Sadiqi sözü azərbaycan dilində

Sadiqi

Yazılış

  • Sadiqi • 99.0050%
  • sadiqi • 0.9950%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
Sadiq bəy Sadiqi
Sadıq bəy Sadiqi (1533[…], Təbriz – 1610[…], İsfahan) — sərkərdə, təzkirəçi, şair, miniatür rəssam. XVI əsrin ikinci yarısı- XVII əsrində əvvəllərində yaşayıb yaratmış Sadiq bəy Sadiqi I Şah İsmayıl hakimiyyətə gəldiyi zaman Şamdan öz istəyi ilə ona qoşulmağa gələn Xüdabəndəlü adlı türk-oğuz elinə mənsubdur. Sadiq bəy külliyatının əvvəlində öz Xüdabəndəlü tayfası barədə məlumat vermişdir. Sadiq bəy Əfşar həm rəssam həm şair həm kitabdar həm də sərkərdə kimi tanınmışdır. Atası tayfanın nüfuzlu şəxslərindən olduğu üçün hələ gənclik illərində Hafizi Sabunidən, daha sonra isə Fəzai Həmədanidən şeir təhsili almışdır. Şeirlərini fars dili ilə yanaşı Azərbaycan, Çağatay və Osmanlı türkcəsində yazan şairin günümüzə külliyyatı gəlib çıxmışdır. Külliyatına 10 ədəd əsər daxildir. Bunlara Məcməül-Xəvas, Qanun üs-Süvər, Fəthnameyi Abbase-namidar və s. misal göstərmək olar. Sadiq bəy həmçinin mükəmməl rəsm təhsili almış, Qəzvində yaşadığı illərdə isə rəssamlıqla məşğul olaraq bu elmi tədris etmişdir.
Əmir Hüseyn Sadiqi
Əmir Hüseyn Sadiqi (6 sentyabr 1981[…], Tehran) — İran futbolçusu, müdafiəçi. Sadiqi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Mis-i Kirman, Tehranın İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
Biz bu xatirəyə sadiqik (film, 1975)
Biz bu xatirəyə sadiqik qısametrajlı sənədli filmi rejissor Zeynəb Kazımova tərəfindən 1075-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur. == Məzmun == Film II Dünya müharibəsinin qəhrəmanlarına ithaf olunmuşdur.
Böyük Anda Sadiqik (1981)
Böyük anda sadiqik qısametrajlı sənədli filmi rejissor Elxan Qasımov tərəfindən 1981-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin qəhrəmanları xalqın rifahını daha da yaxşılaşdırmaq andına əməlləri, əməkləri ilə cavab verən Azərbaycanın kənd təsərrüfatı qabaqcıllarıdır. == Məzmun == Operativ-publisistik filmin qəhrəmanları xalqın rifahını daha da yaxşılaşdırmaq andına əməlləri, əməkləri ilə cavab verən Azərbaycanın kənd təsərrüfatı qabaqcıllarıdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Böyük anda sadiqik (film, 1981)

Pəyam Sadiqiyan
Pəyam Sadiqiyan (fars. پیام صادقیان‎, 29 fevral 1992) — İran futbolçusu, İran milli futbol komandasının oyunçusu. Pəyam Sadiqiyan 1992-ci ildə İranın Təbriz şəhərində anadan olub.
Sadiqilər
Sadiqilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Sadiqilər köçmə xalqların axınları nəticəsində xeyli dərəcədə gəlmələrlə və Qafqaz soyları ilə qaynayıb qarışmışdır. Onların ilk mərkəzi Mərənd (Zal), sonra isə köçdükləri Lahıc (İsmayıllı) qəsəbəsi olmuşdur. Soy nümayəndələri orta dövr Səfəvilərdə tərfdarı olduqları Şahzadə Məhəmmədin yanında olmuş, bu səbəbdən də Xeyrənnisə bəyimin cəbhəsində çıxış etmişlər. Şah Məhəmməd və Şah I Abbas dövründə saray xadimi vəzifələrində çalışmış, Səfəvilərlə və digər soylarla qohumluq əlaqələri qurmuşlar. Şah Xudabəndənin qızı ilə olan izdivac buna örnək idi. İndi isə İran, Azərbaycan, Rusya, İsveçrə kimi Respublikalarda yaşayırlar. Sadıx bəy Sadiqi — Şair və xadim. Bəhmən Sadiqi — Azərbaycanda tanınmış iş adamı. Fatma Sadiqi — SSRİ-nin diplomat qadınlarından biri olmuş; İsveçrədə qadınlar arasında nüfuzlu iş adamlarından biri.

"sadiqi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sadiqi nədir? #sadiqi sözünün mənası #sadiqi nə deməkdir? #sadiqi sözünün izahı #sadiqi sözünün yazılışı #sadiqi necə yazılır? #sadiqi sözünün düzgün yazılışı #sadiqi leksik mənası #sadiqi sözünün sinonimi #sadiqi sözünün yaxın mənalı sözlər #sadiqi sözünün əks mənası #sadiqi sözünün etimologiyası #sadiqi sözünün orfoqrafiyası #sadiqi rusca #sadiqi inglisça #sadiqi fransızca #sadiqi sözünün istifadəsi #sözlük