* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
I (Əli Bayramlı, Ucar) çoxdanışan, zəhlətökən. – Biz çoxdanışana qırçı diyirik (Əli Bayramlı); – İbad çox qırçı adamdı (Ucar) II (Ağsu, Basarkeçər, Böyük Qarakilsə, Daşkəsən, Əli Bayramlı, Gədəbəy, Goranboy, Hamamlı, Xanlar, Kürdəmir, Qubadlı, Oğuz, Salyan, Tərtər, Zərdab) b ax qırtçı. – Hacı Qara olduxca qırçı adamdı (Oğuz); – Qırçı adamın öz malı özünə qismət döy (Daşkəsən); – Qırçı pul xaşdamır (Tərtər); – Sən nə yaman qırçı adamsan! (Qubadlı); – Qo:şumuz Səməd çox qırçı adamdı (Əli Bayramlı); – Dö:lətdilər qırçı olullar (Kürdəmir)
Azərbaycan dilinin dialektoloji lüğəti.