* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] köhn. 1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. [Məşədi Cabbar:] Əgər mümkün olur isə; mənim üçün Hacı Rəhimdən min manat al, iki dükanım var, yanında girov olsun. M.F.Axundzadə. [Xudayar bəy Kərbəlayı Cəfərə:] …Sən bir elə adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq şey girov qoyum… C.Məmmədquluzadə. 2. Bir dövlət və ya təşkilatın öhdəsinə götürmüş olduğu iltizam və ya tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə zorla tutulub saxlanılan adamı. [Qara Məlik] o tərəf-bu tərəfdə Nüsrəddinin adamlarını tutub girov saxlamağa başladı. M.S.Ordubadi. Bayındır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / girov2 f. 1) borc alarkən müqabilində onun qaytarılacağı vaxta qədər müvəqqəti saxlamaq üçün verilən qiymətli əşya; 2) terrorçuların öz tələblərinə nail olmaq üçün müvəqqəti əsir götürdükləri adam.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / girov3 Daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılması
Terminlər lüğəti / girov1 Farsca “götürmək” mənasını verən qereftən feili ilə bağlıdır, qrammatik əsası qirdir. Bizdə tutuq sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / girov1 1. GİROV [Xudayar bəy:] Sən elə bir adam tap ki, mənə yeddi manat versin, mən onun yanında on yeddi manatlıq girov qoyum (C.Məmmədquluzadə); RƏHN (köhn.) Hacı Vəli: Evində iki otaq dolusu rəhn qoyulmuş şeyləri var idi (Çəmənzəminli); ZALOQ Kərbəlayı Cəfər: İndi hər kəsə gedim deyim mənə bir yeddi manat lazımdır, deyəcəklər gətir yanımda on yeddi manatlıq bir şey zaloq qoy (C.Məmmədquluzadə). 2. GİROV (saxlanılan adam) Bayandır xan [çapqınçıları] girov saxlamış, qıpçaqların əlini-qolunu bağlamışdı (M.Rzaquluzadə); RƏHN (köhn.), ZALOQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / girov2 I сущ. 1. залог (вещь, оставляемая кем-л. у выдавшего под неё ссуду), юрид. Girov hüququ право залога, girovla borc vermək заём под залог, əmlak girovu имущественный залог, girov qoymaq nəyi отдать в залог, закладывать, заложить что. Qızıl saatını girov qoymaq заложить золотые часы 2. заложник. Girov götürmək kimi взять в заложники кого, girovların dəyişdirilməsi обмен заложниками II прил. залоговый, юрид. Girov qəbzi залоговая квитанция, girov hüququ залоговое право, girov müqaviləsi залоговый договор; girovu geri алан, girovu çıxaran выкупщик; girovu geri almaq, girovdan çıxartmaq выкупать, выкупить (заложенное имущество); girov qoyma (qoyulma) закладка, закладывание; girov qəbul edən экон. залогоприниматель
Azərbaycanca-rusca lüğət / girov1 i. 1. guarantee, deposit; (pul) security; caution (money); ~ qoymaq to leave* as deposit; 2. (adam) hostage; ~ saxlamaq to take* hostage (d.)
Azərbaycanca-ingiliscə lüğət / girov1 is. engagement m, gage m, otage m, hypothèque m, antichrèse f ; ~ qoymaq mettre en gage ; hypothéquer vt ; ~ saxlamaq retenir comme otage
Azərbaycanca-fransızca lüğət / girov