* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Arasına yorğan-döşək və s. yığmaq, döşəməyə salmaq, ya da xalça kimi divardan asmaq üçün müxtəlif rəngli iplərdən toxunan zolaqlı, yaxud naxışlı döşənəcək. Xalı, xalça, cecim və ipəklə bəzənmiş bu otaq Şuşa sövdəgəri Hacı Kərimin qızı Anaxanım üçün ayrılmışdı. Çəmənzəminli. Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib, söhbətə məşğul olduq. Ə.Haqverdiyev. Arabanın içinə quru ot töküb, üstündən bir cecim saldılar. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / cecim2 Əl ilə toxunulan xovsuz xalça növü. (“Koroğlu” dastanının lüğəti) Belimdə yoxdu qılıncım, Müxənnətə çatmır gücüm, Nə yorğan var, nə də cecim, Zülm, ay mədəd, ay mədəd!.. (“Koroğlu ilə Bolu bəy”)
Azərbaycan dastanlarının leksikası / cecim1 Fars mənşəlidir, yun ipdən toxunmuş zolaqlı, ala-bəzək, nazik palazdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / cecim2 сущ. этногр. джеджим (домашней работы ковровая ткань из шелка или шерсти); полосатый коврик; yun cecim шерстяной коврик (джеджим)
Azərbaycanca-rusca lüğət / cecim