xanlığı sözü azərbaycan dilində

xanlığı

Yazılış

  • xanlığı • 98.3290%
  • Xanlığı • 1.4139%
  • XANLIĞI • 0.2571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəncə xanlığı
Gəncə xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından biri. Gəncə xanlığı Murovdağ silsiləsindən Kür çayınadək olan torpaqlar, Qarabağ, İrəvan xanlıqları, Qazax və Şəmşəddil sultanlıqları, Gürcüstanla həmsərhəd idi. Xanlığın mərkəzi Gəncə şəhəri idi. == Yaranması == 1736-cı il Suqovuşan qurultayında Nadirin şah elan edilməsinə qarşı çıxdıqları üçün Nadir şah onları sürgünə yollamışdı. Sürgün edilən Ziyadoğlular Nadirin öldürülməsindən sonra vətənə qayıdıb dövlət yaratmağa imkan,şərait tapdılar.Gəncə xanlığının banisi Qacar tayfasının yerli nəslinin nümayəndəsi II Şahverdi xan Ziyadoğlu olmuşdur.O,Nadir şahın Gəncədəki qarnizonunu darmadağın etməkdə yardımçı olan Kartli-Kaxetiya hakimi II İrakliyə 5 köpük pul verməyi öhdəsinə götürmüşdür. Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760–1780) bu pulu verməkdən imtina edərək Kartli-Kaxetiyadan asılılğa son qoymuşdu.Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirmişdir. == İkihakimiyyətlilik dövrü == 1780-cı ildə Kartli-Kaxetiya hakimi II İraklinin və Qarabağ xanı İbrahimxəlil xanın birləşmiş qoşunları Gəncəni tutdu. Hakimiyyətə yeni gələn Məhəmməd xan kor edilərək Şuşa qalasına salındı.Bundan sonra Gəncə xanlığını qaliblərin eyni vaxtda təyin etdikləri iki nümayəndə idarə edirdi. İkihakimiyyətliliyin bütün ağırlığı xalqın üzərinə düşürdü. == Müstəqillik uğrunda mübarizə == 1778-ci ildə saray çəkişmələrinin qurbanı olan Gəncə xanlığının hakimi Məhəmmədhəsən xanı ona sui-qəsd edən qardaşı Məhəmməd xan əvəz etdi.Onun hakimiyyəti dövründə Gəncə xanlığı xeyli zəiflədi.Vəziyyətin belə olmasından istifadə edən II İrakli Gəncəni zəbt etmək fikrinə düşdü.Lakin o,tələsməyib bu işdə Azərbaycanda böyük nüfuza malik olan və tez-tez ittifaqa girdiyi qarabağlı İbrahimxəlil xandan istifadə etməyi qərara aldı.Zəngin Gəncə şəhərində çoxdan gözü olan İbrahimxəlil xan tərəddüd etmədən II İraklinin təklifıni qəbul etdi.Beləliklə, 1780-ci ildə İrakli və İbrahim xanın qoşunları Gəncə qalasını mühasirəyə aldılar.Ciddi müqavimət göstərə bilməyən Gəncə qarnizonu təslim oldu.Qaliblər Gəncə xanlığını birlikdə idarə etməyi qərarlaşdırıb,öz nümayəndələrini Gəncə şəhərində yerləşdirdilər.
Həştərxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır. Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ?
Kalmık xanlığı
Kalmık xanlığı (Torqout xanlığı; kalm. Хальмг хана улс) — XVII–XVIII əsrlərdə kalmıkların dövlətləri. == Tarixi == Xanlıq noyonların başçılığı ilə uluslardan təşkil olunmuşdu. Uluslar aymaklara və xotonlara bölünürdü. Bu bölümləri də zaysanqlar idarə edirdi. Xanlıqda məhkəmə zarqo, hakim zarquçu adlanırdı. Buxara xanlığında çəkişmələrdən istifadə edən Səfəvilər Xorasanı tutdular. Şah I Abbasa arxalanan Xarəzm feodalı Xoca Məhəmməd 1598-ci ildə Ürgəncdə möhkəmləndi. Kalmık tayfaları Mavərənnəhrdən sıxışdırıldı. === Qazax və kalmık əlaqələri === XV əsrdən XVI əsrin ikinci yarısına qədərki dövrdə Qazax-Kalmık münasibətləri haqqında bilgilər çox azdır.
Kazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Kokand xanlığı
Kokand xanlığı (özb. Qo'qon xonligi) — 1709–1876-cı illərdə mövcud olmuş və indiki Özbəkistanın əsasən Şərq hissəsində yaranmışdır. Orta Asiya xanlıqlarından ən böyüyü Kokand xanlıgı idi. Xanlıgın ərazisi Fərqanə vadisi idi ki, burada özbək, tacik və qırğızlar yaşayırdılar. Daşkənd bu xanlıgın tərkibinə daxil idi və əlverişli cografi mövqed yerləşirdi. Əkinçilik və köçəri rayonları birləşdirən nöqtdə yerləşən Daşkəndin cografi mövqeyi qədimdən onun inkişafına əlverişli təşir göştərirdi. Orta Aşiya ilə Rusiyanın iqtişadi əlaqlərinin inkişafı Daşkəndin ticarət əhəmiyyətini artırdı. Daşkənd və bir çox şərhədə məntəqələri ugrunda xanlıqlar araşında uzun şürən müharibələr gedirdi. Kokand xanlıgında Kokand və Daşkənddən başqa əhalişi ticarət və şəntkarlıqla məşgul olan Əndican, Nəməngan, Mərğilan, Xücənd, Çimkənd kimi şəhərlər var idi. == Tarixi == 1709-cu ildə Şeybani əmirlərindən olan Şahrux xan Minglər Buxara xanlığından ayrılaraq Fərqanə vadisinin qərb hissəsində yerləşən ərazidə öz müstəqilliyini elan etmiş və kiçik Kokand şəhərində öz qəsirini tikdirmişdir.
Krım xanlığı
Krım Xanlığı və ya Krım Yurdu (Krım Tatarcası: Qırım xanlığı; Rusca: Крымское ханство; Ukrayna dili: Кримське ханство) — 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət hökm sürən xanlıqdır. 1475-ci ildən 1774-cü ildə bağlanan Kiçik Qaynarca sazişinə qədər Osmanlı İmperiyasına bağlı qaldı. == Tarixi == XIII və XIV əsrlərdə Rusiyanın içərilərinə və Qıpçaq Çölünə irəliləyən Tatar qəbilələri, köçəri həyatlarını tərk edərək Krıma yerləşirdi. Qızıl Ordanın süqutundan sonra bu bölgədə başlayan hakimiyyət qurma yarışı Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn və tatarları idarə edən Hacı Gəray tərəfindən qazanıldı. Litvada XV əsrin əvvəllərində doğulmuşdu. Böyüdükdən sonra "Şirin" qəbiləsinin köməyiylə Krımda hakimiyyət qurdu. 1441 tarixində öz adına pul kəsdirdi. Xanlığın quruluş tarixi buna görə 1441 qəbul edilir. == Osmanlı himayəsi == Hacı Gərayın övladları uzun müddət taxta çıxmaq üçün bir-biri ilə vuruşduqda Osmanlı imperiyası mübarizənin daha da uzanmaması və Krım taxtında Osmanlıya sadiq birinin oturması üçün Hacı Gərayın oğlanlarından biri olan Məngli Gəraya qardaşlarına qarşı döyüşdə kömək etdi və Krım xanı olaraq "iki qitənin və iki dənizin xanı" titulunu qazanmasına şərait yaratdı.
Kumul xanlığı
Kumul xanlığı — (uyğ. قۇمۇل خانلىقى) Hamian çökəkliyində yerləşən feodal türk dövləti (Monqolustanın Xoşun ərazisi daxil). Kumul xanları Çağatay ulusu xanlarının birbaşa nəslindən idilər. 1696-cı ildə Sin dövlətinin asıllığını qəbul etmişdilər. 1930-cu ildə Çin Respublikasının Sintszyan vilayətinin qubernatoru Tsin Şujen tərəfindən ləğv edilmişdir. Müsir dövrdə xanlıq indiki Sincanın Hami vilayətinin ərazisini əhatə edirdi. == Tarixi == === Yaranması === Min İmparatorluğu turfanlar və Min arasındakı qarşıdurmada böyük rol oynayan Kumul Xanlığı ilə (başqa adı Kara-Del) xərac vernə səviyyəsində münasibətlər qurmuşdu. Xanlıq Minə xərac verirdi. Səid Babanın xan olduğu vaxt Kumul Xanlığı 1646-cı ildə Sin sülaləsinin Min sülaləsinə qarşı üsyanı zamanı Min sülaləsi dəstəkləyən çinli müsəlmanlara kömək göstərirdi. Min tərəfdarlarının məğlubiyyətindən və Kumul şahzadəsi Turumtainin döyüşlərdə Sin qoşunu tərəfindən öldürüldüyündən sonra Kumul xanlığı Sin sülaləsinin hakimiyyətini qəbul etdi.
Künduz xanlığı
Künduz xanlığı və ya Künduz əmirliyi (özb. قلندر حانلیگی, Qunduz xonligi, Қундуз хонлиги) — XVIII-əsrin sonu XIX əsrin ortalarına qədər Cənubi Türkistanda mövcud olan özbək dövləti. Xanlıq əsasən hazırkı, Əfqanıstan dövlətinin ərazisini əhatə edirdi. Paytaxtı Künduz şəhəri olmuşdur. Amudəryanın sağ sahilində olan bəzi ərazilər və şəhərlər də (Qulab, Kubadyan) xanlığa daxil idilər. 1820-ci illərdə əmir Məhəmməd Murad-Bey hakimiyyət illəri xanlığın çiçəkləndiyi dövr sayılır. == Tarixi == Orta əsrlərdə Cənubi Türkistanın ən iri şəhərlərindən olan Künduz uzun müddət müstəqillik uğrunda mübarizə aparmışdır. Bir neçə uğursuz cəhddən sonra nəhayyət künduzlular müstəqil dövlət kimi Künduz xanlığını yaratmağı bacarırlar. Belə ki, XVIII əsrdə Künduz ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər imperiyasının tərkibinə daxil idi. Timur şahın oğullarının arasında davam edən daxili müharibələr, bölgəyə sahib olmağa çalışan müxtəlif özbək tayfa başçılarının müstəqillik əldə etməsinə şərait yaradırdı.
Kürə xanlığı
Kürə xanlığı (ləzg. Куьредин шарвал) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti. == Coğrafiyası == Kürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları. Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir.
Lənkəran xanlığı
Talış xanlığı (tal. Tolışə xanəti) (fars. خانات تالش‎) — Azərbaycan xanlıqlarından biridir. Ərazisi təxminən 8000 kv. verst idi. Talış xanlıq 6 mahala bölünürdü. Bunlar, Ərkivan, Dərin, Alar, Məringül, Zuvand və Sepidac idi. 235 kəndi birləşdirən xanlıqda təxminən 40 minə yaxın əhali yaşayırdı. == Tarixi == 1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Talış xanlığı idi.
Maku xanlığı
Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. == Tarixi == Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur.
Marağa xanlığı
Marağa xanlığı — şərqdən Miyana, şimaldan Təbriz xanlığı, qərbdən Urmiya gölü, cənubdan Ərdalan xanlığı ilə həmsərhəd Azərbaycanın cənub xanlığı. Marağa vilayəti I Şah Abbasın hakimiyyəti dövrundə Azərbaycanın məşhur ellərindən biri Cavanşir tayfasının Müqəddim adlı qoluna mənsub idi. Həmin vilayətin ərazisi səfəvi dövlətinə hərtərəfli qulluq göstərən müqəddim Mir ağa xan Soltanın soyurqalına verilmişdir. Bu dövrdən etibarən Mir Ağa xan Soltanın nəsli növbə ilə Marağa vilayətində hakim olmuşlar. XVIII əsrin 20-ci illərində (1724-cü ildən sonra) Azərbaycanın bir sıra vilayətləri, ocümlədən Marağa Osmanlı qoşunlarının işğalına məruz qaldığı bir dövrdə həmin yerlər osmanlı Teymur paşanın hökmranlığı altında idi. Nadir Qulu xan Azərbaycana qoçun çəkdiyi ərəfədə baş Vəkil Həsən Əli olmaqla müqəddim tayfası üsyan qaldırıb Nadir şahın köməyi ilə Marağanı türklərdən azad etdi. Nadir Qulu xan Marağaya gəldikdən sonra tayfa başçısı (iri feodal) Əbdürrəzaq Müqəddəmi vilayətə hakim (1730) təyin etdi. Lakin az sonra o, Nadir Qulu xanın xəyanətindən ehtiyat edərək ailəsi ilə Bağdada qaçdl. Marağa vilayətinin idarəsi Həsənəli bəy Vəkilə (1737) tapşırıldı. Həsənəli bəy Vəkilin vəfatından (1744) sonra onun yerini Nadir şahın rəsmi fərmanı əsasında oğlu Əliqulu xan Müqədddim tutdu.
Mehdioğlu xanlığı
Mehdioğlu xanlığı — 1500-cü illərin sonlarında Qara Mehdi xan tərəfindən yaradılmışdır. Haqqında çox məlumat mövcud deyil. 13 kənddən ibarət idi. Qara Mehdi xan Aşağı Cenqutay kəndini paytaxt seçmişdi. 1741-ci ildə II Əhməd xan Nadir şahın ordusuna məğlub olmuşdu. I Mahmuddan əmir-əmiran (bəylərbəyi) titulunu almışdı. 1867-ci ildə son xan Rəşid xan Rusiya imperiyasına təslim oldu və xanlıq Temirxan Şura vilayətinin bir hissəsi oldu. == Xanları == Qara Mehdi (~1590) I Əhməd xan (~1637) II Mehdi (XVII əsr) Pir Məhəmməd (XVIII əsrin əvvəlləri) III Mehdi (~1732) II Əhməd xan (1735–1749) IV Mehdi (1749–1773) Əli Sultan (1773–1807) Əhmədxan Hacı Xan (?
Mextulin xanlığı

Monqol xanlığı
Şimali Yuan Dövləti (monq. Умард Юань Улс;1368-1635) - Monqolustanda və Daxili Monqolustanda mövcud olmuş tarixi monqol dövləti. Yuan İmperiyasının Qırmızısarıqlılar üsyanı nəticəsində süquta uğramasında sonra yaranmışdır. İlk xanı Biliqtu xan Ayuşridara, son xanı isə Ecey xandır.
Mərənd xanlığı
Mərənd xanlığı (1747–1828) — mərkəzi Mərənd şəhəri olmaqla Azərbaycan xanlıqlarından biri. Şimaldan Gərgər mahalı, şərqdən Qaradağ xanlığı, cənubdan Təbriz xanlığı, qərbdən Xoy xanlığı ilə həmsərhəd idi. == Tarixi == Xanlığın yaradıcısı Məhəmmədrza xandır. Məhəmmədrza xan Nadir şahın ölümündən sonra Mərəndin hakimi olmuşdu. Hakimiyyət uğrunda əslən Yekan mahalından olan Mir Qılınc Baba xanın törəmələri ilə Xoydan olan Dünbili elinin nümayəndələri mübarizə aparırdılar. == Hakimləri == Məhəmmədrza xan Mərəndi (1747–?) Nəzərəli xan Mərəndi (?–1828) == Xanlığın inzibati qurluşu == Xanlıq Mərənd, Culfa, Zunuz və Yekan mahallarına bölünürdü. Mərənd mahalı Culfa mahalı Zunuz mahalı Yekan mahalı == Həmçinin bax == Azərbaycan xanlıqları Mərənd == Mənbə == Ənvər Çingizoğlu, Mərənd xanlığı, Bakı, Mütərcim, 2012.
Naxçıvan xanlığı
Naxçıvan xanlığı — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən əsası qoyulmuş Azərbaycan xanlığıdır. Zəngəzur dağlarından başlamış, Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən Naxçıvan xanlığı, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edirdi. Dağlar xanlığı qala kimi əhatə edirdi. Şimal-qərbdən Dərələyəz dağları, cənubi-şərqdən Zəngəzur sıra dağları xanlığın sərhədləri boyu uzanırdı. Naxçıvan xanlığı İrəvan, Qarabağ, Qaradağ, Xoy və Maku xanlıqları ilə həmsərhəd idi. Heydərqulu xan 1763-cü ilə qədər hakimiyyətdə olmuşdur. Araşdırmalar göstərir ki, Naxçıvan xanlığı Qarabağ, Maku, Qaradağ, Gəncə və İrəvan xanlıqları ilə Heydərqulu xanın vaxtında yaxın dostluq münasibətləri yaratmışdı. Heydərqulu xanın vəfatından sonra onun oğlanları xanlığı idarə edirlər və ən uğurlu dövr Şükrulla xanın dövrünə təsadüf edir. 1768-ci ildən 1780-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edən Şükrulla xan Kərim xan Zəndin fərmanı ilə müstəqil xan, yəni hakim tituluna layiq görülməklə yanaşı, bütün Kəngərli süvarilərinə sərkərdə təyin olunduğu müddətdən etibarən tümən hakimi kimi şöhrət tapır. 1790-cı illərin sonlarında Naxçıvan xanlığında hakimiyyət uğrunda mübarizə güclənir.
Nişapur xanlığı
Nişapur xanlığı və ya Qara Bayat əmirliyi — Xorasanda 1747-ci ildən 1800-cü ilə qədər mövcud olmuş yarımmüstəqil xanlıq. Xorasanda mövcud olmuş xanlığın paytaxtı Nişapur şəhəri olmuş və Qara Bayat tayfası tərəfindən idarə edilmişdir. Nadir şahın ölümündən sonra Əfşar imperiyasının parçalanması şçəraitində formalaşmış xanlıq daha sonra Qacar tayfası tərəfindən 1800-ci ildə ələ keçirilmişdir. == Tarixi == === Səfəvi dövrü === Qara Bayat tayfası ənənəvi olaraq Nişapur ətrafında məskunlaşmışdılar və bölgədəki Qızılbaş hakimiyyəti zamanı buranın hakimi rolunu icra etmişdilər. Bu Qacar sülaləsi dövrünə qədər davam etmişdir. I İsmayılın Xorasana yürüşü zamanı (1510-cu ildə) bölgədəki Qara Bayat tayfasından olan hakimlər ona tabe oldular. Məhəmməd Xudabəndənin hakimiyyəti dövründə Xorasanda özbəklərlə olan müharibələr zamanı Qara Bayat tayfasının döyüşçüləri özbəklərə qarşı şiddətli müqavimət göstərdikləri üçün Səfəvi şahı onları vergidən azad etmişdi. I Abbasın hakimiyyəti dövründə tayfanın başçısı olan Məhəmməd Sultan Bayat İsfərayenin, Nişapurun və Səbzəvarın hakimi təyin etdi. Əfqan istilası zamanı Qara Bayat əmiri Mələk Mahmud Sistaniyə tabe olmuş, lakin sonra ona qarşı üsyan etmiş və edam edilmişdir. === Xanlığın yaradılması === 1747-ci ildə Əhməd xan Bayat Qara Bayat xanlığının əsasını qoydu.
Oyrat xanlığı
Oyrat xanlığı — Oyratların qurduğu dövlət. == Tarixi == 1399-cu ildə Monqol imperiyasının süqutundan sonra Oyratlar Dörbən-Oyrat dövlətini qurdular. XVI–XVII əsrlərdə dörbətlər, ələtlər, xoşutlar və turqutlar Oyrat ittifaqının aparıcı tayfaları idilər.
Qarabağ Xanlığı
Qarabağ xanlığı — 1748–1822-ci illərdə mövcud olmuş xanlıq. Nadir şah Əfşarın ölümündən sonra Cavanşir sülaləsindən olan Pənahəli xan Qarabağ xanlığının əsasını qoymuşdu. Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı. Xanlıq Şəki, Gəncə, İrəvan, Naxçıvan, Qaradağ, Cavad və Şamaxı xanlıqları ilə həmsərhəd idi. Səfəvi dövründə Qarabağ bəylərbəyliyinin paytaxtı Gəncə şəhəri olduğu üçün sonralar isə Əfşar imperiyası dövründə Qarabağ vilayəti Azərbaycan bəylərbəyliyinin paytaxtı Təbriz şəhərinə tabe olduğu üçün Qarabağ xanlığının yarandığı zaman burada sosial-iqtisadi mərkəz rolunu oynayan şəhər yox idi. Pənahəli xan bu məqsədlə 1748-ci ildə Kəbirli mahalında Bayat qalasının tikilməsini əmr etdi. 1751-ci ildə isə Pənahəli xan Ağdam yaxınlığında Şahbulaq yaylağında daha möhkəm qala, yəni Şahbulaq qalasını tikdirdi. Lakin bu qala da coğrafi cəhətdən əlverişli yerdə yerləşmədiyi üçün Şuşakənddən bir qədər aralı, hündür, sıldırım dağ üstündə qalanın, Şuşa qalasının inşasına başlandı və 1756–1757-ci illərdə tikilib başa çatdırıldı. Qala Pənahabad, və ya Şuşa adlandırılırdı.
Qaradağ xanlığı
Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, şərqdən Talış xanlığı, şimaldan Naxçıvan xanlığı, Qarabağ xanlığı, Cavad xanlığı, cənubdan isə Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi. == Tarixi == Qaradağlı tayfası Səfəvilərin hakimiyyətə gəlməsində fəaliyyət göstərdiyindən I Şah İsmayıldan başlayaraq Qaradağ vilayətinin idarəsinə nail ola bilmişdi. XVI əsrdən XIX əsrin əvvəllərinədək Qaradağ vilayətinin idarəsi irsi olaraq müəyyən nəsil üzrə olmuşdu. Onlar həm də ruhani səlahiyyətlərinə malik idi. XVIII yüzilin əvvəllərində Səfəvi sülaləsi zəiflədiyindən hakim Kazım xan mərkəzi hakimiyyətə tabeçilikdən çıxmış, şah Sultan Hüseynin ehtiramına layiq görülən rus A.Volınskini Əhərə qoymamışdı. Nadir mərkəzi hakimiyyətə tabe olmayan xanın gözlərini çıxartdırmışdı. Nadirin ölümündən sonra Qaradağ xanlığı müstəqilləşmiş, Kazım xan Qaradağ xanı olmuşdu. Kazım xan XVIII yüzilin ortalarında Qarabağ, Gəncə və Naxçıvan xanları ilə birlikdə Şəki xanlığına qarşı ittifaqa qoşulmuşdu.
Qasim xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır. == Xanlar == 1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi. Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur: Kazan xanları xanədanı: Kasım (1445–1468) Danyal (1468–1486) (Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı: Nur Devlet (1486–1491) Satılgan (1491–1506) Canbay (1506–1512) Qızıl Orda xanları xanədanı: Seyyid Evliya (1512–1516) Şah Əli (1516–1519) Can Əli (1519–1532) Şah Əli (yeniden, 1532–1567) Sayın Bulat (1567–1573) Mustafa Əli (1573–1600) Qazax xanədanı: Uraz Məhəmməd — 1600–1610 Sibir xanları xanədanı: Alp Arslan (1610–1627) Seyyid Burhan (1627–1679) Fatma Sultan Bikə (1679–1681) == Mənbə == Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.
Qasım xanlığı

Qazan xanlığı
Qazan xanlığı və ya Kazan xanlığı — Qızıl Orda dövlətinin varislərindən biri olan türk dövləti. == Tarixi == Qızıl Ordada baş verən bir sıra proseslər sonda onu çökdürdü və yerində kiçik xanlıqlar yarandı. XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır. XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi.
Qazax xanlığı
Qazax xanlığı — 1465–1847-ci illər iqtidarda olmuş türk-qazax dövləti. == Tarixi == Əmir Teymurun ağıllı siyasətiylə aralarında oturaq və köçəri mədəniyyəti fərqliliyinin olmasına baxmayaraq, eyni soydan olan xalqlar bir yerdə saxlanıla bilərkən, daha sonralar Sırdəryanın şimal və cənubunun yolları ayrılır. Canıbek və Kerey sultanlar, Sırdəryanın şimalına keçərək, buradakı Qazaxları təşkilatlandırmaya başlayır. Bu yol ayrılığı daha sonrakı illərdə Qazax xanlığının yaranmasına səbəb olur. Türkistan şəhəri və bölgəsi bu qopmanın keçid hissəsindədir. Şəhərin 30 kilometr şimalındakı Qaradağlar ilə 35 kilometr cənubunda yerləşən Sırdərya arasında qalan bölgə yəni, Qazaxlara görə "Sır boyu", bu oturaq və köçəri mədəniyyətinin birlikdə yaşandığı ərazidir. Kerey və Canıbek xanlarının özlərinə paytaxt olaraq seçdikləri Sığınak şəhəri də bu keçid mədəniyyətinin yaşandığı Sır boyu ilə şimaldakı səhralarda köçəri halda yaşayan qazaxlar arasında düz keçid nöqtəsindədir. Sığınak şəhərinin bugünkü yeri Qızıl Orda vilayətinin, Jangakorqan Quberniyası, Tömənarık kəndinə 20 km məsafədə yerləşir. Daha sonra cənubda hökmranlıq edəcək Şeybanilərin ilk xanı, bu Sığınak şəhərinin hücumu zamanı vəfat edir. Türk tarixi üçün mühüm bildiyimiz bir hadisəni də burada söyləməyin faydası vardır.
Gəncə xanlığı bayrağı
Gəncə xanlığının bayrağı — Gəncə xanlığında istifadə olunmuş bayraqlar. 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi Gəncə xanlığına məxsus 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi. == Cavad xanın bayrağı == Bayrağın uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi toxunan və əl ilə bir-birinə tikilən moruğu və yaşıl rəngli xara parçalarından hazırlanıb. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib. Bayrağın yuxarı hissəində qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə "Allah" sözü yazılıb. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünən çərçivədə Nisa surəsinin 95-ci ayəsinin sözləri həkk olunmuşdur: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır".
Gəncə xanlığının bayrağı

Maku xanlığı (kitab)
Qarabağ xanlığı bayrağı
Qarabağ xanlığının bayrağı — 1807-ci ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilən bayraqdır. 2-ci şəkildə isə Qarabağ xanlığının öz bayrağı göstərilib. == Rusiya İmperiyası tərəfindən verilən bayrağın tarixi == 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində bayraq haqqında bu cür qeyd edilir: 1807-ci ildə Küərkçay sülh müqaviləsi imzalanan zamanı verilən bayraq dördkünc, ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunub. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilən iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızıvə boz rənglərlə Moskva şəhərinin gerbi, Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb.
Qarabağ xanlığının bayrağı

Qarabağ xanlığının işğalı
== Arxa plan == Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra Azərbaycan torpaqlarında ardıcıl olaraq iyirmi xanlıq müstəqil olur ki, bunlardan biri də Qarabağ xanlığıdır. Xanlığın əsası Qarabağın Sarıcalı kəndində anadan olmuş, Cavanşirlər sülaləsinin nümayəndəsi Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlular və Baharlı türk tayfaları təşkil etmişdir. Qarabağ salnaməçilərinin hamısı Qarabağ xanlığının yaranmasını sarıcalılı Pənahəli bəyin adı ilə bağlayırlar. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı оymağından оlmasını yazmaqla qəbul еdir. Mirzə Camal bəy Qarabaği “Qarabağnamə” əsərində yazır: “Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər.” Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı.

"xanlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanlığı nədir? #xanlığı sözünün mənası #xanlığı nə deməkdir? #xanlığı sözünün izahı #xanlığı sözünün yazılışı #xanlığı necə yazılır? #xanlığı sözünün düzgün yazılışı #xanlığı leksik mənası #xanlığı sözünün sinonimi #xanlığı sözünün yaxın mənalı sözlər #xanlığı sözünün əks mənası #xanlığı sözünün etimologiyası #xanlığı sözünün orfoqrafiyası #xanlığı rusca #xanlığı inglisça #xanlığı fransızca #xanlığı sözünün istifadəsi #sözlük