* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••• | 1.97 |
2004 | ••••• | 1.35 |
2005 | ••• | 0.67 |
2006 | •••• | 0.90 |
2007 | ••••• | 1.27 |
2008 | •••••• | 1.46 |
2009 | •••••••••••••••••••• | 5.44 |
2010 | ••••••••••••• | 3.27 |
2011 | ••••••• | 1.72 |
2012 | ••••• | 1.29 |
2013 | •••••••••••• | 3.06 |
2014 | •••••••••••••• | 3.60 |
2015 | ••••• | 1.19 |
2016 | •• | 0.35 |
2017 | •• | 0.49 |
2018 | ••••• | 1.35 |
2019 | •••••• | 1.53 |
2020 | ••••••• | 1.86 |
1 is. 1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. S.Vurğun. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli. 2. fəls. Şüurdan asılı olmayaraq mövcud olan hər şey – maddə, maddi aləm, təbiət. 3. məc. Həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat. Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. S.Vurğun. Bütün varlıq, bütün kainat sanki yenidən varlanır, yenidən səslənir … onun [şairin] gözündə işıqlanırdı. Ə.Məmmədxanlı. // məc. Real aləm, real həyat, ictimai mühit. [C.Məmmədquluzadə] xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov. 4. məc. Həyat, həyat mənbəyi mənasında. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm. 5. məc. Qüvvət, güc, səy, cəhd mənasında. [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov. □ Bütün varlığı ilə – 1) var gücü ilə, ciddiyyətlə. Mənim dövlətimdir, mənim varımdır; Bütün varlığımla sevə bilməyim. B.Vahabzadə; 2) bütün təfərrüatı ilə, bütün incəlikləri ilə, olduğu kimi. Ana qəlbini bu dünyada hansı sənətkar bütün varlığı ilə təsvir etmişdir. S.Rəhimov. 6. Bolluq, rifah. Varlığa nə darlıq. (Ata. sözü). 7. Vücud, bədən mənasında. Təliənin bütün varlığı titrədi və qız qorxdu. M.S.Ordubadi. Onun gözəlliyi, incə varlığı; Duyan ürəklərə lərzə salırdı. S.Vurğun. Bütün varlığında bir ağrı gəzdi; Az qaldı mənliyi alışıb yana. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / varlıq5 1. VARLIQ, MÖVCUDİYYƏT Bəlkə lap ərlə arvad arasında belə bir münasibətin varlığından, mövcudiyyətindən də bixəbər idi (Ə.Cəfərzadə); DİRİLİK [Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar (Mir Cəlal); VAR Ahü zar çəkməkdən yox olub varı; Saf aynası tutub möhnət qubarı (Q.Zakir); VÜCUD Molla Xəlil işini bilən bir adam idi. Kəndlilər onun vücudunu özləri üçün bir nemət bilirdilər (M.Hüseyn). 2. varlıq bax bədən 3. varlıq bax güc 4. varlıq bax həyat
Azərbaycan dilinin sinonimlər lüğəti / varlıq1 VARLIQ – YOXLUQ Ey varlığı yox, yoxluğu vardan daha dilbər; Ruhim səni izlər (H.Cavid). VARLIQ – YOXSULLUQ Varlığa nə darlıq (Ata. sözü); Dünyada heç igid, yoxsul olmasın; Yoxsulluq igidə yaman ad olur (“Koroğlu”).
Azərbaycan dilinin antonimlər lüğəti / varlıq1 VARLIQ I is. Olma, var olma, mövcud olma, mövcudiyyət. Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur (S.Vurğun). VARLIQ II is. Bolluq. Varlığa nə darlıq (Ata. sözü).
Azərbaycan dilinin omonimlər lüğəti / varlıq2 1 сущ. 1. действительность, окружающий мир. Varlığa açıq gözlə baxmaq смотреть на окружающий мир открытыми глазами, bütün varlıq вся действительность 2. существо (совокупность физических и душевных качеств человека). Bütün varlığı всё его существо 3. существование, наличие. Həyat ələmətlərinin varlığı наличие признаков жизни, ziddiyyətlərin varlığı существование противоречий, nəyin varlığının ilk günlərindən с первых дней существования чего-л. 4. филос. бытие, материя. Şüur varlığı əks etdirir сознание отражает бытие, ictimai varlıq общественное бытие, təfəkkürün varlığa münəsibəti отношение мышления к бытию, varlıq şüuru müəyyən edir бытие определяет сознание ◊ bütün varlığı ilə всей душой, всем своим существом 2 сущ. изобилие, достаток ◊ varlığa nə darlıq как хочу, так и трачу
Azərbaycanca-rusca lüğət / varlıq1 i. 1. creature, being; 2. fəls. reality, matter, the world around; 3. life, existence; Siz Allahın varlığına inanırsınızmı? Do you believe in the reality of God? Varlıq şüuru müəyyən edir Existence determines consciousness; bütün varlığı ilə with all one’s heart and soul, with fibre of one’s being; bütün varlığı ilə sevmək to love with all one’s heart and soul / with every fibre of one’s being
Azərbaycanca-ingiliscə lüğət / varlıq1 is. 1) être m ; créature f ; canlı ~lar êtres vivants ; ~ şüuru müəyyən edir l’être détermine la conscience ; 2) fəls. réalité f, substance f, monde m entier (bütün dünya) ; 3) existence f (mövcudluq), vie f ; bütün ~ğı ilə sevmək aimer qn à la folie
Azərbaycanca-fransızca lüğət / varlıq1 [ər.] сущ. 1. хьунухь, хьун, аваз хьун; авукьун; 2. филос. мукьуфдилай аслу тушиз авай гьар са затӀ, мадди алем, тӀебиат; 3. пер. гьакъикъатда авай, герчек тир вири затӀар, тӀебиат, алем, дуьнья; 4. пер. уьмуьр, яшайиш, яшамиш хьун; 5. пер. къуват, гуж, жегьт; bütün varlığı ilə а) авай вири гужуналди, вири къуват серф авуна; б) вири куьлуь-шуьлуьярни кваз, авайвал; 6. авайвал, булвал; 7. ччан алай тан, беден.
Azərbaycanca-ləzgicə lüğəti / varlıq\ - Şüurdan asılı olmayaraq mövcud olan obyektiv aləmin, materiyanı ifadə edən fəlsəfi anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən şey. Var olanın var olması. Aristoteldə var olanların varlığı mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı olan və müvəqqəti olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. Varlığın Analogiyası \ – katolik fəlsəfəsində \ mərkəzi metodoloji anlayış. Varlıq haqqında elm \ – var olan olaraq var olan haqqında təlim. Var olanın varlığı və ümumiyyətlə varlıq ideyaları haqqında XVII əsrdən bəri istifadə edilən anlam. Mövzu olaraq yunan fəlsəfəsindən bəri və ələ alınan və Aristotelin ―ilk fəlsəfə‖ adını verdiyi var olanların özü haqqında elm. Mövcudiyyət \ – var olan, həqiqətə əsaslanan varlıq, bir şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.
Fəlsəfə terminlərinin izahlı lüğəti