xalısı sözü azərbaycan dilində

xalısı

Yazılış

  • xalısı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pazırıq xalısı
Pazırıq xalısı — Pazırıq kurqanında arxeoloji qazıntı zamanı aşkar edilmiş qədim xalı. == Tarixi == Pazırıq kurqanlarından tapılmış toxuculuq nəsnələri içində "Pazırıq xalısı" adı ilə məşhur olan 1,83x2,0m ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı Peterburq Ermitajında saxlanır. E.ə. V-IV əsrlər arasında hazırlandığını irəli sürən alimlər bu xalının Altaya gedib çıxmasını belə izah edirlər ki, guya bir saqa çarının sifarişi ilə yas törənində cəsədin üstünə örtük kimi hazırlanan bu xalı "Armeniyada" toxunmuşdur. Ulrix Şürman bunu "erməni sənətinin şah əsəri" adlandırmış, Volkmar Gantzhorn isə öz kitabında onun fikrini doğru saymışdır. Başqa bir Pazırıq xalısı da divardan asmaq üçün 4,5x6,5 m ölçüsündə rəngli keçədən aplike üsulu ilə hazırlanmış sənət əsəridir. Burada taxtda oturub əlində həyat ağacı tutan qutsal qadın və qarşısında gözəl geyimli bir atlı təsvir edilmişdir. Prof. F. Cəlilov güman edir ki, buradakı qadın obrazı qarşısındakı bəyə uğur diləyən ulu qam katun obrazıdır. Bu qədim xalının kurqanın altında salamat qalmasının səbəbi vaxtilə yuxarıda açılmış bir oyuqdan məzarın dibinə sızan suyun buz bağlaması və xalının buzun içində qalması idi.
İran xalısı
Pers xalçası, İran xalçası (fars. فرش ايرانى‎ farsh, hərfi anlamda "yaymaq" kimi tərcümə olunur) və ya İran xalısı (قالی ايرانى qālī) — utilitar və simvolik məqsədlər üçün İranda hazırlanan, evdə istifadə, yerli və xarici bazarlarda satış üçün nəzərdə tutulmuş ağır tekstil məmulatlar. Xalçaçılıq Fars mədəniyyəti və İran incəsənətinin ayrılmaz hissəsidir. "Xalça kəməri" adlanan və ənənəvi xalçaçılıq ölkələrini birləşdirən silsilə ölkələr tərəfindən istehsal edilən, Qərbdə daha çox "Şərq xalçaları" və ya "İslam xalçaları" adı ilə tanınan xalçaçılıq məhsulları arasında İran xalçaları müxtəlif çeşidliyi və çoxsaylı dizaynları ilə seçilir. Kirman, Məşhəd, Kaşan, İsfahan, Nain, Qum və Təbriz (bir çox tədqiqatçılar tərəfindən Azərbaycan xalçaçılıq məktəbinə də aid edilir) kimi regional mərkəzlərdə toxunan xalçalar spesifik toxuma texnologiyaları, istifadə edilən rəng, naxış və materiallara görə bir-birindən fərqlənirlər. Tarixən baş vermiş tənəzzül dövründən sonra Təbriz kimi toxuculuq mərkəzləri ənənələrin bərpası və dirçəldilməsində mühüm rol oynamışlar. Kəndlərdə və müxtəlif tayfalar tərəfindən inşa edilmiş xalçalar yüksək keyfiyyətli yun materialı, parlaq və mürəkkəb rəngləri və xüsusi ənənəvi naxışları ilə fərqlənirlər. Əvvəldən planlaşdırılmış və dizayn edilmiş müəllif xalçalarından fərqli olaraq, köçəri və kiçik kənd toxucuları tərəfindən inşa edilmiş xalçalar daha cəsarətli və bəzən kobud naxışları ilə seçilir, buna görə də İranın ən autentik və ənənəvi xalçaları hesab edilirlər. Gəbbə (fars. گبه‎) və ya gəvə adlandırılan xalçalar bu ənənənin ən məşhur nümunələridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2006 •••••••••• 0.45
2007 ••••••••• 0.42
2009 •••••••••••••••••••• 0.96
2010 •••••••• 0.36
2011 •••••••• 0.34
2012 •••••••• 0.34
2016 •••• 0.17
2018 •••••••••••••••• 0.75

Oxşar sözlər

#xalısı nədir? #xalısı sözünün mənası #xalısı nə deməkdir? #xalısı sözünün izahı #xalısı sözünün yazılışı #xalısı necə yazılır? #xalısı sözünün düzgün yazılışı #xalısı leksik mənası #xalısı sözünün sinonimi #xalısı sözünün yaxın mənalı sözlər #xalısı sözünün əks mənası #xalısı sözünün etimologiyası #xalısı sözünün orfoqrafiyası #xalısı rusca #xalısı inglisça #xalısı fransızca #xalısı sözünün istifadəsi #sözlük