Xəlilova sözü azərbaycan dilində

Xəlilova

Yazılış

  • Xəlilova • 99.6806%
  • XƏLİLOVA • 0.3194%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Anası Xəlilova
Anası Xəlilova (21 avqust 1921, Güvəkənd, Ərəş qəzası – 1993, Ağdaş rayonu) — Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == 1921-ci ildə Ağdaş rayonunda anadan olub. SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. == Həyatı == === Uşaqlıq illəri === Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. === Gənclik illəri === 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Gülnarə Xəlilova
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri. == Həyatı == Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır.
Hökümə Xəlilova
Hökümə Xəlilova (azərb. Hökümə Bəhrəm qızı Xəlilova‎; d. 8 mart 1960, Tovuz, Cəlilli) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq, Qırğızıstanın “Əməkdar mədəniyyət işçisi” == Həyatı == Hökümə Xəlilova 1960-ci il mart ayının 8-də Tovuz rayonunun Cəlilli kəndində anadan olub. O, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra 1980-ci ildə Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstitutunun Filologiya fakültəsində oxuyub. == Əmək fəaliyyəti == 1981—1992-ci illərdə kitabxanada işləyib; 2003-cü ildən Manas TV Radiosunda Dostluq Körpüsü proqramının aparıcısı və redaktoru; 2007-ci ildən Qazaxıstan Dövlət radiosu — türkcə və azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci ildə "Türkel" qəzetinin və "Türkel Ekspress" əlavə qəzetinin redaktoru; 2007-ci ildə "Altın körpü" jurnalının redaktoru; 2017–ci ildə Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin redaktoru; 2018-ci ildən Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından Qırğız Dövlət TV həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi; Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Hökümə Xəlilova "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100 kitablarının", "Həyatın içindən-Ahıska sürgünü", "İnsan və Əmək", "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla kiçikmetrajlı filmlərin müəllifidir. == Ailəsi == Hökümə Xəlilova ailəlidir. 1 oğlu, 1 qız və 1 oğul nəvəsi var.
Nərgiz Xəlilova
Nərgiz Xəlilova (tam adı: Nərgiz Ramazan qızı Xəlilova; Azərbaycan Respublikası – Moskva) — Azərbaycan SSR-də dəb ikonası, musiqişünas, Müslüm Maqomayevin xalasıoğlunun qızı və Üzeyir Hacıbəyovun qohumu. == Həyatı == === Erkən illəri === Nərgizin atası Ramazan Xəlilov Tbilisidə yaşayıb. O, avar knyazının oğlu olub. Jurnalistika təhsili var idi. 1930-cu ildə "Bakinski raboçi" (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqradda akkreditə edilib və orada da Nərgizin gələcək anası ilə tanış olub. Onun anası Elvira Xəlilova Belorusiyada anadan olub. Cütlük 20 il birlikdə yaşayıb.Nərgiz Xəlilova Rusiyanın Leninqrad şəhərində anadan olub. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Nərgiz anası ilə birlikdə atasının yaşadığı Bakıya gəldi və onlar bəstəkar Üzeyir Hacıbəyovun evində məskunlaşdılar. Nərgizin ata nənəsi Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı idi. Üzeyir Hacıbəyov və onun həyat yoldaşı Məleykə Hacıbəyli Nərgiz Xəlilovanın ilk musiqi müəllimləri idi.
Nəzakət Xəlilova
Nəzakət Xəlilova — Azərbaycanlı samboçu. 2015 Avropa Oyunlarının gümüş medalçısıdır. 2015-ci ildə "Tərəqqi" medalına layiq görülmüşdür. == Həyatı == Nəzakət Xəlilova 9 may 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Nəzakət Xəlilova əslən Laçın rayonundandır. == Karyerası == Nəzakət Xəlilova 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. O birinci görüşdə 1/4 final mərhələsində Rumıniyalı Kodrina İonesku ilə üz-üzə gəldi. Kodrina İonesku ilə qarşılaşmadan Nəzakət Xəlilova 3-1 hesablı qələbə ilə ayrıldı və növbəti 1/2 final mərhələsinə vəsiqə qazandı. Yarım-finalda onun rəqibi Litvalı samboçu idi.
Qərənfil Xəlilova
Qərənfil Xəlilova (1957, Bakı) — redaktor. == Həyatı == Qərənfil Əli qızı Xəlilova 1957-ci ildə Bakıda anadan olub. 1975-ci ildə 70 saylı orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub, 1981-ci ildə ali təhsilini Fərqlənmə Diplomu ilə başa vurub. 1981-ci ildən 2005-ci ilədək Azərbaycan Dövlət Teleradio şirkətində maaşlı komsomol katibi, Radionun "Məktəb" redaksiyasında kiçik redaktor, redaktor, Televiziyanın "Xəbərlər" redaksiyasında müxbir, şərhçi, şöbə müdiri vəzifələrində çalışıb. Bir sıra informativ, analitik, bədii-publisistik verilişlərin, sənədli filmlərin müəllifi və aparıcısı kimi tanınıb. Q. Xəlilova 2005-ci ildən 2013-cü ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində Müəllif Proqramları şöbəsinin rəisi, Ədəbi-dram, Musiqi departamentlərində departament direktorunun müavini, "Carçıfilm" Yaradıcılıq Birliyinin direktoru olub. "Haqqım var ki, öyunum…" silsiləsindən 20-yədək tarixi filmin ("Fətəli xan Xoyski", "İsmayıl bəy Qaspralı", "Həsən bəy Zərdabi", "Xəlil bəy Xasməmmədov", "Əli bəy Hüseynzadə", "Əlimərdan bəy Topçubaşov", "Nəriman Nərimanov", "Ziyadxanov qardaşları", "Nuru paşa", 3 hissəli "İstiqlal yolları" və s.), bir sıra bədii, sənədli və verilişlərin ("Əsrlərdən gələn səslər", "Əllərin möcüzəsi","Həqiqət işığı", "Krım tatarları", "VİP", "Telelinza" və s.), 3 kinossenarinin ("Yanlış da bir naxışdır", "İstədiyin yar…","Ruhların harayı"), 5 mahnı klipinin (Xan Şuşinskinin "Qarabağ şikəstəsi", Fatma Mehrəliyevanın "Kəsmə şikəstə", Aşıq Zülfiyyənin "Dağlar", Aşıq Avdının "Layla de, layla…." və Aşıq Kamandarın "Əsli və Kərəm" dastanından oxuduğu mahnılar) müəllifidir. Qərənfil Xəlilovanın " Haqqım va ki, öyünüm… " silsilısindən "İsmayıl bəy Qaspralı" və "Ruhların harayı" filmləri beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb. Q. Xəlilovanın yaradıcılıq fəaliyyəti Respublika Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi", Mətbuat Şurasının "Həsən bəy Zərdabi", Azadlıq Hərəkatçıları Təşkilatının, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının, KİV müstəqil həmkarlar təşkilatının, Bakı şəhər mədəniyyət şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, "Cavad xan" fondunun və digər təşkilatların mükafatlarına layiq görülüb.
Sevil Xəlilova
Sevil Xəlilova — Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycanın Əməkdar Artisti. == Həyatı == Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdindəki "kino aktyoru" kursunun axşam şöbəsində (1969-1970), 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N.Hikmətin "Şöhrət və ya unudulan adam" psixoloji dramını tamaşaya hazırlayan H.Salayevin dəvəti ilə bu əsərdə Professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində milli və dünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. S.Dağlı "Kölgələr pıçıldaşır" Çeşmə, Anar "Şəhərin yay günləri" Qumru, C.Məmmədquluzadə "Dəli yığıncağı" Zəvvar, S.Rəhman "Əliqulu evlənir" Humay, B.Vahabzadə "Kimdir haqlı?" Məlahət, İ.Əfəndiyev "Büllur sarayda" Səadət, Anar "Təhminə və Zaur" Mədinə, B.Brext "Üç quruşluq opera" Kitti, S Rəhman "Nişanlı qız" Zərifə, S.Vurğun "Vaqif" Gülnar, J.Rasin "Fedra" Enona, Elçin "Poçt şöbəsində xəyal" Züleyxa, Ə. Əmirli "Köhnə ev" Mələk, X. Qoca "Hərənin öz payı" Xədicə xala, H.Cavid "Afət" İlçay, Mir Cəlal "Dirilən adam" Telli, C.Məmmədquluzadə "Ölülər" Məşədi Orucun anası, İ.Şıxlı "Ölüləri qəbristanlıqda basdırın" Güləndam, A.Şaiq "Eloğlu" Cəvahir xanım və s. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan İ.Əfəndiyevin "Atayevlər ailəsində" Mehrican, M.F.Axundov "Hacı Qara" Sona, Ə.Məmmədxanlının "Şərqin səhəri" Nataşa, A.Məmmədovun "Kişilər" Səlimə, R.Kaşkauasın "Yağışlı gecə" Auşra, Anarın "Ötən ilin son gecəsi" Gülarə, R.Qasımovanın "Yollar görüşəndə" Rahidə, A.Qəhrəmanovun "Müsabiqə" Sevinc və s. Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 1986-cı il iyun ayının 23-də Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 24 dekabr 2002-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Səriyyə Xəlilova
Səriyyə Xəlilova — Əli Bayramov adına Qadın klubunun tikiş fabrikinin işçisi Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri idi. == Qətli == Səriyyə Xəlilova 1933-cü ilin yanvarında Bakıda doğmaları – atası və qardaşı tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Bu cinayət mövhumatçı kəsimin yenilikçi qadınlara qarşı çıxmasının tipik nümunəsi sayılır. Belə ki, Səriyyə Xəlilova Azərbaycanda qadınların çadradan azad olması hərəkatının fəallarından və çadrasını atan ilk qadınlardan biri olmuşdur.Səriyyə Xəlilovanın dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məişətinin dayaqlarına qarşı ciddi etiraz nümayişinə çevrilmiş, minlərlə qadın dəfn mərasiminə qatılmışdır. Fabrik, zavod, kolxoz və sovxozlarda işçi və kəndli qadınlar Səriyyənin öldürülməsi ilə bağlı dərin hiddətlərini bildirmiş və öz hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içmişdilər.Azərbaycanın ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın qızı Rəbiyyə Sultanzadə bu haqda belə xatırlayır: "Anam danışırdı ki, Qadın klubunun fəalı Səriyyə Xəlilovanın həlak olduğu günü heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə görə, atası və qardaşı qətlə yetirir. Onun tabutunun arxasınca gedən bir çox qadınlar əl-ələ verərək çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun iştirakçıları əvvəldən heç düşünməmişdilər də." == Xatirəsi == Səriyyə Xəlilovanın xatirəsi cəmisi 1 il sonra "İsmət" (digər adı — "Adətin məhvi") bədii filminin çəkilişləri ilə əbədiləşdirilir. Bu film təkcə Səyyarənin xatirəsinə yox, həm də Azərbaycanın ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr edilmişdir. Belə ki, rejissor ümumiləşdirmə apararaq, Azərbaycan qadınlarının taleyini əks etdirmişdir.Filmin rejissoru Mikayıl Mikayılov öz xatirələrində yazırdı: "1933-cü ildə qətlə yetirilən Səriyyə Xəlilovanın dəfni demək olar ki, bütün Bakını ayağa qaldırmışdı.
İradə Xəlilova
İradə Xəlilova — biologiya elmləri üzrə fəlsəfə doktoru, Xəzər Universitetinin rektoru. == Elmi fəaliyyəti == 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Biokimya şöbəsinin baş elmi işçisi olmuşdur. 2014-cü ilin iyul ayına kimi Yeni Zelandiyanın Otaqo Universitetinin Patologiya kafedrasının tədqiqat mərkəzində elmi işçi və baş elmi işçi kimi çalışmışdır. 2014-cü ilin sentyabr ayından XƏzər Universitetində biologiya elmləri kafedrasının müdiri kimi işə başlamış, 2015-ci ilin oktyabrında hüceyrə patologiyasının tədqiqat mərkəzinin direktoru təyin olunmuşdur. 20-dən çox elmi məqalənin müəllifidir. == Üzvlüyü == Society of Free Radical Research Australasia (SFRR Europe & SFRR Australia) Union Allergists and Immunologists Commonwealth of Independent States (CIS) == Elmi əsərləri == . Khalilova IS, Dickerhof N, Mocatta TJ, Bhagra CJ, McClean DR, Obinger C, Kettle AJ. (2018). A myeloperoxidase precursor, pro-myeloperoxidase, is present in human plasma and elevated in cardiovascular disease patients.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.89 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 10.28
2003 ••••••••••• 6.30
2004 ••••••• 3.71
2005 •••••• 3.37
2006 •••••••• 4.28
2007 •••••••••••• 6.77
2008 ••••••••• 4.63
2009 •••••••• 4.48
2010 •••••••••••••••••• 10.35
2011 ••••••••••••••• 8.24
2012 •••••••••••• 6.88
2013 •••••••••••••••••••• 11.09
2014 •••••••••••• 6.52
2015 •••••••••••••••••• 10.04
2016 ••••••••••••••••••• 10.41
2017 •••••••••••••••••••• 11.54
2018 •••••••••••••••••• 10.19
2019 •••••••••••••• 7.93
2020 ••••••••• 5.17

Oxşar sözlər

#xəlilova nədir? #xəlilova sözünün mənası #xəlilova nə deməkdir? #xəlilova sözünün izahı #xəlilova sözünün yazılışı #xəlilova necə yazılır? #xəlilova sözünün düzgün yazılışı #xəlilova leksik mənası #xəlilova sözünün sinonimi #xəlilova sözünün yaxın mənalı sözlər #xəlilova sözünün əks mənası #xəlilova sözünün etimologiyası #xəlilova sözünün orfoqrafiyası #xəlilova rusca #xəlilova inglisça #xəlilova fransızca #xəlilova sözünün istifadəsi #sözlük