Qırğızıstanda azərbaycanlılar
Qırğızıstanda azərbaycanlılar — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qırğızıstanda yaşayan hissəsinin adı.
== Say ==
Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Qırğızıstanda 16,000 nəfər etnik azərbaycanlı yaşamaqda idi.
Siyahıyaalmalara və rəsmi təxminlərə əsasən Qırğızıstan əhalisi və bu ölkədəki etnik azərbaycanlıların sayı:
1999-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 4,822,938 nəfər, azərbaycanlıların sayı: 14,014 nəfər
2009-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 5,362,793 nəfər, azərbaycanlıların sayı: 17,267 nəfər
2010-cu ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,418,299 nəfər, azərbaycanlıların sayı: 17,498 nəfər
2011-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,477,620 nəfər, azərbaycanlıların sayı: 17,823 nəfər
2012-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,551,888 nəfər, azərbaycanlıların sayı: 18,046 nəfər
=== Məskunlaşma ===
== Qırğızıstanda diaspora təşkilatları ==
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Qırğızıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır:
“Azəri” İctimai Birliyi: Bişkek şəhərində yerləşir.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Bişkek şəhərində yerləşir.
“Azərbaycan” Gənclər Təşkilatı: Bişkek şəhərində yerləşir.