Cəlilov sözü azərbaycan dilində

Cəlilov

Yazılış

  • Cəlilov • 99.6457%
  • CƏLİLOV • 0.2657%
  • cəlilov • 0.0886%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abutalıb Cəlilov
Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent, Əməkdar müəllim (2019). == Həyatı == 17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir. === Tədris etdiyi fənlər === Slavyan ölkələri tarixi qədim və yeni dövrləri əhatə edir.
Afiyəddin Cəlilov
Afiyəddin Cəlil oğlu Cəlilov (1 avqust 1946, Naxçıvan – 29 sentyabr 1994, Bakı) — Azərbaycan dövlət və siyasi xadimi. Bir sıra yüksək dövlət vəzifələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmışdır. == Həyatı == === Erkən illəri === Afiyəddin Cəlilov 1946-cı il yanvarın 8-də Naxçıvan şəhərində anadan olmuşdur. 1969-cu ildə Leninqrad Dağ-Mədən İnstitutunu və 1981-ci ildə Moskvada İKP MK yanında İctimai EA-nı bitirmişdir. 1969–1973-cü illərdə Naxçıvan duz mədənlərində mühəndis-mexanik işləmişdir. Sonralar 1973–1979-cu illərdə məsul komsomol, partiya və dövlət işində çalışmış, Naxçıvan Vilayət Komsomol Komitəsinin 1-ci katibi və Azərbaycan LKGİ Milli Komitəsinin katibi işləmişdir. O, 1979–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Milli Komitəsinin təlimatçısı işləmişdir. 1981–1989-cu illərdə Bakı şəhəri Nəsimi rayonu partiya komitəsinin 1-ci katibi işləmişdir. === İctimai-siyasi fəaliyyəti === Afiyəddin Cəlilov 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Partiya Komitəsinin 1-ci katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. O, Naxçıvanda işlədiyi dövrdə Ermənistanın təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan MR-in iqtisadi-sosial problemlərinin həlli, muxtar respublikada vətandaş həmrəyliyinin yaranması və sabitliyinin qorunub saxlanması sahəsində önəmli fəaliyyət göstərmişdi.
Asim Cəlilov
Asim Cəlilov (d. 18 avqust 1936) — Əməkdar jurnalist == Həyatı == Asim Cəlilov 18 avqust 1936-cı ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Moskvada İctimai Elmlər Akademiyasında təhsil alıb. == Fəaliyyəti == “Molodyoj Azerbaydjana” qəzetində (1967-1972), “Azərbaycanfilm” kinostudiyasında, “Bakinski raboçi” qəzetində (1991-1995) baş redaktor vəzifəsində işləyib. == Ad == Əməkdar jurnalistdir.
Elcan Cəlilov
Elcan Famil oğlu Cəlilov (26 fevral 1996, Tovuz rayonu – 9 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Cəlilov 1996-ci il fevralın 26-da Tovuz rayonunda anadan olub. 2003-2014-cü illərdə A. Puşkin adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elcan Cəlilov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elcan Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elcan Cəlilov noyabrın 7-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elcan Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Cəlilov
Elçin Cəlilov (17 iyul 1968 – 10 may 2005) — Azərbaycan müğənnisi. == Bioqrafiyası == === Erkən illəri === Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə, musiqiçi ailəsində anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirib. Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.
Firudin Cəlilov
Firudin Ağası oğlu Cəlilov (6 may 1947, Vedi rayonu) — türkoloq, filologiya elmləri doktoru, professor; Azərbaycan Respublikası Baş nazirinin müavini (1992); Azərbaycan Respublikasının Xalq təhsili naziri (1992–1993); Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri (1993) == Həyatı == 6 may 1947-ci ildə Vedibasarda doğulan F. A. Cəlilov orta məktəbi Bakıda (1966) bitirib, BDU-nun filologiya fakültəsinə daxil olmuş, 1972–1994-cü illərdə həmin fakültənin Azərbaycan dilçiliyi kafedrasında laborant, müəllim, dosent və professor vəzifələrində işləmişdir. O, pedaqoji fəaliyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, mürəkkəb cümlə sintaksisindən namizədlik (1978) və dilçilik elminin ən çətin və mürəkkəb sahəsi sayılan morfonologiya mövzusunda doktorluq (1989) dissertasiyası müdafiə etmişdir. Onun türk dillərinin morfonologiyasına aid yazdığı monoqrafiya (1988) Türkologiyada hələ də ilk örnək sayılır və Azərbaycan və Türkiyə universitetlərində dərs vəsaiti kimi istifadə olunur. Bu kitab 2021-də təkrar Ankarada yayınlanmışdır. F. Cəlilov türk dilləri ilə yanaşı, türk xalqlarının tarixi, mifologiyası və etnoqrafiyası haqqında 300-dən artıq elmi məqalə və 20 kitab yazmış, əsərlərinin bir hissəsi xarici ölkələrdə çap olunmuşdur. Onun "Azərbaycan dilinin morfonologiyası"(1988) kitabına bu sahədə təkcə Azərbaycan dilçiliyində deyil, türkologiyada ilk fundamental tədqiqat işi kimi Beynəlxalq Türkoloji qurultay (1996) adından ödül verilmişdir. Elmi-populyar məqalələrini çox vaxt Ağasıoğlu imzası ilə yazan F. Cəlilovun "Azərbaycan türklərinin islamaqədərki tarixi" mövzusundakı silsilə məqalələri elmi dairələr və ictimaiyət tərəfindən yüksək qiymətləndirilmişdir. F. Cəlilov türkologiya sahəsindəki xidmətlərinə görə Atatürkün qurduğu Türk Dil Kurumunun müxbir üzvü (1996), sonra fəxri üzvü (2000) seçilmişdir. "Türk Ocağı" ona bilgə sanı vermişdir. O, təhsil sahəsində apardığı islahatlara görə akad.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. == Həyatı == Gündüz Cəlilov 30 mart 1954-cü il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir.İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. == Siyasi fəaliyyəti == Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988-1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. O, 4 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 231 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Həsən Cəlilov
Həsən Məhərrəm oğlu Cəlilov (30 mart 1995; Qarahəsənli, Şərur rayonu, Azərbaycan — 25 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Cəlilov 30 mart 1995-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Həsən Cəlilov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Briqadasında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Həsən Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı-qumbaraatan olaraq iştirak etmişdir. Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Həsən Cəlilov 25 oktyabr 2020-ci ildə Şuşa istiqamətində yolların açılması üçün Xocavənd rayonunun Hadrut qəsəbəsində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Şərur rayonunun Qarahəsənli kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Cəlilov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Cəlilov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamil Cəlilov
Kamil Cəlil oğlu Cəlilov (29 yanvar 1938, Bakı – 22 fevral 2022, Bakı) — Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu. 1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.. O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. == Həyatı == === Uşaqlığı və erkən illəri === Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub. Atası Cəlil İkinci Dünya müharibəsində ayaqlarını itirmişdi. Əlil arabası ilə gəzirdi. Sənəti dülgərlik idi. Musiqiyə də xüsusi maraq bəsləyirdi.
Maqsud Cəlilov
Cəlilov Maqsud Fərhad oğlu — fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Maqsud Cəlilov 1935-ci il mayın 2-də əzəli Azərbaycan torpağı olan Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. Orta məktəbin 4-5-ci siniflərini bir ildə tamamlayaraq, məktəbi bitirdikdən sonra Qazax 2 illik Müəllimlər İnstitutuna daxil olmuşdur. Sonradan İnstitut Şəki şəhərinə köçürülmüşdür. Şəki Müəllimlər İnstitutunu bitirib Lənkəran rayonunun Şağlaser kəndində bir il müəllim işlədikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Tarix-Filologiya fakültəsinə daxil olmuşdur. İnstitutda oxuduğu müddətdə "Lenin" adına təqaüd almış, 1960-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutu bitirdikdən sonra doğma kəndinə qayıtmış, əvvəlcə kənd orta məktəbində müəllim, sonra isə rayon qəzetində müxbir işləmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə institutunun aspiranturasına daxil olmuş, 1969-cu ildə "Dinlə ictimai şüurun başqa formaları arasında qarşılıqlı əlaqə" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin fəlsəfə kafedrasında işləmişdir. 1976-cı ildən ömrünün sonunadək kafedra müdiri vəzifəsində çalışmışdır.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, “SSRİ İxtiraçısı”, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının “Avianəqliyyat istehsalatı” kafedrasının professoru. == Həyatı == Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-cı il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cü ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-ci ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974-1975-ci illərdə “Şimal” DRES-ində çalışmış və oradan Az.NKİ-nin “Dəniz suyunun sənayedə istifadə edilməsi” problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir.1978-2013-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır.1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az.ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.ETELİ-də doktorluq dissertasiyası müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın, bir-neçə birdəfəlik Elmi şuranın, 2003-cü ildən 2 il müddətinə AAK-nın ekspert komissiyasının üzvü olmuşdur.2004-2008-ci illər Almaniyanın Köln Texniki Universitetinin koordinatorluğu ilə AB-nin qrantı hesabına AzMİU-dakı TEMPUS layihəsinin Universitet üzrə əlaqələndiricisi olmuş, 2007-ci ildə Almaniyanın adı çəkilən Universitetində bir ay müddətində staj keçmişdir. Onun iştirakı ilə AzMİU-da bu layihə üzrə “Enerji menecmenti (binalarda)” ixtisası açılmış, 18 ədəd yeni dərs vəsaiti nəşr edilmişdir. 174 elmi-metodiki işlərin (onlardan 50-dən çoxu Rusiyada, Ukraynada, Belorusda, Almaniyada nəşr edilmişdir), o cümlədən monoqrafiyanın, 15 ixtira və patentin, 5 ədəd dərsliyin və dərs vəsaitinin, 10 ədəd metodiki vəsaitin, hazırda MDB-də qüvvədə olan, layihə institutları üçün nəzərdə tutulmuş 5 mövzuda rəhbər “Metodiki göstərişlərin” həmmüəllifidir.SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olmuş, “SSRİ İxtiraçısı” medalı ilə təltif olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmış, magistrlərin elmi rəhbəri olmuşdur. Elmi fəaliyyətinin əsas istiqamətini suyun emalı prosesinin iqtisadi və ekoloji səmərəsinin yüksəldilməsi təşkil edir.
Məzahir Cəlilov
Cəlilov Məzahir Həmdulla oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2013). == Həyatı == Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır. Bunlardan Vəkil Vadenbirn (L. Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M. İbrahimov "Közərən ocaqlar"), Papas (H. Cavid "İblis"), Şeyx Alı (S. Vurğun "Vaqif"), Sıldırım (N. Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M. S. Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ. Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B. Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C. Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B. Vahabzadə "Dar ağacı"), Ya O (Ç. Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M. F. Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N. Hikmət "Kəllə"), Məlüküldövlə (İ. Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M. Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar. Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Əlavə iz (film, 1981) Ömrün yolları (film, 1982) Günahsız Abdulla (film, 1984) Apardı sellər Saranı (film, 1996) Canavar balası (film, 1997) Yurd yeri (film, 1997) Biz qayıdacağıq (film, 2007) Cavad xan (film, 2009) Ölüm növbəsi (film, 2009) Yaddaş (film, 2010) Mürafiə vəkillərinin hekayəti (film, 2011) Həkimlər Ultionis Tək olanda qorxma... (teleserial, 2013) == Mənbə == Məzahir Cəlilov == Haqqında == Tapdıq Əlibəyli, "Sənət ecazkarlığı", "Sözün dan yeri" (kitab), "Elm və təhsil" nəşriyyatı, 2014, səh.112–119.
Namiq Cəlilov
Cəlilov Namiq Sərdar oğlu — Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü (2007) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru == Həyatı == Namiq Cəlilov 1955-ci il fevralın 18-də Naxcıvan Muxtar Respublikasında anadan olmuşdur. N.S.Cəlilov əyani aspiranturanı İZMİRAN -da (Moskva vilayəti) müvəffəqiyyətlə başa vurmuş və elə orada da namizədlik dissertasiyasını astrofizika ixtisası üzrə müdafiə etmişdir (1983). 1986-2005-ci illər ərzində o İZMİRAN -da aparıcı elmi işçi vəzifəsinə qədər yüksələrək bu İnstitutda həyata keçirilmiş iki kosmik proqramın (KORONAS-İ və KORONOS-F) nəzəri proqramlarının hazırlanmasında fəal iştirak etmişdir. 2004-cü ildə İZMİRAN-da "Günəşin qlobal məxsusi rəqslərinin fiziki modelləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru alimlik dərəcəsini qazanmışdır. 1983-2004-cü illərdə Rusiya və Almaniyanın məşhur elm ocaqlarında (Yer maqnetizmi, İonosfer və Radio dalğaların yayılması İnstitutu (Moskva) və Potsdam Astrofizika İnstitutu) çalışmış, nəzəriyyəçi alim kimi yetişmişdir. Elmi fəaliyyətə Günəş fizikasının aktual sahəsi olan helioseysmologiyanın nəzəri problemləri ilə başlayan alim fundamental nəticələrə nail olmuşdur. O, rəqslərin radiativ udulmasını nəzərə alaraq Günəşin akustik pulsasiyasının spektrini hesablamışdır. Həmçinin Rusiya, Kanada və İspaniyadan olan alimlərlə birlikdə o neytrino fizikası sahəsində mühüm layihələrin müəllifidir. İlk dəfə N.Cəlilov tərəfindən (Rusiya və Almaniya alimləri ilə birlikdə) Günəşin diferensial fırlanması ilə bağlı olan burulğanlı qlobal rəqslərin nəzəriyyəsi irəli sürülmüşdür. 107 elmi məqalənin müəllifidir.
Nizaməddin Cəlilov
Nizaməddin Cəlilov — Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini, ədliyyə general-mayoru.[mənbə göstərin] == Həyatı == Cəlilov Nizaməddin Qurban oğlu 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunu mühəndis, Azərbaycan Universitetini isə hüquqşünas ixtisasları üzrə bitimişdir. 1989-cu ildən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti qismində xidmət etmişdir, müharibə veteranıdır. 2005-ci ildən ədliyyə orqanlarında qulluq edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavinidir. Azərbaycan Respublikası Prezidentinin 20.11.2013-cü il tarixli Sərəncamı ilə ona ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilmişdir. Ailəlidir, Bir övladı var.
Qurban Cəlilov
Cəlilov Qurban Nizaməddin oğlu — texnika elmləri doktoru, professor, Azərbaycan MEA həqiqi üzvü. == Həyatı == Cəlilov Qurban Nizaməddin oğlu Azərbaycan Respublikasının Nuxa rayonunun Qışlaq kəndində anadan olmuşdur. 1950-ci ildə riyaziyyatçı ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1950-1953-cü illərdə Azərbaycan EA Fizika və riyaziyyat institutunun aspirantı olmuşdur. 1954-1958-ci illərdə Azərbaycan Neft Ekspedisiyasında kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 1954-cü ildə "Neftdaşıma kontorunun yerdəyişməsi və quyunun sulaşması ilə əlaqəli bəzi məsələlərin hidrodinamik tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1958-1960-cı illərdə AzETNÇİ-da böyük elmi işçi işləyib. 1960-1961-ci illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunda böyük elmi işçi işləmişdir. 1961-2000-ci illərdə Azərbaycan EA DNQYPİ-da böyük elmi işçi, şöbə rəhbəri, 1974-1988-ci illərdə isə elmi işlər üzrə direktor müavini olmuşdur. 1963-cü ildə "Neftdaşıma (neftlilik) kontorunun yerdəyişməsi, quyuların sulaşması məsələləri və süzülmənin fəza məsələləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Sahil Cəlilov
Sahil Oktay oğlu Cəlilov (17 may 1998; Dərvişlər, Şərur rayonu, Azərbaycan — 21 oktyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sahil Cəlilov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə baş kəşfiyyatçı olaraq vuruşmuşdur. Sahil Cəlilov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Cəlilov
Tural Cəlilov (futbolçu)
Cəlil Cəlilov (neftçi)
Cəlilov Cəlil Həsən oğlu (1922 – 1997, Bakı) — azərbaycanlı neftçi, geologiya-mineralogiya elmləri namizədi. == Həyatı == Cəlil Cəlilov 1922-çi ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur, 1940-cı ildə Şəki şəhərindəki orta təhsil məktəbini bitirmişdir. 1941-1943-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə ağır yaralandığına görə ordudan tərxis olunmuş və 1943-cü ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına) daxil olaraq, 1949-cu ildə qaz və neft yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş, dağ mühəndis-geoloqu ixtisası almışdır. Əmək fealiyyətinə 1949-cu ildə Neft Daşlarının təməli qoyulan zamanda başlamışdır. Geoloq vəzifəsində işə başlamaqla Neft Daşlan Qazma İşləri İdarəsinin Baş geoloqu vəzifəsinə kimi yüksəlmişdir. "Neft Daşları", "Palçıq pilpiləsi", "Gürgan", "Çilov adası", "Həzi Aslanov", "Cənub" yataqlarının kəşfində və işlənməsində böyük əməyi olmuşdur. "Günəşli" dəniz neft-qaz yatağını ilkin açanlardan biridir. Qazmada geofiziki işlərin yerinə yetirilməsində rəhbərlik təşəbbüsü, qazılacaq quyuların sənədlərinin əvvəlcədən hazırlanması, qazma zamanı kəşfiyyat və istismar quyulannın layihə dərinliyinə çatdırılması, qoruyucu kəmərlərin nəzərdə tutulan dərinliyə buraxılması, qoruyucu və istismar kəmərlərinin arxasının sementlənməsində dəqiqlik kimi məsuliyyətli işlərin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur. "Neft Daşları", "Palçıq pilpiləsi", "Günəşli", "Çilov adası" yataqlarında yüzlərlə quyuların, xüsusilə dərin quyuların qazılmasına, mezozoya qazılan ilk quyuya, dərinliyi 3 km-dən çox olan quyu 2040 m maililiklə qazılaraq o vaxt üçün Avropa rekordu olmuş, Azərbaycanda ən böyük əyriliyə - Kv (60° 459 malik quyuların qazılmasına bilavasitə başçılıq etmişdir.
Tural Cəlilov (futbolçu)
Tural Alim oğlu Cəlilov (28 noyabr 1986, Xaçmaz) — azərbaycanlı futbolçu. Mövqeyi yarımmüdafiəçidir. Azərbaycan milli futzal çempionatında çıxış edən "Premier" Quba komandasının üzvüdür. Azərbaycan milli komandasının keçmiş oyunçusu olmuşdur. == Həyatı == 11 yaşında doğma şəhəri Xaçmazda uşaq futbol məktəbində futbol oynamağa başladı. İlk məşqçisi Zöhrab Mahmudov olmuşdur. "Ədliyyə" (Bakı) və "Gənclərbirliyi" (Sumqayıt) klublarında çıxış edib. 2007-2010-cu illərdə Azərbaycan Premyer Liqa komandasının - "Simurq" (Zaqatala) klubunun heyətinə cəlb olundu. "APA-Sport" agentliyinin apardığı hesablamaya görə, Tural Cəlilov 2008/2009-cu il mövsümündə, 17-ci Azərbaycan Futbol Çempionatının 26 oyununun hamısında meydançaya çıxan yeganə yerli oyunçu olub. Cəlilov Zaqatala təmsilçisinin uğuruna 4 qol və 2 ötürməylə töhfə verdi.
Tural Cəlilov (şəhid)
Tural Callad oğlu Cəlilov (10 aprel 1996, Yeni Dizaxlı, Qəbələ rayonu – 7 oktyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Cəlilov 1996-cı il aprelin 10-da Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tural Cəlilov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Tural Cəlilov (əsgər)
Tural Callad oğlu Cəlilov (10 aprel 1996, Yeni Dizaxlı, Qəbələ rayonu – 7 oktyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Cəlilov 1996-cı il aprelin 10-da Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Tural Cəlilov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub. Qəbələ rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Cəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaləddin Cəlilov
Xaləddin Asəf oğlu Cəlilov (13 aprel 2002, Sankt-Peterburq – 30 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xaləddin Cəlilov 2002-ci il aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşdur. Əslən Ağstafa rayonundandır. 2008–2016-cı illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində, 2016–2019-cu illərdə isə Ağstafa şəhərində A. Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2019-cu ildə Ağstafa rayonunun icra hakimiyyəti tərəfindən "ilin idmançısı" adına layiq görülmüşdür. 2019–2020-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alsa da, 2020-ci ildə təhsilini donduraraq hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Xaləddin Cəlilov 2020-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Xaləddin Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Yaşar Cəlilov
Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, DQMV) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor. == Həyat fəaliyyəti == Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir.1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir.Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri == Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir. == Bəzi elmi əsərlərindən nümunələr == Оперативное лечение поясничного остеохондроза // Ортопедия, травматология и протезирование. М. Медицина.
Şöhrət Cəlilov
Şöhrət Cəfər oğlu Cəlilov (11 yanvar 1998, Gəncəli, Xaçmaz rayonu – 24 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şöhrət Cəfər oğlu Cəlilov 11 yanvar 1998-ci ildə Xaçmaz rayonu Gəncəli kəndində anadan olub. == Hərbi xidməti == Şöhrət Cəlilov İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 24 oktyabrda Xocavənd rayonunun Zoğalbulaq və Düdükçü kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şöhrət Cəlilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Əsgər Cəlilov
Əsgər Xəlil oğlu Cəlilov — Azərbaycanlı şəhid. == Həyatı == Cəlilov Əsgər Xəlil oğlu 1936-cı ildə Gədəbəy rayonunun Mutudərə kəndində kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq illərini yoxsulluq içərisində keçirmişdir. Yaşının yetkinlik çağlarında kolxozda fəhləlik etmişdir. 1981-ci ildən Gədəbəy rayon rabitə qovşağının İsalı poçt şöbəsində poçtalyon işləmişdir. İşlədiyi müddətdə əhalinin dərin hörmətini qazanmışdır. == Hərbi xidməti == 1990-cı il 20 yanvar hadisələrindən on gün sonra xidməti vəzifəsini yerinə yetirərkən erməni quldurları tərəfindən faciəli surətdə 5 nəfər rabitə işçisi ilə birlikdə qətlə yetirilmişdir. == İrsi == Gədəbəy rayon qəbiristanlığında dəfn olunub. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Alla Cəlilova
Alla Cəlilova (d. 8 (21) noyabr 1908, Tiflis – 12 aprel 1992, Moskva) — Sovet aktrisası və müəllimi, Bolşoy Teatrın balet solisti (1927-1951), ilk Dağıstan balerinası. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1951). == Bioqrafiyası == Alla Cəlilovanın atası Abdulqay Abduloviç, inqilabdan əvvəlki dövrlərdə ali təhsil alan azsaylı axtılılardan biri olmuşdur. Axtı məktəbini bitirdikdən sonra Stavropol gimnaziyasına (Puşkinin bitirdiyi məktəb) oxumağa başlayır. Orada Sofiya Nikolaevna Zaiçevskaya ilə tanış olur. 1900-cü ildə Abdulqay Moskva Universitetinin hüquq fakültəsinə daxil olur. 1903-cü ildə Abdulqay Kare (indiki Türkiyə) şəhərinə işləməyə gedir. Daha sonra Moskvaya gələn Sofya Zaiçevskaya ilə evlənir. 1908-ci ildə qızı Alla Tiflisdə dünyaya gəlir.
Fira Cəlilova
Fira Cəlilova (Firuzə Ümid qızı İskəndərova; 26 iyun 1983, Bakı şəhəri, Azərbaycan SSR) — Azərbaycan jurnalisti == Həyatı == Firuzə Ümid qızı İskəndərova 1983-cü ildə Bakı şəhəridə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2004–2006 Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, magistr dərəcəsi, 2006–2007 ​Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunun Məktəbəqədər Təhsil fakültəsində. Təhsil fakültəsi. İxtisas pedaqoq–psixoloq təhsilini başa vurub. Sonradan 2008–2013 ​ Təhsil Problemləri İnstitutunun Məktəbəqədər bölməsinin pedaqogika üzrə fəlsəfə doktoru proqramı üzrə Doktoranturada təhsil alaraq "Məktəbəqədər təhsil müəssisələrində interaktiv təhsil metodlarından istifadə" mövzusunda dissertasiya işi müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alınmışdır. 2000 – 2004 ​Space Müstəqil Teleradio şirkətinin müxbir və teleaparıcısı kimi fəaliyyətə başlayıb. 2004 – 2005 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının metodisti. 2005 – 2012 ​Sabunçu rayonu 105 saylı körpələr və uşaq bağçasının müdiri. 2012 – 2014​ Bakı şəhər İcra Hakimiyyəti tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin sektor müdiri.2014 – 2016 ​Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin layihə rəhbəri və teleaparıcısı 2016 – 2018​ Xəzər Media Mərkəzinin layihə rəhbəri və teleaparıcısı.
Nərgiz Cəlilova
Nərgiz Cəlilova — televiziya aparıcısı, prodüser. == Həyatı == Nərgiz Cəlilova 1960-cı il iyun ayının 10-da Bakı[mənbə göstərin] şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 15 ilə qədər AZTV-də çalışıb. Sonra isə ABA, Space və Lider kanallarında işləyib. 6 dekabr 2009-cu ildən Xəzər TV kanalında Cəlilova "Pəncərə" adlı verliş aparırdı. Veriliş hər bazar günü saat 23:30 başlayırdı. Bu verliş layihəsi 2010-cu ildə bitirildi. 2015-ci ilin Aprel ayından başlıyaraq, Cəlilova AZTV-də "Sevələnlər" adlı verlişi aparır.
Roza Cəlilova
Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyat və yaradıcılığı == Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır. Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.36 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •••••••• 4.72
2004 ••••• 2.70
2005 ••••••• 4.05
2006 ••••••• 4.05
2007 ••••• 2.96
2008 •••••••• 5.12
2009 ••••••••••••••••••• 12.00
2010 •••••••••••••• 8.90
2011 ••••••••••• 6.61
2012 •••••••••••••••••••• 12.82
2013 •••••••••••••••• 9.63
2014 ••••••••••••••• 9.61
2015 ••••••••••••••••• 10.89
2016 ••••••••••••••••••• 12.15
2017 •••••••••••••••••• 11.06
2018 ••••••••••••••• 9.14
2019 •••••••••• 6.12
2020 •••••••• 4.91

Oxşar sözlər

#cəlilov nədir? #cəlilov sözünün mənası #cəlilov nə deməkdir? #cəlilov sözünün izahı #cəlilov sözünün yazılışı #cəlilov necə yazılır? #cəlilov sözünün düzgün yazılışı #cəlilov leksik mənası #cəlilov sözünün sinonimi #cəlilov sözünün yaxın mənalı sözlər #cəlilov sözünün əks mənası #cəlilov sözünün etimologiyası #cəlilov sözünün orfoqrafiyası #cəlilov rusca #cəlilov inglisça #cəlilov fransızca #cəlilov sözünün istifadəsi #sözlük