cehiz sözü azərbaycan dilində

cehiz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cehiz • 93.3333%
  • Cehiz • 6.0000%
  • CEHİZ • 0.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cehiz
Cehiz — ailə quran qızın özü ilə birgə ər evinə gətirdiyi əşyalara deyilir. Bir çox ölkələrdə qız uşağı hələ yetkinlik yaşına çatmamışdan onun üçün cehiz toplanır. Cehiz adətən, müxtəlif növ mebellərdən, texnikadan, xalça və yataq dəstlərindən, məişət əşyalarından və s. ibarət olur. Cehizin Avropa, Cənubi Asiya, Afrika və dünyanın digər hissələrində uzun tarixi var. Onun əsas funkisyaları: ərin yeni bir ev qurması üçün ona dəstək olmaq; əri vəfat etdikdə həyat yoldaşını təmin etmək. Avropada cehiz böyük ailələrin güc və sərvət qurmağa imkan verirdi və nikah vasitəsilə ittifaq siyasətində böyük rol oynamışdır. == Hekayəsi == Orta və ya çox varlı ailələrin cehiz ilə nikah erkən yaşda (14-16 yaş), Orta əsrlərdə isə demək olar ki, dərhal qız doğum sonra toplaması başladı. O vəfat etsə (uşaq ölümü halları yüksək olduğundan) cehiz digər qıza keçirdi. Cehiz əsasən yorğan, yastıq, ədyal, pərdələr, müxtəlif qab dəstləri, bəzək əşyaları, qızıl, büllur, xalçalar və s ibarətdir.
Cehizdan (Sərab)
Cehizdan (fars. جهيزدان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 634 nəfər yaşayır (149 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2005 •••••••••••• 0.67
2006 •••• 0.23
2007 ••••••••••••••• 0.85
2009 •••••• 0.32
2010 •••••••••••••••••••• 1.18
2011 ••••••••• 0.51
2012 •••••• 0.34
2013 •••••••••• 0.58
2014 •••••• 0.34
2015 ••••••••• 0.51
2016 ••• 0.17
2017 •••••• 0.33
2019 ••• 0.14
2020 ••••••••• 0.53

cehiz sözünün leksik mənası və izahı

  • 1 is. Ərə gedərkən ata evindən qıza verilən əşyalardan ibarət hədiyyə. [Telli:] Məni yandıran cəhət burasıdır ki, İslam ikinci arvadını mənim cehizimlə aldı. S.Hüseyn. Gəlinlər, qızlar nişanlının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / cehiz

cehiz sözünün etimologiyası

  • 1 Ərəbcədir və təchiz sözü ilə kökdaşdır. Bizdə onun yerinə qoşunqu (qoşuntu) işlədilib, (gəlin gedəndə ona qoşulan şeylər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cehiz

cehiz sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 CEHİZ [Turac:] Demək, özünə əlaltından cehiz düzəldirmişsən? (İ.Əfəndiyev); DƏDƏMALI (məh.) Molla Nəsrəddin: Bu qızılları ki, sayırdım, o mənim arvadımın dədəmalısıdır (M.N.lət.); DƏDƏVERDİ (məh.) Ay balam, o, arvadın dədəverdisidir (S.Rəhimov); QALAN (köhn.) Qalan haqqında fikrini öyrənmək istədik, qızlarını qalansız ərə verməyəcəyini söylədi (Çəmənzəminli).

    Azərbaycan dilinin sinonimlər lüğəti / cehiz

cehiz sözünün rus dilinə tərcüməsi

  • 1 приданное

    Azərbaycanca-rusca lüğət / cehiz
  • 2 сущ. приданое (имущество, выделяемое девушке-невесте родителями или родственниками при вступлении ее в брак). Cehiz vermək: 1. давать, дать приданое; 2. nəyi дать в приданое что; cehiz almaq: 1. получать, получить приданое; 2. nəyi получить в приданое что, кого; cehiz düzəltmək приготовлять, приготовить приданое

    Azərbaycanca-rusca lüğət / cehiz

cehiz sözünün inglis dilinə tərcüməsi

cehiz sözünün fransız dilinə tərcüməsi

cehiz sözünün ləzgi dilinə tərcüməsi

cehiz sözünün türk dilinə tərcüməsi

"cehiz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cehiz nədir? #cehiz sözünün mənası #cehiz nə deməkdir? #cehiz sözünün izahı #cehiz sözünün yazılışı #cehiz necə yazılır? #cehiz sözünün düzgün yazılışı #cehiz leksik mənası #cehiz sözünün sinonimi #cehiz sözünün yaxın mənalı sözlər #cehiz sözünün əks mənası #cehiz sözünün etimologiyası #cehiz sözünün orfoqrafiyası #cehiz rusca #cehiz inglisça #cehiz fransızca #cehiz sözünün istifadəsi #sözlük