Nəcəfov sözü azərbaycan dilində

Nəcəfov

Yazılış

  • Nəcəfov • 99.6693%
  • NƏCƏFOV • 0.2834%
  • nəcəfov • 0.0472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Nəcəfov
Adil Nəcəfov Yusif oğlu (12 fevral 1925, Naxçıvan – 7 oktyabr 1989) — Sovet filosofu. Fəlsəfə elimlər doktoru (1967) Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradılmasına, inkişafına həsr etmiş və bu sahədə ən yüksək elmi-praktik nəticələr əldə etmiş nüfuzlu alim, Professor (1968). Azərbaycan SSR əməkdar elm xadimi (1979). == Həyatı == Professor Nəcəfov Adil Məşədi Yusif oğlu 1925-ci il fevralın 12-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə o, 1942-ci ildə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində korrektor kimi başlamışdır. 1943- 1944 -cü illərdə Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və ağır yaralanmışdır. Ordudan tərxis olunduqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1950-ci ildə oranı bitirmişdir. 1950-1953-cü illərdə Moskva şəhərində aspiranturada təhsilini davam etdirmiş və 1953-cü ildə Moskvada SSRİ Elimlər Akademiyasının Fəlsəfə institutunda namizədlik dissertasiyası, 1967-ci ildə Bakı şəhərində “Sosialist millətlərinin mədəniyyətlərinin yaxınlaşması” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1968-ci ildə isə professor vəzifəsinə seçilmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısı. 1959-1963 illərdə Azərbaycan Milli EA-da işləmişdir.A.Nəcəfov 1963-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı və 1989-cu ilə qədər fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Akif Nəcəfov
Nəcəfov Akif Rzaqulu oğlu (8 oktyabr 1921 – 21 yanvar 1989) — azərbaycanlı rəssam, SSRİ Rəssamlar İttifaqının üzvü. == Həyatı == Akif Nəcəfov 8 oktyabr 1921-ci ildə Tiflisdə anadan olmuşdur. Atası Rzaqulu Nəcəfov mətbuat xadimi, publisist olmuşdur, 1937-ci ildə repressiya edilmişdir. Anası Məsumə Fərəcullayevadır. Akif Nəcəfov Əvvəl Tiflisdə, sonra isə Bakıda alman məktəbində təhsil almış, alman dilini mükəmməl öyrənmişdir. Bu səbəbdən, İkinci dünya müharibəsi illərində Sovet ordusunda kəşfiyyatçı kimi xidmət göstərmişdir. Müharibədən sonra iki il sovet hərbi administrasiyasının əməkdaşı kimi Berlində və Almaniyanın bir sıra başqa şəhərlərində xidmət etmişdir. Cəbhədən qayıtdıqdan sonra Leninqrad Dövlət Universitetinə daxil olmuşdur. 1947-ci ildə, hələ birinci kursda olarkən, universitetin həmkarlar ittifaqının sektoruna rəhbərlik etmişdir. Üçüncü kursda olanda Stalin təqaüdünə layiq görülmüşdür.
Alik Nəcəfov
Alik Nəcəfov (tam adı: Alik Malik oğlu Nəcəfov; 1 iyul 1957, Şamaxı) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Funksiyalar nəzəriyyəsi" şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat kafedrası"nın professoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Alik Malik oğlu Nəcəfov 1957-ci il iyul ayının 1-də Şamaxı şəhərində anadan olmuşdur. 1964-cü ildə C.Cəbrayılbəyli adına 5 №-li məktəbin birinci sinfinə daxil olmuşdur. 1969–1974-cü illərdə S.M. Qənizadə adına 1 №-li orta məktəbdə oxumuş və bitimişdir. 1979-cu ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə Riyaziyyat İnstitutunun nəzdindəki Xüsusi Konstksiya Bürosunda riyaziyyatçı-proqramçı vəzifəsində, 1983-cü ildən indiyə qədər Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Ali riyaziyyat" kafedrasında baş lobarant vəzifəsindən professor vəzifəsinə kimi işləyir. 1996-cı ildə "Qarışıq törəmələri dominant olan funksiyların parametrli fəzası" mövzusunda namizədlik, 2008-ci ildə "Morri tipli fəzalardan olan funksiyaların diferensial və diferensial-fərq xassələrinin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2002-ci ildə AzMİU-nun "Ali riyaziyyat" kafedrasının dosenti, 2014-cü ildə professor elmi adını almışdır. 2001-ci ildən indiyə kimi Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışır. 70-dən çox elmi əsərin, 1 dərs vəsaitinin və birneçə metodiki vəsaitlərin müəllifidir.
Bahadur Nəcəfov
Nəcəfov Bahadur Teymur oglu (d.1933, Laçın rayonu, Pircahan-v.12 noyabr, 2000, Bakı) — tədqiqatçı pedaqoq. == Həyatı == Nəcəfov Bahadur Teymur oglu 1933-cü ildə Laçın rayonunun Pircahan kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. İlk pedoqoji təhsilini 1950–1951-ci illərdə Laçın Pedoqoji məktəbində başlamışdır. Pedoqoji məktəbi qurtardıqdan sonra 18 yaşında ikən müəllimlik peşəsində ilk kövrək addımlarını atmışdır. 1952–1956 cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (Azərbaycan Dövlət Pedoqoji Universiteti) təhsilini davam etdirmişdir. İnstitutu bitirdikden sonra Bahadur müəllimin pedoqoji əmək fəaliyyəti Azərbaycanın ən ucqar dağ kəndlərindən başlayıb. Bu Laçın rayonunun Hacıxanlı, Kürdhacı, Vağazin, Pircahan, Zabux və s.kəndlərini əhatə edir. Nəcəfov Bahadur Teymur oğlu doğulduğu Laçın rayonu Pircahan kəndinin ilk ali təhsilli ziyalılarındandır. O, dərs-tədris işləri ilə bərabər həm də elmi-pedoqoji fəaliyyətini də davam etdirib. Minimum imtahanlarını müvəfəqiyyətlə verərək aspiranturaya qəbul olur.
Bəhruz Nəcəfov
Bəhruz Əli oğlu Nəcəfov (9 mart 1996, İkinci Qaralı, Neftçala rayonu – 8 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Nəcəfov 9 mart 1996-cı il tarixində Neftçala rayonu İkinci Qaralı kəndində anadan olmuşdur. 2003-cü ildə Neftçala rayon Qaralı rayon kənd məktəbində 1-ci sinfə başlamışdır. 2011-ci ildə həmin məktəbin məzunu olmuşdur. Bəhruz 2011-ci ildə Oryad qəsəbəsində peşə məktəbində təhsilini davam etdirmişdir. 2013-cü ilin iyun ayında peşə məktəbini bitirmişdir. Bəhruz və qardaşı Mənsum hər iki valideynini itirdiyi üçün 2008-ci ildə dayısı onları öz himayəsinə götürmüşdür. == Hərbi xidməti == Bəhruz Nəcəfov 2013-cü ildə Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. 2016-cı ilin yanvar ayında isə hərbi xidmətini bitirmişdir. 29 sentyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı hərbi səfərbərliyə çağırılaraq, müharibədə iştirak etmişdir.
Bəxtiyar Nəcəfov
Nəcəfov Bəxtiyar Ağaqulu oğlu 6 iyun 1960-cı ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Sisian rayonu Ağudi kəndində müəllim ailəsində anadan olmuşdur. 1977-ci ildə orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini "Atom və molekulların kvant mexanikası" ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1982–1984-cü illərdə təyinatı üzrə Dağlıq Qarabağ Muxtar Vilayətində başlamışdır. 1984-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Radiasiya Tədqiqatlar Bölməsinin (indiki Radiasiya Problemləri İnstitutu) əyani aspiranturasına daxil olmuşdur. 1992-ci ildə "Hidrogenləşmiş nazik təbəqəli silisium birləşmələrində elektron, optik proseslər və onların tətbiq perspektivləri" mövzusunda namizədlik və həmin mövzunu davam etdirərək 2013-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Hazırda AMEA Radiasiya Problemləri İnstitutunda "Yarımkeçiricilərin Radiasiya fizikası" laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışır. Fizika elmlər doktoru, professordur. == Elmi fəaliyyəti == Bəxtiyar Nəcəfovun elmi fəaliyyətinə nazik təbəqəli silisium birləşmələrinin alınması (maqnetron çökmə, plazma-kimyəvi metodlarla) və aşqarlanması, nazik təbəqəli silisium birləşmələrinin (elektrik, termoelektrik, fotoelektrik, fotolyuminessensiya) müxtəlif xassələrinin tədqiq edilməsi, nazik təbəqəli silisium birləşmələrinin əsasında elektron cihazlarının hazırlanması və nazik təbəqəli silisium birləşmələrində hidrogenləşmə prosesinin (yəni təbəqə daxilində effuziya və diffuziya) öyrənilməsi daxildir. == Elmi nailiyyətləri == 1. Aşağı temperaturlarda sıçrama mexanizmi öyrənilmişdir.
Cabbar Nəcəfov
Cabbar Nəcəfov (güləşçi) — güləşçi
Canbaxış Nəcəfov
Canbaxış Əli oglu Nəcəfov – professor == Həyatı == Canbaxış Nəcəfov 1949-cu ilin aprel ayının 1-də Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1966-cı ildə Q.İlyasov adına Qubadlı qəsəbə orta məktəbini bitirib, 1968-ci ildə BDU-nun biologiya fakültəsinə qəbul olub. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirərək Azərbaycan EA-nın Zoologiya İnistitutunun aspiranturasına qəbul olub, 1980-cı ildə uğurla namizədlik dissertasiyasını müdafiə etmişdir. Alim 1992-ci ildə Respublika Xalq Təhsili Nazirliyinin Baş pedoqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması inistitutunun biologiya və kimyanın tədrisi metodikası kafedrasına baş müəllim, 1995-ci ildə həmin kafedranın müdiri seçilir. 1996-cı ildə EA-nın Zoologiya İnistitutunda doktorluq dissertasiyasını mudafiə etmiş, bir il sonra isə professor adını almışdır. 1994-cü ildə ABŞ-nin Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Azərbaycan Tibb Universitetinin professorudur. Universitetin 2007-ci ildən müsabiqə yolu ilə "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzivəsinə prof. Canbaxış Əli oglu Nəcəfov seçilmişdir və bu günədək həmin vəzifəni icra edir. Onun bir çox əsərləri İngiltərədə, Berlində, Budapeşdə, Helsinkidə, Moskvada, Kiyevdə, Xarkovda, Simferopolda, Sankt-Peterburqda və başqa yerlərdə çap edilmişdir.
Cavid Nəcəfov
Cavid Nəcəfqulu oğlu Nəcəfov (1929, Novxanı – 21 may 2007) — dövlət xadimi Azərbaycan SSR "Kənd təsərrüfatı istehsalının mexanizasiya və elektrifikasiyası" idarəsində rəisi. == Həyatı == Əslən Novxanı kəndindən olan C.Nəcəfov 1929-cu ildə Bakı şəhərində anadan olub. Onun Məktəb illəri Böyük Vətən müharibəsinin ağır illərinə təsadüf edib. Ona görə də balaca Cavid çox çətinlik və ehtiyac içində, öz zəhməti, ağlı və biliyi sayəsində 1947-ci ildə orta məktəbi başa vurur və indiki Azərbaycan Texniki Universitetinin "Nəqliyyat" fakültəsinə daxil olur. 1952-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra C.Nəcəfov elə həmin il əmək fəaliyyətinə başladı. İlk olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində mühəndis-mexanizator kimi işə qəbul edilib. 1953–54-cü illərdə həmin nazirlikdə böyük mühəndis vəzifəsinə keçirildi. Bu illərdə öz işgüzarlığı və zəhmətkeşliyi ilə digər işçilərdən fərqlənirdi. Ona görə də 1954–55-ci illərdə onu Karyaqin (indiki Füzuli) rayonunda MTS — da baş mühəndis vəzifəsinə təyin edirlər. Bundan sonra 1955–61-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyində əvvəlcə böyük mühəndis, sonra isə "Mexanizasiya və elektrifikasiya" idarəsində rəis müavini – baş mühəndis vəzifələrinə qədər yüksəlmişdir.
Cəmil Nəcəfov
Cəmil Nəcəf oğlu Nəcəfov (24 iyun 1993, Bakı – 10 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cəmil Nəcəfov 24 iyun 1993-cü ildə Bakıda dünyaya göz açmışdır. 1999-2007-ci illərdə Binəqədi rayon H.Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil almışdır. Orta məktəbi bitirən Cəmil Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuşdur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən Cəmil hərbi vəzifəsinə başlamış, baş leytenant rütbəsi almışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Cəmil Nəcəfov 2016-cı ildə Aprel döyüşlərində ön cəbhədə iştirak etmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Cəbrayıl döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elmin Nəcəfov
Elmin Saleh oğlu Nəcəfov (30 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmin Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində almış, 2016-cı ildə həmin məktəbin məzunu olmuşdur. == Hərbi xidməti == Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanmışdır. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olmuşdur. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nəcəfov 29 sentyabrda könüllü olaraq doyüşlərə qatılmış, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir.
Elmir Nəcəfov
Elmir Vidadi oğlu Nəcəfov (21 mart 2002; Gəncə, Azərbaycan — 2 oktyabr 2020; Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmir Nəcəfov 21 mart 2002-ci ildə Gəncə şəhərində Vidadi Nəcəfovun ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə, 2017-2019-cu illərdə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elmir Nəcəfov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elmir Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmir Nəcəfov 2 oktyabr 2020-ci ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Etibar Nəcəfov
Etibar Əli oğlu Nəcəfov (7 mart 1963, Kirovabad) — Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Avropaşünaslıq kafedrasının professoru, filosof, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası və anası müəllim işləmişlər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olmuşdur. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olmuşdur. 8 dekabr 1988-ci ildə “Elmi- texniki tərəqqinin sürətlənməsində imkan və gerçəklik dialektikası“ mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 27 fevral 2004-cü ildə “Mədəniyyətinin və sivilizasiyanın ictimai inkişafda dialektikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildən Bakı Slavyan Universitetində müəllim, baş müəllim, dosent, Beynəlxalq əlaqələr üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir. Hal- hazırda Bakı Slavyan Universitetində “Avropaşünaslıq” kafedrasının professoru və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Fəlsəfə və Sosial Psixologiya” kafedrasının müdiri vəzifəsində işləyir. 70-dan artıq elmi məqalənin, 4 monoqrafiyanın və 1 dərsliyin müəllifidir.
Fariz Nəcəfov
Fariz Abdulla oğlu Nəcəfov (1 iyun 1978, Kəngərli, Ağdam rayonu) — Azərbaycanı təmsil edən karateçi, "Qəbələ" İdman Klubunun prezidenti (2019-ci ildən) və keçmiş vitze-prezidenti (2008–2019), Azərbaycan Silahlı Qüvvələrinin zabiti, İkinci Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Fariz Abdulla oğlu Nəcəfov 1 iyun 1978-ci il tarixində SSRİ respublikalarından olan Azərbaycan SSR-in Ağdam rayonuna ərazisində yerləşən Kəngərli kəndində anadan olmuşdur. O, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin tələbəsi olmuş, karate üzrə dəfələrlə dünya və Avropa çempionu olmuşdur.Fariz Nəcəfov 2008-ci ildə "Qəbələ" İdman Klubunun vitze-prezidenti postuna təyin olunmuşdur. "Qəbələ" İK Nəcəfovun vitze-prezidentliyi dövründə müxtəlif uğurlara imza atmışdır. "Qəbələ" FK onun vitze-prezidentliyi dövründə, 2015–2016 UEFA Avropa Liqası mövsümündə "Neftçi" PFK və "Qarabağ" FK-dan sonra UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparmağa vəsiqə qazanan üçüncü Azərbaycan futbol klubu olmuşdur. Həmçinin, Azərbaycandaxili turnirlərdə, 2013–2014, 2014–2015, 2015–2016-cı illər mövsümlərində çempionatın bürünc mükafatını əldə edən "Qəbələ", 2016–2017 və 2017–2018-ci illər mövsümlərində gümüş medal qazanmışdır. Nəcəfov 18 aprel 2019-cu il tarixində Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu əvəz edərək "Qəbələ" İK-nun prezidenti postuna təyin olunmuşdur. O, 11 iyul 2019-cu il tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir.Fariz Nəcəfov 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsi zamanı ehtiyatda olan zabit kimi könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibə zamanı cəbhə bölgəsində hərbi xidmətini davam etdirmişdir.
Fazil Nəcəfov
Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri. == Həyatı == Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib.Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib.Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır.Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir.2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.Fazil Nəcəfov 2023-cü il iyulun 11-də, 88 yaşında vəfat edib.
Fuad Nəcəfov
Fuad Taleh oğlu Nəcəfov (1 oktyabr 1990; İsmayıllı rayonu, Azərbaycan SSR — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fuad Nəcəfov 1990-cı il oktyabrın 1-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Fuad Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Nəcəfov oktyabrın 7-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Nəcəfov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Nəcəfov
Fərid Fərman oğlu Nəcəfov (5 noyabr 2000; Ülgüc, Ağsu, Azərbaycan — 10 oktyabr 2020; Gülüstan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərid Nəcəfov 2001-ci il noyabrın 5-də Ağsu rayonunda dünyaya gəlib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. 10 oktyabr 2020-ci ildə Goranboy rayonu Gülüstan kəndi istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Ağsuda dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fərid Nəcəfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24. iyun 2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.
Fəxrəddin Nəcəfov
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov (10 yanvar 1968, Bakı – 4 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov 1967-ci il mart ayının 31-də Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985–1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == 1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanmış, 1992-ci ildə Ağdam cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr ayının 4-də Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. == Milli Qəhrəman == Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il fərmanı ilə Fəxrəddin Vəliəddin oğlu Nəcəfova "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhəri 266 nömrəli tam orta məktəb onun adını daşıyır. == Ədəbiyyat == Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr).
Hüseyn Nəcəfov
Hüseyn Hümmət (Hümbət) oğlu Nəcəfov (Nəcəfbəyli) (1 yanvar 1907, Kolanlı, İrəvan qəzası – 16 iyul 1967, Bakı) — Azərbaycan partiya və dövlət xadimi, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi (1940–1948), Azərbaycan SSR meşə və kağız sənayesi naziri (1948–1950). == Həyatı == Hüseyn Nəcəfov 1907-ci ildə İrəvan quberniyasının Kolanlı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 19 yaşında olarkən Gəncəyə köçmüş və toxucu-əyirici fabrikində fəhləlik etmişdir. 1928-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, bir qədər sonra fabrikin həmkarlar ittifaqının katibi seçilmişdir.1930-cu ildən Azərbaycan LKGİ Gəncə Şəhər Komitəsinin üzvü, sonra isə katibi seçilmiş, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin mədəni-maarif şöbəsinin müdiri olmuşdur. 1933-cü ildə Kommunist Partiyasının çağırışı ilə MTS-lər yanında yaradılan siyasi şöbələrdən birində işləməyə getmişdir. 1934-cü ilədək Naxçıvanın maşın-traktor stansiyalarından birində siyasi şöbənin rəisinin müavini işləmişdir. 1937-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin partiya kadrları şöbəsinin müdiri olmuşdur. 1939-cu ildə Azərbaycan LKGİ MK-nın birinci katibi seçilmiş, 1940–1948-ci illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi işləmişdir. 1948-ci ildən Azərbaycan SSR meşə sənayesi naziri olmuşdur.Hüseyn Nəcəfov 1937-ci ildə ÜİK(b)P MK yanında Yakov Sverdlov adına Ali Təbliğatçılar Məktəbini bitirmişdir. O, SSRİ Ali Sovetinin (2-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin və Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir.
Maqsud Nəcəfov
Maqsud Ağaqulu oğlu Nəcəfov (25 oktyabr 1948; Ağdü, Zəngəzur, Ermənistan SSR – 22 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının əməkdar müəllimi (2012), Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı (1998-2019), riyaziyyat üzrə elmlər doktoru, professor. Maqsud Nəcəvfov 91-lər siyahısına daxil olan ziyalılardan biri olmuş, həmçinin 1999, 2004, 2009 və 2014-cü illərdə keçirilən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. == Həyatı == Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. 1966-cı ildə Ağdü kənd orta məktəbini bitirərək, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş,1971-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirmişdir. 22 aprel 2021-ci ildə vəfat etmişdir. === Ailəsi === Ailəli idi. 3 övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
Mürsəl Nəcəfov
Nəcəfov Mürsəl Nəcəfqulu oğlu (20 sentyabr 1918, Bakı – 1997) — Azərbaycan sənətşünası, sənətşünaslıq doktoru (1969), professor (1972), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982). 1946–1948 illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri, 1977–1982 illərdə isə katibi olmuşdur. == Həyatı == Mürsəl Nəcəfov 20 sentyabr 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Rəssamlıq Texnikumunda oxumuş, oranı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1936-cı ildən əmək fəaliyyətinə başlamış, Azərbaycan SSR Nazirlər Sovetində Təsviri sənət bölməsinə rəhbərlik etmişdir. İki ildən sonra Rəssamlıq Texnikumunun direktoru təyin olunmuş və Azərbaycan Rəssamlar İttifaqının məsul katibi seçilmişdi. O, sərgilərdən aldığı təəssüratlarını dövri mətbuatda obyektiv şəkildə dərc etdirirdi. İkinci Dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə getmiş, Yuqoslaviyaya qədər döyüş yolu keçmişdir. "Qırmızı ulduz" ordeni və müxtəlif medallara layiq görülmüşdür. 1946-cı ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmiş, eyni zamanda Bakı Rəssamlıq Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Nəcəf Nəcəfov
Nəcəf Nəcəfov (jurnalist) — Azərbaycan jurnalisti, müasir Azərbaycan mətbuatının banilərindən biri. Nəcəf Nəcəfov (seleksiyaçı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəfqulu Nəcəfov
Nəcəfov Nəcəfqulu Məmmədhüseyn oğlu (1881, Naxçıvan – 29 noyabr 1937, Bakı) — maliyyəçi, diplomat, Naxçıvan Vilayət Komitəsinin İşlər müdiri, RSFSR-in Ankarada mətbuat bürosunun tərcüməçi-müxbiri. 1918–1920-ci illərdə daşnak hücumlarından müdafiə olunması zamanı Naxçıvan yerlilər cəmiyyətinə sədrlik etmişdir. == Həyatı == Nəcəfovların adı çəkiləndə öncə xatırlanan görkəmli Mollanəsrəddinçi və şair Nəcəfqulunun əmisi oğlu Əliqulu Nəcəfov-Qəmküsar yada düşür. Onun tədqiqatçılarının yazdıqlarından məlum olur ki, Nəcəfovlar Naxçıvan Culfasına Ərdəbildən köçüb gəliblər. Əliqulu Qəmküsarın atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu az bir zamanda Culfanın məşhur tacirlərindən biri olur. Ələkbər Nəcəfovun həyat yoldaşı Bilqeyis xanım naxçıvanlı Şeyxovların qızı idi. Şair Əliqulu Qəmküsar və ictimai xadim Rzaqulu Nəcəfov haqqında xeyli məlumatlar olsa da, onların əmisi, yəni Nəcəfqulunun atası Məmmədhüseynin fəaliyyəti barədə geniş məlumat yosdur. Təkcə onun "Fani" təxəllüsü ilə farsca bir sıra qəzəl, qəsidə yazmağı haqqında məlumat vardır. Araşdırmalar zamanı məlum oldu ki, Məmmədhüseyn tacirliklə yanaşı, həm də maarifçi adam olmuşdur. Nəcəfovların yaxın ailəvi dostları Məhəmməd Tağı Səfərov-Sidqi, Mirzə Məhəmməd Zamanbəyov və qohumları Nəsrulla və Fərəculla Şeyxov qardaşları idi.
Rafiq Nəcəfov
Rafiq Nəcəfov (26 avqust 1996; Bakı, Azərbaycan) — azərbaycanlı cüdoçu, respublika dərəcəli hakim. == Həyatı == Rafiq Nəcəfov 26 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 8 yaşından "İPPON" idman clubunda cüdo idman növü ilə Mübariz Cəfərovun rəhbərliyi altında başlamışdır. == Kariyerası == Azərbaycan cüdo üzrə milli komandasının üzvü olub, 2011-ci ildə cüdo üzrə respublika çempionatının bürünc mükafatçısı, 2009-cu ildə sambo üzrə respublika çempionu, 2014-cü ildə respublika kubokunun bürünc medalçısı, 2017-ci ildə grappling-gi üzrə respublika çempionatının gümüş medalçısı, 2019-cu ildə 85 kq çəki dərəcəsində jiu-jitsu (AJP) üzrə dünya çempionatının gümüş medalçısı olmuşdur. Cüdo idman növü üzrə Azərbaycan Respublikasının İdman ustasıdır. Hal-hazırda cüdo üzrə respublika dərəcəli Hakimi vəzifəsində fəaliyyətini davam etdirir.
Rahil Nəcəfov
Cabbar Nəcəfov (güləşçi)
Cabbar Nəcəfov (27 dekabr 1998) — Azərbaycanı təmsil edən güləşçi. == Həyatı == Cabbar Nəcəfov 1998-ci il dekabrın 27-də anadan olub. == Karyerası == Cabbar Nəcəfov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu. Cabbar Nəcəfov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Cabbar Nəcəfov qrup mərhələsinin birinci görüşündə Türkiyə nümayəndəsi Uğur Bəytəhin ilə üz-üzə gəldi. Həmin görüşdə Cabbar Nəcəfov rəqibinə 8:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi İran nümayəndəsi Məhəmmədreza Ağaniaçari oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə də Cabbar Nəcəfov qalib gəldi — 10:5. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Moldova nümayəndəsi Dorin Koxohari oldu. Bu görüşdə də qalib gələn tərəf Cabbar Nəcəfov oldu — 8:0.
Cabbar Nəcəfov (üzümçü)
Nəcəfov Cabbar Sərdar oğlu (11 aprel 1971, Naxçıvan) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bioresurslar İnstitutu (Naxçıvan) İnnovasiya və Elmi-İstehsalat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru. == Həyatı == 1971-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1992-cu ildə Ukrayna Respublikasında Kirovoqrad Kənd Təsərrüffatı Maşınqayırma İnstitutunun Kənd Təsərrüffatı Maşınları fakültəsini mühəndis-mexanik ixtisası ilə bitirmişdir. == Peşə və elmi fəaliyyəti == 1992-ci ildə Babək rayon 2 saylı üzüm emalı zavodunda baş mühəndis vəzifəsində işə başlamışdır. 1993-1996-cı illərdə hərbi xidmətdə olmuş, Qarabağ müharibəsi veteranıdır. 1998-ci ildən - 2003-cü ilədək Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin Naxçıvan Fililialında aparıcı mütəxəssis və fond mühafizəçisi vəzifəsində çalışmışdır. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2003-cü ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutuna qiyabi aspirant kimi daxil olmuş və 2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda "Naxçıvan Muxtar Respublikasının az yayılmış qiymətli üzüm sortlarının təsərrüfat-texnoloji və biomorfoloji xüsusiyyətlərinin öyrənilməsi mövzusunda" fəlsəfə doktorluğu dissertasiyası müdafiə edərək, 13 aprel 2010-cu ildə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən, ictimai əsaslarla xaricdən gətirilmiş calaq əkin materialı ilə salınmış üzüm bağlarına Naxçıvan Bölgəsi üzrə nəzarət komissiyasının sədri təyin olunmuşdur. 62 elmi əsərin müəllifi və həmmüəllifidir.
Etibar Nəcəfov (əsgər)
Etibar Mehman oğlu Nəcəfov (14 noyabr 1998, Aran, Ağcabədi rayonu – 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub. Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir. Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur. == Hərbi xidməti == 2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib. 2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.
Hökümə Nəcəfova
Hökümə Nəcəfova — bəstəkar, ilk azərbaycan qadın tarzən. Müğənni Brilliant Dadaşovanın atasının və aktyor Məlik Dadaşovun xalası idi. == Həyatı == Hökümə Yusif qızı Nəcəfova 19 noyabr 1915-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Hələ uşaq yaşlarında Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alan H.Nəcəfovanı Üzeyir bəy Hacıbəyovla tanışlıq Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil alan Hökumə Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız qıza guya "dövlətin əli" ilə təqaüd də verirmiş. Üzeyir bəy rəhmətə gedən günə qədər onlar bu təqaüdünün onun tərəfindən verildiyini bilməyiblər. Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi. == Əsərləri == Bir çox məşhur mahnıların müəllifidir: "Kaş ki, gözəl olmayaydım", "Həliməcan", "Səninləyəm", "Qaça bilməzsən məndən, ey yar", "Xalidəcan", "Ceyran balası" və s. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız - Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi.
Maisə Nəcəfova
Maisə Nəcəfova (tam adı: Maisə Aşum qızı Nəcəfova) — AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Spektroskopik analizi” laboratoriyasının kimya üzrə elmlər doktoru, baş elmi işçisi. == Həyatı == Maisə Aşum qizi Nəcəfova 1943-cü ildə mayın 11-də Bakida ziyalı ailəsində anadan olmuşdur. 1959-ci ildə Bakı şəhəri 26 saylı rus orta məktəbinə daxil olmuş və oranı 1960-ci ildə əla qiymətlərlə bitirmişdir. 1960-65-ci illərdə S.M.Kirov adına Dövlət Universitetinin fizika fakultəsinin tələbəsi olmuş və oranıda əla qiymətlərlə bitirmişdir. Təyinatı Azərbaycan EA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna verilmişdir. 1965-1968-ci illərdə orada böyük mühəndis vəzifəsində işləmişdir. 1969-1971-ci illərdə Moskva şəhəri SSRİ EA-nın N.N.Semyonov adına Kimyəvi Fizika İnstitutunun (N.M.Emanuelin şöbəsində ) aspiranturasında çalışmışdır. 1978-ci ildə “Qlükozamin, onun törəmələri və qlikoproteidin qamma şüalandırılması zamanı alınan radikalların fiziki-kimyəvi tədqiqi “(02.00.04 – fiziki kimya) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2010–cu ildə AAK-nın qərarı ilə M.A.Nəcəfovaya kimya elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 14.46 dəfə / 1 mln.
2002 ••••••• 6.85
2003 •••••••••••••••••••• 21.26
2004 ••••••••• 8.76
2005 •••••••••••••••••••• 20.24
2006 ••••••••••••••••• 17.12
2007 •••••••••••••••• 16.07
2008 ••••••••••••••••• 17.78
2009 ••••••••••••••• 15.04
2010 •••••••••••••••• 16.61
2011 •••••••••••••••• 16.99
2012 ••••••••••••••••• 17.64
2013 •••••••••••••• 14.15
2014 ••••••••••••• 12.87
2015 •••••••••• 10.04
2016 •••••••••• 10.59
2017 ••••••• 6.50
2018 ••••••••••••••••• 17.98
2019 ••••••••••••••• 15.58
2020 ••••••• 7.03

Oxşar sözlər

#nəcəfov nədir? #nəcəfov sözünün mənası #nəcəfov nə deməkdir? #nəcəfov sözünün izahı #nəcəfov sözünün yazılışı #nəcəfov necə yazılır? #nəcəfov sözünün düzgün yazılışı #nəcəfov leksik mənası #nəcəfov sözünün sinonimi #nəcəfov sözünün yaxın mənalı sözlər #nəcəfov sözünün əks mənası #nəcəfov sözünün etimologiyası #nəcəfov sözünün orfoqrafiyası #nəcəfov rusca #nəcəfov inglisça #nəcəfov fransızca #nəcəfov sözünün istifadəsi #sözlük