qırğını sözü azərbaycan dilində

qırğını

Yazılış

  • qırğını • 98.6291%
  • Qırğını • 1.2186%
  • QIRĞINI • 0.1523%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amritsar qırğını
Amritsar qırğını — İngiltərə müstəmləkəçilərinin terror siyasətinə qarşı 1919-cu il aprelin 13-də Amritsar şəhərindəki (Hindistan) mitinqin gülləbaran edilməsi. İngiltərə hakimiyyət orqanları 1918-ci ildən başlayıb getdikcə genişlənən (xüsusilə Pəncab əyalətində) milli azadlıq hərəkatının qarşısını almaq məqsədi ilə görkəmli ictimai xadimlərdən doktor Kitçlu ilə doktor Satyapalanı məhkəmənin qərarı olmadan Amritsardan sürgün etmişdilər. Bununla əlaqədar aprelin 13-də dini bayram günü Calianval-Baqh meydanında Amritsar, habelə yaxın şəhər və kənd sakinlərinin etiraz mitinqi keçirildi. General Dayerin komandanlığı ilə şəhərə çağırılan əsgərlər mitinqə toplaşan silahsız xalqı gülləbaran etdilər. Nəticədə mindən çox adam öldürüldü və yaralandı. Amritsar qırğını Pəncabda və bütün Hindistanda antiimperialist hərəkatın güclənməsinə səbəb oldu.
Eilabun qırğını
Eylabun qətliamı, 30 oktyabr 1948-ci ildə Hiram əməliyyatı zamanı İsrail ordusundakı Qolani briqadası qüvvələrinin Qalileydə xristianların çoxluq təşkil etdiyi Fələstinli Eilabun kəndindən 14 kişinin ölümü ilə nəticələnən qırğındır. Onlardan 12-si gülləbaran edilərək edam edildi, sonra qırğından sonra kəndlilər bir neçə aydan sonra Livana qayıtmağa icazə verilmədən kütləvi surətdə deportasiya edildi. Bu, sakinlərinin geri qayıtmasına icazə verilən bir neçə Fələstin kəndlərindən biridir. == qırğın hadisələri == Qolani Briqadası 30 oktyabr 1948-ci ildə Xilas Ordusunun bir diviziyasını məğlub edərək şimala çəkildikdən sonra Eilabun kəndini işğal etdi, burada kəndlilər kilsələrə toplaşdılar və ruhanilər təslim olduqlarını rəsmən elan etdilər. Lakin əsgərlər onları kilsələrdən çıxarıb kənd meydanında toplaşaraq onları atəşlə qorxutdular, nəticədə bir nəfər həlak oldu.Həmin vaxt diviziya komandiri daha 12 gənci seçərək edam etdi. güllələr vurdular, qalanlarını isə Livana sürgün etmək məqsədi ilə zorla qovdular.Deportasiya zamanı daha bir nəfər öldürüldü. Noyabrın 2-də İsrail əsgərləri Əl-Batuf düzənliyindəki Eilabun torpağında növbəti qətliam törədiblər, orada əsgərlər həmin ərazidə yaşayan Əl-Məvasi qəbiləsindən olan 15 gənci apararaq edam ediblər. Saad Muhammad al-Dheeb adlı bir adam qırğından sağ çıxdı və qətliamın üstünü açıb. İsrail əl-Məvasi qəbiləsinin böyük əksəriyyətini Suriyaya sürgün etdi, o zamanlar Qaliley, Tiberiya və Safed bölgələrində üzvləri təxminən 2000 nəfərə çatan bir qəbilə. bir hissəsi isə Eylabun kəndində qaldı.
Hama qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Həma qırğını
Həma qırğını (ərəb. أحداث حَماه Əhdas Həma) – 2 fevral 1982-ci ildə Suriya ordusunun "Müsəlman qardaşlar" camaatı tərəfindən qaldırılan üsyanı yatırtmaq məqsədilə Həma şəhərini bombalaması nəticəsində müxtəlif ehtimallara görə 7 000–40 000 insanın, o cümlədən 1 000 hərbçinin öldüyü, qədim şəhərin böyük hissəsinin məhv edildiyi hərbi əməliyyat. Suriya hökuməti itkilər haqqında rəsmi açıqlama verməmişdir.
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi.SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi. Rusiya tərəfi qırğının qurbanlarının ölməsi səbəbindən istintaqı bağladı və hadisə Böyük təmizləmənin bir hissəsi olaraq qəbul edilmədiyi üçün öldürülənlərə bəraət verilməsi proseduru tətbiq olunmadı.2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması, qətliama əmr verdiyi üçün Stalin və digər dövlət xadimlərinin hadisə ilə bağlı günahkar olduğunu özündə əks etdirən bəyannaməni təsdiqlədi. == Zəmin == 1 sentyabr 1939-cu ildə Polşanın Nasist Almaniyası tərəfindən işğalına başlandı.
Lyuyşun qırğını
Lyuyşun qırğını (Çin dilində: 旅顺大屠杀) — Birinci Yaponiya-Çin müharibəsinin gedişində 1894-cü il noyabr aylarının sonlarında Yaponiya ordusu tərəfindən Çinin dinc əhalisinin kütləvi şəkildə məhv edilməsi. == Qırğın ərəfəsi == Birinci yapon ordusu Koreya yarımadasında ağır döyüşlərdən sonra Çin ərazisinə, Mancuriyaya daxil oldu. Fentyan əyalətinin mərkəzi hissəsində düşmənin əsas qüvvələrinə yaxınlaşan yapon komandanlığı həlledici döyüş üçün feldmarşal Oyama İvaonun başçılıq etdiyi 2-ci ordunun birinci əyalət diviziyasını (Tokioda komplektləşdirilmişdir, komandanı general-leytenant Yamaci Motoharu) və 6-cı əyalət ordusunun 12-ci briqadasını (Kumamotoda komplektləşdirilmişdir) ayırdı. Yalu çayının mənsəbində baş vermiş döyüşdən sonra dənizdə hökmranlığa nail olan Yaponiya donanması və 2-ci ordu 24 oktyabrda Lyaodun yarımadasına daxil olaraq dərhal cənuba doğru hərəkət etdi, 6 noyabrda Szinçjou şəhərini, 7 noyabrda liman şəhəri olan Dalyanı ələ keçirdi. 21 noyabr 1894-cü ildə yapon ordusu Lyuyşuna daxil oldu. == Kütləvi qırğın == Lyuyşuna soxulan Yaponiya ordusu ağır işgəncələrlə öldürülmüş əsir yapon əsgərlərinin cəsədlərini aşkar etdilər. Bu, yaponlara əsir əsgərlərə işgəncə verən və onları amansızlıqla öldürən Çin əsgərləri ilə vasitəçilik edən mülki əhaliyə divan tutmaq üçün bəhanə oldu. Bir neşə gün ərzində yaponlar 20 mindən çox adam öldürdülər , onların arasında əsirlər, qadınlar və uşaqlar da var idi. Yerli əhalidən 36 nəfəri sağ saxladılar və onlar yaponların əmri ilə bir aydan çox cəsədləri yandırılmaq üçün nəzərdə tutulan yerə daşımaqla məşğul oldular. == Nəticə == İkinci yapon ordusunda olan qərb qəzetlərinin müxbirlərinin məlumatları əsasında kütləvi qırğın haqqında məlumat dünya ictimaiyyətinə məlum olmuşdur.
Menemen qırğını
Menemen qırğını — 16–17 iyun arası 1919-cu ildə qərbi Türkiyədəki Menemen şəhərində yunanlar tərəfindən törədilmiş kütləvi qətl. Qırğın yunan qoşunlarının İzmir ətrafı şəhərlərin işğalından dərhal sonra baş vermişdir. Menemendə kütləvi formada insanların qətlini yerli yunanlarla birlikdə müttəfiq dövlətləri təmsil edən krit briqadasının dörd generalı başçılıq edirdi. 1919-cu ildə hazırlanmış oktyabr hesabatında şəhərdəki yerli silahsız etnik türklər arasında bir gün ərzində 200 nəfərdən 1.000 nəfərə qədər adam qətlə yetirilməsi qeyd edilir. Bu təxmini sayı həmçinin müttəfiq dövlətlər tərəfindən yaradılmış xüsusi komissiyada təsdiq etmişdir.Ancaq buna baxmayaraq elə həmin il komissiya bu qırğının zəncirvari reaksiya olması və təsadüfi, ehtiraslı müharibə hisslərinə görə olduğunu iddia etmişdir. Sonradan rəqəmlərin də yüksəldilməsini şişirtmə adlandırmışlar. Buna baxmayaraq tarixçi-alim Castin Makkarti İnter-müttəfiq komissiyanın iddialarını rədd edərək bildirmişdir ki, türklərə qarşı həyata keçirilmiş Menemen qırğını əvvəlcədən təşkil edilmiş və planlı şəkildə olmuşdur. Belə ki, şəhərdəki qırğının başlanmasından əvvəl yunanların yaşadıqları evlər ağ xaçlarla işarələnmiş və bir nəfər də olsun yunan nə yaralanmamış, nə qətlə yetirilmiş nə də əmlaklarına hər-hansı bir ziyan dəymişdir.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Piterlo qırğını
Piterlo qırğını və ya Piterlo müharibəsi — 16 avqust 1819-cu ildə İngiltərənin Mançester şəhərindəki Müqəddəs Piter meydanında toplaşan parlament islahatları tərəfdarı olan minlərlə şəxsə atlıların hücumu nəticəsində baş verən hadisələrə deyilir. 1815-ci ildə başa çatan Napoleon müharibələrindən sonra ordunun tərxis edilməsi səbəbindən İngiltərədə işsizlik artmağa başladı. Yoxsulluğun artmasına baxmayaraq qüvvəyə minən Qarğıdalı qanunları xüsusən də işçi sinfinin vəziyyətini daha da çıxılmaz hala saldı. 1819-cu ildə iqtisadi vəziyyətin pisləşməsi ilə yanaşı səsvermə haqqının təkcə mülkiyyətə sahib olanlara verilməsi siyasi radikallıq hərəkatlarını gücləndirdi. Mançesterdəki Yurdsevər Birlik adlı parlament islahatlarını müdafiə edən qrup məşhur radikal natiq olan Henri Hantı danışması üçün şəhərə dəvət etdi. Kütləvi şəkildə iştirakın olduğu və sayları 60000-80000 arasında dəyişən insanların etirazı başlayan kimi yerli idarəçilər təhlükəsizlik qüvvələrini hadisə yerinə çağırdı. Henri Hantı həbs etmək bəhanəsi ilə kütlənin içinə qılıncla hücum edən atlılar 15 nəfəri öldürdü və 400-700 arası etirazçı da yaralandı. Baş verən hadisələrə dörd il əvvəl Napoleon üzərində qazanılan Vaterlo döyüşünü xatırladacaq şəkildə Piterlo adı verildi. Piterlo qırğını dövrün ən önəmli ictimai hadisələrindən biri hesab olunur. Hadisədən sonra etirazçıların islahat tələbləri yerinə yetirilmədi, əksinə olaraq islahat tələb edənlərə qarşı təzyiqlər artırıldı.
Quqark qırğını
Quqark faciəsi, həmçinin Quqark qırğını, Quqark qətliamı və ya Quqark poqromu — o dövrdə Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olan Ermənistan Sovet Sosialist Respublikasının (Ermənistan SSR) Quqark rayonu (indiki Loru mərzinin bir hissəsi) ərazisində yaşayan etnik azərbaycanlı sakinlərinə qarşı törədilmiş poqrom aktı. Rəsmi erməni mənbələrinə görə, bu dövrdə ərazidə yaşayan yerli ermənilərin və Azərbaycandan qaçqın düşən etnik ermənilər Ermənistan azərbaycanlılarını ələ salmış, onları öldürmüş və evlərini qarət etmişdir. Poqrom zamanı ən azı 18, ən çox isə 187 nəfər öldürülmüşdür. 1988-ci ilin martında Quqark rayonunda başlayan poqrom, Sumqayıt hadisələrindən sonra baş tutmuşdur. Bölgədəki azərbaycanlılar oradan qaçana qədər təqibə məruz qalmışdır. Poqrom daha sonra müharibəyə çevriləcək Dağlıq Qarabağ münaqişəsi kontekstində baş verən etnik zorakılıq aktlarından biri idi. == Zəmin == Etnik azərbaycanlı sakinləri tərəfindən Böyük Qarakilsə adlandırılan Quqark rayonu o vaxt SSRİ respublikalarından olan Ermənistan SSR-in rayonlarından biri idi. Bu ərazidə etnik azərbaycanlılar kompakt şəkildə yaşayırdı. SSRİ-nin dağılmasından sonra rayon müstəqil Ermənistan Respublikasının bir hissəsi olmuş, lakin inzibati ərazi vahidi daha sonra ləğv edilmiş və Loru mərzi ilə əvəz edilmişdir.Kirovabad (indiki Gəncə) şəhərindən baş verən poqromdan sonra erməni qaçqınlar Gürcüstan üzərindən Quqarka köçmüşdür. Bu zaman Ermənistanda etnik ermənilərlə azərbaycanlılar arasında gərginlik yüksəlmişdir, çünki hər iki tərəf qarşı tərəfin hücumundan qorxurdu.
Quşqonar qırğını
Quşqonar qırğını (türk. Kuşkonar katliamı, kürd. Komkujiya Kuşkonar) və ya Quşqonar və Qoçağılı qırğını (türk. Kuşkonar ve Koçağılı katliamı) — Türkiyə Silahlı Qüvvələrinin 26 mart 1994-cü il tarixində Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərini məhv etməsi, Türkiyə vətəndaşı olan 38 kürd kəndçinin öldürməsinə verilən ad.Türkiyə məhkəməsi hadisəni PKK qüvvələrinin törətdiyi iddiasını qəbul etmişdir, ancaq bu qərar məhkəməyə müraciət edən zərərçəkənlərin ailələrini qane etməmişdi. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdilər və təhqiqlər onu aşkar etdi ki, Türkiyə hökumətinin iddialarına baxmayaraq, ərazidə silahlı atışma gerçəkləşməmişdir. Türkiyə kürd əsilli mülki vətəndaşları öldürdüyünə görə qınanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Türkiyə hökumətinə əmr vermişdir ki, zərərçəkənlərin ailələrinə 2.300.000 avro ödəsin. == Hadisə == Hadisə 26 mart 1994-cü ildə, səhər vaxtlarında, Türkiyənin Şırnak ilinin Quşqonar və Qoçağılı kəndlərində gerçəkləşmişdir. Bu zaman kəndin kişi sakinlərinin əksəriyyəti kəndin kənarında yerləşən tarlalarda işləyirdi. Kəndçilər saat 10:30 və 11:00 radələrində təyyarələrin yaxınlarda uçduğunu eşidirlər.
Suxumi qırğını
Suxumi döyüşü və ya Suxumi qırğını — 16—27 sentyabr 1993-cü il ərazində baş vermiş döyüş. Döyüşün nəticəsi olaraq Suxuminin nəzarəti gürcülərdən abxazlara keçmişdir. == Hadislərin gedişi == Rusiyanın vasitəçiliyi ilə 27 iyulun 27-də Soçidə daha bir atəşkəs razılaşması əldə edildi. Bu atəşkəs Abxaziya separatçıları müqaviləni pozduqları günə yəni, (Gürcüstanın müqavilənin şərtlərinə əməl etməməsini bəhanə gətirərək) Suxumiyə doğru genişmiqyaslı hücuma başladığı 16 sentyabr tarixinədək davam etdi. Hücum zamanı Rusiyaya məxsus MiQ-29 təyyarələri Suxumi və gürcü kəndləri daxil Qumista çayı boyunca yerləşən gürcü yaşayış məskənlərinə vakum bombaları yağdırdı. Rusiyalı jurnalist Dmitri Xolodov Suxuminin işğalından əvvəl şəhərdə idi. O, şəhərin dəfələrlə Rusiya qüvvələri tərəfindən ağır silahlarla atəşə tutulduğunu və bunun mülki itkilərə səbəb olduğunu bildirmişdi.Rusiyanın iştirakı ilə atəşkəs və Gürcüstan-Abxaziya münaqişəsinin tənzimlənməsi haqqında prinsiplər imzalanmışdır. Razılaşmaya əsasən Gürcüstan tərəfi ağır artilleriyanı, tankları və canlı hərbi qüvvənin böyük hissəsini Suxumidən çıxarmağa başladı. Abxaz separatçıları müttəfiqləri ilə şəhərə hücum və ağır bombardmanın təşkili haqqında razılaşma əldə etmişdi. Öz növbəsində Gürcüstan tərəfi Rusiyaya bəyan etdi ki, əgər gürcülər Suxumidən ordu çıxarılmasını tamamilə başa çatdırsalar, bu zaman şəhərə hücum edilə və ya bombardman təşkil oluna bilməz.
Villarbasse qırğını
Villarbasse qırğını — İtaliyada sonuncu edam cəzasının tətbiq olunduğu hadisə. 20 noyabr 1945-ci il tarixli Villarbasse qırğını müharibədən sonrakı dövrün ən qəddar cinayət hadisələrindən biri olmuşdur və eyni zamanda, İtaliya cinayət hüququ tarixində simvolik bir hadisə kimi, İtaliyada ölüm cəzasının tətbiqi ilə cəzalandırılan sonuncu cinayət kimi tarixə keçmişdir. Belə ki, ölkədə sonuncu edam cəzası 4 mart 1947-ci ildə Turində baş tutmuşdur. Hadisə 1945-ci ilin payızında Villarbasse kəndində bir oğurluq zamanı törədilmişdir. On nəfər çubuqla qətlə yetirilmiş və diri-diri quyuya atılmışdır. Qətliamı hazırlayanlar dörd nəfər Siciliyalı idi. Onlardan biri tutulmazdan əvvəl Siciliyada cinayətkarlar öz aralarında əldə etdikləri əmlakı sayarkən qətlə yetirilmişdir.Cinayətkarlar Villarbasse yaxınlığında tüfənglə vurularaq öldürülmüşdür.
Vinnitsa qırğını
Vinnitsa qırğını (ukr. Вінницька трагедія) — 1937-1938-ci illərdə Böyük təmizləmə və ya Yejovşçina dövründə Sovet gizli polisi NKVD tərəfindən Ukraynanın Vinnitsa şəhərində 9000 ilə 11.000 nəfər arasında insanın kütləvi şəkildə edam edilməsi. Vinnitsadakı kütləvi məzarlar 1943-cü ildə Almaniyanın Ukraynanı işğalı zamanı aşkar edilmişdir. İlk dəfə beynəlxalq Katın Komissiyaı tərəfindən hadisə ilə bağlı aparılan araşdırma Katında Polşa hərbi əsirlərinin oxşar kütləvi qətl yerinin tapılması ilə üst-üstə düşdü. Almanlar Sovet İttifaqını nüfuzdan salmaq üçün kommunist terrorunun bu sübutundan istifadə etdikləri üçün Ukraynadakı NKVD tərəfindən törədilən çoxu qırğın arsında daha yaxşı araşdırılan yerlərdən birinə çevrildi. == Tarix == === Qırğın === Vinnitsada dəfn edilən qurbanların əksəriyyəti .22 kalibrli güllənin boynunun arxasına atılan atəş nəticəsində öldürülmüşdü. Güllə kiçik kalibrli olduğuna görə qurbanların əksəriyyəti iki dəfə, ən azı 78 nəfəri üç dəfə vurulmüşdu; Orada tapılan qurbanların 395-də silah zədələrinin izlərinə əlavə olaraq kəllə sümükləri də qırılmışdı. Qazıntılar nəticəsində kişilərin demək olar ki, hamısının əlləri bağlı şəkildə öldürüldüyü aşkarlanmışdı. Yaşlı qadınlar bir növ paltar geyinmişdilər, gənc qurbanlar isə çılpaq şəkildə basdırılmışdı.Edamlar gizli həyata keçirilirdi; ailələrə qohumlarının taleyi barədə məlumat verilmirdi. Şəxsi əşyalar, sənədlər və məhkəmə sənədləri saxlanılmamış və əvəzinə kütləvi məzarlığa uzaq olmayan ayrı bir çuxura basdırılmışdı.Daha sonraki araşdırmalardan sonra almanlar qırğın üçün Sovetlərin cavabdeh olduğunu təyin etdilər.
Volin qırğını
Volin qırğını və ya Volin və Şərqi Qalisiyada Polşa qırğınları (Pol: Rzeź wołyńska, Ukr: Volins'ka tragedіya) - İkinci Dünya Müharibəsi zamanı nasistlərlə əməkdaşlıq edən millətçi Ukrayna Üsyan Ordusunun etnik baxımdan polyak olan mülki əhaliyə qarşı olan soyqırımıdır. Volindəki qırğın daha çox polyak xalqına qarşı yönəlmiş olsa da, digər etnik qruplar da bu qətliamdan öz paylarını almışdırlar. 1939-cu ilin martında Polşanın nəzarəti altında olan torpaqlarda ilk dəfə faşistlərin başlatdığı qırğın, nasistlərin Ukraynaya soxulması ilə oradakı millətçi üsyançı ordu tərəfindən davam etdirilmişdir. Sovet İttifaqı tərəfindən azad edilmiş Polşanın 1943-cü ilin iyulunda əks hücuma keçməsi ilə qırğınlar başa çatdırılmışdır. Polşa hökuməti bu hadisələri soyqırım kimi qiymətləndirmişdir. == Hadisələrin inkişafı == Tarixçilər bildirirlər ki, bu hadisələrin mənşəyi XVI-XVIII əsrlər arasında polyaklarla ukraynalılar arasında baş verən münaqişələrə əsaslanır. Polşanın hakimiyyəti altında olan Qərbi Ukraynada sosial ədalətsizlik, kəndli üsyanları və bu üsyanlara qarşı repressiya siyasəti iki xalqın düşmənçiliyinin kifayət qədər qədim olduğunu göstərirdi. Aydın idi ki, ukraynalılara müstəqil dövlət qurmağa ilk növbədə polyaklar mane olurlar. Polşanın milli siyasətində muxtariyyət, hüquq və azadlıqların tanınması, torpaq islahatı kimi məsələlərdə müsbət irəliləyişlərə işarə edilməmişdir. Polşa hakimiyyəti altında olan torpaqlarda milli azlıqların etnik qruplarının ictimai həyatda fəal mövqe tutmasına mane olan millətçi münasibət idi.
Yalova Qırğını
Yalova qırğını aprel-may 1921-ci ildə Yunan və yerli yunanlar və ermənilər tərəfindən Yalova bölgəsində müsəlmanlara tətbiq olunan zülmü . Bölgədəki Müsəlman Türk kəndlərinin az qala hamısı yandırıldı , minlərlə insan öldürüldü və ya qaçqın vəziyyətinə düşdü. Hadisələr yunan Türk müharibə zamanı baş verib. == Araşdırma Heyəti == Hadisələr Qırmızı Xaç nümayəndələrinin də içində olduğu beynəlxalq bir heyət tərəfindən araşdırıldı. Heyət başçısı Moris Geriyə görə, təxminən 6,000 insan öldürüldü. Osmanlı qaynaqları isə daha geniş bir bölgəni içinə alaraq ümumi 9,100 ölüdən bəhs edir. Başqa mənbələrə görə yalnız Yalova ətrafında 5.500 müsəlman öldürüldü. Bir qaynağa görə Gemlik və Yalova qəzalarında 27 kənd yox edildi, Orhangazi qəsəbəsi qismən yandırıldı. Armutlu'da qadınlar sistematik bir formada təcavüz edildi. bir neçə min müsəlman qaçqın gəmilərlə İstanbula daşındı.
2014 Qəzza qırğını
Qoruyucu Sərhəd əməliyyatı — 8 iyul 2014-cü ildə İsrail ordusunun Qəzzəyə qarşı başladığı hücum əməliyyatıdır. İsrail ordu spikeri etdiyi şərhdə Qəzzədən İsrailin cənubuna atılan raketləri maneə törətmək məqsədiylə əməliyyat başladıldığını bildirib. == Səbəbi == İyunun 12-də Fələstinin Hebron şəhərində 3 israilli yeniyetmə itkin düşür. İsrailin baş naziri Benyamin Netanyahu əsassız olaraq faktla əlaqədar Fələstin rəhbərliyinin məsuliyyət daşıdığını bildirir. İordan çayının Qərb Sahilində yoxa çıxmış üç yəhudi yeniyetmənin axtarışını davam etdirən İsrail qoşunları ilə fələstinlilər arasında toqquşmalar baş verir, fələstinlilər arasında çoxlu sayda həbs olunanlar var. Axtarış səylərini intensivləşdirən İsrail hərbiyyəsi 150 fələstinlinin həbs olunduğunu bildirib. Ramallah məntəqəsi yaxınlığında baş vermiş toqquşmada 19 yaşlı fələstinli gənc həlak olub. Yəhudi yeniyetmələrin oğurlanmasında İsrail Həması təqsirləndirib, lakin Həmas təşkilatı bu ittihamları rədd edir. Cəsədləri bir neçə gün sonra İordan çayının Qərb Sahilində aşkar edilən yeniyetmələrin dəfn mərasimində on minlərlə insan iştirak edib. Gənclərin üçü də İsrailin Modiin şəhərində dəfn edilib.
Bağanis-Ayrım qırğını
Bağanis-Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. == Qətliam == 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanis Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Paris qırğını (1961)
Paris poqromu — 1961-ci ilin 17 oktyabr günü Parisdə Əlcəzair Azadlıq Mübarizəsi zamanında gerçəkləşən poqrom. Paris polis rəisi Moris Paponun təlimatıyla fransız polisi 30.000-ə yaxın əlcəzairli nümayişçiyə hücum etmişdir. 37 il ərzində poqromu inkar edən Fransa hökuməti 1998-ci ildə 40 nəfərin ölümünü qəbul etsə də, təxminlərə görə ölü sayı 200-dən çoxdur. 1999-cu ildə tarixçi Jan-Lyuk Eynadinin Paponu məhkəməyə verməsi və məhkəməni udması ilə poqrom isbat olunur. Polis arxivlərinə görə Papon nümayişlərin sakitləşdirilməsi üçün polislərdən "sərt" davranmaqlarını istədiyini və bunu etdikdən sonra onları "qoruyacağını" demişdir. Nümayişçilərin çoxu polis tərəfindən vurulub yaralandıqdan sonra körpüdən Sen çayına atılaraq, eləcə də Paris polis qərargahının həyətində, metro stansiyalarında və s. yerlərdə öldürülmüşdür. 2001-ci il oktyabrın 17-də poqromun 40-cı ildönümündə, poqrom gerçəkləşən yerlərdən biri olan Sent-Mişel körpüsündə həlak olanların xatirəsinə lövhə asılmışdır. == Mənbə == Swedenburg, Ted. "Islamic Hip-Hop versus Islamophobia" in Mitchell, Tony.
Rafah qırğını 2014
2014-cü il Rəfah qətliamı və ya Qara Cümə, İsrailin işğalçı ordusu tərəfindən 2014-cü il avqustun 1-də Qəzza zolağında İsrail müharibəsi zamanı, Fələstinin Rəfah şəhərinin şərqində, Əbu Əl-Rous bölgəsində həyata keçirilən qətliamdır. Qırğın nəticəsində 140-dan çox fələstinli, o cümlədən 75-ə yaxın uşaq öldürülmüş, 1000-dən çox adam isə yaralanmış və ərazidəki evlər dağıdılmışdır. == Hadisələrin ardıcıllığı == === 31 iyul 2014-cü il === Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Mun və ABŞ dövlət katibi Con Kerri Misirin vasitəçiliyi ilə Qəzza şəhərində yerli vaxtla səhər saat 8-də başlayan və 72 saat müddətinə uzadıla bilən qeyd-şərtsiz humanitar atəşkəs elan etdilər. HƏMAS barışığı qəbul etdikdən sonra öz yerlərində yerdə qalan qüvvələr.İsraildən əlavə. === 1 avqust 2014-cü il === 08:00: Humanitar atəşkəs sazişinin qüvvəyə minməsi ilə Rəfah şəhərinin şərq məhəllələrinin sakinləri mallarını yoxlamaq üçün məhəllələrinə qayıtmağa başladılar. 09:00: Givati ​​Briqadasının patrul bölməsindən bir qüvvə Fələstin müqaviməti üçün tunel açmaq üçün kənd təsərrüfatı istixanalarının yaxınlığındakı Fələstin ərazilərində təxminən 2 kilometr irəlilədi, Əsgərlər onun yaxınlığında silahsız bir şəxsi gördülər, sonra qeyb oldu və əsgərlər yerə çatdılar . 09:16: İsrail ordusunun geyimində olan Şəhid İzzəddin əl-Qəssam Briqadalarının müqavimət döyüşçüləri tuneldən çıxıb və İsrail əsgərləri ilə toqquşub. Toqquşma iki İsrail əsgərinin şəhid olması və cəsədi yerində qalan bir fələstinli döyüşçünün ölümü, Hadar Golden adlı israillinin izlərinin itməsi ilə nəticələnib.Daha sonra İsrail ordusundan əlavə qüvvələr gəlib və üç meyiti aparıblar, Hər şeyin güc əsgərləri üçün olduğunu düşündükləri yerdə. Təxminən iki saatdan sonra İsrail ordusu Hadar Qoldinin itkin düşdüyünü aşkar etdi və İsrail ordusu Hannibal direktivindən istifadə edərək Rəfah şəhərinin hər yerində ağır hava zərbələri endirməyə başladı. İsrail Hərbi Hava Qüvvələri Rəfah şəhərində Əbu Yusif Əl-Nəccar dövlət xəstəxanasının tərəfini bombalayıb, Xəstəxana rəhbərliyinə İsrail kəşfiyyatından üç zəng gəldi, birincisi xəstəxanada nə baş verdiyini soruşdu, ikincisi xəstəxananın yaxınlığındakı atəşin səbəbini bildi, sonuncusu isə xəstəxananın boşaldılmasının qarşısını almaq və oradan çıxanları bombalamaqla hədələyib.
Rok Sprinqs qırğını
Rok Sprinqs qırğını (ing. Rock Springs massacre), Rock Springs qiyamı olaraq da bilinir (ing. Rock Springs Riot) — 2 sentyabr 1885-ci ildə Vayominq ərazisində yerləşən Amerikanın Rok Sprinqs şəhərciyində ağ immiqrant işçilər tərəfindən çinlilərin kütləvi öldürülməsi. Qarşıdurmanın əsas səbəbləri irqi gərginliklər və «Union Pacific Coal Department»-nin Çin mədən işçilərinin ağ mühacirlərə nisbətən daha az maaş alması siyasətidir. Bu siyasətlə əlaqəli olaraq daha çox çinlilər işə götürüldü və bu da ağ işçilərin narazılığına və sonradan onların qiyamına səbəb oldu. İğtişaşlar zamanı ən azı 28 çinli mədənçi öldürüldü və 15 nəfər yaralandı. Üsyançılar 75 Çin evini yandırdılar və ümumi dəyəri 147.000 dollar olan maddi ziyana səbəb oldular. Ağldərili və Çinli immiqrantlar arasında irqi düşmənçilik xüsusilə XIX əsrin sonlarında, xüsusilə Rock Springs hadisələrindən əvvəlki on ildə, ABŞ-nin qərbində özünü büruzə verdi. Rok Sprinqs qırğını ABŞ-də Çin əleyhinə düşüncələrin artması idi. 1882-ci il tarixli Çinlilərin təcrid aktı onların köçlərini on il müddətinə dayandırmasına baxmayaraq, qərardan əvvəl ABŞ-nin qərbinə gələn minlərlə çinli işçi var idi.
Şamaxı qırğını
Şamaxı qırğını — 18 mart 1918-ci ildə Erməni quldur dəstələrinin Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğını. Öldürülənlər arasında Rusiya I Dövlət Dumasının (1906-1907) deputatı Məmmədtağı Əliyev də vardı.
Aylabun qırğını
Eylabun qətliamı, 30 oktyabr 1948-ci ildə Hiram əməliyyatı zamanı İsrail ordusundakı Qolani briqadası qüvvələrinin Qalileydə xristianların çoxluq təşkil etdiyi Fələstinli Eilabun kəndindən 14 kişinin ölümü ilə nəticələnən qırğındır. Onlardan 12-si gülləbaran edilərək edam edildi, sonra qırğından sonra kəndlilər bir neçə aydan sonra Livana qayıtmağa icazə verilmədən kütləvi surətdə deportasiya edildi. Bu, sakinlərinin geri qayıtmasına icazə verilən bir neçə Fələstin kəndlərindən biridir. == qırğın hadisələri == Qolani Briqadası 30 oktyabr 1948-ci ildə Xilas Ordusunun bir diviziyasını məğlub edərək şimala çəkildikdən sonra Eilabun kəndini işğal etdi, burada kəndlilər kilsələrə toplaşdılar və ruhanilər təslim olduqlarını rəsmən elan etdilər. Lakin əsgərlər onları kilsələrdən çıxarıb kənd meydanında toplaşaraq onları atəşlə qorxutdular, nəticədə bir nəfər həlak oldu.Həmin vaxt diviziya komandiri daha 12 gənci seçərək edam etdi. güllələr vurdular, qalanlarını isə Livana sürgün etmək məqsədi ilə zorla qovdular.Deportasiya zamanı daha bir nəfər öldürüldü. Noyabrın 2-də İsrail əsgərləri Əl-Batuf düzənliyindəki Eilabun torpağında növbəti qətliam törədiblər, orada əsgərlər həmin ərazidə yaşayan Əl-Məvasi qəbiləsindən olan 15 gənci apararaq edam ediblər. Saad Muhammad al-Dheeb adlı bir adam qırğından sağ çıxdı və qətliamın üstünü açıb. İsrail əl-Məvasi qəbiləsinin böyük əksəriyyətini Suriyaya sürgün etdi, o zamanlar Qaliley, Tiberiya və Safed bölgələrində üzvləri təxminən 2000 nəfərə çatan bir qəbilə. bir hissəsi isə Eylabun kəndində qaldı.
Xocalı qırğını
Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, Xocalının yerli əhalisi olan Azərbaycan türklərinə qarşı baş vermiş soyqırımıdır. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. "DQR" hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə ordenlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
Benzin mişarı ilə Texas qırğını (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Xocalı qırğını(kitab)
Xocalı qırğını (kitab)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.61 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 6.30
2004 ••••••••• 3.37
2005 •••••• 2.02
2006 •••••••••••••• 5.18
2007 •••••••••••••••••••• 7.61
2008 ••••••••••• 4.14
2009 •••••• 2.08
2010 •••••••••••••• 5.26
2011 ••••••••••• 4.03
2012 •••••••••••••••••••• 7.40
2013 •••••••••••••• 5.11
2014 •••••••••••••••••• 6.69
2015 •••••• 2.04
2016 •••••••••• 3.47
2017 ••••••••• 3.41
2018 •••••••••• 3.75
2019 ••••••••••••• 4.59
2020 •••••••••• 3.58

"qırğını" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırğını nədir? #qırğını sözünün mənası #qırğını nə deməkdir? #qırğını sözünün izahı #qırğını sözünün yazılışı #qırğını necə yazılır? #qırğını sözünün düzgün yazılışı #qırğını leksik mənası #qırğını sözünün sinonimi #qırğını sözünün yaxın mənalı sözlər #qırğını sözünün əks mənası #qırğını sözünün etimologiyası #qırğını sözünün orfoqrafiyası #qırğını rusca #qırğını inglisça #qırğını fransızca #qırğını sözünün istifadəsi #sözlük