhrəmanımız məktublarında dindən, tanrıdan tez-tez danışmağa başlayır və ən son məktubunda dini bir mühazirə oxumaq üçün Madridə gələcəyini və Piları da o mühazirəyə dəvət etdiyini yazır. Pilar yalnız keçmişdən danışmaq və keçən o qədər ildən sonra onu görmək üçün cəmi bir günlük Madridə yollanır.
Xatirələr sahili (film, 1972)
Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi. == Məzmun == Filmdə İkinci Dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır. Filmdə "müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib?" kimi məsələlərdən söhbət açılır. == Film haqqında == Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir. Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir. Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir. Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir. Film 2-ci kateqoriyaya layiq görülmüşdür. Filmin əsas musiqisi ilə yanaşı Xəyyam Mirzəzadənin bəstələdiyi və 1970-ci ildə lentə alınan "Toyda görüş" musiqili filmində ifa olunmuş "Bir səhər" şərqisindən də istifadə olunmuşdur.

"sahili" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sahili nədir? #sahili sözünün mənası #sahili nə deməkdir? #sahili sözünün izahı #sahili sözünün yazılışı #sahili necə yazılır? #sahili sözünün düzgün yazılışı #sahili leksik mənası #sahili sözünün sinonimi #sahili sözünün yaxın mənalı sözlər #sahili sözünün əks mənası #sahili sözünün etimologiyası #sahili sözünün orfoqrafiyası #sahili rusca #sahili inglisça #sahili fransızca #sahili sözünün istifadəsi #sözlük