* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. zool. Balaca quşları ovlayan iti və uzun caynaqlı, qısa qarmaq dimdikli yırtıcı quş. Qırğı yuvası. – Sərçəni bir qırğı edərkən şikar; Bir tələyə oldu qəzadan düçar. A.Səhhət. Bir azdan sonra qırğı göründü. Çil xoruz qışqırıq saldı. Qırğı dayanmayıb keçdi. S.S.Axundov. □ Qırğı kimi – 1) çox qıvraq, əl-ayaqdan iti və zirək. [Əlyarov:] Nənə!… Lap qırğı kimisən! Oğuldan, uşaqdan nəyin var? M.Hüseyn; 2) çox cəld, çox iti, tez, əlüstü, bir anda. Qırğı kimi başının üstünü almaq. – Fatma qırğı kimi özünü təndirə toxuyur, kəhrəba kimi sarı çörəkləri əlində çıxarıb, … süfrənin üstünə atır. Mir Cəlal. Sərvnaz Poladın eyhamını eşidincə, belini düzəltdi. Qırğı kimi şığıyıb, özünü traktora çatdırdı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / qırğı2 Yırtıcı quş. (“Koroğlu” dastanının lüğəti) Ərəb Reyhanın adamları qırğı görmüş cücə kimi qaçıb dağıldılar. (“Eyvazın Çənlibelə gətirilməyi”)
Azərbaycan dastanlarının leksikası / qırğı2 I сущ. ястреб II прил. ястребиный. Qırğı ovu ястребиная охота; qırğı dimdiyi ястребиный клюв ◊ qırğını qarğaya dəyişmək променять ястреба на ворону; qırğı kimi görünmək выглядеть или показаться молодцом; qırğı kimi быстрый, энергичный; qırğı kimi şığımaq соколом напасть на кого-л.
Azərbaycanca-rusca lüğət / qırğı1 I. i. zool. hawk; ~ kimi cəld quick as a hawk II. s. hawk’s, hawk; ~ yuvası hawk’s nest
Azərbaycanca-ingiliscə lüğət / qırğı1 is. zool. vautour m, épervier m ; ~ kimi cəld rapide comme l’éclair
Azərbaycanca-fransızca lüğət / qırğı1 сущ. зоол. чинеруг, къиргъи (гъвечӀи нуькӀвер кьадай вагьши къуш); // чинеругдин (мес. муг); // qırğı kimi а) чинеруг хьтин, гзаф цицӀи, гзаф къеврягь, кӀвачера звар авай; б) чинеругди хьиз, тадиз, садлагьана, са гьеленда, гьасятда, фад.
Azərbaycanca-ləzgicə lüğəti / qırğı