şahin-şunqar sözü azərbaycan dilində

şahin-şunqar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şahin-şunqar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şunqar
Şunqar (lat. Falco rusticolus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Şunqar (Sulduz)
Şunqar (fars. شونقار‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 134 nəfər yaşayır (34 ailə).
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, din xadimi, ictimai xadim, xeyriyyəçi; Məşədi Dadaş məscidinin axundu, imam-camaatı, imam-cüməsi; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazılar Şurasının üzvü. == Erkən həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. == İctimai fəaliyyəti == 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Mirdilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 1-ci və 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Mirdilavər oğlu Ağayev 12 noyabr 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. == Bioqrafiya == Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. == Həyatı == Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. == Həyatı == Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şahin Növrəsli
Şahin Növrəsli (10 fevral 1977, Bakı) — caz pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Şahin Növrəsli 1977-ci ildə Bakıda anadan olub. Dahi azərbaycan şairi Mirzə Ələsgər Növrəsin nəticəsidir. Musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlamışdır və artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin solisti kimi çıxış edib. Müəllimlərin israrına görə öz təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində davam etdirmişdir və oxuduğu illər ərzində klassik musiqi ilə dərindən və ciddi məşğul olmuşdur. 18 yaşında Ş. Növrəsli Raxmaninovun İkinci Konserti ilə çıxış etmişdir və münsiflər heyətinin ən yüksək qiymətinə layiq görülmüşdür. Bakı Musiqi Akademiyasında oxuyarkən musiqiçi özünü tamamilə klassik və caz musiqisinə həsr etmişdir. Həmin vaxtdan daimi qastrollar, turlar, beynəlxalq festivallar onun həyatının ayrılmaz hissəsi olub. Səfərlərdən və konsertlərdən sonra nadir istirahət dəqiqələrində Şahin yeni layihələr üzərində işləyir. Caz triosu ilə xalq çalğı alətlərinin sintezi nəticəsində Neytn Pek, Aleksandr Maşin, Nurlan və Arslan Növrəslilərin iştirakı ilə yaranan "Əbədi yol" adlı layihə belə ərsəyə gəlmişdir.
Şahin Qurbanov
== Siyahı ==
Şahin Qədirov
Şahin Qəhrəman
Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; 1 may 1979, Maştağa) — Azərbaycan kinorejissoru. == Həyatı == Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-cu illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb. === Ailəsi === 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var. == Filmoqrafiya == Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019- rejissor Bir qadın serialı 2019–2024— rejissor Nikolayın evi serialı 2021-2022- rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-? — rejissor H.Əliyev anadan olamasının 101 illik ildönümü.
Şahin Rüstəmov
Şahin Salahov
Şahin Salahov - Azərbaycan Respublikası Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri == Həyatı == Salahov Şahin Rasim oğlu 1952-ci ildə Bərdə rayonunda anadan olmuşdur. İxtisasca hidrotexnika mühəndisidir. Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Abşeron mexaniki suvarma idarəsində sahə mühəndisi kimi başlamışdır. 1977-1986-cı illərdə “Azbaşmeliosutikinti”-nin “Xüsusisənayemənzilsutikinti” trestində mühəndis, şöbə rəisinin müavini, şöbə rəisi, 34№-li səyyar-mexanikləşdirilmiş dəstənin rəisi, istehsalat şöbəsinin rəisi, 1986-1990-cı illərdə “Başmeliosutikinti” idarəsinin “Xüsusisənayemənzilsutikinti” trestinin istehsalat şöbəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1990-1991-ci illərdə Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Azərbaycan Respublikası Dövlət Komitəsinin “Qaçqıninşaat” İTB-də İTŞ-nin rəisi, 1991-1993-cü illərdə 1№-li “Qaçqıninşaat” trestinin İTŞ-nin rəisi, baş mühəndisi olmuşdur. 1993-2002–ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti, inşaat materialları və tikinti sənayesi şöbəsində böyük referent, həmin şöbənin müdir müavini, şöbənin müdiri vəzifələrində işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiridir. 2012-ci il 22 iyun tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şahin Seyidzadə
Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — Milli Məclisin deputatı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri (2022–2024) == Həyatı == Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub. Ailəlidir, iki övladı var. İngilis və Rus dillərində sərbəst danışa bilir. == Təhsili == 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb. 2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb. = İctimai fəaliyyəti = 1999–2019-cu illərdə müxtəlif ictimai təşkilat, layihə, proqram və təşəbbüslərin rəhbəri olub.
Şahin Sinaria
Şahin Sinaria - yazıçı, tərcüməçi. == Həyatı == Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub. 1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib. 2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür. Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir.
Şahin Sultanov
Şahin Əşrəf oğlu Sultanov — Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, vitse-admiral (2005). == Həyatı == Şahin Əşrəf oğlu Sultanov 1959-cu il avqustun 8-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhərində orta məktəbi bitirmişdir. 1974-cü ildə C. Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1976-cı ildə S. M. Kirov adına Xəzər Dəniz Ali Dənizçilik məktəbinə daxil olub və Ali Hərbi Dənizçilik Məktəbini, daha sonra Rusiya Federasiyasının Leninqrad şəhərindəki Marşal Qreçko adına Hərbi Dəniz Akademiyasını bitirib. == Həbsi == == Hərbi xidməti == 1978-ci ildə hərbi gəmi ilə şturman təcrübəsi almaq məqsədiylə Kronştat-Kuba(Syenfuegas)-Kolumbiya(Kartaxena)-Kronştat, Trans Atlantik səfərində; 1980-ci ildə Kronştat-Əlcəzair-Sevastopol, Atlantik səfərində iştirak etmişdir. 1981-ci ildə Ballistik raketli sualti nüvə qayıqlarında mühəndis-şturman ixtisası üzrə Ali Dənizçilik məktəbini bitirmiş və leytenant rütbəsi almış, daha sonra 1981-ci ildə Mina-tral gəmisində komandirin koməkçisi və şturman döyüş hissənin komandiri vəzifəsində xidmət etmişdir. 1983-cü ildə SSRİ canub sərhədlərində Hava Hücumundan müdafiəsində döyüş növbəsini aparan xüsusi təyinatlı "Hava hücumundan müdafiə gəmisinin" komandiri vəzifəsinə təyin edilib. 1986-cı ildə XXXI Azərbaycan Kommunist Partiyası Qurultayının Xəzər donanmasının nümayəndə heyətinin üzvi kimi iştirak edib. 1988-ci ildə Xəzər flotiliyansının Dəniz-muhafizə gəmilər Briqadasının "Mina-tral" gəmilər divizionunun qərərgah rəisi vəzifəsinə, 1999-cu ildə isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.
Şahin Səfərov
Şahin Tağı oğlu Səfərov (31 dekabr 1928, Qarabağlar, Naxçıvan MSSR – 15 noyabr 1995, Bakı) — Ədəbiyyatşünas, tənqidçi, Filologiya elmləri doktoru (1983), professor (1987), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan Respublikasının əməkdar müəllimi. "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru (1972–1992), "Azərbaycan dünyası" Beynəlxalq Əlaqələr Mərkəzinin eyni adlı nəşriyyatının direktoru (1993–1994), "Şəhriyar" qəzetinin redaktoru (1994–1995), Bakı Şəhər Sovetinin deputatı. == Həyatı == Şahin Səfərov 1928-ci ilin 31 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qarabağlar kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Tağı Səfərov ərəb-fars dillərinin mükəmməl bilicisi idi, bu əcnəbi dilləri oğlu Şahinə də səylə öyrədirdi. Ziyalı mühitində formalaşan, valideynlərinin təsiri altında elmə, təhsilə yüksək maraq göstərən Ş. Səfərov yeniyetməlik dövründən həyat yolunu düzgün müəyyənləşdirmişdi. Orta məktəbi bitirdikdən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunda təhsil alıb. 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsinə daxil olub. Tələbəlik dövründə ayrı-ayrı qəzetlərdə məqalələrlə çıxış edən Şahin Səfərov "Xəzər dənizçiliyi" qəzetinin müxbiri olub. Ali təhsilini başa vurduqdan sonra 1952–1958-ci illərdə Bakı şəhərinin 121 və 129 saylı orta məktəblərində ana dili fənnini tədris edib. 1958-ci ildən jurnalistlik fəaliyyətini "Azərbaycan müəllimi" qəzetində davam etdirib.
Şahin Tahirli
Şahin Tağıyev
Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (1992). Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmişdir. == Həyatı == Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. == Döyüşlərdə iştirakı == 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə döyüşlərdə iştirak etməyə başlamış, Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. "Qurtuluş" batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir.
Şahin Təhməzov
Şahin Təhməzov (1 oktyabr 1968, Zəngilan – 12 dekabr 2015, Naxçıvan) — Naxçıvan Ədliyyə nazirinin müavini, Naxçıvan Penitensiar xidmətin rəisi. == Həyat və fəaliyyəti == 1 oktyabr 1968-ci ildə Zəngilan rayonunda anadan olub. Naxçıvan Dövlət Universitetini bitirib. Şahbuz rayon polis şöbəsinin rəisi olaraq fəaliyyət göstərib. Daha sonra isə Naxçıvan Ədliyyə nazirinin müavini və Naxçıvan Penitensiar xidmətin rəisi kimi vəzifələrdə çalışıb. == Mükafatları == Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiyinə,ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştirakına görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təlfit edilib. == Ailəsi == Ailəli idi, 4 övladı var. == Vəfatı == 12 dekabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasında ürək tutmasından vəfat edib.
Şahin Zəkizadə
Şahin Həsən oğlu Zəkizadə (5 mart 1978, Bakı – 16 fevral 2017, Bakı) — Azərbaycanlı ssenarist və rejissor. == Həyatı == Şahin Zəkizadə 5 mart 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Atası Həsən Zəkizadə görkəmli aktyor və rejissor Əlisəttar Məlikovun nəvəsi idi. Həsən Zəkizadə uzun müddət müəllim və məktəb direktoru kimi çalışmışdır. Şahin məktəbi bitirəndən sonra Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Müəllimi Tariyel Vəliyev olmuşdur. Daha sonra təhsilini Moskvada kino üzrə davam etdirmişdir. Rejissor fəaliyyətinə reklam və klip sahəsində başlamışdır. Azərbaycanın ən məşhur ifaçıları üçün kliplər çəkmişdir. Ən məşhurları Röya və Samir Cavadzadənin "Deyin ona", Elariz Məmmədoğlunun "Doroqa", Faiq Ağayevin "Sən elə bilirdin", tamamilə animasiyadan ibarət "Biləydin kaş", Tünzalə Ağayevanın "Gülbahar" mahnısı, Sevda Ələkbərzadənin "Salam Allahım" klipləri idi.

Oxşar sözlər

#şahin-şunqar nədir? #şahin-şunqar sözünün mənası #şahin-şunqar nə deməkdir? #şahin-şunqar sözünün izahı #şahin-şunqar sözünün yazılışı #şahin-şunqar necə yazılır? #şahin-şunqar sözünün düzgün yazılışı #şahin-şunqar leksik mənası #şahin-şunqar sözünün sinonimi #şahin-şunqar sözünün yaxın mənalı sözlər #şahin-şunqar sözünün əks mənası #şahin-şunqar sözünün etimologiyası #şahin-şunqar sözünün orfoqrafiyası #şahin-şunqar rusca #şahin-şunqar inglisça #şahin-şunqar fransızca #şahin-şunqar sözünün istifadəsi #sözlük