balığı sözü azərbaycan dilində

balığı

Yazılış

  • balığı • 95.9869%
  • Balığı • 3.8493%
  • BALIĞI • 0.1638%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aslan balığı
Aslan balığı (lat. Pterois) — Şüaüzgəclilər sinfinin Scorpaenidae fəsiləsinə məxsus balıq cinsi. Bu balıq cinsinin uzunluğu 20 sm-dən (P. andover, P. antennata) 38 sm-ə qədər (zebr aslan balığı) ola bilər. İndo—Sakit okeanı ərazisində geniş yayılmışdır.
Fənər balığı
Dəniz şeytanı, Fənər balığı (lat. Lophius piscatorius) — Tilovlukimilər dəstəsinə aid yırtıcı balıq növü. Bu tür adlandırılması onun çirkin görünüşü ilə əlaqəlidir. Dəniz şeytanı Atlantik okeanının şimal şərqində, Mərakeş sahillərindən başlayaraq Norveç və cənubi İslandiya sahilləri boyu, eləcə də Aralıq və Qara dəniz sularında, 20 –1000 m dərinliklərdə rast gəlinir. 1-1,5 m olan Dəniz şeytanının uzunluğu bəzən 2 m-ə qədər çatır. Maksimal çəkisi isə 57,7 kq-dır. Bədəni pulsuzddur, dəri örtüyü kəələ kötür çoxlu sayda sümüklü çıxınılara malikdir. Böyük başa və müvafiq olaraqböyük ağız boşluğuna malikdir. Ağızın alt çənəsi iti uclu qarmağabənzər dişlərlə təmin edilmişdir. Gözləri xırdadır.
Kayman balığı
Kayman balığı (lat. Lepisosteus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin zirehlikimilər dəstəsinin zirehli durnabalıqları fəsiləsinə aid heyvan cinsi.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Külmə balığı
Külmə (lat. Pseudophoxinus) — Çəkilər fəsiləsinə aid cins. Bu cinsə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində bir çox növləri yayılmışdır. Bir necəsi isə endemikdir. Udlaq dişləri bir sırada yerləşir, sayı 6-5 və 5-5 və ya 5-4 olur. Öndəki dişlərin tacı konus şəkildə, arxadakl dişlərin ucu kəsik olur,bəzən dişlərin üzərində qırışıqlar aydın görünür. Pulcuqlar iri və ya orta böyüklükdə olub, sıx yerləşir. Yan xətdə 33-67 pulcuq olur. Qəlsəmə dişcikləri qısa və seyrəkdir.
Mələk balığı
Naqqa balığı
Naqqa (lat. Silurus glanis) — naxakimilər fəsiləsinin nümayəndəsi. Şimal Buzlu okeanına tökülən çaylardan başqa Avropanın su hövzələrində yaşayan geniş yayılmış balıqdır. Aral hövzəsində də yaşayır. Xəzərdə Volqanın deltasında, xüsusən onun aşağı hissəsində çoxsaylıdır. Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılmışdır. Başı üstdən aşağı yastılanmışdır. Kiçik bel üzgəci ön hissədə az qala qarın üzgəclərinin üstündə yerləşir. Alt çənəsi bir qədər irəli çıxır. Rəngi tünd, qarnı bir qədər açıqdır.
Nərə balığı
Nərələr (lat. Acipenseridae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Nərələrin dünya ehtiyatının 80%-dən çoxu Xəzər dənizindədir. Uzunsov, iynəşəkilli bədənləri və sifətləri (burnu) (seyrək hallarda konusvarı və ya kürəşəkilli) vardır. Ağzı hərəkətli, dişsizdir (körpələrdə zəif dişlər olur), başın alt tərəfində yerləşmiş, ətli dodaqlarla vardır. Döş üzgəcinin ön şüasıgüclü şəkildə qalınlaşmış və tikana çevrilmişdir. Bel üzgəci quyruğatərəf itələnmişdir. Fəsilənin 4 cinsi var: bölgə, nərə, kürəkli və yalançı kürəkli. Bunlardan Azərbaycanda ilk 2 cinsin nümayəndələri vardır. Dişisi dünyada ən qiymətli kürü verən ticarət əhəmiyyətli balıq sayılır.
Qıjovçu balığı
Qıjovçu balığı (lat. Alburuoides eichwaldi) — Sümüklü balıqlar sinifinin nümayəndəsi Qıjovçu (lat. Alburuoides bipunctatus eichwaldi) — cinsi Çəkiyəbənzərlər fəsiləsinin nümayəndəsidir. Bel üzgəcində 6-9, anal üzgəcində 10-16 şüa, yan xəttində 43-56 pulcuq var. Bədəni uzonsovdur, başı kiçikdir, ağzı başın ucundadır. Udlaq dişləri iki cərgəlidir. Ucları azacıq əyilib.Uzunluğu adi qıjovçunun uzunluğu qədərdir (13 sm-ə qədər). Azərbaycanda ümumi səciyyəsinə görə cinsə identik olan Alburuoides bipunctatus eichüaldi Filippi yarımnövü yaşayır. Kür hövzəsində subalp zonasına qədər rast gəlinir. Samur, Viləş, Qumbaşi, Lənkəran çaylarında və dağ göllərində qeydə alınır.
Siyənək balığı
Siyənək (lat. Clupea) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid heyvan cinsi.
Xanı balığı
Çay xanısı (lat. Perca fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin xanı cinsinə aid heyvan növü. Koladan Kolımayadək Şimal Buzlu okeanın çaylarında, Baltik, Qara, Azov, Xəzər və Aral dənizləri hövzələrində, Baykal gölündə yayılmışdır. Xəzərdə bütün çayların aşağı axarlarında, az miqdarda onların mənsəb hissələrində qeydə alınır. Azərbaycanda Küryanı göllərdə, Dəvəçi limanında, bəzən Samurçaydan Bakıya qədər dənizin sahil zonasında yaşayır. Kiçik körfəzdə nisbətən çoxsaylıdır. Qumbaşı çayında belə qeydə alınır. DXIII–XV, I-III 13-14, A II 8-9, fəqərələrin sayı 41, birinci qəlsəmə qövsünün alt şəxəsindəki dişcikləri sayı 15-20-dir. Pulcuqları ktenoiddir, başının örtük sümükləri üzərində sikloid pulcuqlar da olur. Yanaqları pulcuqlarla örtülüdür, buradakı eninə pulcuq sıralarının sayı 20-dən 23-ə qədərdir.
Yayın balığı
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Ziyad balığı
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Pələng köpək balığı
Pələng köpəkbalığı (lat. Galeocerdo cuvier) – лarxarinkimilər dəstəsindən balıq növü. Akulanın pələnglərdəki kimi zolaqlara malik olduğuna görə bu adı almışdır. Pələng köpəkbalığı bütün dünyada geniş yayılmışdır və okeanlarda olduğu kimi, sahil sularına yaxın yerlərdə də yaşayırlar. Uzunluqları 5 m-ə çatmasına baxmayaraq, daha uzun fərdlərinə də rast gəlinir. Pələng köpəkbalıqları diribala doğanlardır. Doğulan balaların sayı 40-a qədər çata bilir. Kütlələri 570–750 kq arasında dəyişir. Pələng akulaları balıq, delfin, molyusk, tısbağa, dəniz ilanları, eləcə də leşlə qidalanırlar. Dəniz akulaları insanlar üçün potensial təhlükəli varlıqlar hesab olunurlar.
Qızılı daban balığı
Qızılı daban balıq (lat. Carassius carassius) — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır.
Sibir bel balığı
Sibir bel balığı (lat. Hucho taimen) ― Qızılbalıqlar fasiləsinə aid Bel balıqları cinsinə aid bir növ balıqdır. Bu balıq Sibir və ətraf bölgələrdə, çaylarda rast gəlinir, və il boyu ovlanılır.
Sibir kölgə balığı
Sibir kölgə balığı (lat. Thymallus arcticus) ― Qızılbalıqlar fasiləsinə, kölgə balıqları cinsinə aid olan, Nearktik və Palearktik ekozonlarında yaşamış şirinsu balığı növü. Boyu 76 sm-ə, ağırlığı isə 3,8 kiloqrama qədər ola bilir. Geniş və böyük kütək üzgəciylə diqqət çəkir. Tilov balıqçılığında populyardır.
Çəkicbaşlı köpək balığı
Çəkicbaşlı köpəkbalığı (akula) - başları yan tərəflərə (sağa və sola) uzanmış köpək balığı növü. Kəllələrinin quruluşundan digər növlərdən asanlıqla ayırd edilə bilir. Əsasən çox dərin olmayan isti sularda rast gəlinir. İlin isti vaxtlarında soyuq sularda da rast gəlinə bilir. Çəkicbaşlı köpəkbalıqlarının rəngi açıq bozdan yaşılımtıl rəngə qədər dəyişir. Digər köpəkbalıqlarına nisbətən kiçik ağıza sahibdir. Balıqlardan fərqli olaraq heç bir köpəkbalığı növündə, eləcə də çəkicbaşlı köpəkbalığının bədəni pulcuqlar yoxdur, hamardır. Belində və yanlarında (sağda və solda) olmaqla 3 böyük üzgəci və növündən asılı olaraq bir neçə kiçik üzgəci var. . Əsas dayaq sistemini sümüklər deyil, qığırdaq təşkil etdiyindən fosillərində, əsasən, dişlər tapılır. Çəkicbaşlı köpəkbalıqları gündüz sürü şəklində, gecələr isə tək ovlanırlar.
Şələquyruq qızıl balığı
Qızılı balıqcıq, Şələquyruq qızıl balığı?, Yapon balığı? (lat. Carassius auratus) Çəkikimilər dəstəsinin Çəkilər fəsiləsinin Daban balıqlar cinsinə aid balıq növü. Çarprazlama üsulu istehsal ilə fərqli rənglərdə və bədən quruluşunda çox növü çıxarılmışdır. Şələquyruq qızıl balığı soyuq suda da yaşaya bilərlər. Tapıldıqları akvariumlarda tək cins olaraq bəslənirlərsə isidiciyə ehtiyac yoxdur. Su istiliyinin 25 dərəcə üstündə olması sağlamlıqlarına mənfi təsir edər. Koi olaraq adlandırılan törəmələri hovuzlarda 59 sm boy, 4.5 kq ağırlığa çata bilərlər. Lazımlı şərtlər və damızlıklar təmin edilsə akvariumda çıxarılması mümkündür. Yumurta tökərək törəyərlər.
Ziyilli kloun balığı
Ziyilli kloun balığı (lat. Antennarius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinə aid heyvan cinsi.
Bel balığı
Bel balığı (lat. Hucho), Qızılbalıqkimilər dəstəsindən Qızılbalıqlar fasilədindən bir balıq cinsidir. == Coğrafiyası == Sibir və Uzaq Şərq bölgələrin əksər göllərində və çaylarında yaşayır. Bu balıqlara ayrıca Altayın bəzi çaylarında, Monqolustanın Xövsgöl bölgəsinin şimal çaylarında rast gəlmək olar.
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Cənub Balığı
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Durna balığı
Durnabalığıkimilər (lat. Esociformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Uzunluğu 1,5 m, kütləsi 35 kq-a çatan sümüklü balıqlardır. Dəstədə 3 fəsilə var: durnabalıqlar, umbrokimilər və ya evduşkokimilər və dalliekimilər. Xəzər hövzəsində, o sıradan Azərbaycanın su hövzələrində durnabalığlar fəsiləsinin nümayəndələri yaşayır.
Cənub Balığı (bürc)
Cənub Balığı (lat. Piscis Austrinus) — göyün cənub yarımkürəsində bürc.
Azərbaycan balığı (film, 1925)
Azərbaycan balığı qısametrajlı sənədli filmi 1925-ci ildə Azərdövlətkinoda istehsal edilmişdir. Filmdə Azərbaycanda Xəzər dənizi və Kür çayında balıqçılığın inkişaf etdirilməsi və balıq istehsalı müəssisələrinin yaradılmasından danışılır. == Məzmun == Filmdə Azərbaycanda Xəzər dənizi və Kür çayında balıqçılığın inkişaf etdirilməsi və balıq istehsalı müəssisələrinin yaradılmasından danışılır. == Film haqqında == İstehsalat filmi Moskvanın Dövlət Kino-Foto Sənədlər Arxivində saxlanılır.
Köpək balığı üzgəclərindən şorba
Köpək balığı üzgəclərindən şorba — əsasən toy və ya ziyafətlərdə süfrəyə verilən Çin mətbəxinin yeməklərindən biri. Şorba əsrlər əvvəl Sonq xanədanında imperatorun ailəsinə və məhkəmə üzvlərinə verilən zaman ortaya çıxdı. Balıqçılıq ticarəti artdıqda şorba dünyada məşhur oldu. 2011-2013-cü illər arasında Çində istehlak 50-70 % azaldı.
Xıllı nərə balığı zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib. Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.
İri ağ köpək balığı
Böyük ağ köpəkbalığı (lat. Carcharodon carcharias) Lamniformes dəstəsindən olan balıq növü. Bütün okeanlarda isti su olan ərazilərdə, həmçinin Aralıq və Yapon dənizində yaşayır. Onların uzunluğu 7–8 metrə, bəzən isə 12 metrə qədər olur. Ağ köpək balığı yırtıcılıq və gücünə görə köpəkbalıqları arasında ən təhlükəlisi hesab olunur. Dişi fərdləri erkəklərdən daha iri olur. Böyük köpəkbalığı ətyeyəndir və balıqlar (məsələn, tuna, vatoz, digər köpəkbalığı növləri), su məməliləri (məsələn, delfin, balina), üzgəcayaqlılar (suiti, xəzli suiti, dəniz şiri), su tısbağası və su quşları ilə qidalanır.
Taiti ziyilli kloun balığı
Taiti ziyilli kloun balığı (lat. Antennarius striatus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin tilovlukimilər dəstəsinin ziyilli kloun balıqları fəsiləsinin ziyilli kloun balığı cinsinə aid heyvan növü.

"balığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#balığı nədir? #balığı sözünün mənası #balığı nə deməkdir? #balığı sözünün izahı #balığı sözünün yazılışı #balığı necə yazılır? #balığı sözünün düzgün yazılışı #balığı leksik mənası #balığı sözünün sinonimi #balığı sözünün yaxın mənalı sözlər #balığı sözünün əks mənası #balığı sözünün etimologiyası #balığı sözünün orfoqrafiyası #balığı rusca #balığı inglisça #balığı fransızca #balığı sözünün istifadəsi #sözlük