qırğız sözü azərbaycan dilində

qırğız

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qırğız • 55.8738%
  • Qırğız • 44.1262%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qədim qırğız dili
Qədim qırğız türkcəsi — türk dil ailəsindən əski dil. Yenisey qırğızlarının dili olmuşdur. Qədim qırğızca göytürk dilinə eynidir deyəcək qədər yaxın olmuşdur. Ona görə də bəzi tədqiqatçılar Qədim qırğız türkcəsini Göytürk türkcəsinin bir dialekti hesab edir. Qədim qırğız dilindən müasir qırğız, xakas, sarıuyğur və şor türkcələri yaranmışdır. Dil Qırğız xaqanlığında rəsmi dil olmuşdur.
Qara-Qırğız Muxtar Vilayəti
Qara-Qırğız Muxtar Vilayəti (rus. Кара-Киргизская АО) — Orta Asiyasiyadakı Sovet vilayətlərindən biri idi. 14 oktyabr 1924-cü ildə Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində qurulmuşdur. 14 oktyabr 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin (ali qanunverici orqan) Mərkəzi Asiyada milli-ərazi bölgüsü haqqında qərarından sonra Stalin regionda sovet respublikalarının xəritəsini çəkməyə başlayıb. Moskvanın qərarı ilə RSFSR tərkibində Qara-Qırğız muxtar vilayəti yaradılıb. Muxtar vilayət 2 il sonra muxtar respublikaya, 1936-cı ildə isə SSRİ-nin subyekti kimi Qırğızıstan SSR-ə çevrildi. Eyni gündə Özbəkistan SSR tərkibində Tacikistan MSSR yaradılıb. 1929-cu ildə muxtar respublika Tacikistan SSR-ə çevrildi. Bir qədər sonra (27 oktyabr) Türkmənistan SSR yaradıldı.
Qırğız
Qırğızlar – türk xalqlarından biri. Hazırkı Qırğızıstan Respublikasının əsas (70.9 %-i) əhalisi. == Etnogenez == Müasir qırğızlar müasir Qırğızıstan ərazisində aşağıdakı şərti komponentlərin qarışığı əsasında formalaşan mürəkkəbtərkibli etnik qrupdur:: qədim qırğızlar — Şərqi Tyanşan və Minusin hövzəsinin qədim və orta əsr qırğızları; qədim türk — müasir Qırğızıstan ərazisində monqollara qədərki türkdilli əhali, orta əsrlərdəki türgiş, oğuz və qarluqların tayfa ittifaqlarına gedib çıxır. deşti-qıpçaq - müasir qırğız dilinin inkişaf tarixi və qırğızların qazaxlar, qaraqalpaqlar, noqaylar və özbək dilinin qıpçaq ləhcələrini qeydə alınan özbəklərlə etnik-mədəni yaxınlığı sübut edən deşti-qıpçaq mənşəli tayfa birlikləri. Moğol — Monqolların Orta Asiyanı zəbt etdiyi dövrdə gəlmiş və ya Moğolustan dövləti ərazisində yaranmış türk-monqol tayfaları. Qədim "Qırğız" etnoniminə geniş türk dünyasının müxtəlif yerlərində tez-tez rast gəlinir. Qədim Çin tarixşünası Sıma Syan "Tarixi qeydlər"də eramızdan əvvəl 201-ci ildə qədim qırğızların mülkünün olduğunu qeyd edir. Eramızdan əvvəl 49-cu ildə Qırğızların Hiung-nu vassalı olması haqqında məlumat. Usunların şərq sərhədlərinin şimalında, Xiongnuların qərbində və Çeşi şəhərinin şimalında Erkən Han Sülaləsinin Tarixində xatırlanır. Eramızdan əvvəl 49-cu ildə Hiung-nu vassalı olması haqqında məlumatda Qırğızların mülkü Usunların şərq sərhədlərinin şimalında, Hiung-nuların qərbində və Çeşi şəhərinin (Turfan) şimalında Han Tarixi Kitabında qeyd olunur.
Qırğız Respublikası
Qırğızıstan (qırğız. Кыргызстан; rus. Киргизия) və ya rəsmi adı ilə Qırğız Respublikası (qırğız. Кыргыз Республикасы; rus. Кыргызская Республика) – Mərkəzi Asiyada dövlət. Qırğızıstanın dənizə çıxışı yoxdur və ərazisinin əksər hissəsi Tyan-Şan, Talas, Qırğız, Türküstan dağları ilə əhatə olunmuşdur. Şimalda Qazaxıstan, qərb və cənub-qərbdə Özbəkistan, cənubda Tacikistan, şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bişkek şəhəri, ümumi sahəsi 199,951 kvadrat kilometrdir. Qırğızıstan 31 avqust 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə etmişdir. == Coğrafiya == Dənizə çıxışı olmayan Qırğızıstanın qonşuları şimalda Qazaxıstan, qərbdə Özbəkistan, cənub-qərbdə Tacikistan və cənub-şərqdə Çin Xalq Respublikasıdır.
Qırğız atı
Qırğız atı — Qırğız atı bir at cinsidir. 4 min il əvvəl atçılıqla məşğul olan qırğızların qədim əcdadlarının atlarından törəmişdir. Monqol və qismən şərq at cinslərinin əhəmiyyətli bir təsirinə məruz qalmışdır. Qırğız atlarının qabarıq bir cins xüsusiyyətinə malikdir: qısa, maral boynuna bənzər boyuna, inkişaf etməmiş küt bir uzunsov bədənə və güclü kürəyə, sallanan krupa, çox güclü dırnaqlara sahibdirlər. Orta boy 137 sm, ön ətrafı sümüklərinin eni 17,5 smdir. Rəngi müxtəlifdir: ən çox yayılmış rəngi qəhvəyi və bozdur. Atlar çox davamlı və iddiasızdır. Demək olar ki, bütün il boyunca otlaqlarda otarılırlar. Yalnız qışda samanla bəslənilirlər. Qırğız atları istər minik istərsə yük heyvanalrı kimi istifadə olunurlar.
Qırğız birliyi
Qırğız Birliyi (qırğ. Кыргыз бирлиги) — 1514-cü ildə Moğolistan dövlətinin süqutu nəticəsində müasir Qırğızıstan və qonşu dövlətlərin ərazilərinə əsaslanan qırğız dövləti və qəbilə birliyidir.
Qırğız dili
Qırğızca ya da Qırğız Türkcəsi– Altay dilləri ailəsinin Türk dilləri qrupunun Qıpçaq boyuna aid olan danışıq dilidir. Həmçinin Qırğızıstanın rəsmi dövlət dilidir. Qırğızıstanın 5,264,000 nəfərlik əhalisinin 3,700,000 nəfərinin ana dilidir. == Qırğız əlifbası == К + а, о, у, ы ك => ق Г + а, о, у, ы گ => ع == Xarici keçidlər == Prof.Dr.Ömürkul Karayev THE TALKING KYRGYZ PHRASEBOOK Arxivləşdirilib 2010-06-20 at the Wayback Machine (ing.) Киргизско-Русский (Кыргызско-русский) словарь.
Qırğız diyarı
Qırğız diyarı — RSFSR–in tərkibində, 19 iyul 1919-cu ildən 26 iyul 1920-ci ilədək mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Orenburq şəhəri idi.
Qırğız mətbəxi
Qırğız mətbəxi (qırğ. кыргыз ашканасы) — qırğız xalqının milli mətbəxidir. Texnologiya və məhsul çeşidləri baxımından digər Türk köçəri xalqlarının mətbəxləri ona çox yaxındır. Ölkənin cənub və şimal bölgələrinin mətbəxlərində bəzi fərqlər var. Şimal və cənub qırğızlarının ənənəvi yeməklərindəki və ləzzətlərindəki bu fərqlər, bəzi bölgələrə parçalanmalarından və müxtəlif xalqlara yaxınlığından qaynaqlanır. Beləliklə, şimal bölgələrində əsas bayram yeməyi beşbarmaqdır - əriştə ilə incə doğranmış qaynadılmış ət, cənubda isə plov daha populyardır, görünür bu yeməklər oturaq Asiya xalqlarından mənimsənilmişdir. Çay seçimlərində də fərqlər var. Şimalda südlü qara çay populyardır, çay özü rus üsulu ilə dəmlənir və rus samovarları da burada populyardır. Cənubda südə çay əlavə edilmir, çay içmə ənənələri Özbəkistana bənzəyir, yaşıl çay da məşhurdur. Orijinal qırğız yeməklərinə (əsasən ət) əlavə olaraq, yerli düyü növlərindən olan plov cənubda çox populyardır (qırmızı uzqen və batken düyü sortları deozire və çongara Orta Asiya plovunun hazırlanması üçün ən yaxşı hesab olunur).
Qırğız türkləri
Tarixi Böyük Türküstanın yerli xalqlarından biri də Qırğız Türkləridir. Çin sərhəddində yerləşən Türk ölkəsi Qırğızıstan Qırğız Türklərinin yaşadığı tarixi Türküstanın bir parçasıdır. Qədim Çin və İslam müəllifləri Qırğızları "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir etmişlər. VIII əsrə aid bir Tibet mənbəsinə görə də "Uyğurlara bəzən dost, bəzən düşmən olan Qırğızlar mavi gözlü və qızıl saçlıdırlar". Tarixi mənbələrə əsaslanaraq tədqiqatçılar həm də belə bir fikir irəli sürürlər ki: "Şimalda yaşayan Qırğız, Peçenek, Qıpçak və Bulqarlar ağ, cənubdakılar isə iqlim şəraitinə görə əsmər rəngdə olmuşlar". Çin mənbəsi olan "Tan-su"ya görə "Qırğızlar hər fəsli üç ay hesab etmiş və onları on iki heyvan adı ilə adlandırıb təqvim kimi istifadə etmiş, ilkin başlanğıcına da "Mo-chenq ay" yəni "Buz ay" demişlər". Qədim Qırğızlar ilin müəyyən günlərində toplanar, şənlik edər, musiqiçilər musiqi səsləndirər, mahnı oxuyar, rəqs edər, içki içər, Şamanlarını dinləyərdilər. Şamanları onlara il boyu nələrin baş verəcəyi haqqında məlumatlar verər, onlar da Şamanlarının dediyinə inanardılar. Şamanların tövsiyəsi olmadan ordunu toplamaz və savaşa getməzdilər. Onlar Şamanların verdiyi məlumatların Tanrıdan gəldiyinə inanardılar.
Qırğız xanlığı
Qırğız xanlığı və ya Qara-qırğız xanlığı (qırğ. Кара-кыргыз хандыгы) — 1842–1854-cü illərdə mövcud olan müvəqqəti dövlət. Müasir Qırğızıstan ərazisinin şimal hissəsində, bir sıra şimal qırğız qəbilələrinin birləşməsi nəticəsində elan edilmişdir. İlk və son xanı Ormon xan idi. 1844-cü ildə Omon xan Bişkek şəhərini Kokand xanlığının əlindən aldı. Ormon xanın ölümü Qara Qırğız xanlığının tamamilə parçalanmasına səbəb oldu və onun əraziləri Rusiya imperiyasına birləşdirildi. == Tarixi == === Xanlığın yaranması === 1842-ci ilin yayında, İssık-Kulun qərbində, Kotmaldı bölgəsində, bir sıra şimal qırğız qəbilələrinin qurultayı keçirildi. Qurultayda Sarıbağış, Buqu, Sayak, Solto, Saruu, Kuşçu, Monoldor və Jetigen qəbilələri iştirak edirdilər. Sarıbağış qəbiləsindən olan Ormon Niyazbek oğlu xan elan edildi və qədim bir ayinə əməl edərək ağ keçə döşəməyə mindirildi. Sonra ayinə uyğun olaraq "Ai Tuyak"adlı ağ ayğır at qurban kəsildi.
Qırğız xaqanlığı
Qırğız xaqanlığı — 831-ci ildə Ötüken və ətrafını ələ keçirərək Mərkəzi Asiyada qurulan türk dövləti. Hökmdarları xan titulu daşıyırdı. == Tarixi == === İlk dövlət === Qırğızların bilinən ilk hökmdarları Bars xaqan adı ilə bilinən İnanc Alp Bilgədir. Tabğaclar və Türkeşlərlə İkinci Göytürk xaqanlığına qarşı ittifaqa qoşulmuşdu. 710–711-ci illərdə Tonyukuk, Kül Tigin və Bilgə xaqanın ordusuna məğlub olaraq öldürüldü. Övladları daha sonra Çinə səfir kimi getdilər. === İkinci dövlət === Qırğızlar 820-ci ilədək Göytürk xaqanlığı və Uyğur xaqanlığına tabe olsalar da İnal Ajonun özünü xaqan elan etməsindən sonra müstəqil yaşamağa başladılar. 839-cu ildə uyğur əyanlarından Bağa Sanqunun Ajoya pənah gətirməsi və dəstək tələb etməsindən sonra 100.000 nəfərlik Qırğız ordusu Ordu-Balıq şəhərini ələ keçirdi və yandırdı. Taihe xatun əsir götürüldü. Ajonu əvəz edən Alp Solaqay xaqan uyğurlara qarşı müharibəni davam etdirməyi qərara aldı.
Qırğız ədəbiyyatı
Qırğız ədəbiyyatı — Qırğızıstanlı və qırğız şair, yazıçıların Qırğızıstan mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələridir. == Qədim Qırğız ədəbiyyatı == == XIX əsr Qırğız ədəbiyyatı == Toktoqul Satılqanov bölgənin zarafatcıl, şirin lətifələr danışan, bədahətən şeirlər söyləyən, bugünkü mənada monotamaşalar göstərən insanlarından birisi olmuşdur. Toktoqulun anası da ürəkləri kövrəldən, necə deyərlər, daş ürəkli insanların da gözündən yaş çıxara bilən bir ağıçı olmuşdur. Uşaqlığını keçə çadırlarda, yayda yaylaqda, qışda qışlaqda keçirən, məktəb, mədrəsə üzü görməsə də, fitri istedadı, iti yaddaşıyla ailə üzvlərinin, qohumlarının, sonra da bölgədə yaşayanların diqqətini özünə cəlb edən Toktoqul yeniyetməliyində çobanlıq edərkən təbiətin hər cür sərt üzünü görür. Sürü otararkən borana da düşür, qoyunlara hücuma keçən ac yırtıcılarla da üzləşir. Hava xoş, kefi kök olanda dağ bulaqlarının suyundan içib çəmənlərdə oxumaqla səsini cilalayıb. Dağlara, göydə uçan quşlara "konsert" verə-verə bir akın kimi yetişib. Beləcə 13 yaşından yırlar söyləməyə başlayıb. Onun fitri istedadını ailəsi və Naken, Esenaman, Çondun kimi yırçıların şeirləri gəlişdirir. Tarixi mənbələrə sadiq qalan, əsərlərində fakt və sənədlərə dayanmağa üstünlük verən məşhur qırğız yazıçısı Tölöqon Qasımbekov "Gəlgəl" romanında bölgənin məşhur qopuz düzəldən və ifaçısı Niyazalı onu himayəsinə götürdüyünü, şagirdinə yalnız çalıb oxumağı, qırğızların ağızı ilə desək akınlığı öyrətmir, həm də quzunun və ya oğlağın bağırsaqlarını təmizlədikdən sonra onu tərsinə çevirərək necə qaşıyıb naziltmək lazım gəldiyini, həmin bağırsaqları kölgədə qurudarkən onun uzanması üçün hansı çəkidə daş bağlamaq lazım gəldiyini, necə deyərlər, bağırsaqdan qopuz üçün yüksək keyfiyyətli sim düzəltməyi, qopuzun çanağı və qolu üçün ağac seçməyi öyrədir.
Qırğız Sovet Ensiklopediyası
Qırğız Sovet Ensiklopediyası (qırğ. Кыргыз Совет Энциклопедиясы) — Sovet dövründə Qırğızıstanda qırğız dilində nəşr olunmuş 6 cilddən ibarət universal ensiklopediya. 1976–1980-ci illərdə nəşr edilmişdir.
Qırğız-qıpçaq dilləri
Qırğız-qıpçaq dilləri və ya şərqi qıpçaq dilləri — bəzi dilçilərə görə daha böyük qıpçaq qrupuna, digərlərinə görə türk dillərinin xakas-altay qrupuna daxil olan dil qrupu. Buna uyğun olaraq, qərbi və ya şərqi türk dilləri kimi təsnif edilir və ya dağ-altay (orta-şərq) qrupuna daxildir. Son zamanlar ənənəyə görə birinci təsnifat köhnəlmiş hesab olunur. Bu, XX əsrin əvvəllərində mövcud olmuş, indi dialektlərin bir hissəsi qıpçaq-noqay dilləri təmasda olan Fərqanə qıpçaqcası və qırğız dilini, həmçinin, yəqin ki, lobnor və xoton dillərini (şimal qırğız tipli dialektlər) əhatə edir. Cənubi qırğız dialektləri qarışıq xarakter göstərir. Çox vaxt bu qrupa Cənubi altay dili də daxil edilir, lakin bəzi tədqiqatçıların fikrincə Şimali altay dili ilə birlikdə eyni qrupda yer alır. == İstinadlar == == Əlavə ədəbiyyat == Баскаков Н. А. Тюркские языки, М., 1960, 2006. Баскаков Н. А. Введение в изучение тюркских языков. М. 1969. Вербицкий В. И. Словарь алтайского и аладагского наречий тюркского языка, Казань, 1884 Архивная копия от 12 декабря 2005 на Wayback Machine Кормушин И. В. "Алтайский язык".
Qızılsu-Qırğız Muxtar dairəsi
Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州 pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir. == Tarixi == Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi.
Qızılsu-Qırğız muxtar dairəsi
Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州 pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir. == Tarixi == Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi.
Hindistan–Qırğızıstan münasibətləri
Hindistan–Qırğızıstan münasibətləri — Qırğızıstan və Hindistan arasındakı ikitərəfli münasibətlər. == Tarix == Tarixən Hindistanın Orta Asiya ilə, xüsusən də müasir Qırğızıstan ərazisini əhatə edən Böyük ipək yolunun bir hissəsi olan ölkələrlə sıx əlaqələri var idi.. Sovet dövründə Hindistan və Qırğızıstan SSR arasında məhdud siyasi, iqtisadi və mədəni əlaqələr mövcud olmuşdur. Baş nazir Raciv Qandi 1985-ci ildə Bişkek və İssık-Kul gölündə olmuşdur. 18 mart 1992-ci ildə ölkələr arasında diplomatik münasibətlər qurulur. Hindistanın daimi nümayəndəliyi 1994-cü ildə açılmışdır. == Ölkələr arasındakı münasibətlər == === Siyasi münasibətlər === Qırğızıstan Respublikası ilə siyasi əlaqələr ənənəvi olaraq isti və mehriban olmuşdur. Qırğızıstan rəhbərliyi Hindistanın Kəşmirlə bağlı mövqeyini böyük ölçüdə dəstəkləmiş və davam edən sülh prosesini alqışlaçışdır. Baş nazir Narendra Modi 11-12 iyul 2015-ci il tarixlərində, ikinci dəfə isə 13-14 iyun 2019-cu il tarixlərində Qırğızıstanda səfərdə olmuş, bunun çərçivəsində Strateji Tərəfdaşlığın yaradılması barədə birgə bəyannamə imzalanmışdır. == Parlament mübadiləsi == Qırğızıstan Parlamentinin Qanunvericilik Məclisinin o zamankı sədri cənab Usup Mukambayevin rəhbərlik etdiyi parlament nümayəndə heyəti 25 iyul-1 avqust 1997-ci il tarixlərində Hindistana səfər etmişdir.
Novruz bayramı Qırğızıstanda
Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilir – çünki əllə yeyilir – yəni beş barmaqla. Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir. Onlar "Alas-alas, hər bəladan xilas" – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.
Qazaxıstan-Qırğızıstan sərhədi
Qazaxıstan-Qırğızıstan sərhədi 1,212 km (753 m) olub , Özbəkistan və Çin ilə birlikdə üçtərəfli sərhəd təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek, bu sərhədin cənubunda 16 km məsafədədir və Almatı (Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı) onun şimalından yalnız 29 km (18.4 m) məsafədə yerlləşir. == Təsviri == Sərhəd qərbdə Uqam silsiləsində Özbəkistanla başlayır və sonra şimal-şərq istiqamətində Tarazdan keçərək və Qırğızıstanın Ala-Too dağları boyunca davam edir. Sərhəd Bişkek və Tokmokdan keçən Çu çayından əvvəl Kara-Balta ətrafında kobud çuxuru izləyir. Qazaxıstanın Tarazdan Aqtöbe dəmiryoluna qısa müddətdə keçən Sovet dövrünün mirası, infrastrukturun daxili sərhədləri nəzərə alınmadan inşa edildiyi bir yerdir. == Tarixi == XIX əsrdə Rusiya Mərkəzi Asiyanı Kokand və Xivə keçmiş müstəqil xanlıqlarını və Buxara əmirliyini birləşdirərək fəth etdi. Kommunistlər 1917-ci ildə hakimiyyətə gəldikdən və Sovet İttifaqını yaratdıqdan sonra Orta Asiyanı etnik əsaslı respublikalara bölüşdürmə qərarı verilmişdir, bunlar Milli ərazi sərhədləri (və ya ing. NTD) kimi tanınan bir prosesdir. Bu siyasətlə, Stalin, sakinlərini ayrı-ayrı ölkələrə bölüşdürdü və bu azlıqlar üçün sərhədlər müəyyən etdi. Sovetlər etnik cəhətdən homogen respublikalar yaratmaq məqsədi daşıyırdı, lakin bir çox sahələr etnik şəkildə qarışıq idi (məsələn, Fərqanə Vadisi) və bəzi xalqlara (məsələn, qarışıq Tacik-Özbek Sartı və ya Amudərya Türkmənistan / Özbek qəbilələri) 'hüququ' etnik etiket təyin etmək çətin idi.
Qazaxıstan–Qırğızıstan münasibətləri
Qazaxıstan–Qırğızıstan münasibətləri — Qazaxıstan və Qırğızıstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik əklaqələr 27 avqust 1992-ci ildə qurulmuşdur. Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvüdür. 2012-ci il nəticələrinə görə Qazaxıəstan Qırğızıstanın Rusiya və Çindən sonra ən böyük iqtisadi tərəfdaşıdır. Ticarət dövriyəsinin 12,7 % Qazaxıstanın payına düşür. == Siyasi əlaqələr == İki ölkə arasında ikitərəfli əlaqələrdə və beynəlxalq siyasi məsələlərlə bağlı siyasi dialoqda ziddiyyət yoxdur. Ən yüksək səviyyədə danışıqlar müntəzəm olaraq keçirilir. Eyni zamanda ölkələr su siyasətinə dair ("su ehtiyatları") əks mövqedə çıxış edirlar. Qazaxıstanın İssık-Kul ərazisində bir neçə pansionata sahibdir. 2003-cü ildə Bişkek Qazaxıstanın Qırğızıstandakı daşınmaz əmlakına olan hüququnu tanımışdır.
Qazaxıstan–Qırğızıstan sərhədi
Qazaxıstan-Qırğızıstan sərhədi 1,212 km (753 m) olub , Özbəkistan və Çin ilə birlikdə üçtərəfli sərhəd təşkil edir. Qırğızıstanın paytaxtı Bişkek, bu sərhədin cənubunda 16 km məsafədədir və Almatı (Qazaxıstanın ən böyük şəhəri və köhnə paytaxtı) onun şimalından yalnız 29 km (18.4 m) məsafədə yerlləşir. == Təsviri == Sərhəd qərbdə Uqam silsiləsində Özbəkistanla başlayır və sonra şimal-şərq istiqamətində Tarazdan keçərək və Qırğızıstanın Ala-Too dağları boyunca davam edir. Sərhəd Bişkek və Tokmokdan keçən Çu çayından əvvəl Kara-Balta ətrafında kobud çuxuru izləyir. Qazaxıstanın Tarazdan Aqtöbe dəmiryoluna qısa müddətdə keçən Sovet dövrünün mirası, infrastrukturun daxili sərhədləri nəzərə alınmadan inşa edildiyi bir yerdir. == Tarixi == XIX əsrdə Rusiya Mərkəzi Asiyanı Kokand və Xivə keçmiş müstəqil xanlıqlarını və Buxara əmirliyini birləşdirərək fəth etdi. Kommunistlər 1917-ci ildə hakimiyyətə gəldikdən və Sovet İttifaqını yaratdıqdan sonra Orta Asiyanı etnik əsaslı respublikalara bölüşdürmə qərarı verilmişdir, bunlar Milli ərazi sərhədləri (və ya ing. NTD) kimi tanınan bir prosesdir. Bu siyasətlə, Stalin, sakinlərini ayrı-ayrı ölkələrə bölüşdürdü və bu azlıqlar üçün sərhədlər müəyyən etdi. Sovetlər etnik cəhətdən homogen respublikalar yaratmaq məqsədi daşıyırdı, lakin bir çox sahələr etnik şəkildə qarışıq idi (məsələn, Fərqanə Vadisi) və bəzi xalqlara (məsələn, qarışıq Tacik-Özbek Sartı və ya Amudərya Türkmənistan / Özbek qəbilələri) 'hüququ' etnik etiket təyin etmək çətin idi.
Qırğızıstan Respublikasının Ali Şurası
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Qırğızıstan Respublikasının Joqorku Keneşi
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Qırğızıstan Respublikasının xalq yazıçısı
Qırğızıstan Respublikasının xalq yazıçısı (qırğ. Кыргыз Республикасынын эл жазуучусу) — Qırğızıstan Respublikasında fəxri ad.
Qırğızıstan SSR
Qırğızıstan Sovet Sosialist Respublikası (qırğ. Кыргыз Советтик Социалисттик Республикасы Kirgiz Sovettik Sotsialisttik Respublikasi; rus. Киргизская Советская Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq respublikasından biri idi. 14 oktyabr 1924-cü ildə təşkil olunmuşdur.
Qırğızıstan SSR-in himni
Qırğızıstan SSR himni (qırğ. Кыргыз ССР Мамлекеттик Гимни) — 1946–1992-ci illərdə Qırğızıstan SSR-nin dövlət himni.
Qırğızıstan SSR-nin himni
Qırğızıstan SSR himni (qırğ. Кыргыз ССР Мамлекеттик Гимни) — 1946–1992-ci illərdə Qırğızıstan SSR-nin dövlət himni.
Qırğızıstan Silahlı Qüvvələri
Qırğızıstan Silahlı Qüvvələri — Silahlı Qüvvələrin Baş Qərargahının (QR SQBQ), Müdafiə İşləri üzrə Dövlət Komitəsinin (keçmiş Müdafiə Nazirliyi), Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmələri, bölmələri və bölmələri və Milli Qvardiya. Silahlı Qüvvələrin Baş Qərargahının və GKDO KR-nin birləşmələri, bölmələri və alt birliklərinin sayı təxminən 12,000 nəfər, SQ QR — 3000 nəfərdir və DSX — 6800 nəfər. Bundan əlavə, respublikanın hərbi doktrinasına uyğun olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Milli Müdafiə Nazirliyinin tam tərkibli səyyar xüsusi təyinatlı bölmələrini özündə cəmləşdirən Dərhal Reaksiya Qüvvələri (DRQ) mövcuddur. Mühafizəçi. Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə görə Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovdur. Qırğızıstan Respublikasının Müdafiə Naziri general-mayor Taalaibek Baryktabasoviç Omuralievdir (4 fevral 2021-ci ildən). == Tarixi == Qırğızıstan Respublikasının silahlı qüvvələri 29 may 1992-ci ildə Qırğızıstan Prezidenti Askar Akaevin fərmanı ilə respublika ərazisində yerləşən Sovet Ordusunun Orta Asiya Hərbi Dairə birləşmələri və birləşmələri onun əlinə keçirildiyi zaman quruldu. yurisdiksiya. 15 may 1992-ci ildən bu günə qədər KTMT üzvüdür 1993-cü ildə Qırğızıstan Respublikasının Müdafiə İşləri üzrə Dövlət Komitəsi Qırğızıstan Respublikasının Müdafiə Nazirliyinə çevrildi. 1993-cü ilin yanvarından 1998-ci ilədək Qırğızıstan Silahlı Qüvvələrinin ayrı bir dağ tüfəng taburu, "Tacikistanın Əfqanıstanla dövlət sərhədinin hissəsində vəziyyəti sabitləşdirmək üçün tədbirlər" ilə əlaqədar olaraq Tacikistanın 100 kilometrlik hissəsini qorudu.
Qırğızıstan Sovet Sosialist Respublikası
Qırğızıstan Sovet Sosialist Respublikası (qırğ. Кыргыз Советтик Социалисттик Республикасы Kirgiz Sovettik Sotsialisttik Respublikasi; rus. Киргизская Советская Социалистическая Республика) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq respublikasından biri idi. 14 oktyabr 1924-cü ildə təşkil olunmuşdur.
Qırğızıstan Sovet Sosialist Respublikası himni
Qırğızıstan SSR himni (qırğ. Кыргыз ССР Мамлекеттик Гимни) — 1946–1992-ci illərdə Qırğızıstan SSR-nin dövlət himni.
Qırğızıstan Sovet Sosialist Respublikasının himni
Qırğızıstan SSR himni (qırğ. Кыргыз ССР Мамлекеттик Гимни) — 1946–1992-ci illərdə Qırğızıstan SSR-nin dövlət himni.
Qırğızıstan azərbaycanlıları
Qırğızıstanda azərbaycanlılar — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Qırğızıstanda yaşayan hissəsinin adı. == Say == Dünya Azərbaycanlıları Konqresinin (DAK-ın) bütün dünyada yaşayan azərbaycanlıların sayına dair 2006-cı ildə yayınladığı məlumatlara əsasən Qırğızıstanda 16,000 nəfər etnik azərbaycanlı yaşamaqda idi. Siyahıyaalmalara və rəsmi təxminlərə əsasən Qırğızıstan əhalisi və bu ölkədəki etnik azərbaycanlıların sayı: 1999-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 4,822,938 nəfər, azərbaycanlıların sayı: 14,014 nəfər 2009-cu il siyahıyaalmasına əsasən Qırğızıstan əhalisi: 5,362,793 nəfər, azərbaycanlıların sayı: 17,267 nəfər 2010-cu ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,418,299 nəfər, azərbaycanlıların sayı: 17,498 nəfər 2011-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,477,620 nəfər, azərbaycanlıların sayı: 17,823 nəfər 2012-ci ilə olan rəsmi təxminə əsasən Qırğızıstan əhalisi: 5,551,888 nəfər, azərbaycanlıların sayı: 18,046 nəfər === Məskunlaşma === == Qırğızıstanda diaspora təşkilatları == Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatlarına əsasən Qırğızıstanda azərbaycanlılara aid diaspora təşkilatları aşağıdakılardır: “Azəri” İctimai Birliyi: Bişkek şəhərində yerləşir. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu: Bişkek şəhərində yerləşir. “Azərbaycan” Gənclər Təşkilatı: Bişkek şəhərində yerləşir.
Qırğızıstan bayrağı
Qırğızıstan bayrağı — Qırğızıstan Respublikasının dövlət bayrağı
Qırğızıstan coğrafiyası
Qırğızıstan, Mərkəzi Asiyada, Çin Xalq Respublikasının qərbində quruyla çevrili bir ölkədir. Orta Asiyanın yeni müstəqil ölkələrinin ən kiçiyi olan Qırğızıstan, təxminən 198,500 kvadrat kilometrlik sahəylə Türkiyə Respublikasının Şərqi Anadolu bölgəsi ilə eyni böyüklükdədir. Milli torpaqları təxminən şərqdən qərbə 900 kilometr, şimaldan cənuba 410 kilometr halında çatmaqdadır. Qırğızıstan, cənub-şərqdə Çin Xalq Respublikası, şimalda və qərbdə Qazaxıstan, cənubda və qərbdə də Özbəkistan və Tacikistan ilə həmsərhəddir. Orta Asyaın Stanilist hissəninin beş respublikaya ayrılmasının bir nəticəsi olaraq çox sayda etnik Qırğız, Qırğızıstanda yaşamamaqdadır. Hukuken Qırğızıstan torpaqlarının bir parçası ancaq coğrafi olaraq buradan bir neçə kilometr uzaqda ikisi Özbəkistanda biri Tacikistanda ollan üç əhatə edilmiş bölgə tanınmaqdadır. Qırğızıstan ərazisində bir arada milli torpaqların %65'ini işğal etməkdə olan Tanrı və Pamir Dağları sistemləri hökm sürməkdədir. Tanrı Dağları sisteminin Alay sahəsi hissəsni, ölkənin cənub-qərbindən şərqinə doğru aypara şəklində hökm sürməkdədir və ana Tian Shan sahəsi şərqdə Çin Xalq Respublikası içinə girərək Sincan Uyğur Avtonom Bölgesiına çatmadan əvvəl, cənub Qırğızıstan və Çin Xalq Respublikası arasındakı sərhəd boyunca irəliləyər. Qırğızıstanın ortalama rakımı 7.439 metrlik Jengish Chokusu Təpəsi ilə Oş yaxınındakı 394 metrlik Fergana Vadisi arasında 2.750 metrdir. Ölkənin dərhal dərhal %90'ı dəniz səviyyəsinə görə 1500 metrdən daha yüksəkdədir.
Qırğızıstan gerbi
Qırğızıstan Respublikasının dövlət gerbi (qırğ. Кыргыз Республикасынын Мамлекеттик герби) — Qırğızıstan Respublikasının dövlət rəmzi. 14 yanvar 1994-cü ildə Qırğızıstan parlamenti tərəfindən təsdiq edilmişdir. == Təsviri == Qırğızıstan gerbinin aşağı hissəsində mavi dairə, ön planda ağ şahin, mavi göl, yuxarı hissəsində təpəsi ağ, yamacları isə mavi rəngdə verilmiş Qırğız ala dağları, o cümlədən günəş və ondan saçılan qızıl rəngli şüalar təsvir olunmuşdur. Gerbin yuxarı hissəsində ağ rəngdə "Qırğız", aşağında isə "Respublikası" yazılmışdır. Gerbin yan tərəflərində pambıq sapları və qızıl rəngdə buğda sünbülləri var. == Semantik təsviri == Qırğızıstan Respublikasının dövlət gerbinin mərkəzi qırğız xalqının zehniyyətinin, təbiətinin, mədəniyyətinin və təsərrüfatının xüsusiyyətlərini şərti simvol dilində ifadə edən bir dairədən ibarətdir. Gerbin ön planında, mavi dairənin alt hissəsində, geniş qanadlı bir ağ şahin şəkli mövcuddur. Düşüncələrin saflığı və nəcibliyinin rəmzi olan "Ağ Şumkar" quşu qırğız əfsanələrində və xalq dastanlarında oxunur. Qırğızıstan Respublikasının dövlət gerbindəki bu quşun təsviri qırğız xalqının həyat tərzi, ənənəvi mədəniyyətini təmsil edir və İssık-Kuldan Qırğız ala dağlarının qarlı zirvələrinə qədər uzanan Qırğızıstan torpağının qorunmasını simvollaşdırır.
Qırğızıstan himni
Qırğızıstan dövlət himni (qırğ. Кыргыз Республикасынын Мамлекеттик Гимни) – Qırğızıstan dövlət simvollarından biri (bayraq və gerblə birlikdə).
Qırğızıstan iqtisadiyyatı
Qırğızıstan iqtisadiyyatı əsasən sənaye və xidmət sektorundan ibarətdir və əmək qabiliyyətli əhalinin yarısından azı xidmət sektorunda işləyir . 2011-ci ildə miqrant köçürmələrinin həcmi ölkənin ÜDM-nin 29% -ni təşkil etmişdir . Sənaye enerji və mədənçiliklə təmsil olunur. Yüngül və qida sənayesində müəssisələr var. Yanacaqdoldurma stansiyası bazarı qismən ölkənin şimalında yanacaqdoldurma məntəqələrinin 63% -ə qədərinə sahib olan Qazprom Neft şirkəti tərəfindən idarə olunur. 1990-cı illərdə respublikada sənayeləşmə və Orta Asiya standartlarına görə böyük bir eniş yaşandı: Qırğızıstanın ÜDM-i 1990-2001-ci illərdə 10,35 dəfə azaldı (qonşu Özbəkistanda, eyni zamanda, 3,45 dəfə) . Ciddi bir problem 2008 - 2012-ci illərdə kəskin artan dövlət xarici borcudur: 2083,8 milyon dollardan 3031,1 milyon dollara qədər. Kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir hissəsi ixrac olunur. Turizm Qırğızıstan üçün vacib bir gəlir mənbəyidir. 2008-ci ildə ölkəni gəliri 509 milyon dollar olan 2 milyondan çox xarici turist ziyarət etdi.
Qırğızıstan milli futbol komandası
== Tarixi ==
Qırğızıstan parlamenti
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.

qırğız sözünün leksik mənası və izahı

qırğız sözünün rus dilinə tərcüməsi

  • 1 1. киргиз; 2. киргизский;

    Azərbaycanca-rusca lüğət / qırğız
  • 2 I сущ. киргиз, киргизка. Qırğızlar киргизы (народ тюркской группы, составляющий основное население Киргизии) II прил. киргизский. Qırğız dili киргизский язык

    Azərbaycanca-rusca lüğət / qırğız

qırğız sözünün inglis dilinə tərcüməsi

qırğız sözünün fransız dilinə tərcüməsi

qırğız sözünün ləzgi dilinə tərcüməsi

"qırğız" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qırğız nədir? #qırğız sözünün mənası #qırğız nə deməkdir? #qırğız sözünün izahı #qırğız sözünün yazılışı #qırğız necə yazılır? #qırğız sözünün düzgün yazılışı #qırğız leksik mənası #qırğız sözünün sinonimi #qırğız sözünün yaxın mənalı sözlər #qırğız sözünün əks mənası #qırğız sözünün etimologiyası #qırğız sözünün orfoqrafiyası #qırğız rusca #qırğız inglisça #qırğız fransızca #qırğız sözünün istifadəsi #sözlük