xanlığını sözü azərbaycan dilində

xanlığını

Yazılış

  • xanlığını • 97.0588%
  • Xanlığını • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur. == Əlyazması == Əhməd bəy Cavanşir "1747–1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir. == Haqqında == Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır. === Nəşrləri === Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.
Gəncə xanlığının bayrağı
Gəncə xanlığının bayrağı — Gəncə xanlığında istifadə olunmuş bayraqlar. 3 yanvar 1804-cü il tarixində Gəncə qalasının işğalı zamanı hərbi qənimət kimi Gəncə xanlığına məxsus 8 bayraq və bir ələmli ştandart ələ keçirilmişdi. == Cavad xanın bayrağı == Bayrağın uzunluğu 127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi toxunan və əl ilə bir-birinə tikilən moruğu və yaşıl rəngli xara parçalarından hazırlanıb. Yuxarı hissənin sol tərəfində üç qızılı rəngli gül dəstəsi, al qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib. Bayrağın yuxarı hissəində qırmızı dairənin içində ərəb əlifbası ilə zərlə "Allah" sözü yazılıb. Təbii elementlərdən olan gümbəzlər qırmızı rəngli ay-ulduzla bitir. Ortadan iki hissəyə bölünən çərçivədə Nisa surəsinin 95-ci ayəsinin sözləri həkk olunmuşdur: "Allah döyüş zamanı döyüşənləri evdə oturanlardan üstün tutur. Allah onlara fərq qoymadan, hamısının Allaha yaxınlaşmasından ötrü dərəcələr bəxş edər və onların günahlarını bağışlayar. Allah mərhəmətlidir, bağışlayandır".
Qarabağ xanlığının bayrağı
Qarabağ xanlığının bayrağı — 1807-ci I ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilən bayraqdır. 2-ci şəkildə isə Qarabağ xanlığının öz bayrağı göstərilib. 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində bayraq haqqında bu cür qeyd edilir: 1807-ci ildə Küərkçay sülh müqaviləsi imzalanan zamanı verilən bayraq dördkünc, ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunub. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilən iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızıvə boz rənglərlə Moskva şəhərinin gerbi, Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb.
Qarabağ xanlığının işğalı
Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın 1747-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra Azərbaycan torpaqlarında ardıcıl olaraq iyirmi xanlıq müstəqil olur ki, bunlardan biri də Qarabağ xanlığıdır. Xanlığın əsası Qarabağın Sarıcalı kəndində anadan olmuş, Cavanşirlər sülaləsinin nümayəndəsi Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlığın əhalisini Cavanşir, İyirmi dörd, Otuzikilər, Kəbirli, Ziyadoğlular və Baharlı türk tayfaları təşkil etmişdir. Qarabağ salnaməçilərinin hamısı Qarabağ xanlığının yaranmasını sarıcalılı Pənahəli bəyin adı ilə bağlayırlar. Mirzə Adıgözəl bəy Cavanşir sülaləsinin yaradıcısı olan Pənahəli bəyin əslən Sarıcalı tayfasından оlduğunu qеyd еtmişdir. Mirzə Camal Cavanşir isə оnun bu fikrini Cavanşirlərin Sarıcalı оymağından оlmasını yazmaqla qəbul еdir. Mirzə Camal bəy Qarabaği “Qarabağnamə” əsərində yazır: “Mərhum Pənah xanın əsl-nəsəbi Qarabağın Cavanşir еlindəndir. Bu еl qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qоlu оlan Sarıcalı оymağındandır. Bunların atababaları Cavanşir еli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və еhsan sahibi оlmuş adamlar idilər.” Qarabağ xanlığı Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşirdi. Xanlığın sərhədləri Araz çayından Göyçə gölünədək, Tərtər çayından bütün düzənlik və Dağlıq Qarabağı, Zəngəzuru, Bərgüşadı əhatə etməklə Mehri, Tatev və Sisiana qədər uzanırdı.
İrəvan xanlığının bayraqları
İrəvan xanlığı bayraqları — İrəvan xanlığında istifadə olunmuş döyüş tuğları və bayraqlar. 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart, digərləri isə ordu hissəsi bayraqlarıdır. İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur.
İrəvan xanlığının bayrağı
İrəvan xanlığı bayraqları — İrəvan xanlığında istifadə olunmuş döyüş tuğları və bayraqlar. 1 oktyabr 1827-ci ildə İrəvan qalası rus qoşunları tərəfindən işğal edildiyi zaman İrəvan xanlığının 4 bayrağı rus qoşunlarının əlinə keçmişdi. Sonralar bu bayraqlar Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılırdı. Qafqaz Hərb Tarixi muzeyinin bələdçi kitabındakı məlumat həmin bayraqların bu muzeyin fondlarında saxlanılmasından xəbər verirdi. 1924-cü ildə bu bayraqlardan yalnız ikisi Azərbaycan SSR Dövlət Muzeyinə (Azərbaycan Tarix Muzeyinə) verilmişdir. Bunlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus 1 oktyabr 1827-ci ildə əldə edilən ştandart, digərləri isə ordu hissəsi bayraqlarıdır. İrəvan sərdarına məxsus bayrağın qumaş hissəsinin ölçüləri 145 x 261 x 217 sm-dir. Tünd qırmızı mahud parçadan hazırlanmışdır. Bayrağın yuxarı enli hissəsində Şiri-Xurşid təsvirləri tikilmişdir. Sarıya çalan açıq qəhvəyi rəngli quramadan hazırlanmış şir yandan təsvir olunmuşdur.
Sibir xanlığının işğalı
1579-1585-ci illərdə Yermak kazak qoşununun başında Küçüm xana qarşı bir neçə yürüş təşkil etdi. Məqsəd Sibiri işğal edib rus dövlətinə qatmaqdan ibarət idi. Bu yürüşlər Sibir xanlığının dağılmasına və Sibirin ruslar tərəfindən kolonizasiyasına gətirdi. 1555-ci ildə Sibir xanlığı Moskvadan vassal asılığını qəbul etdi. Ancaq Yedigir xanın varisi Küçüm xan rus dövləti ilə münasibətləri qırdı. Ruslarla-tatarlar arasında yenə müharibə başladı. Tatarlar Perm torpaqlarına hucumlar təşkil etdilər. 1573-cü ildə rus səfiri Çebukov öldürüldü. Bu tatarların qətiyyətindən xəbər verirdi. 1574-cü ildə tacir və sənayeçi Stroqanovlar İvan Qroznıdan Ob və İrtış çayları sahillərində möhkəmləndililmiş şəhərlər tikmək və öz hesabına silahlı adam saxlamaq icazəsi aldılar.

"xanlığını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xanlığını nədir? #xanlığını sözünün mənası #xanlığını nə deməkdir? #xanlığını sözünün izahı #xanlığını sözünün yazılışı #xanlığını necə yazılır? #xanlığını sözünün düzgün yazılışı #xanlığını leksik mənası #xanlığını sözünün sinonimi #xanlığını sözünün yaxın mənalı sözlər #xanlığını sözünün əks mənası #xanlığını sözünün etimologiyası #xanlığını sözünün orfoqrafiyası #xanlığını rusca #xanlığını inglisça #xanlığını fransızca #xanlığını sözünün istifadəsi #sözlük