Talibi sözü azərbaycan dilində

Talibi

Yazılış

  • Talibi • 84.6154%
  • talibi • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası
Həzrət Əli ibn Əbu Talibin (ə) ensiklopediyası ( trans.: Musuətul-imam Əli ibn Əbi Talib (ə) fil-kitabi vəs-sunnəti vəl-tarix) — Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhrinin Əli barədə yazdığı kitab. Kitab "Vilayət ilinin kitabı" müsabiqəsinin ikinci mərhələsinin mükafatına layiq görülmüşdür. == Haqqında == Reyşəhri kitabı 1992-2000-ci illərdə ərəbcə yazmışdır. == Nəşr və tərcümə == Kitab ilk dəfə 2000-ci ildə 12 cilddə ərəbcə İranda nəşr olunmuşdur. Ensiklopediya 2002-ci ildə "Daneşnameye Əmirəl-mominin (ə) bər-bayeye Quran və hədis və tarix" adı ilə 12 cild və əlavə 1 cildlik mövzu mündəricatı ilə birlikdə farsca nəşr edilmişdir. Kitabın hər iki mətnə malik 3-cü nüsxəsi "Daneşnameye Əmirəl-mominin (ə)" adı ilə, ərəb və fars dilində olmaqla, 1 cilddə 2007-ci ildə yenidən nəşr edilmişdir. Kitabın müxtəsər variantı Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə edilmiş və 2013-cü ildə Nurlar nəşriyyatında çap olunmuşdur.
Əli ibn Əbu Talibin qətli
Əlinin qətli və ya Əlinin öldürülməsi — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və Şiə İslamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra,:308 hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir. Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. Bu hadisələr xəlifə Osman ibn Əffanın sui-qəsd yolu ilə öldürülməsindən sonra başlamış və Əlinin dörd illik hakimiyyət dövrü boyunca davam etmişdir. 657-ci ildə baş vermiş Siffeyn döyüşündən sonra Əli I Muaviyə ilə arbitraja razılaşdıqdan sonra onun ordusunun içərisindən daha sonra xarici (mənası – "çıxıb gedənlər") adlandırılan bir qrup ortaya çıxdı.:390 Üsyan qaldıran xaricilər tərəfindən Əlinin bəzi tərəfdaşları öldürüdü. Buna baxmayaraq, Əlinin başçılıq etdiyi ordu onları 658-ci ilin iyul ayında baş verən Nəhrəvan döyüşündə darmadağın etdi.:260–261İbn Mülcəmin Məkkədə xaricilərdən olan əl-Bərak ibn Abdullah və Əmr ibn Bəkr əl-Təmimi ilə görüşündən sonra onlar razılaşırlar ki, müsəlmanların o vaxtkı vəziyyəti Əlinin, I Muaviyənin və Misir valisi Əmr ibn əl-Asın günahıdır. Onlar dövrün "acınacaqlı vəziyyəti"ni dəyişdirmək və Nəhrəvanda öldürülən yoldaşlarının intiqamını almaq üçün bu üç nəfəri öldürmək qərarına gəlirlər.
Əsrarüt-Talibin
Əsrarüt-Talibin – Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər kəlimeyi-tövhidin ərflərinin sayına uyğun olaraq 24 fəslə ayrılmışdır. Hər fəsildə təriqət yolunun sirləri açıqlanır. Bəhs edilən mövzulardan bəziləri bunlardır: elm və növləri, şəriət-təriqət-mərifət, zikr və prinsipləri, tövhid kəlməsinin Hz.Əliyə təlqini, tövbə, övliya, təsəvvüf kəlməsinin qaynağı, qəlb, mənfi və müsbət insani xüsusiyyətlər, dərvişin halları, ibadətin təsəvvüfi yönləri, cazibə, feyz, xəlvət-üzlət, təriqətə girənlərin virdləri, yuxuların yozumu, təsəvvüf əhlinin inancları və s. Əsərdə təsəvvüfi məsələlər qısa və xüsusi olaraq izah edilmişdir. Fəlsəfi yozum və şərhlərə də təsadüf edilir. Seyid Yəhyanın Şəfaül-əsrar əsərinin xülasəsi mahiyyətində olan bu əsər təsəvvüf dairələrində olduqca məşhur olmuşdur. Kitabxanalarda bir çox nüsxələri vardır. Məzmunu və üslubu Seyid Yəhyaya aid olduğunu təsdiq edir. Əsrarüt-Talibin bəzən başqa müəlliflərə də aid edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2003 •••••••• 0.39
2004 •••••••••••••••••••• 1.01
2005 •••••••••••••• 0.67
2006 ••••• 0.23
2007 ••••• 0.21
2010 •••••• 0.27
2011 •• 0.09
2012 •••••••••••••••• 0.77
2014 •••• 0.17
2017 ••••••• 0.33

Oxşar sözlər

#talibi nədir? #talibi sözünün mənası #talibi nə deməkdir? #talibi sözünün izahı #talibi sözünün yazılışı #talibi necə yazılır? #talibi sözünün düzgün yazılışı #talibi leksik mənası #talibi sözünün sinonimi #talibi sözünün yaxın mənalı sözlər #talibi sözünün əks mənası #talibi sözünün etimologiyası #talibi sözünün orfoqrafiyası #talibi rusca #talibi inglisça #talibi fransızca #talibi sözünün istifadəsi #sözlük