Xankişi sözü azərbaycan dilində

Xankişi

Yazılış

  • Xankişi • 95.6098%
  • XANKİŞİ • 3.9024%
  • xankişi • 0.4878%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xankişi Xankişiyev
Xankişiyev Xankişi Səməd oğlu — "Tərəqqi" medalı laureatı, Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə” kafedrasında dosent,iqtisad elmləri namizədi. == Həyatı == Xankişi Xankişiyev 28 aprel 1952-ci ildə Sabirabad şəhərində anadan olub. 1959-cu ildən 1969-cu ilədək orta məktəbdə oxuyub. 1969-cu ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun (indiki İqtisad Universiteti) Ümumiqtisad fakultəsinə daxil olub. 1974-cü ildə həmin institutu bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisası alıb. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək ordu sıralarında hərbi xidmətdə olub. 1978-1982-ci illərdə Bakı Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə qiyabi aspiranturada oxuyub. 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində siyasi iqtisad ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 1988-ci ildə dosent elmi adı alıb. 1974-1988-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq təsərrüfatı İnstitutunda Siyasi iqtisad kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim və baş müəllim vəzifələrində çalışıb.
Aslan Xankişiyev
Aslan Əhədağa oğlu Xankişiyev (24 mart 1976, Qalaqayın, Sabirabad rayonu) — Ədalət Keşiyində qəzetinin təsisçi və baş redaktoru, MediaMaqnatTV.info saytının rəhbəri. == Həyatı == Aslan Xankişiyev 24 mart 1976-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində dünyaya gəlib. 1982-ci ildə orta məktəbə Qalaqayın kənd məktəbinə gedib. Sonra 1990-cı ildə təhsilini Bakıda BDU-nin nəzdində Fizika riyaziyyat və informatika Liseyində davam etdirib. 1993-cü ildə həmin liseyi fərqlənmə diplomu ilə bitirmişdir. 1993–1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr,1997–1999-cu illərdə isə magistr olaraq təhsil almışdır. Hər iki ixtisas dərəcəsini fərqlənmə ilə bitirmişdir. Həmin ildə aspiranturaya qəbul olunmuşdur.1995-ci ildən qeyd edildiyi peşə ilə məşğuldur. 1995-ci ildən jurnalist kimi fəaliyyət göstərir. 2001-ci ildən təsisçisi olduğu Ədalət keşiyində qəzetinin baş redaktorudur.
Bəybala Xankişiyev
Bəybala Xankişiyev (tam adı: Bəybala Aslan oğlu Xankişiyev; 10 oktyabr 1939, Qalaqayın, Sabirabad rayonu – 21 mart 2015, Bakı) — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı. == Həyatı == Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Maliyyə və Kredit Kollecinə ("Dövlət büdcəsi") daxil olmuşdur. Texniki məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Sığorta İdarəsinin Sığorta Təftiş Sabirabad filialının baş mühasibi vəzifəsində işə başlamışdır. Sonra Bakı şəhərinin Kirov rayonunun Dövlət Sığorta Şirkətinin müfəttişliyinə köçürülmüşdür. 1960-cı ildə Bakı Dövlət Universitetinə (İqtisad Fakültəsinə) daxil olmuşdur. Universitetini bitirdikdən sonra Azərbaycan İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuşdur. 1974-cü ildə məzun olmuş və dissertasiyasını müdafiə etmiş, sonra Moskva Maliyyə İnstitutunun iqtisad elmləri doktoru, iqtisad elmləri namizədi almışdır. 1963-cü ildə Bakı Axşam Neft Texnikumunda həmkarlar ittifaqının sədri, 1966-cı ildə DOSAF-da Təftiş Komissiyasının iki dövr (1975-ci ildən 1995-ci ilə qədər) Ali, Elm və Maarif işçiləri həmkarlar ittifaqının, Respublika Komitəsində təftiş Komissiyasının sədri seçilmişdir. 1976-cı ildə dosent vəzifəsində çalışmışdır.
Elmir Xankişiyev
Elmir Xankişiev (azərb. Elmir Xankişiyev‎; 25 avqust 1974, Əli-Bayramlı) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçi və hücumçu olub. Daha çox "Qarabağ" klubundakı çıxışı ilə məşhurdur. Azərbaycan milli komandasında oynayıb. Müşfiq Hüseynov ilə birlikdə "Qarabağ" klubunda təşkil elədikləri hücum tandemi, Azərbaycanda dövrunun ən yaxşı hücum tandemlərindən biri sayılırdı. == Bioqrafiya == Elmir Xankişiyev 25 avqust 1974-cü ildə, Azərbaycanın Əli Bayramlı (indiki Şirvan) şəhərində dünyaya gəlib. == Karyerası == === İnşaatçı === Peşəkar futbolda debütü 18 yaşında, Azərbaycan Çempionatının ilk mövsümündə "İnşaatçı" klubunda olub. "İnşaatçı" klubundakı ilk mövsumundə 16 oyunda meydana çıxaraq 6 dəfə fərqlənir. "İnşaatçı" klubu isə 26 komanda arasında 8-ci yeri tutur.
Fuad Xankişiyev
Mədət Xankişiyev
Nicat Xankişiyev
Stalik Xankişiyev
Stalik (Stanislav) Hüseyn oğlu Xankişiyev (rus. Ста́лик (Станислав) Гусе́йнович Ханкиши́ев; d. 2 fevral 1962, Fərqanə, Özbəkistan SSR, SSRİ) — kulinar, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir. Atası azərbaycanlı, anası isə almandır. Atası Fərqanə Politexnik İnstitutunda müəllim idi. Stalik kitab yazmağa başlayana qədər Özbəkistanda sahibkarlıqla məşğul olub. Stalik Xankişiyev Rusiya televiziyalarında müxtəlif verilişlər hazırlayıb. O, bloq yazıları da yazır. == Kitabları və bəzi mükafatları == Stalik Xankişiyev peşəkar aşpaz olmasa da kitabları Rusiyada çox məşhurdur.
Təvəkkül Xankişiyev
Təvəkkül Gülbala oğlu Xankişiyev (1924, Yuxarı Qaramanlı, Neftçala rayonu – 5 yanvar 1977) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Neftçala Rayon Komitəsinin birinci katibi (1973–1977), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Təvəkkül Gülbala oğlu Xankişiyev 1924-cü ildə Yuxarı Qaramanlı kəndində doğulub. Orta məktəbi bitirib Xıllı rayon torpaq şöbəsində uçot üzrə inspektor işləyən Təvəkkül Xankişiyev İkinci dünya müharibəsində iştirak edir. 1942–1949-cu illərdə Sovet Ordusunda xidmət göstərmişdir. Təvəkkül Xankişiyev 1977-ci il yanvarın 5-də ov tüfəngindən açılan güllə ilə intihar etmişdir. == Siyasi fəaliyyəti == Müharibədən qayıtdıqdan sonra Xıllı Rayon Partiya Komitəsində əvvəlcə təlimatçı, daha sonra rayon partiya komitəsinin katibi işləyir. 1957–1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olan Təvəkkül Xankişiyev məktəbi bitirdikdən sonra Azərbaycan Neft Kəşfiyyatı tresti 2 saylı qazma kontorunun ilk partiya təşkilatının katibi olmuşdur. Sonra, o, Neftçaladakı Xanlar adına sovxozun direktoru, Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədr müavini, Salyan rayon Partiya Komitəsinin katibi və Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri işləyir. 1973-cü ildə isə Neftçala rayonu təşkil edilərkən birinci katib seçilir. Təvəkkül Xankişiyev dəfələrlə respublika Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif edilmişdir.
İsgəndər Xankişiyev
İqor Xankişiyev
İqor Abbasoviç Xankişiyev (17 mart 1939, Bakı – 6 yanvar 2021, Bakı) — Azərbaycan Respublikasının əməkdar mühəndisi. == Həyatı == İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovozlar və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib. 6 yanvar 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Bakı metropolitenində 1976-cı ildən baş mühəndis kimi fəaliyyətə başlayıb. 1979-cu ilin iyununda o, Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1987-ci ildən metro tikintisi sahəsinə keçərək "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Abbasoviç Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin Tikinti Departamentinin rəisi vəzifəsində çalışıb. 2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar Mühəndis" fəxri adına layiq görülüb, Prezident təqaüdçüsüdür, "Fəxri dəmiryolçu"dur.

xankişi sözünün leksik mənası və izahı

Oxşar sözlər

#xankişi nədir? #xankişi sözünün mənası #xankişi nə deməkdir? #xankişi sözünün izahı #xankişi sözünün yazılışı #xankişi necə yazılır? #xankişi sözünün düzgün yazılışı #xankişi leksik mənası #xankişi sözünün sinonimi #xankişi sözünün yaxın mənalı sözlər #xankişi sözünün əks mənası #xankişi sözünün etimologiyası #xankişi sözünün orfoqrafiyası #xankişi rusca #xankişi inglisça #xankişi fransızca #xankişi sözünün istifadəsi #sözlük