başlığı sözü azərbaycan dilində

başlığı

Yazılış

  • başlığı • 99.7193%
  • Başlığı • 0.2807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Klitor başlığı
İnsan bədənindəki klitor başlığı (həmçinin preputium clitoridis və klitoral preparat adlandırılır) klitorisin başını əhatə edən və mühafizə edən dəri qatıdır; O, həmçinin klitorisin xarici şaftını əhatə edir, klitorisin daxili dodaqlarının bir hissəsi kimi inkişaf edir və kişi cinsiyyət orqanlarındakı sünnət dərisi ilə (paralel formada prepuce adlandırılır) homologiyadır. Klitoral başlıq selikli dəri toxumalarından ibarətdir; bu toxumalar selikli qişa ilə dəri arasındadır və immunoloji əhəmiyyətə malik ola bilərlər, çünki onlar selikli qişa peyvəndləri üçün giriş nöqtəsi ola bilər. Klitoral başlıq təkcə klitoral qlansın (klitorun başı) mühafizəsi üçün deyil, həm də erogen toxuma olduğu üçün həzz üçün də vacibdir. Klitoral başlığın kiçildilməsi klitoral başlığın ölçüsünü və sahəsini azaltmaq üçün həyata keçirilən plastik cərrahi əməliyyatdır.
Silindr başlığı
Silindr başlığı - daxili yanma mühərriklərində mühərrik blokunun üst hissəsinə bərkidilir. Silindr bloku yanma kamerasinı yuxarıdan qapadığından, o yuxarıdan yüksək temperatura məruz qalır. Buna görə də, silindr blokunun soyudulmasına əhəmiyyət verilir. Şaquli quruluşlu mühərriklərdə silindr bloku qazın verilməsi üçün sorma və xaricetmə klapanlarını, onların idarəetmə sistemini (paylayıcı val) özündə yerləşdirir. Əlavə olaraq bu bloklarda alışdırma şamları (Otto mühərrikində) və ya püskürtmə ucluqları (Dizel mühərriki) quraşdırılır. Dolayı yolla püskürtmə sisteminə malik dizel mühərriklərində silindr blokunda əlavə yanma kamerası və közərtmə şamları olur. Kiçik mühərriklərdə silindr bloku kompakt hazırlandığı halda, böyük mühərriklərdə əlavə olaraq aralıq silindr blokundan istifadə edilir. Silindr bloku ilə mühərrik bloku arasında kipləşdirici aralıq qatı qoyulur və onlar boltlarla bir-biri ilə möhkəm bağlanır. Silindr bloklar mühərrikin növündən asılı olaraq çuqun və ya aliminiumdan hazırlanır. Rezo Əliyev.
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının "kimliyini" müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da "kimliyini" müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Döyüş başlığı
Döyüş başlığı xüsusi olaraq hazırlanmış olan daşıyıcı korpusda (məsələn, döyüş raketi, raket və ya torpedo) hədəfə daşınan partlayıcı, yandırıcı və ya zəhərli materialdan və sözügedən korpus hədəfə çatdıqdan sonra bu materialı işə salacaq olan tətikləmə mexanizmindən ibarət olan xüsusi döyüş mexanizmidir. == Mənşəyi == Torpedalar ilk dəfə yaradıldıqları zaman təlim, sınaq və hərbi təlimlərdə istifadə olunmaqları üçün onların içərisinə müəyyən faydalı yük yerləşdirilər və bu faydalı yükə sülh başlığı deyilərdi. Sözügedən həmin torpedalar həqiqi hərbi əməliyyatlarda və müharibələrdə istifadə olunmağa başlandığı zaman onların adı döyüş başlığı olaraq dəyişdirilmiş və zaman keçdikcə sülh başlığı termini hərbi terminologiyadan tamamilə çıxmışdır. == Təsnifatlandırma == Müxtəlif döyüş başlıqları növləri aşağıda göstərilmişdir: Partlayıcı: Müvafiq ölçüdə bir partlayışdan istifadə edilərək hədəfi parçalamaq və partlayışın yaratdığı zərbə dalğasının təsiri ilə əsas hədəfin ətrafında yerləşmiş olan ikinci dərəcəli hədəfləri mümkün qədər zərərsizləşdirmək prinsipinə əsaslanır. Konvensional: Barıt, C4 və dinamit kimi molekulyar strukturda yüksək miqdarda istilik, işıq və şok enerjisinə malik olan kimyəvi maddələrdən istifadə edilərək istehsal olunan partlayıcı maddələr qrupudur. Təhrik növü (Hərəkət növü): Böyük bir zərbə dalğası yaradaraq partlayış sferasında olan materiallara qəfil və yüksək təzyiq tətbiq edilməsi yolu ilə hədəfi zərərsizləşdirməyə əsaslanan konvensional partlayıcılardırlar. Yaranmış olan istiliyin və işığın miqdarı digər növlərdən daha azdır. Terror təşkilatları tərəfindən müntəzəm formada istifadə edilən boru tipli bombalar təhrik növüdür. Parçalanma (dispersiya) növü: Müəyyən bir hərəkət tipli partlayıcı nüvənin ətrafında əsasən silindr və ya sfera formasında yerləşdirilmiş olan qəlpə hissəciklərindən istifadə etməklə, hədəfləri partlayış zonası daxilində deşərək zərərsizləşdirməyə yönəlmiş konvensional partlayıcı maddə növüdür. Bütün kaset bombaları bu tipdədirlər.
Klitoral başlığın kiçildilməsi
Klitoral başlığın kiçildilməsi, həmçinin klitoral kaputektomiya, klitoridotomiya və ya (qismən) kaputektomiya kimi də adlandırılan bu əməliyyat növü klitoral başlığın ölçüsünü və sahəsini azaltmaq və daha çox klitoris və klitoral qlans meydana çıxarmaq üçün həyata keçirilən plastik, rekonstruktiv və estetik əməliyyat növüdür. Bəzən xəstənin cinsi funksiyasını yaxşılaşdırmaq və vulvanın estetik cəhətdən təkmilləşdirilməsi kimi terapevtik məqsədləri olan seçmə cərrahiyyə forması kimi həyata keçirilir. Bu, hoodplastikanın bir formasıdır. Klitoral preparat toxumalarının azaldılması adətən dodaqların daxili hissəsini azaltmaq üçün həyata keçirilən labioplastika proseduru və bəzən vaginaplastika əməliyyatı çərçivəsində bir alt əməliyyatdır. Pasiyent sorğuları bu cür prosedurların nəticəsindən pasiyentlərin əməliyyatın axırında məmnun olduğunu göstərir. Bununla belə, 2007-ci ildə Amerika Mamalıq və Ginekoloqlar Kolleci onun tamamilə təhlükəsiz olduğunu tövsiyə edən bir rəy vermişdir.

"başlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başlığı nədir? #başlığı sözünün mənası #başlığı nə deməkdir? #başlığı sözünün izahı #başlığı sözünün yazılışı #başlığı necə yazılır? #başlığı sözünün düzgün yazılışı #başlığı leksik mənası #başlığı sözünün sinonimi #başlığı sözünün yaxın mənalı sözlər #başlığı sözünün əks mənası #başlığı sözünün etimologiyası #başlığı sözünün orfoqrafiyası #başlığı rusca #başlığı inglisça #başlığı fransızca #başlığı sözünün istifadəsi #sözlük