Xəlilov sözü azərbaycan dilində

Xəlilov

Yazılış

  • Xəlilov • 99.4059%
  • XƏLİLOV • 0.5074%
  • xəlilov • 0.0619%
  • xəLİlov • 0.0248%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünyamin Xəlilov
Dünyamin Zakir oğlu Xəlilov (11 dekabr 1961, Tbilisi) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı. == Həyatı == Dünyamın Xəlilov 11 dekabr 1961-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirmişdir. Dünyamın Xəlilov 1984-cü ildən "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyində mühəndis, mühəndis-sazlayıcı, "Şelfqazavtomatika" İdarəsində mühəndis-sazlayıcı, mühəndis-dispetçer, 1991-ci ildən "İntexsentr" mərkəzində şöbə rəisi, Azərbaycan Kinematoqrafçılar İttifaqının "Damla" təşkilatında sərəncamçı menecer, direktor müavini işləmişdir. Dünyamın Xəilov 1992-ci ildən Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyinin "Vneşekspertservis" şirkətində şöbə rəisi, direktor müavini, 1994-cü ildən "Avant" Məhdud Məsuliyyətli Cəmiyyətinin meneceri, 1997-ci ildən "Nurimpeks" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 1998-ci ildən "Vneşekspertservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş meneceri vəzifələrində çalışmışdır. 2004–2005-ci illərdə "General Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru olmuşdur. Rus, gürcü və ingilis dillərini bilir. Evlidir, 1 övladı var == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı seçilmişdir. O, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.
Eldar Xəlilov
Eldar Xəlil oğlu Xəlilov (19 avqust 1976, Zəngilər, Zəngibasar rayonu – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi. == Həyatı == Eldar Xəlilov 19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunun Zəngilər kəndində anadan olmuşdur. 1983-cü ildə Zəngilər kəndində ibtidai təhsilinə başlamış, 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası nəticəsində ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşmışdır. Ardınca təhsilini 96 və 252 saylı tam orta məktəblərdə davam etdirmiş, Bakıda yerləşən 10 saylı texniki-peşə məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == 29 sentyabr 1994-cü ildə Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. === Mart hadisələri === 1995-ci il mart hadisələri zamanı dövlətə tabe olmayan silahlı dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Eldar Xəlilov Şəhidlər xiyabanında dəfn edilmişdir. == Təltifləri == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Xəlilov Eldar Xəlil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. == İrsi == Bakının Bakıxanov qəsəbəsindəki küçələrdən biri Milli qəhrəmanın adını daşıyır.
Elnur Xəlilov
Elçin Xəlilov
Elçin Nüsrət oğlu Xəlilov (26 aprel 1959, Bakı) — geofizik. == Həyat və fəaliyyəti == 26 aprel 1959-cu ildə anadan olub. Atası Nüsrət Xəlilov Azərbaycan alimi, neftçi-geoloq, geologiya-mineralogiya elmləri doktoru, respublikanın əməkdar geoloqu, professor, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsüdür.. Anası, Rəna Hüseyn qızı Xəlilova, Azərbaycan Pedaqoji Universitetində tibbi biliklər üzrə müəllim işləmişdir. Babası, professor Hüseyn bəy Ağabəyov Böyük Vətən müharibəsində iştirak edib, orden və medallarla təltif edilib, ginekologiya sahəsində alim-professor idi, Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Ulu babası — görkəmli şərqşünas alim, professor Sadıq bəy Ağabəyzadə, XX əsrin əvvəllərində general-mayor rütbəsi ilə Çar ordusunda xidmət etmişdir. 1918–1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində, bir neçə ay ərzində Daxili İşlər Nazirinin birinci müavini vəzifəsində çalışıb, həmçinin Müdafiə Nazirinin müvəqqəti səlahiyyətlərini icra edən şəxs olub. 1981-ci ildə M. Əzizbəyov adına Azneftkimya institutunu qurtarıb. 1981-ci ildən 1989-cu ilə qədər Ümumittifaq Elmi-Tədqiqat Geofizika İnstitutunun Cənub Bölməsində mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləmişdir. 1989-cu ildən "İNTERGEO-TETİS" Beynəlxalq elmi-texniki kompleksin prezidentidir.
Fuad Xəlilov
Fuad Əhməd oğlu Xəlilov (17 noyabr 1923, Bakı – 14 oktyabr 2015, Hollivud, Kaliforniya) — Azərbaycan rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar rəssamı (1979). == Həyatı == Fuad Xəlilov 17 noyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə Böyük Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanmışdır. Ağır xəsarət aldığına görə 1944-cü ildə tərxis olunmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1945-ci ildə köməkçi rəssam kimi "Arşın mal alan" filminin hazırlanmasında iştirak etmişdir. 30 ildən artıq Gənc Tamaşaçılar Teatrında quruluşçu rəssam vəzifəsində çalışmışdır. "Xanəndənin taleyi" onun opera teatrında quruluş verdiyi tamaşalardandır. Fuad Xəlilov 14 oktyabr 2015-ci ildə Hollivudda vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Şərəf nişanı" ordeni — 1980 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1945 == İstinadlar == == Xarici keçidlər == "Халилов Фуад Ахмедович" (rus).
Fərhad Xəlilov
Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən). == Həyatı == Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır. F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.
Fərid Xəlilov
Fəryad Xəlilov
Gülabba Xəlilov
Gülabba Ağaşirin oğlu Xəlilov (5 dekabr 1910, Həşimxanlı, Cavad qəzası – 29 dekabr 1982, Nizami, Sabirabad rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputat. Gülabba Xəlilov 1941–1944-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib, 1944–1955-ci illərdə isə əmanət kassasında müdir, müfəttiş, rayon icraiyyə komitəsinin katibi və maşın-traktor stansiyasının (MTS) aqronomu işləyib. 1955-ci ildən Sabirabad rayon Jdanov adına kolxoza sədrlik edib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 10 mart 1982-ci il tarixli fərmanı ilə əməkdə göstərdiyi nailiyyətlərə və qəhrəmanlığa görə Gülabba Ağaşirin oğlu Xəlilov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, eyni zamanda Lenin Ordeni və "Oraq və Çəkic" qızıl medalı alıb. Sovet Azərbaycanının miqyasında G.Xəlilovu görkəmli insan hesab edilir.
Gülşad Xəlilov
Hüseyn Xəlilov
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Həmid Xəlilov
Manaf Xəlilov
Manaf Abbas oğlu Xəlilov (1899, Qala, Bakı qəzası – 14 iyul 1944) — Azərbaycan SSR yüngül sənayesi komissarının səlahiyyətlərinin icraçısı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrin birinci müavini, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. == Həyatı == Manaf Abas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində neft işçisi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarından müstəqil əmək həyatı sürməyə başlamışdır. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsi buraxmağa və çörək pulu qazanmağa məcbur olmuşdur. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9-cu mədənində qarovulçu olmuşdur. Burada , neftçi- proletarlar arasında gənc işçi Xəlilovun siyasi şüuru formalaşmağa başlayır. Həmin ildə həmkarlar ittifaqının üzvü olmuş və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına daxil olmuşdur. Mədəndə işlərkən podpolljedə çalışan bolşevik təşkilatının rəhbərliyi ilə bəy və xanların təmsilçisi Müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Partiya təşkilatının tapşırıqlarını yerinə yetirmiş, kazarmalarda və mədənlərdə agitasiya aparmışdır. O zaman bolşevik Həştərxanının neftə ehtiyacı var idi.
Mirzəcan Xəlilov
Mirzəcan Xəlilov (1954, Sabirabad rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı. "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi"nin və "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi"nin üzvüdür. Mirzəcan Mirzəmməd oğlu Xəlilov 1954-cü il, aprel ayının 19-da Sabirabad rayonunun Kovlar kəndində kolxozçu ailəsində anadan olub. Mirzəcan Xəlilov ailədə 6 övladdan biri olub. İlk təhsilini 1960-cı ildə Kovlar kənd 8 illik natamam məktəbdə alan Mirzəcan Xəlilov 1968-ci ildə oranı əla qiymətlərlə bitirib. Həmin ili Sabirabad şəhər Səməd Vurğun adına 3 saylı şəhər orta məktəbində təhsilini davam etdirib. 1970-ci ildə şəhər məktəbinin 10-cu sinfini bitirib. Həmin ili Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Çay Qurğuları və su-elektrik stansiyasının Hidrotexniki Tikintiləri ixtisasına qəbul olub. Qiyabi təhsil alan Mirzəcan Xəlilov 8 oktyabr 1978-ci ildə paytaxtda fəaliyyət göstərən Bakı Şin zavodunda iş fəaliyyətinə Başlayıb. 1974–76-cı illərdə hərbi xidmətlə bağlı təhsilinə ara verməli olub.
Murad Xəlilov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Məhəmməd Xəlilov
Məhəmməd Xəlilov (tam adı: Məhəmməd Ağaş oğlu Xəlilov, 12 yanvar 1920, Sabirabad rayonu – 1997, Cavad, Sabirabad rayonu) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı. Məhəmməd Ağaş oğlu Xəlilov 12 yanvar 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. 1938-ci ildə orta təhsilini başa vurub əmək fəaliyyəti ilə məşğul olmuşdur. İkinci Dünya Müharibəsi başlayanda muharibəyə yollanmış, hərbi məktəbi bitirərək leytenant rütbəsi almışdır. İlk döyüş tapşırığını Ukraynanın Poltava vilayətində yerləşən Xarkov şəhərindəki 4-cü polkun 4-cü batalyonunda yerinə yetirmişdir. Birinci rotanın 4-cü vzvodunda pulemyotçular komandiri olmuşdur. Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M.Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M.Buskontinin komandir olduğu İkinci briqadaya qoşulur. M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli “Vətənpərvər sertifikatı” ilə təltif edilmişdir. O dövrdə İtaliyada nəşr olunan “Unita” qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir , möhkəm mühafizə edilən körpünü partlatmışdır.
Məmməd Xəlilov
Məmməd Rza oğlu Xəlilov (9 sentyabr 1917, Yelizavetpol – 9 oktyabr 1976, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan SSR kənd təsərrüfatı naziri (1965–1976), Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı, Azərbaycan SSR əməkdar kənd təsərrüfatı mexanizatoru. Məmməd Rza oğlu Xəlilov 1917-ci ildə hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1940-cı ildə Melitopol Kənd Təsərrüfatı Mühəndis-Mexanizatorları İnstitutunu bitirdikdən sonra o, Azərbaycan SSR Xalq Əkinçilik Komissarlığına işləməyə göndərilmişdir. 1941-ci ildən Sovet Ordusu sıralarında xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. 1945-ci ildən 1958-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində, Pambıqçılıq Nazirliyində mühəndis, şöbə rəisi, sonralar isə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin MTS və TTS baş idarəsinin rəisi vəzifələrində işləmişdir. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsi müdirinin müavini, 1960-cı ildən Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1961–1965-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Texnikası Birliyinin sədri, 1965-ci ildən Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuşdur. Məmməd Xəlilov 1958-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–9-cu çağırış deputatı seçilmişdir. O, 1963–1964-cü illərdə Azərbaycan KP MK kənd təsərrüfatı bürosunun, 1965-ci ildən isə Azərbaycan KP MK üzvü olmuşdur. Məmməd Xəlilov 9 oktyabr 1976-cı ildə Bakıda vəfat etmişdir.
Xəlilov
Xəlilov — soyad. Ayaz Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Eldar Xəlilov — Azərbaycanın Milli Qəhrəmanı. Ələddin Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əli Xəlilov — Azərbaycan kino və teatr aktyoru və pedaqoqu. Gülşad Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Zabit Xəlilov — publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Nadir Xəlilov
Namiq Xəlilov
Nüsrət Xəlilov
Xəlilov Nüsrət Yusif oğlu — alim, geoloq-neftçi, professor, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın əməkdar geoloqu, prezident təqaüdçüsü. O, Xəzər dənizinin akvatoriyasında neft və qazkondensat yataqlarının kəşfində bilavasitə iştirak etmişdir. Nüsrət Xəlilov 1925-ci il mayın 9-da Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. 1943-cü ilin iyun ayında o, könüllü şəkildə müharibəyə getmişdir. Nüsrət Xəlilov 77-ci diviziyanın tərkibində Melitopoldan Dnepr çayına kimi döyüşlərdə iştirak etmişdir. 1943-cü ilin 23 dekabrında güllə yarası almışdır və 1944-cü il yanvarın 6-na kimi hərbi hospitalda müalicə olunmuşdur. Nüsrət Xəlilov hospitaldan çıxandan sonra tank məktəbində oxumuş, 1-ci Belarus frontunun tərkibində döyüşlərə qayıtmışdır, qələbənin sevincini və döyüşçü dostlarının itkisini hiss edərək Minskdən Varşavaya qədər döyüşçü-tankçı yolunu keçmişdir. Müharibə qurtardıqdan sonra Nüsrət Xəlilov doğma şəhəri olan Bakıya qələbə ilə qayıtdı. Əbəs yerə deyil ki "Nüsrət" rus dilinə tərcümə olaraq "Qələbə" mənası daşıyır. Lakin sol çiynindəki ağrı - bu müharibənin nişanıdır, ömür boyu olan yaradır, həlak olan dostlarının xatirəsidir.
Orxan Xəlilov
Optik diapazonda aparılmış çoxillik spektral müşahidə materialları əsasında T Tau ulduzunun Hβ, H və K CaII şüalanma xətlərinin ekvivalent enlərində 33±1.5 günlük kvaziperiodik dəyişmə aşkar edilmişdir. T Tau ulduzunun UB spektrinin şüalanma xətlərində də həmin kvaziperiodla dəyişmə aşkar edilmişdir. Aşkar edilmiş kvaziperiodik dəyişmə ulduz diskində yerləşən aktiv oblast ilə bağlı ola bilər. Müəyyən edilmişdir ki, AB Aur ulduzunun spektrində Hα, Hβ şüalanma xətlərinin profilləri bənövşəyi qanadda, HeI λ5876Å xəttində isə qırmızı qanadda aktiv dəyişmələr baş verir. AB Aur ulduzunun 1978–1992-ci illərdə alınmış UB spektrlərinə əsasən göstərilmişdir ki, bəzi udulma xətlərinin, o cümlədən, MgII λ2800Å, FeII və b. xətlərinin intensivlikləri 6.1±0.1 günlük periodik dəyişmələr göstərir. Hidrogen və helium şüalanma xətlərinin ekvivalent enlərinin həmin periodla sinxron dəyişməsi, şüa sürətlərinin isə onlarla əks fazada dəyişməsi aşkar olunmuşdur. AB Aur ulduzunun 1986-cı ildən bəri alınmış bütün spektrləri əsasında üç spektral xəttinin Hα, HeI və NaI ekvivalent enlərinə görə LaflerKinman metodu ilə P=123.7±0.3 günlük periodik dəyişmə aşkar edilmişdir. Khalilov O. V., Ismailov N. Z., "The emission spectrum variability of AB Aur", B. V. Kukarkin Centenary Conference: Variable Stars, The Galactic Halo And Galaxy Formation. Zvenigorod, Russia.
Pənah Xəlilov
Pənah İmran oğlu Xəlilov (1 iyul 1925, Sadaxlı, Gürcüstan SSR[d] – 16 avqust 2019, Bakı) — ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), professor (1971). Pənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir. 16 avqust 2019-cu ildə vəfat etmişdir.
Qulu Xəlilov
Qulu Xəlilli (azərb. Qulu Qasım oğlu Xəlilov‎; 20 noyabr 1930, Qızılcıq, Qarakilsə rayonu – 16 noyabr 1995, Bakı) — Azərbaycanlı yazıçı, publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru (1967), Bakı Dövlət Universitetinin professoru (1968-1995), SSRİ Yazıçılar İttifaqının üzvü (1953), SSRİ Jurnalistlər İttifaqının üzvü (1953), Azərbaycan Respublikasının Əməkdar elm xadimi (1993). Qulu Xəlilov 1930-cu ildə indiki Sisyan rayonunun Qızılcıq kəndində anadan olub. 1948-ci ildə ailəsi məcburi şəkildə Ağcabədi rayonun Poladlı kəndinə köçürülüb. 1949-cu ildə daxil olduğu Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1954-cü ildə fərqlənmə ilə bitirib. Tələbə ikən Tələbə Elmi Cəmiyyətinin sədri, komsomol bürosunun üzvü, divar qəzetinin redaktoru olub. 1954-1955-ci illərdə ”Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri olub. 1956-1959-cu illərdə Azərbaycan Pedaqoji Universitetində aspiranturada təhsil alıb.1959-cu ildə vaxtından 6 ay əvvəl “Vaqif” pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, 1968-ci ildə isə “Azərbaycan romanının inkişafı tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi adını alıb. 1967-1970-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan mətbuatı tarixi kafedrasında müəllim,sonra professor(1967), filologiya fakültəsində dekan (1977-1978) işləmiş, ömrünün sonunadək ADU-nun jurnalistika fakültəsinin “Mətbuat tarixi və ideoloji iş metodu” kafedrasının professoru (1968-1995) olub. Uzun illər səhhətində ciddi problemlər olub.
Qurban Xəlilov
Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan – 20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958). Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur. 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir. Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır. Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir.
Elnarə Xəlilova
Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı == Həyatı == === Uşaqlıq illəri === Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib. 13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub. === Gənclik illəri === 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb.
Gülnarə Xəlilova
Gülnarə Vidadi qızı Xəlilova (3 iyun 1972, Bakı) — modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru. "Gülnarə Xəlilova Moda Evi"-nin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) Sosial Məsələlər Komissiyasının rəhbəri. == Həyatı == Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır.
Hökümə Xəlilova
Hökümə Xəlilova (azərb. Hökümə Bəhrəm qızı Xəlilova‎; d. 8 mart 1960, Tovuz, Cəlilli) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq, Qırğızıstanın “Əməkdar mədəniyyət işçisi” == Həyatı == Hökümə Xəlilova 1960-ci il mart ayının 8-də Tovuz rayonunun Cəlilli kəndində anadan olub. O, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra 1980-ci ildə Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstitutunun Filologiya fakültəsində oxuyub. == Əmək fəaliyyəti == 1981—1992-ci illərdə kitabxanada işləyib; 2003-cü ildən Manas TV Radiosunda Dostluq Körpüsü proqramının aparıcısı və redaktoru; 2007-ci ildən Qazaxıstan Dövlət radiosu — türkcə və azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı; 2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri; 2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru; 2005-ci ildə "Türkel" qəzetinin və "Türkel Ekspress" əlavə qəzetinin redaktoru; 2007-ci ildə "Altın körpü" jurnalının redaktoru; 2017–ci ildə Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin redaktoru; 2018-ci ildən Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi; 2018-ci il iyun ayından Qırğız Dövlət TV həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi; Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü; Hökümə Xəlilova "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100 kitablarının", "Həyatın içindən-Ahıska sürgünü", "İnsan və Əmək", "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla kiçikmetrajlı filmlərin müəllifidir. == Ailəsi == Hökümə Xəlilova ailəlidir. 1 oğlu, 1 qız və 1 oğul nəvəsi var.
Hüseyn Xəlilov (alim)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn Xəlilov (professor)
Hüseyn Ağamalı oğlu Xəlilov (27 oktyabr 1942, Qaryagin rayonu – 8 may 2021, Bakı) — AMEA H.Əliyev adına Coğrafiya İnstitutu Geomorfologiya və təbii risklər şöbəsinin şöbə rəhbəri. Coğrafiya elmləri doktoru, professor. == Həyatı == H.A.Xəlilov 1942-ci ildə Azərbaycanın Füzuli rayonunun Hüngütlü kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == 1966-cı il Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsini mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1966-cı il Qazaxıstan geofiziki tədqiqatlar qrupu.Texnik geoloq 1968–1969-cu illər Azərbaycan Kiçik Qafqaz geoloji tədqiqatlar ekspedisiyası. Geoloq partiya rəhbəri. 1969-cu il Azərbaycan EA Coğrafiya institutu.Elmi işçi 1982-ci il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu Böyük elmi işçi 1994-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu "Tətbiqi geomorfologiya"qrupunun rəhbəri. 2003-cü il AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutu. Aparıcı elmi işçi 2004-cü il AMEA Azərbaycan Milli Ensklopediyası Elmi mərkəzinin "Coğrafiya. geologiya, geofizika, ətraf mühit və ekologiya" redaksiyasının müdiri.
Hüseyn Xəlilov (əsgər)
Mirzə Alməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.
Mirzə Əlməmməd Xəlilov
Mirzə Əlməmməd Xəlilov (1862, Naxçıvan – 1896) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq. Mirzə Əliməmməd 1862-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu.Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını bitirmişdi. O. bu seminariyanın ilk şagirdlərindən idi. 1879-cu ildə Qori Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsinin açılması məsələsi müzakirəyə çıxarılan zaman A. Çernyayevski bu şöbənin təşkili və yaradılması üçün ən münasib və layiqli şəxs hesab edilir. Həmin ilin yayında Azərbaycanın bütün irili-xırdalı yaşayış məntəqələrini, kənd və şəhərlərini qarış-qarış gəzib, seminariyanın yenicə açılmış Azərbaycan şöbəsində oxumaq üçün şagird toplayan Aleksey Osipoviç cəmi bir neçə gənc ilə geri qayıdır. Sonralar onlardan yalniz üç nəfəri, Teymur bəy Bayraməlibəyov (Lənkəran), Səfərəli bəy Vəlibəyov (Şuşa) və Mirzə Əliməmməd Xəlilov (Naxçıvan) şəhadətnamə alıb xalq müəllimi adına layiq görülürlər. A. Çernyayevski Səfərəli bəy Vəlibəyovu dərs demək üçün seminariyada saxlayır. Mirzə Əliməmməd müəllim işləmişdi. O, 1896-cı ildə vəfat edib. Dövrün tərəqqipərvər, açıqfikirli ziyalılarından Məhəmməd ağa Şahtaxtlı (1846–1931), Qurbanəli Şərifov (1854–1917), Məhəmməd Tağı Sidqi (1854–1903), Cəlil Məmmədquluzadə (1869–1932), Eynəli bəy Sultanov (1866–1935), Mirzə Əlməmməd Xəlilov (1862–1896), Mirzə Ələkbər Süleymanov (1862–1921), Mirzə Məmməd Zamanbəyov və başqalarının təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Müsəlman incəsənəti və dram cəmiyyəti" (R.Nəcəfov.

"xəlilov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəlilov nədir? #xəlilov sözünün mənası #xəlilov nə deməkdir? #xəlilov sözünün izahı #xəlilov sözünün yazılışı #xəlilov necə yazılır? #xəlilov sözünün düzgün yazılışı #xəlilov leksik mənası #xəlilov sözünün sinonimi #xəlilov sözünün yaxın mənalı sözlər #xəlilov sözünün əks mənası #xəlilov sözünün etimologiyası #xəlilov sözünün orfoqrafiyası #xəlilov rusca #xəlilov inglisça #xəlilov fransızca #xəlilov sözünün istifadəsi #sözlük