cahil sözü azərbaycan dilində

cahil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cahil • 78.7356%
  • Cahil • 19.5402%
  • CAHİL • 1.7241%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cahiliyyə
Cahiliyyə (ərəb. جاهلية‎) - müsəlman ənənəsinə görə, islamaqədərki tarixdə insanların peyğəmbərsiz yaşadığı dövr. Tarixdə ilk və son Cahiliyyə dövrləri fərqləndirilir. İslam dövründə meydana gələn Cahiliyyə termini islamdanəvvəlki ərəblərin yanlış inancları və həyat tərzini xarakterizə etmək üçün işlədilmiş və müəyyən zaman kəsiyinə şamil olunmuşdur. Məhəmməd peyğəmbər cahiliyyəni dövr kimi deyil, həyat tərzi kimi səciyyələndirmişdir. Əvvəllər bilgisizlik dövrü kimi anlaşılan cahiliyyəni müasir alimlər elmin deyil, helmin (mehribanlıq, səbir, kamal) əksi kimi xarakterizə edirlər. Quranda 4 dəfə xatırlanan cahiliyyə termini İslamdan əvvəlki ərəblərin elmsizliyinə deyil, yalnız Allaha inanmamasına, təkəbbür, çılğınlıq və s. kimi mənfi xüsusiyyətlərinə işarədir. Peyğəmbər həmin dövrə xas müsbət adətlərin saxlanmasının tərəfdarı idi. Zəngin mifik düşüncəyə malik olmuş Cahiliyyə dövrü ərəbləri astronomiya, təbabət, qiyafət (fizioqnomika) elmlərdə uğurlar qazanmış, dövrün yüksək bədii-estetik xüsusiyyətləri ilə seçilən poeziyasını yaratmışdılar.
Cahiliyyət dövrü

Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət
Cahiliyyət dövründə Ərəbistan yarımadasında siyasi vəziyyət — İslam tarixi baxımından cahiliyyət dövründə Ərəbistan yarımadasının ərazisində, müəyyən zamanlarda mövcud olmuş dövlətlər xüsusi önəm daşımaqdadır. Çünki cahiliyyət dövrü ərəblərinin düşüncə tərzini, onlara siyasi, iqtisadi, sosial, dini və mədəni aspektlərdən yanaşmaqla öyrənə bilərik. Buna isə biz ilk növbədə Ərəbistan yarımadasında qurulan dövlətlərin tarixi inkişaf prosesini öyrənməklə nail ola bilərik. Cahiliyyət dövrü ərəb dünyasının mövcud durumunu öyrənmək İslam tarixinin müxtəlif mövzularını daha rahat anlamaqda bizə yardımçı olacaqdır. == Ərəbistan yarımadası haqqında qısa məlumat == Əsil adı “Şibhu Cəzirətil-Arab” (Ərəb yarımadası) olduğu halda, qısa şəkildə “Cəzirətul-arab” deyə adlandırılmışdır. Sadəcə əl-Cəzirə də deyilir və türk dilində buna bənzər şəkildə Ərəb yarımadası əvəzinə qısaca Ərəbistan adı istifadə olunur. Ərəb yarımadası Asiya, Afrika ve Avropanın kəsiştiyi önəmli bir nöqtədə yerləşir. Şərqdə Bəsrə və Oman körfəzləri, cənubda Hind okeanı və qərbdə Qırmızı dəniz ilə əhatə olunmuşdur. Cənubda Babul-Məndəb boğazı ilə Afrikadan ayrıldığı halda, şimalda Süveyş kanalı vasitəsilə bu qitəyə birləşir. Ötən yüzilliyin sonlarına doğru Yəmənin Mərib bölgəsində aparılan arxeoloji qazıntılar, bu bölgənin, miladdan 10-15 əsr əvvələ gedib çıxan qədim və parlaq bir mədəniyyətə sahib olduğunu göstərməkdədir.
Cahiliyyət dövründə Ərəbistanda siyasi vəziyyət

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.34 dəfə / 1 mln.
2004 ••••••••••••••••• 0.67
2005 ••••••••••••••••• 0.67
2007 •••••• 0.21
2008 ••••••••••••• 0.49
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••••• 0.45
2011 ••••••• 0.26
2012 ••••••••••• 0.43
2013 ••••••••••••••• 0.58
2015 ••••••••• 0.34
2016 ••••• 0.17
2019 ••••••••••• 0.42
2020 •••••••••••••• 0.53

cahil sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç şeydən xəbəri olmayan. Ağ at ilə cahil ağaya qulluq eləmə. (Ata. sözü). Kaş bir qətrə meyə qiymət olaydı min can; Düşməyəydi bu qədər cahilü nadan əlinə. S.Ə.Şirvani. Ev-eşik, uşaqlar zəhmətsevməyən, lovğa, cahil Tamaşanın öhdəsində qaldı. Ə.Əbülhəsən. 2. bax cahıl. [Pərviz Rüstəmbəyə:] Deyəsən, sən də ayılırsan, – dedi. – Bəs necə, cahil, cavan deyilmi? Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / cahil

cahil sözünün sinonimləri (yaxın mənalı sözlər)

cahil sözünün antonimləri (əks mənalı sözlər)

cahil sözünün rus dilinə tərcüməsi

  • 1 невежественный, непросвещенный, темный, неуч

    Azərbaycanca-rusca lüğət / cahil
  • 2 I прил. 1. невежественный, непросвещённый, необразованный, неграмотный, тёмный. Cahil adam невежественный человек, cahil camaat непросвещённый народ (темные люди) 2. разг. см. cahıl I; молодой. Siz hələ cahilsiniz вы еще молоды II сущ. 1. невежда (необразованный, малосведущий, темный человек); неуч 2. профан (совершенно несведущий человек, невежда в какой-л. области) 3. разг. см. cahıl II

    Azərbaycanca-rusca lüğət / cahil

cahil sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. ignorant / benighted man*; uneducated / unlearned person II. s. ignorant, igno ramus, benighted; uneducated, unlearned, unenlightened; inexperienced; not well-informed; ~ (mədəniyyətsiz) adam ignorant / benighted man* / person

    Azərbaycanca-ingiliscə lüğət / cahil

cahil sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. ignorant m, -e f ; illettré m, -e f ; analphabète m, f ; özünü ~liyə qoymaq faire l’ignorant ; 2) sif. ignorant, -e ; illettré, -e ; analphabète ~ adam homme m ignorant

    Azərbaycanca-fransızca lüğət / cahil

cahil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. кӀел тавур, чирвилер авачир, кӀел-кхьин течир, савадсуз, авам, гуьгъуьна амай, са куьникайни хабар авачир, буьндуьгуьр; // пер. жегьил, тежрибасуз; 2. кил. cahıl.

    Azərbaycanca-ləzgicə lüğəti / cahil

cahil sözünün türk dilinə tərcüməsi

cahil sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) nadan, bixəbər, xəbərsiz; 2) oxumamış, savadsız; 3) m. gənc, təcrübəsiz.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

savadsız, avam, nadan, anlamaz.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"cahil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cahil nədir? #cahil sözünün mənası #cahil nə deməkdir? #cahil sözünün izahı #cahil sözünün yazılışı #cahil necə yazılır? #cahil sözünün düzgün yazılışı #cahil leksik mənası #cahil sözünün sinonimi #cahil sözünün yaxın mənalı sözlər #cahil sözünün əks mənası #cahil sözünün etimologiyası #cahil sözünün orfoqrafiyası #cahil rusca #cahil inglisça #cahil fransızca #cahil sözünün istifadəsi #sözlük