xaqanlığı sözü azərbaycan dilində

xaqanlığı

Yazılış

  • xaqanlığı • 72.7273%
  • Xaqanlığı • 27.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avar xaqanlığı
Avar xaqanlığı (və ya Elmir İmperiyası) — bugünkü Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 565–823-cü illər arasında mövcud olmuş Türk Avar dövləti. == Tarixi == Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar,bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Türingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İliriya və Dalmasiyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Salonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.
Basmıl xaqanlığı
Basmıl xaqanlığı — Göytürk xaqanlığının dağılmasından sonra yerində, basmıllar tərəfindən qurulmuş qısa müddətli dövlət. == Hökmdarları == Basmıl hökmdarı İrtəriş xaqan dövlətin ilk və son hökmdarı olmuşdur. == Ərazisi == Dövlətin şərqi Uyğur yabquluğu, qərbi isə Karluk yabquluğu adlanırdı. == Tarixi == Cəmi 2 il mövcud olan dövlət 744-cü ildə Qarluqlar və Uyğurların birgə səyi nəticəsində parçalanmış, yerində Uyğur xaqanlığı və Qarluq xaqanlığı yaradılmışdır.
Göytürk Xaqanlığı
Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰, translit. Türük) və ya Türk xaqanlığı (q.türk 𐰜𐰇𐰛:𐱅𐰇𐰼𐰰, translit. Kök Türük; çin. ənən. 突厥汗国, pinyin: Tūjué hánguó) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (çin. 突厥) şəklində bəhs olunur. == Tarix == Türk xaqanlığının baniləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi.
Jujan xaqanlığı
Jujan xaqanlığı (Tan Tan) — Şimali Çin çöllərində türk-monqol dövləti. Çinlilər tərəfindən Juan-Juan da adlanır. Hunlarla qonşu idilər. Dinləri tanrıçılıq idi. V əsrin əvvələrindən Xinqandan başlayaraq Altaya qədər olan ərazilərdə Jujanların xanı Deuday—"at çapa-çapa ox atan" ləqəbli Şelun başçılıq edirdi.Dövlət başçısı xaqan ünvanı daşıyırdı. Şimali Vey dövlətinin tarixçisi qeyd edir ki, hakim tayfa Syanbi qoluna mənsub idi. Güman var ki, avarlar Jujan birliyinə daxildir. Bir çox sənədlərdə Juan-Juan xalqının Avar və ya Asiya Avarları adı ilə qeyd edilməsi və digər tərəfdən Juan-Juanrin Monqol kimi göstərilməsi Avropa Avarlarının da bu qəbildən olmasını təsdiq edir.Jujanlar IV yüzildən VI yüzilədək tarixin səhnəsində olmuşlar.Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.
Kimək xaqanlığı
Kimək xaqanlığı (qaz. Қимақ қағандығы/Qïmaq qağandığı, tatar. Kimäk Qağanlığı) — Köçəri türklərin qədim dövləti, 750-ci ildən 1035-ci ilədək Qazaxıstan və Cənubi Sibirdə yerləşirdi. == Tarixi == İrtış (əsl adı Erdişi) çayı sahilləri və Altay dağları arasında VIII əsrdə çeşidli boylarla birlikdə ittifaq dövləti içində yaşamış bir Türk ulusu olan kiməklər xaqanlıq qurmağa çalışırdılar. VIII yüzildə müstəqil oldular və X yüzildə Kitanların hücumu nəticəsində Ural dağlarının cənubuna köç etdilər. XI yüzildə Asiyanın şərqindən qərbinə sürəkli köç etdiklərindən boy birliyine əsaslanan quruluşları pozulmuşdu. Birlikləri pozulunca Qıpçaqlara tabe oldular. Bu zamana qədər, Kiməklərin Monqol kökənli olduğu əsas götürülürdü. Aparılan araşdırmalar nəticəsində Kiməklərin də Türk kökənli olduğu sübut olundu. Qıpçaqların kiməklərin davamı olduğu bilinir.
Qarluq xaqanlığı
Qarluq xaqanlığı (qaz. Қарлұқ қағанаты) 756-940-cü illərdə iqtidarda olmuş türk xaqanlığı. == Tarixi == Qarluqlar VIII əsrin ortalarına qədər Qərbi Altayda və İrtış çayı sahillərində yaşayırdılar. Onların dili qıpçaqlara yaxın idi. Qarluqlar ilk əvvəl II Şərqi Türk xaqanlığına tabe olsalar da, vaxtaşırı uyğurlarla ittifaqa qarşı çıxır, qonşu əraziləri qarət edirdilər. 734-cü ildə Bilgə xaqanın ölümündən sonra II Şərqi Türk xaqanlığı əvvəlki qüdrətini itirdi. Artıq VIII əsrin 40-cı illərində qarluqlar yabqu tərəfindən idarə olunurdular. 744-cü ildə qarluq, uyğur və basmil türk tayfaları birləşərək II Şərqi Türk xaqanlığına son qoydular. VIII əsrin 50-ci illərində qarluq tayfa ittifaqı daha da güclənir. Qısa müddət ərzində onlar İli, Çu və Talas çayları vadisini ələ keçirərək, Talas və Suyab şəhərlərini zəbt edirlər.
Qırğız xaqanlığı
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı. == Tarixi == === İlk dövlət === Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. === İkinci dövlət === Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü. Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı.
Seyanto xaqanlığı
Seyanto xaqanlığı - Tinqlinqlərin Qərbi Göytürk xaqanlığından sonra qurduğu müstəqil dövlətdir. Şekuy xaqanın taxta çıxmasından sonra yenidən Qərbi Göytürklərin vassalı olmuşdur. == Quruluşu == Qərbi Göytürk xaqanlığında 100-dən çox Çile (Tinqlinq) tayfa başçılarının Heşana xan tərəfindən edam edilməsindən sonra 605-ci ildə Kibi tayfasının başçısı Geleng (歌楞) özünü İçün Muğan xaqan adı ilə hökmdar elan etmişdi. Həmin vaxt Göytürklərin başqa bir vassalı olan Seyantoların başçısı İşibo (乙失缽) da özünü İdi xaqan adı ilə müstəqilliyini elan etmişdi. Lakin hər ikisi Şekuy xaqanın hakimiyyətə gəlməsindən sonra yenidən bağlılıqlarını ifadə etmişdilər. == Yenidən quruluşu == Göytürklərin əsaslı dərəcədə zəiflədiyini görən Yişibonun nəvəsi İncu özünü müstəqil elan edərək güclü dövlət qurdu. O İllig xaqan dövründə Seyantoların qəbilə başçısı təyin edilmişdi. 70000 çadırlıq qüvvəsi var idi. Xaqanın vergiləri artırmasına etiraz edən Uyğurlar, Qaoçelər və Bayeqular onlara qarşı göndərilmiş Aşina Yuqu başçılığındakı 400000 süvarini cəmi 5000 Uyğur atlısı ilə Uyğur qəbilə başçısı Pusa tərəfindən məğlub etdi. İncu xan özü 4 dəfə Göytürkləri məğlub edərək xaqanı çətin vəziyyətdə qoydu.
Türgiş xaqanlığı
== Türgiş Xaqanlığı == Türkeş və ya Turgiş (Köhnə türkcə: 𐱅𐰇𐰼𐰏𐰾: 𐰉𐰆𐰑, Türgeš budun,   'Türgeş xalqı'; Sadələşdirilmiş Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; 突骑施; Ənənəvi Çin: 突骑施; i-Şih; qədim tibet: du-Rgyas) türk tayfa konfederasiyası idi. Bir vaxtlar Qərbi Türklərin On-Ok elitası üzərində Tulu qanadına mənsub olan Türkeş, Qərbi Göktürk xanlığının dağılmasından sonra müstəqil bir güc kimi meydana çıxdı və 699-cu ildə xanlıq qurdu. Türklər xaqanlığı 766-cı ilə qədər, karluklar onları məğlub edənə qədər davam etdi. Türkeş və Göktürklər nikahla qohum idilər. == I. Türgiş Xaqanlığı == Türgişlər Göktürklərin "On-Ox" tayfasından idi. Onlar İssık-Kul gölünün ətrafında yaradılmışdır. Göktürk İmperatorluğunun qurucusu Bumin Kağan 552-ci ildə İstemi "On-Ok" soyuna "bəy" təyin etdi. 630-cu ildə Göktürk İmperatorluğu dağılanda dövrün hökmdarı "Baka Tarkan" dövlətinin müstəqilliyini elan etdi. On-Ox qəbiləsinin bütün üzvlərini öz dövlətinə çağırdı. Qısa müddətdə bütün On Oxlar bu dövlətdə birləşərək 140.000 nəfərlik ordu topladılar.
Türk xaqanlığı
Göytürk xaqanlığı (q.türk 𐱅𐰇𐰼𐰰, translit. Türük) və ya Türk xaqanlığı (q.türk 𐰜𐰇𐰛:𐱅𐰇𐰼𐰰, translit. Kök Türük; çin. ənən. 突厥汗国, pinyin: Tūjué hánguó) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu (çin. 突厥) şəklində bəhs olunur. == Tarix == Türk xaqanlığının baniləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi.
Uyğur xaqanlığı
Uyğur xaqanlığı — 744–842cı illər arasında mövcud olan Türk dövləti. == Tarixi == Göytürk dövlətinin idarəçi zümrəsi olan Aşina ailəsinin dövləti dağıldığı anlarda uyğurların "əryin" deyilən rəhbərləri kiçik bir bəylik qurmuşdular. 630-cı ildə əryin olan Pusa son Şərqi Göytürk xaqanlığı xaqanı Kielinin oğlunun idarə etdiyi bir ordunu məğlubiyyətə uğratdı. Göytürk Dövlətinin müstəqilliyi itirdiyi 50 illik dövrdə, uyğurlar Doqquz Oğuz boylarını da tamamilə öz himayələrinə götürərək Tula Çayı sahilində bir bəylik qurdular. Çin tərəfindən dərhal tanınan Uyğur bəyliyi, Altay dağlarını da aşaraq Qərb Göytürk qolu olan On Oxlar ərazisinə daxil olacaq qədər güclənmişdi. Lakin Aşina ailəsindən Kutluq Xaqanın (İltəriş xaqan) 681-ci ildə Göytürk elini təkrar bir yerə toplaması nəticəsində uyğurlar, Göytürk birliyinə qatıldılar. Daha sonra uyğurlar və Doqquz Oğuz Boyları, Göytürklərin çöküşündə əhəmiyyətli rol oynadılar. Orxon-Yenisey abidələrində onların qiyamları haqqında xeyli çox məlumat var. Məsələn dövlətin ən güclü xaqanı olaraq gözə dəyən Qapağan xaqan Doqquz Oğuz boylarından Bayırkuların pusqusunda öldürülmüşdür. Göktürk Dövlətinin çöküşü zamanı, 740-cı illərdə Uyğurlar Göytürklərin əleyhinə yenidən gücləndilər.
Xəzər Xaqanlığı
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Yueban xaqanlığı
Yuebanlar (çin. 悅般 - Zəif Hunlar) - Böyük Hun İmperiyasının dağılmasından sonra qurulmuş Hun dövlətidir. == Tarixi == 160-cı ildə Avarların torpağı Yeddisunu fəth edərək burada dövlət qurdular. 490-cı ildə Qaoçe Ulu Bəyliyi tərəfindən işğal edilərək dörd qəbiləyə (Çuylar, Çumuhunlar, Çumilər və Çubanlar) bölündülər. Haqlarında demək olar ki, məlumat yoxdur.
Birinci Göytürk Xaqanlığı
Birinci Göytürk xaqanlığı — Göytürk Xaqanlığı VI əsrin ortasında, Asiyanın şərqində Çin dövlətinin qərbində, sasani-İran dövlətinin məhdudlaşdırdığı İç Asiya çöllərində, şərqdə Avarlar, qərbdə Eftal (Ağ Hunlar) ilə edilən mübarizələr nəticəsində ortaya çıxdı. İlk Xaqanları şərq qanadını idarə edən Bumun Xaqan, qərb qanadını idarə edən qardaşı İstəmi xaqandır. Bütün göytürk ellərini bir yerə yığan və bu səbəblə İlik Xaqan deyə də adlandırılan Bumun Xaqanın ölümündən sonra yerinə oğulu Ko-lo (Qara Xaqan) keçdisə də iqtidarı qısa sürdü. Bir il sonra Muğan xaqan dövlətin başına keçdi. Muğan xaqan Moğol soylu Kitanları məğlub edərək Şərq Göytürk Dövlətinin sərhədlərini Böyük Okeana qədər genişlətdi. Muğan xaqandan sonra taxta Ta-po (Taspar Xaqan) keçdi. Ta-po, Buduqmu qəbul edən və Çini təzyiq altında saxlamaqla seçirildi. Qərbdə isə sərhədlərini Krıma qədər genişlədən İstəmi xaqan öldü. Yerinə oğulu Tardu Xaqan keçdi. Tardu, 603-cü ilə qədər hökmdarlığını davam etdirdi.
Qərb Göytürk Xaqanlığı
Qərbi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri. == Tarixi == 576-cı ildə İstəyi Yabqu ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Tapo Xaqan ilə toqquşmuşdur. Tapo Xaqan 581-ci ildə ölüncə yerinə qardaşı oğlu İşbara Xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında bütün dövlətin başında dayanmaq uğrunda mübarizə başlamışdır. Ənənələrə görə şərq tərəfinin baş Xaqan olması lazım idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud qarşıdurmanı daha da qızışdırmışdır. Çin İmperatoru qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını bildirmişdir. Nəticədə Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır.
Qərbi Göytürk xaqanlığı

İkinci Göytürk Xaqanlığı
== II Göytürk xaqanlığının yaranması == İkinci Göytürk xaqanlığı (682-744), Çin hakimiyyətinə daxil olan Göytürklər (Şərq Göytürk Xaqanlığı) Qutluq zamanında yenidən müstəqilliyinə qovuşdu. Buna görə bu dövlətə "Qutluq dövləti" də deyilir. 681-ci ildə Aşana ailəsindən Qutluq xaqan, Çinin şimalında yerləşmiş türk tayfalarını yenidən bir yerə toplamağı bacardı. Qutluq xaqan, xalqı yenidən bir yerə yığdığı üçün İltəris xaqan adını aldı. Onun dövründə göytürklər Çin əsarətindən çıxaraq müstəqil oldu. Göytürk şahzadələrinin Çin hökmdarlarının qızları ilə evlənmək ənənəsini aradan qaldırdı. Ordu və onun təchizatı gücləndirildi. Tanınmış alim Tonyukuk baş vəzir təyin edildi. == II Göytürk dövlə Qapağan xaqanın dövründə == 691-ci ildə İltəris xaqan vəfat etdikdən sonra onun yerinə qardaşı Qapağan xaqan gəldi. Onun hakimiyyəti dövründə dövlətin iqtisadiyyatı gücləndirildi.
Şərq Göytürk Xaqanlığı
Şərqi Göytürk xaqanlığı — Göytürk xaqanlığının parçalanmasından sonra yaranmış türk dövlətlərindən biri. == Tarixi == 576-cı ildə İstəmi xaqan ölüncə yerinə oğulu Tardu keçərək yabgu olmuş və atası kimi dövlətin qərbini idarə etməyə başlamışdır. Dövlətin qərbini idarə edən Tardu, şərq qisimin rəhbərliyini də ələ alıb Göytürk Xaqanlığının başına keçmək istəyincə Taspar xaqan ilə qarşılaşmışdır. Tapo xaqan 581-ci ildə ölüncə yerinə qardaş oğlu İşbara xaqan keçmişdir. Beləcə Tardu ilə İşbara Xaqan arasında tam hakimiyyət uğrunda qarşıdurma başlamışdır. Ənənələrə görə şərq tərəf baş xaqan olmalı idi. Bu qarışıqlıqdan faydalanmaq istəyən Çin, Göytürk Xaqanlığındakı mövcud anlaşılmazlığı daha da qızışdırmışdır. Çin İmperatoru, qərbin yabgusu Tarduya elçi, hədiyyələr və qurd rəsmi olan bir bayraq göndərərək Tardunun hökmdarlığını tanıdığını ifadə etmişdir. Çinin qızışdırmalarının nəticəsində Tardu, İşbaranın xaqanlığını tanımadığını bildirmişdir. Nəticədə Göytürk Xaqanlığı ikiyə ayrılmış, Tardu qərbin rəhbərliyini tamamilə ələ almışdır.
Şərqi Göytürk xaqanlığı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2004 ••••••••• 0.34
2011 ••••• 0.17
2012 ••• 0.09
2013 •••••••• 0.29
2017 ••••• 0.16
2019 •••• 0.14

Oxşar sözlər

#xaqanlığı nədir? #xaqanlığı sözünün mənası #xaqanlığı nə deməkdir? #xaqanlığı sözünün izahı #xaqanlığı sözünün yazılışı #xaqanlığı necə yazılır? #xaqanlığı sözünün düzgün yazılışı #xaqanlığı leksik mənası #xaqanlığı sözünün sinonimi #xaqanlığı sözünün yaxın mənalı sözlər #xaqanlığı sözünün əks mənası #xaqanlığı sözünün etimologiyası #xaqanlığı sözünün orfoqrafiyası #xaqanlığı rusca #xaqanlığı inglisça #xaqanlığı fransızca #xaqanlığı sözünün istifadəsi #sözlük