cılız sözü azərbaycan dilində

cılız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cılız • 93.5867%
  • Cılız • 5.7007%
  • CILIZ • 0.7126%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.36 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••••••••• 5.12
2004 0.34
2005 ••• 1.35
2006 0.45
2007 •• 0.85
2008 •• 0.97
2009 ••• 1.12
2010 ••• 1.27
2011 •• 0.77
2012 0.43
2013 •••• 1.60
2014 •••• 1.89
2015 ••••••• 3.57
2016 •• 0.52
2018 •••• 1.95
2019 ••••• 2.36
2020 •••• 1.86

cılız sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Çox arıq, balaca, zəif, sısqa, cansız, ölüvay. Cılız uşaq. Cılız qız. – …Müstəntiq arıq, cılız çiyinlərini çəkəçəkə, təlaşla içəri girib əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı. M.Hüseyn. Bütün görkəminin cılız olmasına baxmayaraq, bu adamın mis kimi cingildəyən çox möhkəm səsi… vardı. Ə.Əbülhəsən. [Elxanın oğlunun] yanında balacaboy, cılız müşavirdən başqa on atlı da vardı. P.Makulu. 2. məc. İnkişaf etməmiş, boy atmamış, zəif. Cılız pambıq kolları. – …Təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız qol-qanadlı, küskün budaqlı iki-uç söyüd ağacı yaratmışdı. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / cılız

cılız sözünün sinonimləri (yaxın mənalı sözlər)

cılız sözünün antonimləri (əks mənalı sözlər)

cılız sözünün rus dilinə tərcüməsi

  • 1 тощий, слабый, чахлый, щуплый, хилый, исхудалый, изможденный

    Azərbaycanca-rusca lüğət / cılız
  • 2 1 прил. 1. тощий: 1) худой, слабый, хилый. Cılız uşaq худой (хилый) ребенок, cılız sifət худое (тощее) лицо, cılız bədən худое (хилое) тело 2) чахлый, редкий, слабый. Cılız cücərtilər чахлые всходы, cılız yarpaqlar чахлые листья, cılız torpaq тощая почва, cılız bitki aləmi тощая (чахлая) растительность 3) только в полной форме: с малым, недостаточным содержанием чего-л.; скудный, бедный чем-л. Cılız qatışıq тощая смесь, cılız filiz бедная руда 2. низкорослый. Cılız pambıq kolları низкорослые хлопчатники 3. ломкий: 1) легко ломающийся; корявый. Cılız budaqlar ломкие (корявые) сучья 2) меняющийся. Cılız səs ломкий голос, зоол. cılız koramal ломкая веретеница 4. перен. слабый, мелкий. Cılız əsər слабое произведение 5. ограниченный, неглубокий, духовно бедный, мелкий. Cılız fikirlər (düşüncələr) неглубокие мысли, cılız ideya неглубокая идея, cılız mənəvi aləm бедный (ограниченный) духовный мир, cılız qəlb (ürək) мелкая душа 2 разг. I част. ещё, более II нареч. особенно (прежде всего, более всего, в особенности). Komandada hamı yaxşı oynayırdı, cılız da gənclər в команде все играли хорошо, особенно молодежь

    Azərbaycanca-rusca lüğət / cılız

cılız sözünün inglis dilinə tərcüməsi

  • 1 s. emaciated, puny, wasted; haggard; (bir dəri-bir sümük) scraggy, d.d. skinny; gaunt lean; weak, feeble, sickly, undersized; ~ bədən emaciated / meagre / gaunt frame; ~ uşaq weak / feeble child*; ~ oğlan skinny boy; ~ qarı a feeble / gaunt old woman* cılızlanmaq f. to get* / to grow* / to become* emaciated / thin, to lose* flesh, to become* weaker; to pine

    Azərbaycanca-ingiliscə lüğət / cılız

cılız sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. maigre, émacié, -e, décharné, -e, efflanqué, -e ; faible ; ~ bədən corps m maigre (və ya émacié) ; ~ uşaq enfant m faible ; ~ oğlan garçon m maigre ; ~ qarı une vieille émaciée

    Azərbaycanca-fransızca lüğət / cılız

cılız sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. гзаф яхун, зайиф, гъвечӀи, тифрикь, ччан алачир хьтин, кьийи-кьиян; cılız qız яхун руш; 2. пер. зайиф, шуькӀуь, бегьем экъечӀ тавунвай, буй таганвай (мес. ттар, штил).

    Azərbaycanca-ləzgicə lüğəti / cılız

cılız sözünün türk dilinə tərcüməsi

cılız sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, İsmayıllı, Kürdəmir, Qazax, Masallı, Ordubad, Tovuz) arıq. – Cılız adam quvvasız olar (Qazax); – Nə cılız uşağdı (İsmayıllı); – Sufayı uşaxdı, hayıf cıqqana cılızdı (Kürdəmir); – Ay qız, tay bu giyəvi: az tə:riflə, görmüşəm dayna, bir cılızın biridi (Ordubad) II (Əli Bayramlı) tək, yalqız. – Bu işi o cılız görmiyib III (Ağbaba, Ağdam, Balakən, Basarkeçər, Başkeçid, Bolnisi, Borçalı, Gədəbəy, Gəncə, Goranboy, Hamamlı, Qazax, Şamaxı, Şəki, Tovuz) bax ciliz. – Sən cılız ağ elədin (Ağbaba); – Vəli danışdıxca cılız hirslənirdi (Bolnisi); – Qaragöz, girdəsifət qız cılız qəşəy olur (Bolnisi); – Həlimə xalanın qızı cılız gözəldi (Gədəbəy); – Gögöyün meşədə cılız çox olur (Borçalı); – Cılız ye:n gedirsən, çatmaq olmor saηa (Hamamlı); – Xa:vər cılız bərk gülürdü (Tovuz); – Sən də cılız həddiηi aşma (Goranboy); – Bi ət göndəribdi bizə cılız yağdı (Şəki) IV (Balakən, Gəncə, Tovuz) xüsusilə, ələlxüsus. – Qolxoççular yaz işlərinə başladı, cılız da havaların yaxşı keçməsi bu işçün şərait yaratdı (Balakən); – Cılız təzə öyə keşməx’ləri olara çox köməy elədi (Gəncə); – Bizim yerlər çox gözəldi, cılız dağ tərəflər (Tovuz); – Bular uzunçudu, cılız da kı bizim bu İlyas (Tovuz)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"cılız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cılız nədir? #cılız sözünün mənası #cılız nə deməkdir? #cılız sözünün izahı #cılız sözünün yazılışı #cılız necə yazılır? #cılız sözünün düzgün yazılışı #cılız leksik mənası #cılız sözünün sinonimi #cılız sözünün yaxın mənalı sözlər #cılız sözünün əks mənası #cılız sözünün etimologiyası #cılız sözünün orfoqrafiyası #cılız rusca #cılız inglisça #cılız fransızca #cılız sözünün istifadəsi #sözlük