Daxili sözü azərbaycan dilində

Daxili

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Daxili • 54.5918%
  • daxili • 45.3894%
  • DAXİLİ • 0.0176%
  • DAxili • 0.0011%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 649.75 dəfə / 1 mln.
2002 •••••••••••••••• 606.43
2003 ••••••••••••••••• 640.52
2004 •••••••••••••• 545.74
2005 ••••••••••••••••• 646.44
2006 ••••••••••••••••••• 730.90
2007 •••••••••••••••••••• 795.39
2008 ••••••••••••••••••• 751.81
2009 •••••••••••••••• 618.66
2010 •••••••••••••••• 607.55
2011 ••••••••••••••••• 642.06
2012 ••••••••••••••••• 641.23
2013 ••••••••••••••• 568.47
2014 ••••••••••••••• 590.68
2015 •••••••••••••••• 610.39
2016 ••••••••••••••• 572.33
2017 •••••••••••••• 554.26
2018 •••••••••••••••••• 686.05
2019 •••••••••••••••••••• 777.09
2020 ••••••••••••••••••• 747.77

daxili sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Daxilə, içəriyə aid və mənsub olan (zahiri, xarici ziddi). // Bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç. Daxili müqavimət. Daxili əlamətlər. Daxili xüsusiyyətlər. Qabın daxili divarları. Daxili tərəf. – Əşrəf atasının daxili bir ağrıdan qovrulan adamlar kimi sinəsini məhəccərə söykəyib, bir az da büzüşdüyünü hiss etdi. İ.Şıxlı. 2. Bir dövlətin, idarənin, təşkilatın və s.-nin öz daxilindəki həyat və fəaliyyətinə aid olan (xarici ziddi). Daxili siyasət. Daxili bazar. Daxili vəziyyət. Daxili intizam qaydaları. Daxili ehtiyat vəsaiti. Özgənin daxili işlərinə qarışmaq. 3. İnsanın psixi fəaliyyətinə aid olan, insanın psixikasında baş verən; dəruni. Daxili hiss. Daxili narahatlıq. Daxili həyəcan keçirmək. – Xanlar danışdıqca elə bil hamının üzgözü xəfif, daxili bir ziya ilə işıqlanırdı. M.Hüseyn. Qaraş həmişə, hətta Naznazın yanında belə, Salmana daxili bir nifrət duyurdu. M.İbrahimov. ◊ Daxili dəftər – bir idarəyə və s.-yə daxil olan kağızları, sənədləri, pul və s.-ni qeydə almaq üçün dəftər. Bütün kağızlar daxili dəftərə salınmış, sıra nömrəsi və tarixi həmin sənədin kənarında açıq və aydın xətlə yazılmışdı. S.Rəhimov. Daxili xəstəliklər tib. – bədənin içərisində baş verən xəstəliklər. Daxili xəstəliklər mütəxəssisi. Daxili sekresiya fiziol. – orqanizmlərin bəzi vəzilərinin bilavasitə qana və limfaya öz maddələrini ifraz etmək xassəsi.

    Azərbaycan dilinin izahlı lüğəti

daxili sözünün sinonimləri (yaxın mənalı sözlər)

daxili sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 DAXİLİ – XARİCİ Daxili xəstəlik mütəxəssisi lazımdır (Çəmənzəminli); Sizin xarici görünüşünüz barəsində (C.Əmirov). DAXİLİ – ZAHİRİ Daxili bir maraq məni də saxladı. Zahiri görkəmlərindən yaşlı adama oxşayırdılar (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti

daxili sözünün rus dilinə tərcüməsi

  • 1 внутренний

    Azərbaycanca-rusca lüğət
  • 2 прил. внутренний: 1. находящийся, расположенный внутри чего-л. Daxili təbəqə внутренний слой 2. относящийся к психической деятельности человека. Daxili aləm внутренний мир, daxili qürur hissi внутреннее чувство гордости, daxili sarsıntı внутреннее потрясение 3. представляющий собой основу, сущность чего-л. Daxili məna внутренний смысл 4. относящийся к жизни и деятельности внутри государства, учреждений. Daxili siyasət внутренняя политика, daxili işlər nazirliyi министерство внутренних дел, daxili nizam-intizam внутренний распорядок, daxili vəziyyət внутреннее положение, экон. daxili bazar внутренний рынок, daxili mənbələr внутренние ресурсы; бот. daxili minoriza внутренняя минориза, daxili floema внутренняя флоэма, daxili dənizlər геогр. внутренние моря, геол. daxili nüvə внутреннее ядро, daxili bağ внутренняя связка, зоол. daxili skelet внутренний скелет, daxili qəlsəmələr внутренние жабры, daxili çürümə внутреннее гниение, daxili pauza лингв. внутренняя пауза, daxili yanma mühərriki двигатель внутреннего сгорания, мед. daxili ifrazat (sekresiya) vəziləri железы внутренней секреции, daxili üzvlər внутренности, daxili xəstəliklər внутренние болезни, daxili qanaxma внутреннее кровотечение, пед. daxili müşahidə внутреннее наблюдение, daxili nitq внутренняя речь, daxili təcrübə внутренний опыт, связь. daxili maneya внутренняя помеха; daxili antena внутренняя антенна, daxili divar строит. внутренняя стена; тех. daxili çat внутренняя трещина, daxili pardaqlama внутренняя шлифовка, daxili diyircək внутренний ролик, daxili yiv внутренняя резьба, daxili dartılma внутреннее натяжение, daxili korroziya внутренняя коррозия, физ. daxili enerji внутренняя энергия, daxili sıxılma внутреннее сжатие, daxili sürtünmə qüvvəsi сила внутреннего трения, daxili əksolma внутреннее отражение, daxili müqavimət внутреннее сопротивление; daxili elektrolit хим. внутренний электролит, юрид. daxili nəzarət внутренний контроль, daxili qulluq внутренняя служба

    Azərbaycanca-rusca lüğət

daxili sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. inside, interior, inner, internal, inward; inherent, intrinsic; ~ cib inside pocket; ~ divarlar inside walls; ~ işlər inte rior / home affairs; ~ qapı inner door; ~ xəstəliklər internal diseases; ~ zədə internal damage; ~ aləm inward / inner life; bədənin ~ üzvləri the inward parts of the body; ~ sakitlik inward peace; ~ inkişaf qanunları inherent laws of devel opment; ~ məna inherent / intrinsic meaning; ~ təzyiq tib. intrinsic pressure; ~ qayda-qanun routine; (idarədə və s.) office regulations; 2. (bir ölkənin daxilində) inland, home, internal; domestic; ~ siyasət internal / home policy; ~ ticarət internal / home / inland trade; ~ bazar home / internal / inland trade; ~ sular (su yolları) inland waters; ~ düşmənlər internal enemies; Bu ölkənin daxili işidir It’s a matter of home affairs, It’s a domestic affair

    Azərbaycanca-ingiliscə lüğət

daxili sözünün fransız dilinə tərcüməsi

daxili sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. къенен; къенез талукь тир; къене авай; къенепатан (мес. тӀал, лишанар; са уьлкведин, идарадин ва мс. вичин къенен крариз талукь тир: мес. политика, везият); 2. инсандин психикадиз талукь тир, къенепетан; рикӀин; daxili hiss къенепатан гьисс; ** daxili dəftər са идарадиз ва мс. талукь тир кагъазар, документар, пул ва мс. къейд авун патал идарадин къене жедай дафтар; daxili xəstəlikler мед. къенен (къенепатан) азарар, бедендин къене жедай азарар; daxili sekresiya физиол. къенепатан секреция.

    Azərbaycanca-ləzgicə lüğəti

daxili sözünün türk dilinə tərcüməsi

daxili sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

DAXİLİ(YYƏ) 1) ölkənin daxili işlərinə baxan idarə; 2) ölkənin daxilinə aid olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"daxili" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daxili nədir? #daxili sözünün mənası #daxili nə deməkdir? #daxili sözünün izahı #daxili sözünün yazılışı #daxili necə yazılır? #daxili sözünün düzgün yazılışı #daxili leksik mənası #daxili sözünün sinonimi #daxili sözünün yaxın mənalı sözlər #daxili sözünün əks mənası #daxili sözünün etimologiyası #daxili sözünün orfoqrafiyası #daxili rusca #daxili inglisça #daxili fransızca #daxili sözünün istifadəsi #sözlük