qırov sözü azərbaycan dilində

qırov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırov • 83.3333%
  • Qırov • 13.3333%
  • QIROV • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Qırov əmələ gəlməsi

qırov sözünün leksik mənası və izahı

  • 1 is. Payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində qonan qar kütləsi, şehin donmuş zərrələri. Əgər qışda hava çox soyumuş olsa, şəbnəm dönüb buz olur, yerə düşür ki, ona qırov deyirlər. H.Zərdabi. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər. S.Vurğun. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qırov
  • 2 is. İnsan və heyvanın gözündə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı.

    Azərbaycan dilinin izahlı lüğəti / qırov
  • 3 ру иней en white frost de Reif fr givre es escarcha it brina

    Günəş energetikası terminləri lüğəti / qırov

qırov sözünün etimologiyası

  • 1 Mənbələrdə qarlayu (qara oxşayan) formasında yazılıb. –layu şəkilçisinin –ov şəkilçisinə keçməsi isə təbiidir: oxlayu –oxlov, biləklayu-bülov və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qırov

qırov sözünün sinonimləri (yaxın mənalı sözlər)

qırov sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QIROV I is. coğr. Yerə, yarpaqlar və s. üzərinə düşən buz kristalları, şehin donmuş zərrələri. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər (S.Vurğun). QIROV II is. Gözdə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı.

    Azərbaycan dilinin omonimlər lüğəti / qırov

qırov sözünün rus dilinə tərcüməsi

qırov sözünün inglis dilinə tərcüməsi

qırov sözünün fransız dilinə tərcüməsi

qırov sözünün ləzgi dilinə tərcüməsi

"qırov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırov nədir? #qırov sözünün mənası #qırov nə deməkdir? #qırov sözünün izahı #qırov sözünün yazılışı #qırov necə yazılır? #qırov sözünün düzgün yazılışı #qırov leksik mənası #qırov sözünün sinonimi #qırov sözünün yaxın mənalı sözlər #qırov sözünün əks mənası #qırov sözünün etimologiyası #qırov sözünün orfoqrafiyası #qırov rusca #qırov inglisça #qırov fransızca #qırov sözünün istifadəsi #sözlük