Cilov sözü azərbaycan dilində

Cilov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Cilov • 59.0909%
  • cilov • 40.9091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cilovdar
Cilovdar-Orta çağdan xanlıq dövrünədək sarayda şah və ailəsinə qulluq edən məmur. Cilovdarlar əyan-əşrəfin atının cilovundan yapışıb, minməyə kömək edirdilər. Xanımları isə getdikləri yerə qədər müşayiət edirdilər. I Şah Abbas Səfəvinin Şahqulu ağa Çəmişgəzəkli adlı cilovdarı vardı. Sivil qaydada isə toy alayının önündə at belində gedən gəlin qızı ər evinə aparan atı cilovundan tutub onun başını çəkərək aramla addımlayan şəxsə verilən ad. Qızı ər evinə yola salan "qız evi adamları" arasında yengədən sonra yer tutan bu şəxs qızın doğma dayısı, kiçik qardaşı, yaxud oğlan sağdışı olardı. O, gəlin qıza at üstə və ya miniyə qalxıb-düşməkdə kömək edər, onu bəy qapısına çatdırıb oğlan adamlarına tapşırdıqdan sonra geriyə, qızın dədəsi evinə qayıdardı. Onun "cilovkəş / cilavdar" (Naxçıvan) deyiliş şəkilləri və "inandar", "rikabdar" adları da vardı.
Cilovdar (Miyanə)
Cilovdar (fars. جلودار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Kağızkonan bölgəsinin eyniadlı kəndistanında, Xalxal-Miyanə avtomobil yolunun 4 kilometrliyindədir.
Cilovdarlı
Cilovdarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Cilovdarlı kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Xatınlı kənd inzibati-ərazi vahidinin Çilovdarlı kəndi Qədirli kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Etnotoponimdir. Cilovdarlılar vaxtilə şahsevənlər hərbi ittifaqına daxil olmuş, I Şah Abbasın hakimiyyəti illərində (XVII əsrin əvvəlləri) Gəncəbasara gəlmişlər. Cilovdarlıq səfəvilər dövründə xususi vəzifə olmuş və bu vəzifənin icrası ayrılıqda bir tayfaya tapşırılmışdır. Mənbələrdə cilovdarlar oğuzların bəydili tayfasının bir qolu kimi qeyd olunur. Cilovdar "cilov tutan, cilov verən", "ordunun on hissəsində gedən" deməkdir. Füzuli rayonundakı Qazaxlar kəndinin məhəllələrindən biri də Cilovdarlı adlanır. Bir başqa mənbədə isə Cilovdar "öndə gedən", "karvanbaşı" deməkdir.
Cilovluq
Azərbaycan türklərinin Cilovluq faciəsi 1918-ci ilin qanlı mart günlərində Urmu, Xoy və Salmasda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirilib. == Quzeydə mart faciəsi == Tarix boyu istər Quzey Azərbaycan, istərsə də Güney Azərbaycan türklərinə qarşı yadelli işğalçılar və qonşu xalqlar tərəfindən daim amansız qırğınlar törədilib. Azərbaycan türklərini faciəsi Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ikiyə bölünməsindən, bir az da keçmişə qayıtdıqda Çaldıran döyüşündən başlanır. Çaldıran döyüşündə zəmanənin iki superdövləti: Azərbaycan Səfəvilər dövləti ilə Osmanlı imperiyası qarşı-qarşıya gəldi və bu qanlı döyüşdən sonra Qızılbaş dövlətində Azərbaycan türklərinin mövqeyi zəiflədi. Şah İsmayıl Xətainin qurduğu böyük və bütöv Azərbaycan dövlətinin əsasları sarsılmağa, bütövlüyü pozulmağa başladı. Bunun məntiqi nəticəsi özünü Gülüstan və Türkmənçay müqavilələrində göstərdi. Azərbaycan Rusiya və Qacar dövləti (o vaxt paytaxtı Tehran olan dövlət hələ İran adlanmırdı – red) tərəfindən iki yerə parçalandı. Və Azərbaycan türklərinin faciələri başlandı. Tülkü kimi marıqda dayanmış azsaylı millətlər millətimizi zəif və parçalanmış görüb böyük müttəfiqlərinə arxalanaraq üstümüzə ayaq açmağa başladılar. Vətənin Quzeyində yaşayan Azərbaycan türkləri rus-erməni fitnəkarlığına, vəhşiliklərinə hədəf oldu, Güney türkləri isə fars-kürd-assur birləşmələrinin basqılarına məruz qaldı.
Cilovxanlı
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Cilovxanlı (Zərdab)
Cilovxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası == Şirvan düzündə yerləşir. == Tarixi == Clovxan variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsi muğanlı tayfasının cilovxanlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir.
Cilovxanlı məscidi
Cilovxanlı məscidi — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri qəsəbəsində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid qəsəbənin ən böyük məhəllələlərindən olan Cilovxanlı məhəlləsində inşa edilmişdir. Məhz bu məhəllənin adına görə də belə adlanır. == Tarixi == Məscidin ətrafında tapılan orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları və yerli xalqın fikirləri göstərir ki, məscidin əsası XV əsrdə qoyulmuşdur. == Memarlığı == Daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınlar üçün ikinci mərtəbə düzəldilmişdir. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanmışdır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir. Bərpa zamanı məscid daşdan inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir.1988-ci ildə məsciddə bərpa işləri aparılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 ••••••••••• 0.39
2007 •••••••••••••••••• 0.63
2008 •••••••••••••••••••• 0.73
2009 •••••••••••••• 0.48
2011 ••••• 0.17
2012 ••• 0.09
2013 •••• 0.15
2014 ••••• 0.17
2015 ••••• 0.17
2017 •••••••••••••• 0.49
2019 •••••••• 0.28

cilov sözünün leksik mənası və izahı

  • 1 is. Qoşqu ləvazimatının, ağızlığa (kəmə) bənd edilmiş uzun hissəsi; qayışdan (ya ipdən) ibarət olan və qoşulmuş atı idarə etməyə xidmət edən hissəsi. Atın cilovundan yapışmaq. – [Yusif Sərrac] oturub, əlindəki cilovu tikib, tamam edirdi, çünki müştəri tapşırmışdı ki, gərək o gün hazır ola. M.F.Axundzadə. Usta əlindəki cilovu tikib hazırlamağa çalışır(dı). A.Şaiq. Kəndli. atın cilovundan tutdu. M.Hüseyn. // məc. İtaətdə, əldə saxlamaq, əl-qol açmağa qoymamaq üçün vasitə, qüvvə. [Kürd Musa:] Şaliko, Şaliko! Qüvvət bizdədir; Dünyanın cilovu əlimizdədir. S.Vurğun. ◊ Başına cilov keçmək – məc. evlənmək, başı bağlanmaq. [Nənəxanım:] [Şaqqulunun] başına cilov keçəndən sonra mən də rahat olaram, daha kişinin kötəyini yemərəm. Çəmənzəminli. (Əlindən) cilov gəmirmək – birinin əlindən çox bərk hirslənmək, ona qarşı kin bəsləmək, onu cəzalandırmaq üçün fürsət aramaq. [Göyüş:] [Salmanın] fermaya getməyindən xəbər tutan Veysəl də Əhməd kimi cilov gəmirirdi. Ə.Abbasquliyev. Cilovda saxlamaq – tabeliyində, əlində saxlamaq. Cilovu əlində olmaq – tamamilə asılı olmaq, itaətində olmaq. [Qədir:] Bizim fağır-füqəranın cilovu həmişə sizin əlinizdə olub. Mir Cəlal. Cilovundan tutub geri çəkmək – bax cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq). Birinci qadın bir az susduqdan sonra fikirli halda dedi: – İndi möhkəm bir əl lazımdır ki, [Rəşidin] cilovundan tutub geri çəksin. Ə.Məmmədxanlı. Cilovunu (əldən) buraxmaq (vermək) – birinə tam sərbəstlik vermək, başlı-başına buraxmaq. Cilovunu əlində saxlamaq – bax cilovda saxlamaq. [Sürəyya:] Amma, qızım, Zakirin cilovunu əlində möhkəm saxla ha! H.Seyidbəyli. Cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) – bax ipini çəkmək (“ip”də). [Gülməmməd:] Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Ə.Haqverdiyev. [Rüstəm Qaraşa:] Nə [Mayanın] dədəsi məlumdur, nə nənəsi! Vaxt ikən cilovunu bərk yığışdır, sonra gec olar! M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / cilov

cilov sözünün etimologiyası

  • 1 Farsca celou kimi işlədilir.Bir mənası “ön”, “qabaq” deməkdir. “Qantarğa” an­lamında da işlədilir.Cilovdar sözü də buradandır.Cilovdar “avanqard” kimi başa düşülür. Bizdə məna dəyişib “qantarğa” anlamına uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / cilov

cilov sözünün sinonimləri (yaxın mənalı sözlər)

cilov sözünün rus dilinə tərcüməsi

  • 1 узда, поводья, вожжа

    Azərbaycanca-rusca lüğət / cilov
  • 2 I сущ. 1. повод; мн. ч. поводья (ремень, прикрепленный к удилам и служащий для управления лошадью). Atın cilovundan tutmaq держать лошадь за поводья 2. вожжи (ремень для управления лошадью в упряжи). Cilovu çəkmək натягивать, натянуть вожжи, cilovu yelləmək взмахивать вожжами 3. узда: 1) часть сбруи, надеваемая на голову лошади и других упряжных животных для управления ими 2) перен. то, что является сдерживающей, обуздывающей силой II прил. уздечный (относящийся к уздечке). Cilov ağızlığı уздечные удила ◊ cilovdan azad olmaq разнуздываться, разнуздаться; cilovdan azad edilmək разнуздываться, быть разнузданным; başına cilov keçirmək: 1. обуздать; 2. подчинять, подчинить своей воле, укротить; əlindən cilov gəmirmək kimin иметь зуб, точить зубы на кого; питать злобу; cilovda saxlamaq kimi держать в узде, на вожжах кого; cilovuna döymək удерживать, не давать переходить границу, предел; cilovu əlində olmaq kimin быть на поводу у кого, в полной зависимости от кого; cilovundan bərk-bərk yapışmaq kimin водить на поводу кого; cilovundan tutub geri çəkmək см. cilovunu yığışdırmaq (yığmaq, çəkmək); cilovunu yığmaq (yığışdırmaq, çəkmək): 1. вести за повод; подбирать, натягивать поводья (вожжи) кого, найти управу на кого 2. обуздать, осадить, не дать говорить; cilovunu başqalarının əlinə vermək быть на поводу у кого-л.; позволить другому управлять; cilovunu buraxmaq (əldən vermək) kimin отпускать, отпустить поводья, давать вожжи; cilovunu dartmaq прибрать вожжи к рукам; cilovunu əlində saxlamaq (əlinə almaq) держать в узде кого, держать вожжи в руках; cilovunu çəkib əlində saxlamaq держать в ежовых рукавицах (держать в строгом повиновении кого-л., очень строго обходиться с кем-л.); cilovunu buraxmaq kimin опускать, опустить выпускать, выпустить вожжи

    Azərbaycanca-rusca lüğət / cilov

cilov sözünün inglis dilinə tərcüməsi

  • 1 i. (müst. və məc.) bridle, curb; (atın və s.) rein(s), bridle; ~ vurmaq / salmaq to curb; ~un əlində saxlamaq (itaətdə saxlamaq) to keep* in check (d.), to hold* in leash (d.), to restrain (d.); atın ~unu buraxmaq to uncurb a horse, to give* a horse the rein / reins / bridle; ~ vurmaq to halter; ~unu boşaltmaq məc. to slacken the reins; ~ gəmirmək məc. to take* the bit between one’s teeth; ~unu çəkmək / yığmaq to bridle (d.); to halter (d.); birisinin ~unu çəkmək to put* a bridle on smb., to halt smb.

    Azərbaycanca-ingiliscə lüğət / cilov

cilov sözünün fransız dilinə tərcüməsi

  • 1 is. bride f, rêne f ; guides fpl ; ~ unu əlində saxlamaq mettre un frein à qn, tenir qn en bride ; atın ~un boşaltmaq lâcher les rênes (və ya la bride) à son cheval ; ~unu boşaltmaq məc. lâcher les rênes ; ~ gəmirmək ronger son frein ; ~unu çəkmək brider vt, refréner vt ; birisinin ~unu çəkmək serrer les brides à qn, brider qn

    Azərbaycanca-fransızca lüğət / cilov

cilov sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. кьенер, жилав; // пер. итӀаатдик хуьн, гъил-кӀвач ахъайиз тагун патал алат; ** başına cilov keçmək пер. кьилел кьенер акьалж хьун, гъил-кӀвач кутӀун хьун, мехъерун (эвленмиш хьун); (əlindən) cilov gəmirmək (гъиляй) кьенерар жакьун, садакай гзаф хъел акатун, рикӀе кин хуьн, адаз жаза гун патал фирсет жагъурун; cilovda saxlamaq кьенерар кӀевиз кьун, залпандда хуьн, табийвилик хуьн, гъиле хуьн; cilovu əlində olmaq кьенер гъиле хьун, тамам аслу хьун, итӀаатдик хьун; cilovundan tutub geri çəkmək кил. cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq); cilovunu (əldən) buraxmaq (vermək) залпанд (кьенер) гъиляй ахъаюн, кьенер гъуьргъуь авун (бушарун), вичиз кӀанивал (кьилди-кьилихъ) ахъаюн; cilovunu əlində saxlamaq кил. cilovda saxlamaq; cilovunu yığışdırmaq (yığmaq, çəkmək, dartmaq) кьенер ялун (кӀватӀун, чӀугун) кил. ip (ipini çəkmək).

    Azərbaycanca-ləzgicə lüğəti / cilov

cilov sözünün türk dilinə tərcüməsi

cilov sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Qoşqu ləvazimatının atı idarə etmək üçün ağızlığa (kəmə) bənd edilmiş qayışdan ibarət uzun hissəsi. (“Koroğlu” dastanının lüğəti) Koroğlu Qıratı mindi. Dayın cilovunu Qıratın üzəngisinə bağlayıb yola düşdü. (Paris nüsxəsi, 5-ci məclis) * Dəlilər içinə bir vəlvələ düşdü ki, hamısı başladı cilov gəmirməyə. Dəli Həsən hay vurdu Dəli Mehtərə. (“Koroğlu ilə Bolu bəy”)

Azərbaycan dastanlarının leksikası

"cilov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cilov nədir? #cilov sözünün mənası #cilov nə deməkdir? #cilov sözünün izahı #cilov sözünün yazılışı #cilov necə yazılır? #cilov sözünün düzgün yazılışı #cilov leksik mənası #cilov sözünün sinonimi #cilov sözünün yaxın mənalı sözlər #cilov sözünün əks mənası #cilov sözünün etimologiyası #cilov sözünün orfoqrafiyası #cilov rusca #cilov inglisça #cilov fransızca #cilov sözünün istifadəsi #sözlük