Xələfov sözü azərbaycan dilində

Xələfov

Yazılış

  • Xələfov • 99.8713%
  • XƏLƏFOV • 0.1287%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.
Cəmil Xələfov
Cəmil Fikrət oğlu Xələfov (25 fevral 1997, Quba rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəmil Xələfov 1997-ci il fevralın 25-də Quba rayonunun Nərimanabad kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Cəmil Xələfov 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Kəşfiyyatçı-pulemyotçu idi. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Xələfov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Quba şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Xələfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mədət Xələfov
Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978). == Həyatı == Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir. Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir. == Fəaliyyəti == Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir. Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Məmməd Xələfov
Məmməd Süleyman oğlu Xələfov (20 oktyabr 1922, Dördçinar, Qaryagin rayonu – 12 aprel 1992, Bakı) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası. == Həyatı == Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu.
Nicat Xələfov
Nicat İlqar oğlu Xələfov (4 avqust 2001; Siyəzən, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nicat Xələfov 2001-ci il avqustun 4-də Siyəzən şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Nicat Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Xələfov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Xələfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Xələfov
Rafiq Rəsul oğlu Xələfov (5 iyul 1939, Bakı – 11 oktyabr 1998, Bakı) — mühəndis, Əməkdar mühəndis, dövlət xadimi. == Həyatı == Rafiq Rəsul oglu Xələfov 1939-cu ildə anadan olmuşdur. Rafiq Xələfov 1979–1989-cu illərdə avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur.Rafiq Xələfov 1962-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirəndən sonra müxtəlif sahələrdə çalışmışdır. 1962–1965-ci illərdə "Azərtəsərrüfat" Dövlət Layihə İnstitutunda iqtisadçı, iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdı. Sonra "Azərdəniznefttikinti" trestinin baş mühəndisi vəzifəsinə irəli çəkilmişdi. 1969-cu ildə Suriyanın neft yataqlarında tikinti işlərinin aparılmasında iştirak etmək üçün bu ölkəyə ezam olunmuşdu. Sonralar neft sənayesi tikintisi üzrə səriştə və təcrübəsini nəzərə alaraq R.Xələfovu keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin "Xəzərdənizneft" İstehsalat Birliyi baş direktorunun müavini, "Xəzərdənizneftqazsənaye" Ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifələrinə irəli çəkmişdilər. Rafiq Xələfov Tovuzda və Zərdabda Kür, İmişlidə Araz, Naxçıvanda Naxçıvançay, Laçında Pircahançay, Qazaxda Ağstafaçay üzərində körpülərin salınmasında bilavasitə rəhbərlik və iştirak edib. Həmin illərdə Lökbatan-Ələt, Bakı- Sumqayıt-H.Z.Tağıyev-Giləzi magistrallarında hərəkəti tənzimləyən körpülər də salınıb. Azərbaycanın yol tarixində ilk dəfə olaraq şose yollarının uzunmüddətli inkişaf proqramı da (1981–2000-ci illər üçün) onun rəhbərliyi ilə işlənib hazırlanmışdı.
Xələf Xələfov
Xələf Alı oğlu Xələfov (21 sentyabr 1959, Cil, Çəmbərək rayonu) — Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi (2023-cü ildən); Azərbaycan Respublikası xarici işlər nazirinin sabiq müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə sabiq xüsusi nümayəndəsi. == Həyat və fəaliyyəti == 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. 1977–1982 Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır. 1983–1990 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində inspektor, bölmə rəisi. 1990–1991 SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil almışdır. 1991–1992 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi. 1992–1997 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-Hüquq idarəsinin rəisi. 1997–2018 Azərbaycan Respublikası xarici işlər nazirinin müavini.2018–2019 Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.2019-cu ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini.Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir. 2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə, 2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə layiq görülmüşdür. 2019-cu ilin iyul ayında Xələf Xələfov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.24 iyul 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.Alman və rus dillərini bilir.
Əziz Xələfov
Xələfov Əziz Mirzə Əhməd oğlu (1924-1993) - Əməkdar həkim, milli qəhrəman Salatın Əsgərovanın atası. == Həyatı == Əziz Xələfov 1924-cü ildə Qaryagin rayonunun (indiki Füzuli rayonu) Sərdarlı kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra İkinci dünya müharibəsində iştirak etmişdi. Cəbhədən dönəndən sonra Leninqrad (indiki Sankt-Peterburq) Tibb institutunda oxumuşdu. Həkim kimi nəsil ixtisasını davam etdirmişdi. Azərbaycan Dövlət Tibb İnstitutunda baş müəllim, dosent kim çalışmışdı. Əziz Xələfov Leyla xanım Mahmud bəy qızı Məlikaslanovla ailə qurub. Əhməd adlı oğlu, Zümdüd adlı qızı var. Digər qızı Salatın Əsgərova Qarabağda erməni silahlıları tərəfindən qətl edilib. == Mükafatları == Əziz Xələfov bir çox döyüş medalları ilə təltif edilmişdir.
Teymur bəy Xələfov
Teymur bəy Xələfov (1897, Dördçinar, Qaryagin rayonu – 1966, Dördçinar, Füzuli rayonu) — müəllim, Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasının məzunu. == Həyatı == Tеymur bəy Məşədi Mirzə Məmmədqulu bəy оğlu 1897-ci ildə Cəbrayıl qəzasının Dördçinar kəndində dünyaya pənah gətirmişdi. Təhsilini Gəncə (Yеlizavеtpоl) kişi gimnaziyasında, sоnra Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasında almışdı. 1931-ci ilədək ibtidai məktəb müəllimi işləmişdi. Tеymur bəy Xələfоv 1966-cı ildə Füzuli şəhərində vəfat еdib. Tеymur bəy Nənəş xanımla ailə qurmuşdu. Əşrəf, Mədət, Əbülhəsən adlı оğulları var. == Mənbə == Ənvər Çingizoğlu, Xələf bəyin xələfləri-I yazı, "Soy" dərgisi, 1 (1) Bakı, 2003; Ənvər Çingizoğlu, Qarabağda maarif, Bakı: Zərdabi LTD, 2013, 288 səh.
Əbdüləli bəy Xələfov
Əbdüləli bəy İsmayıl bəy oğlu Xələfov (1873-)— I Dünya müharibəsi veteranı. == Həyatı == İsmayıl bəyin ikinci oğlu Əbdüləli bəy 1873-cü ildə Zəngəzur qəzasının Ağanus kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə güzəran keçirirdi. Əbdüləli bəy Xələfov I Dünya Müharibəsində iştirak etmişdi. Sultan Laçın babası haqqında yazır: "Əbdüləli bəy 120 ilə yaxın ömür sürmüşdü. Savad almasa da, sinədəftər olan bu müdrik kişidən şirin söhbətləri, bayatıları ilə yanaşı, bir neçə əşya da xatirə qalmışdı. Uşaq ikən ən çox diqqətimi cəlb edən babamın quzu dərisindən olan buxara papağı, böyük nağarası və bir də iri polad xəncəri idi… Həmin xəncərlə o, məşhur el qəhrəmanı Sultan bəyin dəstələrindəki döyüşlərdə neçə erməni başı kəsmişdi. Əbdüləli bəy 1914-cü ildə könüllü olaraq I Cahan Savaşına yollanmış azsaylı Azərbaycan türklərindən biri idi. "Dikiy (vəhşi) diviziya" adlanan məşhur müsəlman hərbi hissəsinin tərkibindəki süvari alayında Polşanın Krakov quberniyasına qədər döyüşlərdə iştirak etmişdi.
Fəxriyyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Fəxriyə Xələfova
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi. == Həyatı == Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985-1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997). 1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur.
Larisa Xələfova
Larisa Xələfova (20 yanvar 1950, Bakı) ― aktrisa. == Həyatı == 29 yanvar 1950-ci ildə Bakıda anadan olmuşdur. 1972-ci ildə B. V. Şukin adına teatr peşə məktəbini bitirmişdir. 1972–1974-cü illərdə Sverdlovsk dram teatrının aktrisası, 1975-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olmuşdur. Kinoda 1966-cı ildən çəkilir. İlk rolu "İstintaq davam edir" filmində Dilarədir. 30-a qədər filmdə çəkilmişdir. == Filmoqrafiya == Ad günü (film, 1977) (tammetrajlı bədii film) — rol: Eldarın rəfiqəsi Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film) — rol: vunderkindin anası Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film) — rol: Fikriyyə Bağlı qapı (film, 1981) Bir ailəlik bağ evi (film, 1978) Cansıxıcı əhvalat (film, 1988) Çalışan adam (film, 1996) De ki, məni sevirsən! (film, 1977) Əlavə iz (film, 1981) Günlərin bir günü...
Nərmin Xələfova
Nərmin İlqar qızı Xələfova (doğ. 12 yanvar 1994, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2017). == Şahmat karyerası == 2010-cu ildə Yunanıstanın Saloniki şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə V Avropa çempionatında birinci yerə çıxıb.2013-cü ildə qadınlar arasında Bakı çempionatının qalibi olub.2016-cı ilin sentyabrında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət ikinci komandasının heyətində üçüncü lövhədə çıxış edib. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016. Cefferson, Şimali Karolina: McFarland & Company, Inc. 2017. ISBN 9781476671321.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 16.94 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 37.69
2003 ••••••••••••••••• 31.10
2004 •••••••••••• 21.22
2005 •••••••••• 17.54
2006 ••••••••••• 19.60
2007 •••••••••••••••• 29.81
2008 •••••••••••••• 24.61
2009 ••••••••• 15.36
2010 ••••••• 12.16
2011 •••••••••• 18.79
2012 ••••••• 13.08
2013 ••••••••• 16.78
2014 ••••••• 12.87
2015 ••••••••••• 19.73
2016 ••••••••••••• 23.25
2017 •••••••••••• 21.79
2018 ••••••••••• 20.08
2019 •••• 6.82
2020 •••• 6.37

Oxşar sözlər

#xələfov nədir? #xələfov sözünün mənası #xələfov nə deməkdir? #xələfov sözünün izahı #xələfov sözünün yazılışı #xələfov necə yazılır? #xələfov sözünün düzgün yazılışı #xələfov leksik mənası #xələfov sözünün sinonimi #xələfov sözünün yaxın mənalı sözlər #xələfov sözünün əks mənası #xələfov sözünün etimologiyası #xələfov sözünün orfoqrafiyası #xələfov rusca #xələfov inglisça #xələfov fransızca #xələfov sözünün istifadəsi #sözlük