cərir sözü azərbaycan dilində

cərir

Yazılış

  • cərir • 60.0000%
  • Cərir • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cəriri məzhəbi
Cəriri məzhəbi (ərəb. المذهب الجريري‎) — IX əsrdə əsası qoyulmuş və 10-cu əsrdə fəaliyyətini dayandıran sünni islamda ilkin hüquq məktəblərindən (məzhəblərindən) biri. Məzhəbin banisi-eponimi Təbəristandan (müasir İran) olan fars əsilli məşhur müsəlman ilahiyyatçısı İbn Cərir ət-Təbəridir (839–923). İbn Cərir Qurana dair ən yaxşı teoloji şərhlərdən birinin (Təfsir ət-Təbəri) müəllifi olmaqla yanaşı, həm də hədis (ilm əl-hədis) və İslam hüququ (fiqh) üzrə alim idi. Uzun müddət hüquqi məsələlərdə əş-Şafiinin davamçısı olan ət-Təbərinin məzhəbi Şafii məzhəbindən çox da fərqlənmirdi və bir çox mühüm cəhətlər bu məzhəbdən götürülmüşdü. Gəncliyində Əhməd ibn Hənbəldən dərs almaq niyyəti ilə Bağdada səfər edən (lakin onun sağlığında tapa bilməyən) ət-Təbəri, sonradan dəfələrlə hənbəlilərlə qızğın polemikaya girmiş və onun ardıcılları hənbəli məzhəbinin enerjili müxalifləri olmuşdur. Təbəri ilə Hənbəlilər arasında düşmənçilik o qədər şiddətlənmişdir ki, 923-cü ildə Təbəri vəfat etdikdən sonra hənbəlilərin dəfni pozmaması üçün o, gecə gizli şəkildə dəfn edilmişdir. Cəriri məktəbi qadınların roluna liberal münasibətilə seçilirdi. Məsələn: Cəririlər qadınların hakim ola biləcəyini və kişilərə namaz qıldıra biləcəyini düşünürdülər. Cəriri məzhəbinin ciddi şəkildə qınadığı fiqhi üstünlük məsələsində də Hənəfi məzhəbi ilə ziddiyyətləri tapılmışdır.

cərir sözünün leksik mənası və izahı

Oxşar sözlər

#cərir nədir? #cərir sözünün mənası #cərir nə deməkdir? #cərir sözünün izahı #cərir sözünün yazılışı #cərir necə yazılır? #cərir sözünün düzgün yazılışı #cərir leksik mənası #cərir sözünün sinonimi #cərir sözünün yaxın mənalı sözlər #cərir sözünün əks mənası #cərir sözünün etimologiyası #cərir sözünün orfoqrafiyası #cərir rusca #cərir inglisça #cərir fransızca #cərir sözünün istifadəsi #sözlük