Sanılı sözü azərbaycan dilində

Sanılı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sanılı • 97.2696%
  • sanılı • 2.7304%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Kərim Sanılı
Hacı Kərim Sanıyev (tam adı: Hacı Kərim Kərbəlayi Hüseyn oğlu Sanıyev; 1878, Qazax – 1937) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim. == Həyatı == Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən (indiki Çaylı) kəndində anadan olmuşdur. Bəy nəslindən olan atası Kərbəlayi Hüseynin Kiçik Qafqazın ətəklərində, Pir dağının güneyində, habelə Kürün sağ sahilində, Ceyrançöldə qoyun-quzu yataqları olub. Digər bir mənbədə isə çoban ailəsində anadan olduğu qeyd olunmuşdur. Atası Kərbəlayı Hüseyn varlı mülkədarların mal-qarasının otarar, ailəsini böyük ehtiyac içərisində dolandırarmış. === Təhsili === Hacı Kərim Sanılı ibtidai təhsilini 1886–1893-cü illərdə kənd mollaxanasında almışdır. O, kiçik yaşlarından iti hafizəsi, dərrakəsi, hazırcavablığı ilə seçilmişdir. Ona görə də dayısı Əbdülrəhman ağa 13 −14 yaşlı Hacı Kərimi oxutmaq arzusunda olduğunu bildirərək onu özünə şagird götürmək istəyən aşığa verməmişdir. O, 1893–1898-ci illərdə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsil almış, orada Firidun bəy Köçərli ilə tanış olmuşdur. Hacı Kərim Sanılı bəy nəslindən olduğuna görə seminariyaya çox çətinliklə, dayısının köməyi ilə qəbul olmuşdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 ••••••••••••••• 0.23
2009 •••••••••••••••••••• 0.32
2010 •••••• 0.09
2014 ••••••••••• 0.17
2015 ••••••••••• 0.17
2019 ••••••••• 0.14

sanılı sözünün leksik mənası və izahı

sanılı sözünün etimologiyası

  • 1 Dilimizdə Sanıyev, Sanılı soyadları var (Hacı Kərim Sanılını xatırlayın). Qədim mənbələrdə “sayılan”, “hörmətə layiq” mənalarını əks etdirən san sözü möv­cuddur. Deməli, Sanılı sözü “hörmətli” deməkdir. İndi Anadolu türklərində həmin söz sayın şəklində işlədilməkdədir. Sani (Süleyman Sani Axundov) sözü isə ərəb mənşəlidir, “ikinci” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sanılı

sanılı sözünün rus dilinə tərcüməsi

  • 1 прил. считанный, сосчитанный ◊ sanılı qoz kimi (hər şey yerindədir) всё на месте, всё в целости и сохранности

    Azərbaycanca-rusca lüğət / sanılı

sanılı sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#sanılı nədir? #sanılı sözünün mənası #sanılı nə deməkdir? #sanılı sözünün izahı #sanılı sözünün yazılışı #sanılı necə yazılır? #sanılı sözünün düzgün yazılışı #sanılı leksik mənası #sanılı sözünün sinonimi #sanılı sözünün yaxın mənalı sözlər #sanılı sözünün əks mənası #sanılı sözünün etimologiyası #sanılı sözünün orfoqrafiyası #sanılı rusca #sanılı inglisça #sanılı fransızca #sanılı sözünün istifadəsi #sözlük