Qabriella d'Estre bacısı ilə
Qabriella d'Estre bacısı ilə (fr. Gabrielle d'Estrées et une de ses sœurs) — naməlum rəssam tərəfindən təxminən 1594-cü ildə çəkilmiş rəsm əsəridir. Hazırda, Parisdəki Luvr muzeyində saxlanan əsərin Fontenblo məktəbi rəssamlarından birinə aid olması güman edilir.
== Təsviri ==
Rəsm əsərində Fransa kralı IV Henrixin xanımı Qabriella d’Estre çılpaq vəziyyətdə hamamda oturmuş və əlində üzük tutmuş vəziyyətdə dəfn edilmişdir. Onun bacısı çılpaq vəziyyətdə üzbəüz oturaraq sol əli ilə sağ döş giləsini tutmuşdur.
== Təfsirləri ==
=== Qabriellanın hamiləliyi ===
Döş giləsinin sıxılması jesti bəzən Qabriellanın Henrixin uşağı olan Sezar de Burbona hamiləliyinin simvolik elanı kimi qiymətləndirilir. Luvr muzeyinin saytında qeyd edilir: “Qabriella d’Estrenin sağ döş giləsinin bacısı tərəfindən incə şəkildə tutulması, onun IV Henrixin qeyri-qanuni uşağına hamilə olmasını simvolizə edir. Bu ehtimal arxa səhnədə oturan qadının körpə üçün geyim tikməsi ilə də təsdiqlənir.” Qabriellanın əlində tutduğu üzük isə, ölümündən bir müddət əvvəl Henrixin sevgi göstəricisi kimi ona hədiyyə etdiyi tacqoyma üzüyüdür.
=== Erotik təfsirlər ===
XVII əsrin əvvəllərində fransız tarixçi Pyer de Burdeyl bir qrup qadının rəsm əsərinə baxmağa gəlməsini qeyd edir. O, bildirir ki, rəsmdə hamamda iki “tam çılpaq qadın” təsvir edilmişdir və əlavə olaraq vurğulayır ki, onlar bir-birinə “toxunur və hiss edir, sığallayır, əzizləyirlər.” Burdeyl bildirir ki, qadınlar dəstəsi rəsmə baxarkən, dəstəyə daxil olan “böyük xanımlardan biri” “rəsm qarşısında səbrini itirərək sevgilisinə müraciət edərək demişdir: Burada yaman çox vaxt itirdik.