Tanrının varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır.
Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı.
Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur.
Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır.
Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır.
İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.