* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •• | 3.43 |
2003 | •••••• | 11.02 |
2004 | •••••• | 10.78 |
2005 | •••••• | 10.12 |
2006 | ••••• | 9.69 |
2007 | •••• | 6.98 |
2008 | •••• | 7.80 |
2009 | ••••• | 8.32 |
2010 | ••••••• | 13.25 |
2011 | ••••• | 9.87 |
2012 | •••••• | 9.98 |
2013 | •••••••••• | 18.82 |
2014 | ••••••••• | 16.99 |
2015 | •••••••• | 14.80 |
2016 | •••••••••••••••••••• | 39.57 |
2017 | ••••••••••••• | 25.36 |
2018 | ••••••••• | 16.93 |
2019 | •••••••• | 15.58 |
2020 | •••••• | 10.08 |
1 is. [ər.] 1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. Mən bu hadisələrin şahidiyəm. – Mənim sakin olduğum otağın üzü [Sarıköynəkgilin] həyətinə olduğu üçün hər işinə şahid olurdum. S.Hüseyn. Onsuz da evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuqsöküklər var idi. H.Nəzərli. Mən bir çox belə hadisələrin nəinki şahidi, hətta bir neçə dəfə iştirakçısı da olmuşam. M.Rzaquluzadə. 2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. Şahidləri dinləmək. – Dava üçün bir qazı, isbat üçün min şahid. (Ata. sözü). [Səfər Həmzəyə:] Ağa, şahidlərin biri mən. C.Cabbarlı. İslam, ərizəsində bir çox şahidlər göstərirdi. S.Hüseyn. Şahid lazım olmadı, çünki Şəfiqə özü boynuna götürdü. İ.Musabəyov. □ Şahid çağırmaq (çəkmək, göstərmək) – bir şeyin həqiqətən olub-olmadığını sübut etmək üçün rəsmi şəkildə adam göstərmək, ona isnad etmək. Uçurub kökündən nəmli zindanı; Şahid çağıraram bütün dünyanı. S.Rüstəm. Qədir üzünü qonşulara tutub şahid çəkirdi. Mir Cəlal. Şahid durmaq (olmaq) – öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək. [Çimnaz Səriyyəyə:] Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən. C.Cabbarlı. [Maral:] Sözlərini təkrar elə, Mirzə Qərənfil mənim şahidim olacaq. S.Rəhman.
Azərbaycan dilinin izahlı lüğəti / şahid1 Ərəbcədir, bizdə tanımaq feilindən əmələ gəlmiş tanıq sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şahid2 I сущ. свидетель, свидетельница: 1. человек, присутствовавший лично при каком-л. событии, происшествии, лично видевший что-л.; очевидец. Canlı şahidi olmaq nəyin быть живым свидетелем чего, hadisənin şahidi свидетель события 2. современник или наблюдатель чего-л. O, mənim uşaqlıq illərimin şahididir он свидетель моих детских лет (моего детства), şən həyatın şahidi свидетель веселой жизни, keçmiş təmtərağın (cah-calalın) şahidi свидетель минувшей роскоши, möhtəşəm Qız qalası əsrlərin şahididir величественная Девичья башня – свидетельница веков 3. юрид. лицо, располагающее сведениями об обстоятельствах уголовного гражданского дела. Şahidləri dindirmək допросить свидетелей, ittiham şahidləri свидетели обвинения, müdafiə şahidləri свидетели защиты, şahid sifəti ilə çıxış etmək выступать в качестве свидетеля, şahid düşmək быть свидетелем; şahid çağırmaq (çəkmək, göstərmək) kimi выставить свидетеля, призвать в свидетели кого II прил. юрид. свидетельский (исходящий от свидетеля). Şahid ifadəsi свидетельские показания, şahid otağı свидетельская (свидетельская комната) ◊ Allah şahiddir Бог – свидетель
Azərbaycanca-rusca lüğət / şahid1 I. i. hüq. witness; (gözü ilə görən) eyewitness; ~ olmaq to be* a witness (of), to witness (d.); bir kəsi ~ tutmaq to call smb. to witness; ~ sifəti ilə çağırmaq (məhkəməyə) to subpoena as a witness II. s. witness; ~ ittihamı witness for the prosecution; ~ müdafiəsi witness for the defence
Azərbaycanca-ingiliscə lüğət / şahid1 is. hüq. témoin m ;~ olmaq être témoin de qch ; ~ tutmaq prendre qn à témoin ; ittiham ~ləri témoins à charge ; müdafiə ~ləri témoins à la défense
Azərbaycanca-fransızca lüğət / şahid1 [ər.] сущ. шагьид (1. са кар, агьвалат жедамаз гьанал хьайи (алай), вири вичин вилералди акур ва я аквазвай кас; 2. вичиз малум тир са кардин патахъай шагьидвалун патал суддиз эвернавай кас; şahid durmaq (olmaq) шагьид акъвазун, шагьид хьун).
Azərbaycanca-ləzgicə lüğəti / şahidŞAHİD1 ə. 1) öz gözləri ilə görən; şahidlik edən adam; 2) şəhadət verən; 3) mötəbər məxəzdən gətirilən misal; sitat. ŞAHİD2 ə. gözəl, göyçək.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətişahidlik edən; gözəl, göyçək.
Azərbaycan kişi adlarının izahlı lüğəti