qırğınları sözü azərbaycan dilində

qırğınları

Yazılış

  • qırğınları • 97.8632%
  • Qırğınları • 2.1368%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Reynland qırğınları
Alman səlib yürüşü, həmçinin Reynland qırğınları (ivr. ‏גזירות תתנ"ו‏‎) — tarixdə Birinci səlib yürüşünün ilk mərhələsi kimi xatırlanır. Hadisə 1096-cı ildə fransız və alman kəndlilərinin cəngavərlərlə əlbir olub Avropada yəhudi icmalarına qarşı talanlara başlamasına müvafiq olaraq adlandırılmışdır. Tarixdə bu hadisə ilk antisemitizm kütləvi xalq hərəkatı kimi tanınmaqdadır. Bu hərəkat sonrakı əsrlər boyu geniş yayılaraq yekunda Holokostla nəticələnmişdir. == Tarixi == Yəhudilər əleyhinə əhval-ruhiyə Avropada yüzilliklərlə mövcud olmuşdur. VII əsrdə katoliklər tərəfindən yəhudilərin kütləvi xristianlaşdırılması, 888-ci ildə Fransanın Meç şəhərində baş vermiş, 1000-ci ildə Miladın minillik yubileyində olan iğtişaşlar, 1066-cı ildə Trir şəhərindən yəhudilərin qovulması kimi hadisələr buna misaldır. Lakin xristian dünyası tarixçiləri tərəfindən bütün bunlar ənənəvi olaraq yəhudi icmasının qanundan kənar, hüquqsuz olması ilə izah edilir. İspaniyada VIII əsrdə Rekonkista getdiyi bir dövrdə Pireneyə gəlmiş xaçlı cəngavərlər müsəlmanlarla yanaşı, yəhudiləri də qanına qəltan edirdilər. Cəngavər özbaşınalığı elə bir həddə çatmışdı ki, 1063-cü ildə papa II Aleksandr buna — yəhudilərin öldürülməsinə, eləcə də 1007–1012-ci illərdə geniş vüsət almış, yəhudilərin Fransada kral II Robert və Almaniyada II Henrix tərəfindən məcburi xristianlaşdırılmasına qarşı çıxmağa məcbur olmuşdur.
Zəngəzur qırğınları
ZƏNGƏZUR QIRĞINLARI (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. == Soyqırımları təsdiq edən arxiv materialları == Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir. == Türk-müsəlman əhaliyə qarşı erməni soyqırımları == 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi.
Erməni-azərbaycanlı qırğınları (1905-1906)
Azərbaycan — erməni müharibəsi (1905–1906) — inqilab zamanı ermənilərin və tatarların (Rusiyada o zaman azərbaycanlılar əsasən buqulma ərazilərində yaşayan azərbaycanlılara bu ad verilirdi) arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi. Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışları və o cümlədən milli azadlıq hərəkatları baş verirdi. Bunların qarşısını almaq üçün Çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata keçirməyə başladı. Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirtmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə şərait tapdılar. Çar Rusiyası erməniləri gizli sürətdə silahlandırdı və "erməni-müsəlman davası"nı təşkil etdi.
Azərbaycanlı-erməni qırğınları (1905-1906)
Azərbaycan — erməni müharibəsi (1905–1906) — inqilab zamanı ermənilərin və tatarların (Rusiyada o zaman azərbaycanlılar əsasən buqulma ərazilərində yaşayan azərbaycanlılara bu ad verilirdi) arasında qafqazda qanlı toqquşma. Ən amansız toqquşmalar Bakıda fevral və avqust aylarında baş verdi. Eyni zamanda 1905-ci ilin mayında Naxçıvan şəhərində baş verdi. 1905-ci ildə təxminən 158 Azərbaycan və 128 erməni qəsəbəsi dağıdılmış və 3-dən 10 minə qədər insan həlak olmuşdur. Bir tərəfdən, xristian erməniləri, və digər tərəfdən, Zaqafqaziyanın müsəlman xadimlərinin qan tökmələrinə baxmayaraq, çar hakimiyyəti müharibəni dayandırmaq üçün praktik olaraq heç bir səy göstərmədi. Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq çıxışları və o cümlədən milli azadlıq hərəkatları baş verirdi. Bunların qarşısını almaq üçün Çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq siyasəti həyata keçirməyə başladı. Bu siyasəti birinci növbədə Qafqazda həyata keçirtmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə şərait tapdılar. Çar Rusiyası erməniləri gizli sürətdə silahlandırdı və "erməni-müsəlman davası"nı təşkil etdi.
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları
NKVD tərəfindən həyata keçirilən məhbus qırğınları — Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı tərəfindən həyata keçirilən siyasi məhbusların kütləvi öldürülməsi hadisələri nəzərdə tutulur. Bu hadisəlrə əsasən Şərqi Avropada — Polşa, Ukrayna, Baltik dövlətləri və Bessarabiyada baş vermişdir. Alman ordusunun gözlənilmədən 22 iyun 1941-ci ildə hücuma keçməsindən sonra NKVD-ə siyasi məhbusları Sovet İttifaqının daxili bölgələrinə köçürmək əmr edildi. Lakin Qızıl Ordunun qısa müddətə ger çəkilməsi, nəqliyyat və digər vasitələrinin çatışmazlığı, qanuni prosedurlara ümumi etinasızlıq nəticəsində məhbusların kütləvi edam edilmələri baş verdi. Ümumi öldürülənlərin sayı ölkələrə görə dəyişməkdədir. Ukrayna SSR-də təxminən 9 min, Polşada (hal-hazırda Ukraynanın qərbi nəzərdə tutulur) 20–30 min rəqəmləri göstərilməkdədir. Ümumi öldürülən sayının isə təxminən 100 min nəfəri əhatə etdiyi və bütün bunların cəmi bir neçə həftə ərzində baş verdiyi bildirilir. == Zəmin == Almanların Barbarossa əməliyyatına başlaması NKVD də daxil olmaqla, bütün sovet dövlət orqanlarının təəccübünə səbəb oldu. Həm də Molotov-Ribbentrop paktı nəticəsində SOvet İttifaqının ələ keçirdiyi ölkələrdə NKVD-in həbsxanaları siyasi məhbuslarla dolub-daşmaqda idi. İşğal edilmiş şərqi Polşada NKVD-ə sayı 140 mindən çox olan siyasi məhbusu köçürmək və ortadan qaldırmaq əmr edilmişdi (əmr no.00803).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.58 dəfə / 1 mln.
2003 ••••••••• 1.18
2004 ••••••••••••••• 2.02
2005 ••••••••••••••• 2.02
2006 •••••••••••••••••••• 2.70
2007 ••••••••••••• 1.69
2008 ••••••••••••••• 1.95
2009 •••••••••• 1.28
2010 •••••••••• 1.27
2011 •••••••••••••••••••• 2.66
2012 •••••••••••• 1.55
2013 ••••••••••••• 1.75
2014 •••••••••••• 1.54
2015 ••••••••••••• 1.70
2016 •••••••• 1.04
2017 •••••••••• 1.30
2018 •••••••••• 1.35
2019 ••••••• 0.83
2020 •••••••• 1.06

"qırğınları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırğınları nədir? #qırğınları sözünün mənası #qırğınları nə deməkdir? #qırğınları sözünün izahı #qırğınları sözünün yazılışı #qırğınları necə yazılır? #qırğınları sözünün düzgün yazılışı #qırğınları leksik mənası #qırğınları sözünün sinonimi #qırğınları sözünün yaxın mənalı sözlər #qırğınları sözünün əks mənası #qırğınları sözünün etimologiyası #qırğınları sözünün orfoqrafiyası #qırğınları rusca #qırğınları inglisça #qırğınları fransızca #qırğınları sözünün istifadəsi #sözlük