qırğızlar sözü azərbaycan dilində

qırğızlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırğızlar • 81.6327%
  • Qırğızlar • 18.3673%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qırğızlar
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Adın mənşəyi == Xalqın öz dilində adı "kırqız"dır. Etimologiyaya görə iki varianta üstünlük verilir : türk sözü olan " qırx qız" və "qırğı" sözləri. Bir çox türkdilli xalqlarda eyni məna başa düşülür. Kırılqız (qırğ.) — qırılmayan, vurula bilməyən Kırğın (qırğ.) — qırıcı, qıran Kıruu (qırğ.) — qırmaq, məhv etmək Azərbaycanca: qırğı — məhv edilmə Altay dilində: qırğın — qırıcı Qazax dilində: kıru — qırmaq, məhv etmək Monqol dilində: kırqı — məhv edilmə, qırılma Xakas dilində: xırqıs — qıran Yakut dilində: kırqısс (kırqıhın) — qırğı, məhv edilmə == Tarixi == == Mədəniyyəti == == Yaşadıqları ölkələr == Türkiyədə : Qırğızlar Van ilinin Ərciş ilçəsinin Ulupamir kəndində yaşayırlar, sayları 3.850 nəfərdir (2007). Əfqanıstanda : Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonunda yaşayırlar və sayları 20.000 nəfərdən çoxdur.
Türkiyədəki qırğızlar
Türkiyədəki qırğızlar, Türkiyə qırğızları ya da Türkiyə qırğız türkləri — XX əsrdə Orta Asiyanın Rusiya imperiyası tərəfindən ələ keçirilməsindən sonra müxtəlif illərdə Türkiyə torpaqlarına gələn qırğızların Türkiyə sərhədlərində qalan hissəsidir. Türkiyədəki qırğızların sayı 15 min həndəvərindədir. Onlar artıq tədricən türk dilində danışmağa başlayırlar. == Tarix == Türkiyədəki qırğızlar içində dillərini ən yaxşı qoruyan qrup əsas olaraq Vana bağlı Ərcişin Ulupamir kəndində yaşayanlardır. Buraya yerləşən qırğızlar 1980-ci illərdən bəri burada yaşadıqlarından Van qırğızları da deyilir. Van qırğızlarının sayı təxminən təxminən 5000 həndəvərindədir. Buradakı qırğızların kökü Əfqanıstanın Pamir bölgəsindən gəlmişdirlər. Türkiyədə yaşayan başqa qırğız topluluqları da vardır. Rus işğalı ilə Tacikistanın Murqab rayonunndan Əfqanıstanın bölgəsiə gələn qırğız topluluğu Pamirdəki qırğız topluluğu ilə birləşmişdir. Sovetlərin Əfqanıstanı işğal etməsi ilə də Pamir ətrafında Rahmanqul Xan rəhbərliyində Pakistanın Gilgit vadisinə keçmişdirlər.
Özbəkistanlı qırğızlar
Özbəkistanlı qırğızlar — Orta Asiyanın Özbəkistan Respublikasında yaşayan türk dilli xalqlardan biri. == Məlumat == Özbəkistanın bir sıra yerlərində yaşayan qırğızlar olduqları yerlərin yerli və qədim xalqlarından biridirlər. Burada yaşayan qırğız boyları qırğızların on “sol” və “iç” boylarıdandırlar. Özbəkistanın indiki Əndican, Fərqanə, Namanqan, Buxara, Səmərqənd, Sırdərya, Novovıy, Cizzak, Daşkənd bölgələri, Qaraqalpakıstan muxtariyyətinin əraziləri qırğızların qədimdən bəri yaşadığı yerlərdəndir.Qırğız icmaları ətraflarındakı başqa türk icmalarına da mədəni olaraq təsir etmişdirlər. Daşkəndin rəsmi statistik son məlumatlarına görə, 370.000-dən çox qırğız ölkədə yaşamaqdadır. Rəsmi rəqədmlərə görə, onlar ümumi ölkə əhalisinin 4 faizini təşkil edirlər.Özbəkistanda qırğız dilində 64 məktəb və 27 qırğız-özbək məktəbi var. 13 782 uşaq oxuyur. Təhsil ədəbiyyatı ilə təminat 93,2% təşkil edir. 2005-06 tədris ilində 72 adda 63 mindən çox nüsxədən çox dərslik çap edildi. Özbəkistan Nəşriyyat Evində qırğız məktəbləri üçün dərsliklərin hazırlanması üzərində çalışan xüsusi bir nəşr yaradıldı, məşhur proqram Aichurek Özbək televiziya kanalında müntəzəm olaraq yayımlanır və radioda qırğız dilində Elaman yayımlanır.
Fuyu qırğızları
Fuyu qırğızları — Çinin Xeylunçzyan əyalətinin Fuyu uyezdində yaşayan türk etnik qrupu. Özlərini qırğız, xerqıs, tirtiz adlandırırlar. Fuyuları qırğızlarla qarışdırmaq olmaz, çünki mənşəyinə və dilinə görə Sibir türkləri, xüsusən də xakaslarla qohumdurlar. Doğma dilləri fuyu-qırğız dilidir. 1997-ci il Çində əhalinin siyahıya alınmasında onların sayı 1200 nəfərə yaxın göstərilib. == Tarixi == Onlar 1703-1706-cı illərdə Xakasiya ərazisindən (“Qırğız torpağı”) Cunqariyaya “qovulmuş” Yenisey qırğızlarının nəslindən sayılırlar. Cunqar xanlığının süquta uğramasından sonra 1755-1757-ci illərdə Tzin sülaləsinın hakimiyyət orqanları onlar Mançuriyaya köçürdü (“Qianlong” devizi altında hakimiyyətin 20-22 illərində). Hal-hazırda onlar Çinin Yui-Daur-Mançu-Qırğız Milli muxtariyyətində (adından göründüyü kimi)(友谊达斡尔族满族柯尔克孜族乡|友谊达斡尔族克孜族乡|友谊达斡尔族满, Çin) yaşayırlar. == Öyrənilməsi == Fuyu qırğızları haqqında ilk elmi məlumat Yaponiyanın Mancuriyanı işğalı zamanı (1931-1945) qeydə alınıb. Yapon alimi Masato Suhara (yap.
Van qırğızları
Van qırğızları — dünyadakı qırğızların diaspora hissələrindən biri. Van qırğızları hal-hazırda Türkiyənin şərqindəki Van gölünün şimalında Ulupamir kəndində 1980-ci illərdən etibarən yaşamaqdadırlar. Buna görə də, Qırğızıstandakı alimlər onları Van qırğızları olaraq adlandırmışlardır. Əsas kökləri Əfqanıstanın Pamir bölgəsinə yerləşən İçeri qırğızlarından gəlir. == Haqqında == Hal-hazırda Türkiyənin Şərqi Anadolu bölgəsindəki Van ilinə yerləşən qırğızlar Van qırğızları olaraq adlandırılmışlardır. Bu qırğızların Orta Asiyadan ayrılmaları rus işğalı ilə başlamışdır. Tacikistanda Murqab tərəfindən Əfqanıstanın Pamir bölgəsinə gəlmiş, buranın yerli qırğızları ilə bütünləşilmişdir. Sovet ordusunun təzyiqi nəticəsində Əfqanıstanda sosialist hakimiyyət yaradıldıqda sonra buradakı qırğızların bir hissəsi də Rahmanqul Xan rəhbərliyində Pakistana getmişdirlər. Lakin burada çox qala bilməmiş, sonunda 1982-ci ildə Türkiyəyə gəlmişdirlər. Van qırğızlarının həm Qırğızıstanda, həm də Orta Asiyanın başqa ölkələrində yaxınları vardır.
Yenisey qırğızları
Yenisey qırğızları (q.türk 𐰶𐰃𐰺𐰴𐰕:𐰉𐰆𐰑𐰣) — Yenisey və Altay hövzələrinin qədim və orta əsr türkdilli əhalisi üçün tarixşünaslıqda qəbul edilən ad (Tyan-Şan qırğızlarından fərqli olaraq). Qədim türk xalqı olan Yenisey qırğızları eramızdan əvvəl III əsrdən eramızın XIII əsrinə qədər Minusinsk çökəkliyinin cənub hissəsində Yenisey çayının yuxarı sahillərində yaşayıblar. Onların vətənlərinin özəyi Monqolustanın şimalında, müasir Tıvada yerləşən meşəlik Tannu-Ola dağ silsiləsi (qədim dövrlərdə Lao və ya Koqmen dağları kimi tanınır) idi. Sayan dağları da müxtəlif dövrlərdə onların ərazisinə daxil olmuşdur. Qırğız xaqanlığı eramızın 550-ci ildən 1219-cu ilə qədər mövcud olub. Xaqanlıq 840-cı ildə Yenisey ərazilərindən Mərkəzi Asiya və Tarım hövzəsinə qədər dövləti genişləndirərək Türk Xaqanlığının rəhbərliyini Uyğur xaqanlığından aldı. == Tarixi == === Qədim dövr === Son aşkar edilmiş arxeoloji nümunələrinə görə, qırğızların tarixi eramızdan əvvəl 201-ci ildən başlayır. Yenisey qırğızları Çaatas mədəniyyəti ilə bağlıdırlar və bəlkə də Taştik mədəniyyəti ilə də əlaqələri mövcud olub. Onların endonimi Çin tarixi mətnlərində Jiegu (結骨), Hegu (紇骨), Hegusi (紇扢斯), Hejiasi (紇戛斯), Hugu (護骨), Qigu (契骨), Juvu (居勿) və Xiajiasi (黠戛斯) kimi müxtəlif şəkildə transkripsiya edilmişdir. Lakin ilk dəfə Han dövrü qeydlərində Gekun (və yaxud Ko-kun; (çin.)) və ya Jiankun (və yaxud Chien-kun; (çin.)) kimi rast gəlinir.Amerikalı tarixçı Piter Qolden *Qïrğïz < *Qïrqïz< *Qïrqïŕ kökünü yenidən qurur və qədim türkcə qïr 'boz' (at rəngi) və -q(X)ŕ/ğ(X)ŕ ~ k(X)z/g(X)z şəkilçisinin törəməsini təklif edir.Tan sülaləsi dövrü səlnaməçisi Duan Çenşi “Youyangdan müxtəlif qəlyanaltılar” əsərində yazırdı ki, qırğız tayfasının (Jiānkūn bùluò 堅昆部落) mifoloji əcdadları “tanrı və inək” (神與牸牛) (Göktürklərdə qırğızlardan fərqli olaraq, mifoloji əcdad dişi qurd Xiongnuçanyunun qızı olan Qaoçe idi) qırğızların yaranma yeri Sayan, ya da Tannu-Ola dağları ilə eyniləşdirilən Kuman dağlarının (曲漫山) şimalındakı mağaradır, Bundan əlavə, Xin Tangşu Qırğız ordusunun Türk Kögmän (> Ch.
Çin qırğızları
Qırğızlar (柯尔克孜族) türk etnik qrupudur və Çin Xalq Respublikası tərəfindən rəsmi olaraq tanınan 56 etnik qrupdan birini təşkil edirlər. Əsasən Sincan-Uyğur Muxtar Rayonunun cənub-qərbində yerləşən Qızılsu-Qırğız Muxtar dairəsində, bir neçəsi isə qonşu Uçturfan, Aksu şəhəri, Yarkənd, Yanqisar, Taşkurqan və Pişanda, eləcə də türklər Sincan şimalındakı Cjaosu, Emin, Bole, Tsinxe və Tokkuztara ərazilərində də yaşayırdılar. Çin Xalq Respublikasının beşinci milli siyahıyaalınmasına görə, Çində 160 875 qırğız var. == Tarixi == Eramızdan əvvəl III əsrin sonlarında Böyük Hun imperiyası Xyarqas-Nuur gölünün ətrafında yaşayan və "Ge Kun" adlanan qırğız əcdadlarını özünə tabe edir. Eramızın VII əsrinin əvvəllərində qırğız xalqı türklər tərəfindən idarə olunurdu və onlara "Qiqu" deyirdilər. Tan imperiyası türkləri məğlub etdikdən sonra onlar Yanran protektorluğuna daxil oldular. Daha sonra Uyğur xanlığı tərəfindən fəth edildi və Xiqas adlandı. IX əsrdə Xigas getdikcə gücləndi və eramızın 840-cı ildə xan Zhuqluobu məğlub edərək öldürdü və Tıva ərazisində Xigas xanlığını qurdu. X əsrdə Xitayların yüksəlişi ilə Xigas onun vassal dövlətinə çevrildi. Yuan imperiyasında qırğız xalqı Qierjisi və ya Jilijisi adlanırdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.54 dəfə / 1 mln.
2003 ••••• 0.79
2006 ••• 0.45
2007 •••• 0.63
2009 ••• 0.48
2010 •••••••••••••••••••• 3.63
2011 •• 0.26
2012 0.17
2013 ••• 0.44
2014 0.17
2017 0.16
2018 0.15

"qırğızlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırğızlar nədir? #qırğızlar sözünün mənası #qırğızlar nə deməkdir? #qırğızlar sözünün izahı #qırğızlar sözünün yazılışı #qırğızlar necə yazılır? #qırğızlar sözünün düzgün yazılışı #qırğızlar leksik mənası #qırğızlar sözünün sinonimi #qırğızlar sözünün yaxın mənalı sözlər #qırğızlar sözünün əks mənası #qırğızlar sözünün etimologiyası #qırğızlar sözünün orfoqrafiyası #qırğızlar rusca #qırğızlar inglisça #qırğızlar fransızca #qırğızlar sözünün istifadəsi #sözlük